Aynurə paşayeva


Məni nə vədə Şuşaya yetirərsən?



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə22/30
tarix11.07.2018
ölçüsü1,03 Mb.
#54796
1   ...   18   19   20   21   22   23   24   25   ...   30

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
99 
mətləbin,  mənanın  ifadəsinə,  izahına  kömək  edir. 
Haqverdiyev bəzən satirik gülüşü o qədər  güclü olur 
ki,  acı  qəhqəhələrlə  sarkazm  səviyyəsinə  –  ən  güclü 
qəzəbli  və  hiddətli  gülüşə  çevrilir.  L.İ.  Timofev  sar-
kazmı kinayənin qüvvətli forması hesab edərək yazır: 
«İfşa  olunan  hadisə  haqqında  daha  kəskin  danışan 
sarkazmı,  adətən,  acı  kinayə  kimi  müəyyən  ediblər» 
(94,  s.  387-388).  Haqverdiyev  kinayələrində  nikbin 
pafos, şux, şaqraq intonasiya daha qüvvətlidir. Bu ki-
nayələrdəki  tənə,  lağetmə  üsulunda  zarafat,  məzəlilik 
notları, daha çoxdur.  
«Xortdanın  cəhənnəm  məktubları»  isə  kinayə  və 
eyhamlarla  bol  bir  əsərdir.  Haqverdiyev  cəmiyyətdə 
ifşa  etmək  istədiyi  insanları  bu  povestdə  cəmləşdir-
diyinə  görə  əsərin  satirik  gülüşü  daha  da  hiddətlidir: 
«Öz-özümə  dedim: məgər mən Xristofor Kolumbdan 
əskik  oğlanam;  getdi,  Amerikanı  açdı  və  ya  Magel-
landan əskikəm ki, dünyanı dörd dəfə dolanıb, nə qə-
dər  bilinməz  yerlər,  cəzirələr  tapdı.  Doğrudur,  yolda 
vəhşilər onu öldürüb bozbaş bişirdilər. Bu da onun öz 
taktikasıdır. 
Bir  «ismi-əzəm»  oxuyub  onların  gözlərinə  üfür-
səydi,  hamısının  gözləri  tutulardı,  o  da  yolu  ilə  düz 


Aynurə  Paşayeva 
 
 
100 
çıxıb  gedərdi.  Kafir  olduğundan  ismi-əzəm  bilməyir-
di» (31, s. 27). 
Ədib  öz  kinayəsinin  arxasında  Avropada  yavaş-
yavaş inkişaf edən elmlə Şərqdə getdikcə insanları ge-
riliyə,  cəhalətə  aparan  elmi  müqayisə  etmişdir.  Daim 
inkişaf  və  tərəqqi  edən  Qərb,  hələ  də  ismi-əzəmlə 
məşğul olan Şərqi geridə qoyurdu. Haqverdiyevin çat-
dırmaq istədiyi fikir də bu idi. Bu cür fikir onun ma-
arifçilik konsepsiyasının qüvvətli baxışı idi. 
«C.  Məmmədquluzadə  və  Ə.  Haqverdiyev  20-ci 
illərdə qələmə aldıqları hekayələrində zahirən «köhnə 
dünya»nı, milli varlığın keçmişini təsvir edirdilər. Əs-
lində  bu,  zahiri  «görkəmi»,  fakt  və  fakturası  dəyişsə 
də, mahiyyətini saxlamış həmin «köhnə dünya»nın bu 
günüdür.  «Dünyalar  titrəyib,  aləmlər  mayallaq  aşıb, 
fələklər bir-birinə qarışsa» (C. Məmmədquluzadə) da, 
müsəlman  tövr  və  adətlərindən  əl  çəkə,  xasiyyətini 
dəyişə bilmir» (22, s. 131) . 
Ədib  Bərdə,  Ağdam  bazarlarından  danışanda  öz 
kinayəsini  gizlətmir.  Haqverdiyev    cəhənnəm  barədə 
danışan  zaman  qeyd  edir:  «Mən  cəhənnəmi  həmişə 
Bakının  mədənlərinə  oxşar  bir  şey  hesab  edirdim  və 
çox  vədə  də  deyirdim  ki,  cəhənnəm  yəqin  Bakıda 
olacaq» (31, s. 51). O, cəhənnəm deyəndə mənfi tiplər 


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
101 
qalereyasını  nəzərdə  tuturdu.  Həmin  cəhənnəmi  də 
Bakının mədənlərinə bənzədirdi. Burada kinayənin əsl 
məzmunu aydındır. Çünki o dövrdə Bakı mədənlərin-
də işləyən fəhlələrin iş həyatı cəhənnəm əzabından da 
pis acınacaqlı vəziyyətdə idi. 
Ədib  dövrünün  insanlarının  psixologiyasına  də-
rindən bələd idi. Bəyin dilindən deyilən sözlərə diqqət 
yetirək: «Müsəlmandırlar, bu işin dalınca axıradək nə 
vaxt gediblər ki, yenə gedərlər?» (31, s. 71). Ədib tən-
qid və ifşa etdiyi mənfi cəhətlərə səbəb müsəlman ca-
maatının  özünün  düşüncə  tərzində  görürdü.  Bu  cür 
saf,  cahil  insanları  ancaq  başda  ikiüzlü  duran  şəxslər 
aldada bilər. 
Haqverdiyev  cəhənnəmə  düşənlərin  səbəblərini, 
günahlarına  görə  cəzalanmalarını  göstərirdi.  Bəzən 
kinayələrini  bədii  sual  tərzində  də  işlədir.  Xortdanın 
Dəsturov haqqında dediyi sözlər: «Pərvərdigara. Belə 
müqəddəs  kişi  cəhənnəmə  düşəndə  bəs  behiştə  kim 
göndəriləcək?» (31, s. 84). Əslində ədibin dediyi söz-
ləri  zahiri  səciyyə  daşıyır.  Çünki  Dəsturov  gördüyü 
əməlləri  günah  hesab  etmirdi.  Behiştə  kimin  getməsi 
barəsini də verdiyi sual isə, doğrudan da, maraq doğu-
rur. Çünki bütün zahirdə günahsız görünən yerli döv-
lət məmurlarının hamısı cəhənnəmdə idi.  


Aynurə  Paşayeva 
 
 
102 
«Odabaşının hekayəsi»də Hacı Kamyab Fərmana 
pul təklif edir ki, onun qızından əl çəksin. Məlum mə-
sələdir  ki,  Hacı  Kamyab  qızını  öz  doğma  qardaşoğ-
luna  yox,  var-dövlətini  artırmaq  üçün  Xudayar  xana 
vermişdi. Onun bu hərəkəti mübariz olmayan Fərma-
nın  dilində  kinayə  ilə  acıqlı  bir  şəkildə  ifşa  olunur: 
«Al pulları, apar ver Hacı Kamyaba, deginən dövlətini 
azaltmasın, yaxşı olmaz!» (31, s. 98). 
Haqverdiyev  kinayəsi  hər  hansı  bir  obrazın  əla-
mətinə görə də ola bilər. Fərman dərviş olduqdan son-
ra ruhaniləri ifşa edir. Əslində onun dili ilə etdiyi ifşa 
müəllifin  özünün  ifşasıdır.  Çünki  o,  çox  yaxşı  başa 
düşürdü  ki,  insanları  geriliyə  aparan,  din  pərdəsi  ilə 
onların  gözlərini  bağlayan  fırıldaqçı  ruhanilərdir: 
«Yerlə  göyün  arası  adlarını  müctəhid  ruhani  qoyan 
əmmaməli,  əbalı,  qəbalı  həşəratlarla,  yırtıcı  qurdlarla 
doludur. Sənin müctəhidin ağa Mirzə Əhməd də cana-
varların, qan içənlərin böyüyüdür. Lənət onun üzünə, 
onun o nurani saqqalına!» (31, s. 111). 
Ədib  kinayələri  bəzən  təzad  şəklində  də  vermiş-
dir: «Əgər mənə desəydilər ki, Hacı Molla Baba saq-
qalını  qırxdırıbdır,  inanardım;  cəmi  Yaponiya  əhalisi 
dönüb  müsəlman  olubdur,  inanardım;  yer  üzündə  bir 
rüşvətxor çinovnik yoxdur, inanardım; Purişkeviç bol-


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə