Aynurə paşayeva


Məni nə vədə Şuşaya yetirərsən?



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə20/30
tarix11.07.2018
ölçüsü1,03 Mb.
#54796
1   ...   16   17   18   19   20   21   22   23   ...   30

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
89 
Surətlərin  yaşı  haqqında  xüsusi  diqqətlə  məlumat  ve-
rilir  ki,  bu  da  onların  ümumi  vəziyyəti  barədə  müəy-
yən  təsəvvür  yaradır.  Ancaq  Haqverdiyev  heç  bir  su-
rəti xaraktersiz, psixoloji təhlilsiz yaratmayıb. Surətin 
geyiminə gəlincə Haqverdiyev əsas etibarı ilə baş ge-
yiminə diqqət yetirir» (69, s. 223).  
Bədii  surətlərin  fərdi  xarakterinin,  psixoloji  alə-
minin izahında və təhlilində bədii surətlərin müstəsna 
əhəmiyyəti  vardır.  Ə.  Haqverdiyevin  yaratdığı  rəng-
arəng surətlər silsiləsinin böyük əksəriyyəti xarakteri, 
fərdi  portreti  ilə  dəqiq  səciyyələndirilmişdir.  Ədibin 
zəngin həyat müşahidəsi və fantaziyasının köməyi ilə 
oxucuların  nəzərində  tam  real  insan  kimi  canlandıra 
bildiyi surətlər xalqımızın ictimai tarixindən, təfəkkür 
tərzindən, etnoqrafik əlvanlığından geniş məlumat ve-
rir,  öz  zamanları  haqqında  maraqlı  hekayətlər  danı-
şırdı. 


Aynurə  Paşayeva 
 
 
90 
 
ΙΙΙ FƏSİL 
DİL VƏ ÜSLUB XÜSUSİYYƏTLƏRİ 
 
Əbdürrəhim  bəy  Haqverdiyevin  «Xortdanın  cə-
hənnəm  məktubları»  povesti  dil  və  üslub  baxımından 
olduqca  maraqlı  və  orijinaldır.  Bu  orijinallıq  ədibin 
yüksək  yazıçılıq  professionallığından  və  sənətkarlıq 
məharətindən  irəli  gəlir.  Bu  böyük  sənətkar  qələmə 
aldığı  ideyaları  rəngarəng  söz  palitrası  hesabına  əsl 
sənət dilinə çevirə bilmiş, bəhs etdiyi obrazlarla, bədii 
lövhələrlə  onlara  yeni  həyat  nəfəsi  vermişdir.  Ədib 
hətta  yeri  gələndə  ictimai  mətləblərə  toxunaraq  öz 
tendensiyasını  bəzən  üstüörtülü,  bəzən  də  açıq-aşkar 
şəkildə,  kəskin  ifşaedici,  kinayəli  gülüşlə  müşayiət 
olunan üslubda da oxucuya çatdırmışdı. 
«Ə. Haqverdiyevin təhkiyə üslubu da çox maraq-
lıdır. Ədibin təhkiyəsi ilk növbədə, böyük səmimiyyət 
və təbiiliyi ilə diqqəti cəlb edir. O, oxucularla səmimi 
ünsiyyət  yaradır  və  çox  vaxt  söhbətini  dostanə,  mər-
hamanə  bir  intonasiyada,  aparmağı  bacarır.  Bu  cəhət 
həm  müəllif  təhkiyəsinə  şirinlik,  təbiilik  gətirir,  həm 
də  haqqında  bəhs  olunan  mətləblərin  daha  inandırıcı, 
həqiqi  görünməsinə  kömək  edir.  Ədib  buna  müxtəlif 


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
91 
yollarla nail olur. Çox zaman maraqlı dialoqlar qurur, 
canlı söhbət üslubu saxlanılır, surətlərin «ən gizli sir-
ləri»  açılır,  oxuculara  müraciət  olunur  və  s.»  (69,       
s. 269).  
Ə. Haqverdiyevin təhkiyəsindəki canlı danışıq üs-
lubu,  şirin  ünsiyyət  özünü  oxuculara  daha  çox  sev-
dirib, dünya ədəbiyyatı  miqyasında Çexov,  Mopasan, 
Ə. Nesin və s. kimi satiriklərlə müqayisə olunacaq də-
rəcəyə gətirib çıxarırdı. 
Ədib bəzən mətləbə keçməzdən əvvəl təqdim xa-
rakteri  daşıyan  sözləri  Xortdanın  dilindən  verir: 
«Oxucular  məni  bağışlasınlar.  Kağızın  əhvalatını  öy-
rənməzdən  qabaq  istəyirəm  onları  Qocaqurd  bəyləri 
ilə  bir  müxtəsər  tanış  edim:  Qocaqurd  mahalında  üç 
sort bəy var: Pervi sort bəylərə Sarıcalı bəyləri deyir-
lər ki, Nadir şah dövründən bəydirlər» (31, s. 66) 
Xortdanın təhkiyəsi müəllifin öz təhkiyəsini xatır-
ladır. «Yazıçının bilavasitə hekayəçi kimi çıxış etməsi 
üçün müəllif başqalaşmalı, özünə başqasının gözü ilə 
baxmalı, bir sözlə, özünün surətini yaratmalıdır. Belə 
olduğu halda yazıçı yox, müəllif obrazı hekayəçi kimi 
çıxış etmiş olur» (50, s. 14-15). 
Bəzən «Xortdanın cəhənnəm məktubları»nda təh-
kiyə  başqa  bir  obrazın  dilindən  də  verilir.  «Odaba-


Aynurə  Paşayeva 
 
 
92 
şının hekayəsi» tamamilə – Odabaşının dilindən Hacı 
Mirzə Əhməd ağanın cəhənnəmə düşməsi ilə əlaqədar 
danışdığı  hekayə  verilmişdir.  Burada  əhvalatı  oxucu-
ya çatdıran Odabaşının özüdür. 
Lakin Ə. Haqverdiyevin təhkiyəsində bəzi qüsur-
lara da rast gəlirik. Məsələn: rus, ərəb və fars sözlərin-
dən  istifadə,  söz  sırasının  pozulması,  cümlənin  baş 
üzvlərinin uzlaşmamağı və s. 
Ümumiyyətlə,  əcnəbi  sözlərin,  xüsusilə  də,  ərəb 
və  fars  sözlərinin  işlənməsi  dili  olduqca  ağırlaşdırır. 
Hələ  1906-cı  ildə  çap  olunan  «Xortdanın  cəhənnəm 
məktubları»na  nisbətən,  1930-cu  ildə  çap  olunan  hə-
min  povestin  dilindən  çətin  anlaşılan  söz  və  ifadələr 
götürülmüşdür. 
Əsərdə sözlərin yerdəyişməsinə səbəb emosiya ilə 
deyilən müxtəlif intonasiyalı cümlələrdir. Xortdan hər 
dəfə rastlaşdığı hadisələrlə əlaqədar müxtəlif cümlələr 
işlədir:  «Aman,  xudaya!  Molla  Ağa  Fazili  Dərbəndi 
qıl körpüdən uçandan sonra bizim tək günahkar bən-
dələrə  nə  qulaq  quşqunu!»  (31,  s.  60).  Bu  baxımdan 
Ə.  Haqverdiyev  «Ədəbi  dilimiz  haqqında»  olan  mə-
qalədə  yazırdı:  «Danışıq  vaxtında  fars  ləfzlərinin  çox 
işlənməsi, indi də savadlılığa dəlil hesab olunur» (31, 
s.  376).  Ədib  bu  məqaləsində  dövrünün  ziyalısı  kimi 


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
93 
ədəbi dilin o dövrdə tam öz axarına düşmədiyindən də 
bəhs  edir:  «90-cı  illərdə  ortalığa  atılıb  ədəbiyyatla 
məşğul  olmaq  istəyən  ziyalılarımız  (özümü  də,  o 
cümlədən  hesab  edirəm)  iki  tərəfdən  də  avara  olub 
məcburən rus ədəbiyyatı təsiri altına düşüb, türk dilin-
də rus cümlələri işlətməyə üz qoydular» (31, s. 377).  
Bütün  bunlara  baxmayaraq  Haqverdiyevin  yazı 
dilinin müsbət xüsusiyyətləri də var. «Realistlərin dili 
XΙX əsrin əvvəllərindən gələn dil-üslub meylinin bila-
vasitə davamıdır – «bədii dilin üslubu-semantik geniş-
lənməsində,  bədii  nitqlə  bağlı  söz  və  təşbeh  yaradıl-
masında əsas ağırlıq satirik ədəbiyyatın üzərinə düşür. 
Obrazlı  desək,  «Molla  Nəsrəddin»  xalq  dili  xəzinə-
sinin qapılarını taybatay ədəbi dilin üzünə açdı... Mol-
lanəsrəddinçilərin  və  ümumiyyətlə,  XX  əsr  satirik-
lərinin dili üçün səciyyəvi üslubi cizgilər: xalq danışıq 
dilinə  maksimum  yaxınlıq,  lüğətdə  və  sintaksisdə  lo-
ruluq,  məişət  leksikonun  ictimai-siyasi  yüklənməsi, 
satirik çoxmənalılıq, tipin öz dili ilə ifşası, əsas mətlə-
bin kinayə ilə verilməsi»dir» (8, s. 194). 
Haqverdiyevin  əsərlərində  gülüşün  özünəməxsus 
formalarına rast gəlirik. Gülüş o zaman yaranır ki, sə-
nətkar həyatdakı komik qüsuru düzgün görüb göstərə 
bilsin. Müəllifin gülüşünün mayası bütün gülüş tiplə-


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə