Aynurə paşayeva


Məni nə vədə Şuşaya yetirərsən?



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə23/30
tarix11.07.2018
ölçüsü1,03 Mb.
#54796
1   ...   19   20   21   22   23   24   25   26   ...   30

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
103 
şevik olub, inanardım, amma min nəfər əhli-iman and 
içsə  ki,  Dəsturovu  cəhənnəmə  göndərəcəklər,  inan-
mazdım» (31, s. 80). 
Eyhamlar  yeri  gələndə  gündəlik  məsələləri  deyil, 
ictimai məsələləri də əhatə edir: «Bu səsi eşidib, özüm 
də  «axtaran  tapar»  deyib  Yevlax  mövqifinə  rəvan 
olub,  sübh  yetişdim.  Xəbər  aldım  ki,  Şuşuya  poyezd 
nə vədə gedəcək. 
Dedilər: 
– On beş ildən sonra bəlkə gedə. 
Dedim: 
– Yox, bir belə müddət gözləməyi mən bacarma-
yacağam. İşim əcələlidir» (31, s. 28). 
Burada  yolların xarabalılığına, dəmir yolunun ol-
mamağına mənalı eyham vardır. Hətta ədib işarə edir 
ki, bu qüsurlar belə getsə, on beş ildən sonra bəlkə dü-
zəlsin.  Bu  sözlər,  eyni  zamanda  o  vaxt  Azərbaycanın 
sənaye və iqtisadiyyat etibarı ilə geriliyinin tənqidi ki-
mi səslənir. 
Ümumiyyətlə,  Ə.  Haqverdiyevin  sənətkarlıq  mə-
harəti  bir  də  ondadır  ki,  o,  tənqid  hədəflərinin  gü-
lünclüyünü  müxtəlif  üsullarla,  vasitələrlə  əsl  mənada 
aça bilmiş, onlara qarşı başqalarında da gülüş doğur-


Aynurə  Paşayeva 
 
 
104 
mağa  bacarmışdır.  Bu  gülüş,  eyni  zamanda  çox  təbii 
və səmimi idi. 
Ədib surət və hadisələr haqqında geniş söhbət aç-
mağı, uzun təfsilat danışmağı xoşlamır. O, öz fikirlə-
rini, mətləblərini əsas etibarı ilə hadisələrin inkişafın-
da, surətlərin xarakterində ifadə edir. Haqverdiyev bə-
dii  mətləbin  izahında  zahiri  görünüş  əlamətlərindən 
köməkçi  bir  vasitə  kimi  istifadə  etməyi  o  qədər  də 
meyl  etmir:  əsas  sözünü  obyektin  bilavasitə  məzmu-
nunun,  mahiyyətinin  dəqiq  və  zəngin  təhlilində,  iza-
hında söyləməyə çalışır.  
Bədii  yaradıcılıqda  məcazlardan  istifadə  yazıçı-
dan,  sənətkardan  yüksək  professionallıq,  obrazlı  tə-
fəkkür,  sözlərin  üzərində  səbirlə,  təmkinlə  işləmək, 
onlara  yeni  məzmun,  məna  çalarları,  poetik  təsvir  və 
ifadə  vasitələrindən  yüksək  səviyyədə  faydalanmaq 
bacarığı tələb edir. Aydın məsələdir ki, yazıçının bədii 
zövqü, həyat təcrübəsi, idrak və müşahidə qabiliyyəti 
nə  qədər  güclüdürsə,  onun  dili  də  o  dərəcədə  güclü, 
təsirli,  əlvan  və  poetik  olur.  Bədii  təsvir  vasitələrinə 
epitet,  təşbeh  (bənzətmə),  metafora  (istiarə),  metoni-
miya  (addəyişmə),  simvol,  bədii  sual,  təzad,  təkrir, 
mübaliğə,  inversiya,  kinayə  aiddir.  Ə.  Haqverdiyev 
bir nasir kimi bədii təsvir və ifadə vasitələrindən yer-


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
105 
li-yerində  satirik  tərzdə  canlandırmışdı.  Ədib  epitet-
lərdən  ən  çox  bədii  portret  yaradan  zaman  istifadə 
etmişdir:  «Yoğun  cüssəli,  yoğun  sifətli,  qırmasaqqal, 
boynun  gödəkliyindən  başı  iki  çiyinlərinin  arasında 
gizlənmiş, çuxasının qolları əllərini örtmüş, şalvarının 
yuxarısı  dar,  aşağısı  enli,  yerişi  və  danışığı  vüqar  və 
təmkinli,  amma  söz  demək  istəyəndə  ağzından  zəhri-
mar  axırdı  və  ilan  dilinə  oxşar  bir  dil  çıxırdı»  (31,          
s.  80).  «Yoğun  cüssəli»,  «yoğun  sifətli»  və  s.  kimi 
epitetlər  şəxsin  xarici  cizgiləri  haqqında  məlumat  ve-
rir.  
Ədib tarixə nəzər salaraq Əsgəran hasarı haqqında 
danışanda qeyd edir ki: «İxtiyar mənim əlimdə olsay-
dı,  bu  hasarı,  qədim  hasardan  olmasına  baxmayaraq, 
kökündən  qazardım.  Bəlkə  bayquş  kimi  göz  qaba-
ğında  durub,  keçmiş  qanlı  günlərə  baxanların  yadına 
gətirməyə» (31, s. 38). 
Ədib siyasi məsələyə toxunaraq 1905-ci ildə olan 
hadisələri,  «qanlı  günlər»  kimi  epitetlə  adlandırır. 
Haqverdiyev  ermənilər  tərəfindən  türklərə  qarşı  tö-
rədilən həmin dəhşətli  günlərin bir daha  qayıtmama-
sını arzulayır. 
Yazıçı  epitetlərdən lirik-psixoloji  məqamlarda  da 
istifadə  etmişdi.  «Odabaşının  hekayəsi»ndə  Fərman 


Aynurə  Paşayeva 
 
 
106 
ölüm  yatağında  olanda  həkimin  Gövhərtacdan  gətir-
diyi köynəyi və qan ləkəli dəsmalı bağrına basır. Sev-
gilisinə qovuşa bilməyən aşiqin hisslərini ədib bu cür 
təsvir  edir:  «Sonra  köynəyi  qalxızıb  bir  qədər  yanıqlı 
nəzərlə  baxıb  odlu  ah  çəkdi»  (31,  s.  122).  Haqverdi-
yev  təşbehdən  (bənzətmə)  məharətlə  istifadə  edən, 
onun məna çalarlarını uyğunlaşdıran bir yazıçıdır. Əl-
bəttə yazıçı bu bənzətmə ən çox satirik məqsədlə isti-
fadə  etmişdir.  Haqverdiyevin  bənzətmələri  ən  çox 
mübaliğəlidir. Çünki bu zaman əsas üstünlüyü kinayə-
yə  verərək  hadisələrin,  yaxud  da  obrazların  iç  üzünü 
aça bilmişdi. Yevlaxı təsvir edən zaman yazır: «Ada-
mın başının üstündə,  quzğun  cəmdək üstünə  dolanan 
kimi dolanırlar» (31, s. 28).  Başqa bir misalda  yazır: 
«Əhli-savab qırğı kimi yüyürüb körpünün o bir tərəfi-
nə keçir» (31, s. 60). 
Qıl  körpüsündən  keçən  zaman  savab  qazanmış 
şəxslərin  cəhənnəmə  düşmədiklərinə  görə  sevincli 
halda  cənnətə  getməklərini  «qırğı  kimi  yüyürüb»  təş-
beh ilə əvəz edərək mübaliğələşdirir. 
Ədib  din  xadimlərinin  –  məşədilərin,  hacıların 
məşğul olduqları fırıldaqları mübaliğəli kinayə ilə tən-
qid etmişdir: «Oğrular çiti, məxməri, ay-ulduzu, zərli 
parçaları,  firəng  qanovuzunu...  açıb  tökürlər  məşə-


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
107 
dinin  qabağına,  məşədinin  gözləri  məşəldar  pişiyin 
gözləri kimi başlayır parıldamağa» (31, s. 76). 
Məşədi  Sünbə  oğurluq  malları  sünbə  ilə  ölçərək 
oğrulardan  alıb  dükanında  satırdı.  Həmin  parçaları 
satan  zaman  üstəlik  sələmçiliklə  də  məşğul  olurdu. 
Oğurluq  malları  görəndə  Məşədi  Sünbənin  acgözlü-
yünün, tamahkarlığının  ən bariz  nümunəsi  «məşəldar 
pişiyin gözləri kimi başlayır parıldamağa» təşbehində 
özünü göstərir.  
Haqverdiyev  təşbehləri  mübaliğələşdirdiyi  kimi 
bəzən  kiçildib  litota  halına  da  gətirməyi  bacarırdı: 
«Xülasə, Hacı Kamyabın qapısında camaat qarışqa ki-
mi qaynamaqda idi» (31, s. 95). 
Ədib burada Hacı Kamyabın evinə Xudayar xanın 
elçi  getmək  münasibəti  ilə  qurduğu  məclis  üçün  ca-
maatı qapısında işlətməyindən danışırdı. Xudayar xa-
nın  gətirdiyi  peşkəşi  Gövhərtaca  təqdim  olunanda  o, 
çox  pis  vəziyyətə  düşür.  Əsl  sevgilisinə  yox,  başqa 
birisinə verildiyini anlayanda bərk ağlamağa başlayır: 
«Gözlərindən sel kimi yaş axdı» (31, s. 95). 
Ədib Məşədi Sünbə haqqında işlətdiyi mübaliğəli, 
kinayə dolu təşbehi həkimbaşı Mirzə Mehdi haqqında 
da  təkrar  işlədir:  «Həkimbaşı  pulları  görəndə  gözləri 
məşəldar pişiyin gözləri kimi bərq verir» (31, s. 101).  


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə