Aynurə paşayeva



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə2/30
tarix11.07.2018
ölçüsü1,03 Mb.
#54796
1   2   3   4   5   6   7   8   9   ...   30

Aynurə  Paşayeva 
 
 

lemlərini  öyrənmək  baxımından  dəyərli  bir  tədqiqat 
əsəridir.  70-ci  illərdən  bəri  A.  Məmmədov,  N.  Xəli-
lov,  L.  Rəşidzadə  Haqverdiyevin  yaradıcılığı  ilə  ya-
xından  maraqlanmış,  bu  mövzunu  tədqiqata  cəlb  et-
mişlər.  90-cı  illərdə  fil.f.d.  Güldəniz  Qocayevanın  
«Ə.  Haqverdiyevin  bədii  nəsri»  mövzusunda  yazdığı 
namizədlik  dissertasiyası,  2002-ci  ildə  çap  etdirdiyi 
«Nagah  xəyalıma  cəhənnəm  düşdü»  monoqrafiyasın-
da  Haqverdiyevin  bədii  irsi,  eləcə  də  «Xortdanın  cə-
hənnəm məktubları» povestinin ideya-bədii qaynaqla-
rı,  nəsrinin  təkamül  yolları,  bədii  detaldan  istifadə 
üsulları,  təsnifatı  məsələləri  əsasında  tədqiqata  cəlb 
olunur,  xarici  ölkə  xalqları  mifologiyası  ilə  müqayi-
sələr aparılmışdır. M. Məmmədovun «Ə. Haqverdiye-
vin  həyat 
və 
yaradıcılığı» 
kitabında  (2008),               
dos.  P.  İsayevanın  «AMEA-nın  məruzələri»ndə  çap 
olunan  ««Xortdanın  cəhənnəm  məktubları»  əsərinin 
mifopoetik strukturundan o biri dünyaya səyahət mo-
tivi»  məqaləsində  (2009)  Ə.  Haqverdiyevin  «Xortda-
nın  cəhənnəm  məktubları»  povestindən  bəhs  olun-
muşdur. 
Göründüyü kimi, bütün dövrlərdə Ə. Haqverdiyev 
yaradıcılığı haqqında tədqiqatlar aparılsa da, «Xortda-
nın  cəhənnəm  məktubları»  povesti  ayrıca  tədqiqata 


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 

cəlb olunmamışdı. Bu da mövzunun bu gün aktual ol-
duğunu göstərir. 
Tədqiqatın məqsəd və vəzifələri: «Xortdanın cə-
hənnəm məktubları»nı tədqiqata cəlb edilən zaman bir 
sıra məsələlərə aydınlıq gətirilmişdir. Tədqiqatda aşa-
ğıdakı vəzifələr yerinə yetirilmişdir: 
1.
 
Əsərin mövzu, süjet və kompozisiyasının özəl-
liklərini əks etdirmək. 
2.
 
Əsərin  mövzusunun  ictimai-siyasi  dövrlə  əla-
qəsini aydınlaşdırmaq. 
3.
 
Cəhənnəm  mövzusunun  qaynaqları  haqqında 
məlumat vermək. İslami dəyərlərdən gələn cəhənnəm 
mövzusu ilə «mənfi tiplər» cəmiyyəti olan cəhənnəm 
arasındakı  oxşar  və  fərqli  xüsusiyyətləri  sübuta  yetir-
mək. 
4.
 
Mənfi tiplər cəmiyyətinin surətlərinin ayrı-ayrı 
səciyyəvi xüsusiyyətlərini verərək tam dolğunluğu ilə 
əhatəli planda aydınlaşdırmaq. 
5.
 
Əsərin tənqidi pafosunu, estetik dəyərini və sə-
ciyyəsini müəyyənləşdirmək. 
6.
 
Sənətkarlıq,  dil  və  üslub  xüsusiyyətlərini  araş-
dırmaq. 
7.
 
Müəllifin  bəhrələndiyi  folklor  nümunələrini 
üzə çıxarmaq. 


Aynurə  Paşayeva 
 
 
10 
Tədqiqatın  predmeti  və  obyekti:  Tədqiqata  bir 
sıra mənbələr cəlb olunmuşdur. Ədibin şəxsi arxivin-
dən  tapılmış  materiallar,  onun  barəsində  yazılan  mo-
noqrafiyalar,  müxtəlif  jurnallarda  və  qəzetlərdə  çap 
olunan məqalələr, yazıçının şəxsi məqalələri, müxtəlif 
illərdə  çap  olunmuş  və  hər  nəşrində  də  üzərində  mü-
əyyən  düzəlişlər  edilmiş  «Xortdanın  cəhənnəm  mək-
tubları» əsəri, müxtəlif ensiklopediyalardan, nəzəri ki-
tablardan istifadə olunmuşdur. 
Tədqiqatın  elmi  yeniliyi:  «Xortdanın  cəhənnəm 
məktubları»  povesti  Haqverdiyevin  nəsr  yaradıcılı-
ğının içərisində tədqiq olunsa da, ayrıca tədqiqata cəlb 
olunmamışdır.  Əsər  məna  baxımından  o  qədər  dərin 
və  çoxşaxəlidir  ki,  zənnimizcə,  deyilməmiş  fikirlər 
hələ  də,  qalmaqdadır.  Ə.  Haqverdiyevin  «Xortdanın 
cəhənnəm  məktubları»  adlı  tədqiqatda  daha  yeni  ak-
tual  problemlərdən  bəhs  olunmuşdur.  Müəllif  tarixin 
müəyyən  dövründə  zamanın ideologiyasının  təsiri ilə 
təhrif  olunan  bəzi  məqamları  aydınlatmağa  çalışmış-
dır.  Belə  ki,  yazıçının  şəxsi  arxivindən  tapılan  mate-
riallara istinad edərək islami dəyərləri qoruyub saxla-
yan  bəzi  motivlər  ilk  dəfə  olaraq  burada  tədqiq  olun-
muşdur. Surətləri, xarakterləri səciyyələndirərkən  əv-


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
11 
vəlki  mənbələri  sistemləşdirib,  yeni  fikirləri  də  içəri-
sində bildirilmişdir. 
Tədqiqatın  təcrübi  əhəmiyyəti:  Tədqiqatın  ma-
teriallarından  tədris  müəssisələri,  tədqiqatçılar  bəhrə-
lənə bilərlər. 
İşin aprobasiyası: Ə. Haqverdiyevin «Xortdanın 
cəhənnəm  məktubları» povestinə həsr olunmuş tədqi-
qat  işi  BDU-nun  Klassik  Azərbaycan  ədəbiyyatı  ka-
fedrasında  yerinə  yetirilmişdir.  Dissertasiyanın  əsas 
müddəaları  Cəfər  Xəndan  Hacıyevin  anadan  olması-
nın  100  illik  yubileyinə  həsr  olunmuş  elmi-nəzəri 
konfransında  «Ə.  Haqverdiyevin  «Xortdanın  cəhən-
nəm  məktubları»  povestində  ideya,  mövzu,  kompozi-
siya»  (20-21  may,  2010-cu  il),  AMEA  Nizami  Gən-
cəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin 70 
illiyinə həsr edilən «Azərbaycan xalqının milli özünü-
təsdiqində  ədəbiyyat  və  mədəniyyətin  yeri»  mövzu-
sunda  beynəlxalq  konfransında  «Ə.  Haqverdiyevin 
«Xortdanın  cəhənnəm  məktubları»  povestindəki  bəzi 
surətlərin  səciyyəsi»  (29-30  noyabr,  2010-cu  il), 
Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyinin 
bərpasının  20-ci  ildönümünə  həsr  olunmuş  «Azər-
baycan filologiyasının aktual problemləri» mövzusun-
da  elmi-nəzəri  konfransında  «Ə.  Haqverdiyevin 


Aynurə  Paşayeva 
 
 
12 
«Xortdanın  cəhənnəm  məktubları»  povestində  dil  və 
üslub xüsusiyyətləri» (18-19 may, 2011-ci il), AMEA 
Azərbaycan  Gənc  alim,  aspirant  və  magistrlər  cə-
miyyətinin Azərbaycan Respublikasının dövlət müstə-
qilliyinin  20-ci  ildönümünə  həsr  olunmuş  «Gənc 
alimlərin I Elm Festivalı»  mövzusunda elmi  konfran-
sında «Ə. Haqverdiyevin «Xortdanın cəhənnəm mək-
tubları» povestində  mifik-dini  motivlər və  atributlar» 
(13-15  iyul,  2011-ci  il),  Abbas  Zamanovun  100  illik 
yubileyinə  həsr  olunmuş  «Müasir  Azərbaycan  filolo-
giyası:  axtarışlar,  problemlər,  perspektivlər»  mövzu-
sunda  Respublika  elmi  konfransında  «Əbdürrəhim 
bəy  Haqverdiyevin  «Xortdanın  cəhənnəm  məktubla-
rı» povesti və folklor» (18-19 may, 2011-ci il) məqa-
lələrində öz əksini tapmışdır. 
İşin  strukturu  və  həcmi:  Tədqiqat  işin  ümumi 
xarakteristikasından,  üç  fəsil,  nəticə  və  istifadə  edil-
miş ədəbiyyat siyahısından ibarətdir.  
İşin məzmunu: Girişdə mövzunun aktuallığı, təd-
qiqatın məqsəd və vəzifələri, predmeti və obyekti, el-
mi  yeniliyi,  təcrübi  əhəmiyyəti,  aprobasiyası,  struk-
turu və həcmi haqqında məlumat verilir. 
I fəsil ««Xortdanın cəhənnəm məktubları» poves-
tində  ideya,  mövzu,  kompozisiya»  adlanır.  Povestin 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə