Aynurə paşayeva


Məni nə vədə Şuşaya yetirərsən?



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə3/30
tarix11.07.2018
ölçüsü1,03 Mb.
#54796
1   2   3   4   5   6   7   8   9   ...   30

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
13 
ideya, süjet, kompozisiyası haqqında həm nəzəri, həm 
də həmin nəzəri məlumata uyğun nümunələr göstəril-
mişdir. 
II  fəsil  «Əsas  surətlərin  səciyyəsi»  adlanır.  Bura-
da  bütün  müsbət  obrazlardan  başlamış  mənfi  obraz-
lara  kimi  (epizodik  surətlər  də  daxil  olmaqla)  hamısı 
ayrı-ayrılıqda təhlilə cəlb olunmuşdur.  
III fəsil «Dil və üslub xüsusiyyətləri» adlanır. Bu 
fəsildə Ə. Haqverdiyevin dilimizin üslub zənginliklə-
rindən  istifadəsi,  bədii  gülüşün,  təsvir  və  ifadə  vasi-
tələrindən çox böyük ustalıqla bəhrələnməsindən bəhs 
edilir. Ə. Haqverdiyevin bir yazıçı kimi povestdə nü-
mayiş  etdirdiyi  yüksək  sənətkarlıq  məharəti  verilən 
nümunələr  əsasında  öz  həllini  tapır.  Onun  yaradıcılı-
ğının qaynaqları təkcə Azərbaycan ədəbiyyatı, folklo-
ru,  mifologiyası  ilə  məhdudlaşmır,  o  həm  də,  dünya 
folklor və mifologiyasına da yaxından bələd olan çox 
mahir sənətkardır. 
 
 
 
 
 
 


Aynurə  Paşayeva 
 
 
14 
 
Ι FƏSİL 
«XORTDANIN CƏHƏNNƏM MƏKTUBLARI» 
POVESTİNDƏ 
İDEYA, MÖVZU, KOMPOZİSİYA 
 
Əbdürrəhim  bəy  Haqverdiyevin  «Xortdanın  cə-
hənnəm  məktubları»  povesti  zəngin  və  mürəkkəb 
kompozisiya  quruluşuna  malik  olan,  məzmun,  forma 
baxımından yazıçının digər nəsr nümunələrindən fərq-
lənən bir əsərdir. 
«Bədii  əsərlərin  forması  ilə  məzmunu  arasında 
müəyyən əlaqə, uyğunluq olmalıdır. Əlbəttə, məzmun 
birinci,  forma  ikincidir.  Bununla  belə  məzmunun  ifa-
dəsində  formanın  rolu  böyükdür.  Məzmun  dedikdə, 
bədii əsərdə sənətkarın nə demək istəməsi, forma de-
dikdə isə necə deməsi başa düşülür. Məzmun anlayışı-
na  əsərin  ideyası,  mövzusu  və  ümumi  məzmunu  aid-
dir. İdeya sənətkarın oxucuya demək istədiyi fikirdir, 
idrakı-tərbiyəvi konsepsiyadır, intibaha, ictimai-tərəq-
qiyə,  əqli-mənəvi  təkamülə  çağırış  vasitəsidir,  müba-
rizə silahıdır. Bədii əsərin dəyəri, siqləti və milli-bəşə-
ri  əhəmiyyəti  də  ilk  növbədə  onların  ifadə  etdiyi  ide-


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
15 
yanın  həyatiliyi  və  orijinallığı  ilə  bağlıdır»  (19,           
s. 192-193). 
«Xortdanın  cəhənnəm  məktubları»  ideya  baxı-
mından çox zəngindir. Bu povestdə əsas ideya xalqın 
tərəqqisinə  mane  olan  ictimai  təbəqələrin,  habelə  o 
dövrdə Azərbaycandakı mühafizəkar qüvvələri tənqid 
etməkdir. Lakin yazıçı yeri gəldikdə başqa ciddi siya-
si-ictimai mətləblərə də toxunmuşdur. 
Yazıçı  cəhənnəmi  tənqid  etmək  istədiyi  surətlər 
üçün bir məkan seçmişdir. Cəhalət, dərəbəyilik, hərc-
mərclik,  haqsızlıq  burulğanında  boğulan  feodal  patri-
arxal mühit ilə cəhənnəm bir növ müqayisə olunmuş-
dur. Dünya ədəbiyyatının qabaqcıl təcrübəsi və «Mol-
la  Nəsrəddin»  ədəbi  məktəbi  Ə.  Haqverdiyevə  öz 
dövrünün ictimai haqsızlıqlarını açıb göstərmək, ümu-
mi  sosial-mədəni  geriliyi  tənqid  və  ifşa  etmək,  işıqlı 
oyanış  ideyalarını  təbliğ  eləmək  üçün  yaxşı  düşünül-
müş,  orijinal,  maraqlı  ədəbi-bədii  forma  vermişdir. 
Cəhənnəmdəki  Veyl  quyusuna  düşən  xainlər,  Dəstu-
rov  kimi  mənfəətpərəst  dövlət  məmurları,  Vinokurov 
kimi  naçalniklər,  habelə  yüzbaşılar,  qorodovoylar, 
hətta Türkiyə sultanı Əbdülhəmid belə, bir növ sözgə-
lişi  olaraq  kəskin  satiranın  hədəfinə  çevrilərək  eyni 
məkana yerləşdirilib.  


Aynurə  Paşayeva 
 
 
16 
Yazıçının  əsas  məqsədi  uydurma,  xəyali  cəhən-
nəmi,  dini  kitablarda  geniş  şəkildə  təsvir  olunan  din 
ərkanından çıxmış günahkarlar məskənini, oradakı ağ-
lasığmaz, dəhşətli cəza üsullarını göstərmək deyil, ək-
sinə,  bundan  bir  satirik  ədəbi  vasitə  kimi  istifadə  et-
məkdir. Bütün süjet boyu hadisələr dini kitabların cə-
hənnəmdə  təsvir  etdiyi  dəhşətli  mənzərələr,  ağır  cəza 
üsulları, günahkarlara tutulan min cür divan, real  var-
lığı çarizmin, əksinqilabın, irticanın, şahlıq və sultan-
lığın,  bəylik  və  ruhaniliyin,  din  və  dövlət  xadimləri-
nin,  haqsızlıq  və  bərabərsizliyinin  tutuşdurulması, 
qarşılıqlı müqayisəsi fonunda verilir. 
Əsərdə  verilən  cəhənnəmdəki  əzablar,  günahkar-
lara  verilən  işgəncələr  –  qıl  körpüsündən  yıxılmaq, 
Veyl quyusuna, qır qazanına düşmək, odlu süpürgə ilə 
döyülmək,  boğazına  qurğuşun  əridib  tökmək,  zəhər 
içirmək,  zəqqum  ağacının  meyvəsindən  yedirtmək, 
yerdən  qızardılmış  pul  yığdırmaq,  odabaşılıq,  süpür-
gəçilik, boğazından asmaq, təpəsi üstdə quyuya atmaq 
və  s.  real  «cəhənnəmin»  –  feodal  həyatı  və  mühitin 
günahsız  insanlarına,  əlsiz-ayaqsızlara,  yetim-yesirə, 
məzlum  qızlara-qadınlara,  alın  tərini  torpağa  axıdan-
lara, canını qoyan inqilabçılara, həqiqətin gözünə dik 


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
17 
baxanlara  edilən  zülmün,  sitəmin,  haqsızlığın  cavabı 
idi. 
Ədibin  oxucuya  təlqin  etmək  istədiyi  fikrə  görə, 
Hacı  Mirzə  Əhməd  ağa,  Dəsturov,  Hacı  Molla  Baba 
kimi cinayətkarlar, xainlər, satqınlar, günahkar bəndə-
lər  dini  kitabda  qeyd  olunan  «cəhənnəm»,  «qiyamət 
günü»,  «haqq  divanı»,  «qıl  körpüsü»  və  «qır  qaza-
nı»na  da  görə  layiq  olduğu  cəzalara  çatacaqlar.  Bu 
cəzalara  inansaq,  dövləti,  vətəni,  milləti  quru  ad  və 
şöhrətə,  «bir  yaranallığa»,  «nəfsi-əmmarəyə»  qurban 
verən  şahların,  xan  və  bəylərin,  vəkillərin,  rəiyyəti 
cücə kimi şişə çəkən, xalqı soğan kimi soyan ağaların 
və  hakimlərin,  ölkəni  viran  qoyan,  azadlıq  uğrunda 
vuruşanlara  divan  tutan  çarların,  despot  şahların  və 
sultanların,  millətləri,  insanları  bir-birinə  vurduran, 
dünyaya  düşmənçilik  toxumu  səpən  şeytanmisal 
adamlar  öz  cəzalarını  alacaqlar.  Təsadüfi  deyil  ki, 
ədib  Qafqaz  və  İran  müsəlmanların  səcdəgahı,  çoxlu 
dini kitabların, mərsiyə toplularının ümumiləşmiş tipi 
olan  Fazili-Dərbəndin  qıl  körpüsündən  salaraq  bütün 
fırıldaqçı  ruhani  üləmasının  ümumi  mənfi  tipi  kimi 
təsvir və tənqid edir. 
«Xortdanın  cəhənnəm  məktubları»  1906-cı  ildə 
Molla Nəsrəddin jurnalında çap olunsa da, 1930-cu il-


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə