Aynurə paşayeva



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə5/30
tarix11.07.2018
ölçüsü1,03 Mb.
#54796
1   2   3   4   5   6   7   8   9   ...   30

Aynurə  Paşayeva 
 
 
22 
«Xortdanın  cəhənnəm  məktubları»  povestinin 
kompozisiyası  mürəkkəb  və  orijinaldır.  Povestdəki 
hadisələr  məkanına  görə  iki  yerə  bölünür.  Bu  dünya 
və  o  dünya-cəhənnəm.  Bu  dünya  Tiflisə  qədər  cərə-
yan edən hadisələri təşkil edir. O dünya Tiflisdə olar-
kən  Xortdanın  dərmanı  içib  cəhənnəmə  düşməyindən 
başlayır.  Cəhənnəm  göstərilən  hissə  böyük  kinayə-
lərlə  mənfi  tip  insanların  cəzalarına  çatması  səhnəsi-
dir. Cəhənnəm povestdə əslində sadəcə olaraq bir bə-
dii  priyomdur.  Əsil  dini  kitablarda  göstərilən  cəhən-
nəmlə  müqayisə  edildikdə  Ə.  Haqverdiyevin  həmin 
əsərlərə yaxından bələd olması aydınlaşmış olur.  
Ə. Haqverdiyev dövrünün sayımlı ziyalısı kimi is-
lam  dininə  yaxından  bələd  idi.  Eyni  zamanda  arxi-
vində olan materiallar («Народные зрелище и рели-
гиозные  мистерии  в  Азербайджане»  adlı  məqalə-
sində  islam  dinin  yaranma  tarixindən,  Məhəmməd 
peyğəmbərin dini fəaliyyətindən, bir çox mənbələrdən 
gətirilmiş  faktlar  əsasında  geniş  bəhs  açır.  Burada  is-
lam  dini  haqqında  bir  çox  materiallar  və  Qurandan 
ruscaya  tərcümələr  də  vardır.)  Ə.  Haqverdiyevin  is-
lam  dininə  təkcə  bir  ziyalı  kimi  maraq  göstərməmiş-
dir. Eyni zamanda əldə etdiyi bilikləri, elmi  materialı 
çox böyük ustalıqla tədqiqata cəlb etmişdir. 


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
23 
Ə.  Haqverdiyev  dini  heç  bir  zaman  inkar  etmə-
miş, islamı dərindən bilən bir ziyalı kimi həmişə mü-
səlmançılıq ənənəsinə sadiq qalmışdır. Çox təəssüflər 
olsun ki, Sovet dövründə təbliğ olunan «ateist» fikir-
lər  bəzi  tənqidçiləri  həvəsləndirərək  həmin  çirkin 
mövqedən Haqverdiyevin  yaradıcılığına  da  yanaşma-
ğa sövq etmişdir. Guya Haqverdiyev mövhumatı tən-
qid edərək «allah yoxdur» deməyə çalışmış, onu dan-
mışdır.  Əksinə,  Haqverdiyev  bütün  hekayələrində, 
hətta dramlarında belə dini heç bir zaman inkar etmə-
mişdir. Baxmayaraq ki, M. Məmmədov öz məqalələ-
rində  yazırdı:  «O,  din  mübəlliğlərinin  «insanın  başı 
üstündə  göyün  yeddinci  qatında  hər  şeyi  yaradan  və 
idarə edən Allah vardır kimi cəfəng müddəalarını bo-
şa  çıxararaq  qeyd  edir  ki,  göydə  heç  bir  ilahi  varlıq 
yoxdur» (56, s. 89). Haqverdiyev yaradıcılığını dərin-
dən bilən oxucuya, əlbəttə, bu çox gülünc gələ bilər.  
«Ə.  Haqverdiyev  islamın  bu  saxta  ehkamlarını 
tənqid edərək dinə inananları başa salırdı ki, cənnət və 
cəhənnəm  boş  əfsanədir,  həqiqi  və  yeganə  real  aləm 
yalnız insanı əhatə edən təbiətdir» (56, s. 89).  
Düzdür,  yazıçı  «Xortdanın  cəhənnəm  məktubla-
rı»nda,  «Vaveyla»da  hacıları,  mərsiyəxanları,  dindən 
öz mənafeləri üçün istifadə edib «hiyleyi-şəriyyə» ilə 


Aynurə  Paşayeva 
 
 
24 
məşğul olan ruhaniləri, Fazili Dərbəndiləri və s. fırıl-
daqçı din xadimlərini ifşa etmişdir. Bu fikirlə razılaş-
maq  olmaz  ki,  guya  «İslam  dini  insanları  yaradıcı 
əməkdən, azadlıq və tərəqqi uğrunda mübarizədən ya-
yındırmağa cəhd edir, onları cənnətə yetişmək arzusu 
ilə yaşayan aciz, cəsarətsiz və səfil bir vəziyyətə salır» 
(56, s. 89). 
Ə. Behbudov öz  məqaləsində  yazır: «Ə. Haqver-
diyev  dini  əfsanələrdə  şərh  edilmiş  hər  cür  uydurma-
ları rədd edərək öz kitablarında onu rəsmiləşdirib hə-
qiqət  kimi  təqdim  edənləri  öz  satira  və  istehzaları  ilə 
camaat  qarşısında  rüsvay  edirdi.  O,  materialist-ateist 
mövqedən çıxış edərək yazırdı.... 
Onun  yaradıcılığında  dini  mövhumatın  əyani  su-
rətdə  ifşa  edilməsi  xalqı  cəhalətdən  ayıldaraq  elmə, 
maarifə, tərəqqiyə doğru meyl etməsinə kömək edirdi. 
Bu  isə  öz  növbəsində  əhalidə  ateist  baxışların  yaran-
masının başlanğıcını qoyurdu» (11, s. 85; s. 91). 
Əlbəttə, sovet dövrünün materialist fəlsəfəsi bu fi-
kirlərdə açıqcasına duyulurdu. 
Haqverdiyev  cəhənnəmin  şöbələrini  «Tənbihül-
ğafilün»dən istifadə etdiyini qeyd edir. «Tənbihül-ğa-
filün»  (qəflətdə  olanları  tənbeh  etmək,  ayıltmaq)  ki-
tabı  Bəhauddin  Məhəmməd  İbn  İbrahim  Tirmizi  adlı 


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
25 
müəllifin  1869-cu  ildə  (hicri  tarixi  ilə  1286-cı  ildə) 
çap  olunmuş  əsəridir.  Kitab  müqəddimə, doqquz  bab 
və  xatimədən  ibarətdir.  «Tənbihül-ğafilün»  kitabında 
cəhənnəm  7  təbəqədən  ibarət  olması  göstərilir.  Lakin 
cəhənnəm burada daha qorxunc təsəvvür olunmuşdur. 
«Tənbihül-ğafilün»  nəsr  hissəsi  farsca,  nəzm  hissəsi 
ərəbcədən ibarət olan kiçik həcmli bir əsərdir.  
«Deyilənlərə  görə,  «Tənbihül-ğafilün»  kitabının 
müxtəlif variantları olmuşdur. Bəlkə də, Haqverdiyev 
onların  hansı  birindənsə,  istifadə  etmişdir.  Bundan 
əlavə  ədibin  öz  sözlərindən  məlum  olur  ki,  o,  başqa 
dini kitablara da müraciət etmişdir» (69, s. 106).  
Amma  cəhənnəm  anlayışının  kitablarda  olan  əsl 
dini mahiyyətini aydınlaşdıraq ki, Haqverdiyevin dinə 
necə  yaxından  bələd  olduğunu  sübuta  yetirək.  Dini 
kitablarda  göstərilir  ki,  Haqq-taala  cəhənnəmi  öz  qə-
zəbindən  yaratdı.  Cəhənnəm  yeddi  qatdan  ibarətdir. 
Yeddinci  qat  yerdən  aşağı  70  illik  yoldur.  Əzabları 
bir-birindən artıqdır. Onun əhli bəd, kar, kor, lal olub 
dünyada etdikləri əməllərinə müvafiq ilan, ayı, donuz, 
meymun  və  sair  sifətlərdə  olurlar.  Cəhənnəm  əhlinin 
arasında kin, küdurət, qəzəb, ədavət, həsəd, riya son-
suzdur.  Hər  birinin  bir  cür  adı  var.  Birinci  qatın  adı 
ikidir:  Haviyyə  və  Xütamədir.  Üçüncü  qatın  adı  Sə-


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə