Aynurə paşayeva



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə6/30
tarix11.07.2018
ölçüsü1,03 Mb.
#54796
1   2   3   4   5   6   7   8   9   ...   30

Aynurə  Paşayeva 
 
 
26 
qardır.  Bu  da  zındıqların  yeridir.  Dördüncü  cəhənnə-
min adı Ləziadır. Bu cəhənnəm tərki-silahların yeridir 
(Yəni  namaz  qılmayıb,  oruc  tutmayanların  yeridir). 
Beşinci  qatı  Sairdir.  Bu  da  sairlərin  və  kəsairlərin 
(yəni  xristianların  və  yəhudilərin)  yeridir.  Altıncı  qat 
Qəyyadır. Sehrkar və musiqiçiləri, müğənnilərin yeri-
dir.  Yeddinci  qat  Həviyyə  (uçurum)  adlanır.  Bu  cə-
hənnəmin  qatı  tövbəsiz  ölən  insanlar  üçündür.  Qi-
yamət günü günahların miqdarını mizan-tərəzidə çəki-
lir,  ondan  sonra  əgər  savabları  günahdan  çoxdursa, 
cənnətə gedirlər. Yeddinci qat bütün qatlardan dəhşət-
lidir.  Əgər  cəhənnəm  odundan  bir  qədər  bu  dünyaya 
düşsə,  yer  üzərində  500  fərsənglik  yerdə  yaşayan 
məxluqat  həlak  olar.  Cəhənnəmdə  70  min  şəhər  var-
dır. Hər şəhərdə 70 min ev var, hər evdə 70 min sufər 
vardır. Hər bir sufərdə 70 min məkan vardır. Hər bir 
sandıqda  70  min  əzab  vardır.  Əzabları  bir-birindən 
dəhşətlidir. 
Haqverdiyev  cəhənnəmə  düşən  qəhrəmanını  sati-
rik  tamaşa  ilə  qarşılaşdıraraq  yazır:  «Təəccüb  burası 
idi ki, burnuma plov iyi gəldi. Yəqin etdim ki,  cəhən-
nəmdə hamıdan çox yananlar plov yeyənlərdir. 


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
27 
İsti gəldikcə artdı. Mən dayandım. Gördüm ki, hə-
rarətin  artıqlığından  mənim  üçün  irəli  getmək  müm-
kün olmayacaqdır... 
Cəhənnəm əvəzində bir böyük əjdaha gördüm ki, 
onun  yetmiş  min  fərsəng  boyu  idi  və  yeddi  min  fər-
səng eni idi. Yetmiş min ağzı var idi, yetmiş min bur-
nu, yetmiş min gözü və yetmiş min qulaqları var idi. 
Heyvanın  ağzından,  qulaqlarından  və  burunların-
dan alov dirəklənirdi» (31, s. 50-51). 
Ərəblərdə 7 rəqəmi intəhasız çoxluq mənasında-
dır. Şumerlərdə 7 sayı kainatın işarəsi, çin miflərində 
7 oyuq kainatın yaranmasına, hindlilərdə 7 qütbə, ket-
lərdə  göyün  və  yerin  7  qatına,  Vavilonda    kainatın  7 
dünya sayına, «Tövrat»da 7 sayı yaradılışa işarə olun-
muşdur (2, s. 87). 
Ə. Haqverdiyev bu cür günahkar insanları bir yerə 
yığıb    onlar  üçün  uyğun  zaman  və  məkan  seçmişdir. 
Haqverdiyev  sanki  bu  üsulla  cinayətkarlara  cəza  ve-
rən hakimləri xatırladır. Ancaq o, məkan kimi məhkə-
mə  zalı  deyil  cəhənnəmi  seçir,  cəza  kimi  də  hər  gü-
nahkarın  öz  günahlarının  cəzasına  görə  təbəqələri  se-
çib. 
Qurani-Kərimdə cəhənnəm barədə ayələrdə və su-
rələrdə  yazılır:  «Həqiqətən,  Cəhənnəm  pusqudur.  O, 


Aynurə  Paşayeva 
 
 
28 
azğınların məskənidir» (ən-Nəbə surəsi, 21-22-ci ayə-
lər); «Şübhəsiz ki, Allah kafirləri lənət eləmiş və onlar 
üçün  yanar  od  hazırlamışdır.  Onlar  orada  əbədi  qa-
lacaqlar, nə bir hami, nə də bir mədədkar tapa biləcək-
lər» (əl-Əhzab surəsi, 64-65-ci ayələr); «Kafir olanları 
cəhənnəm  odu  gözləyir.  (Orada)  nə  onların  ölümünə 
hökm olunar ki, ölüb canları qurtarsın, nə də əzabları 
yüngülləşər.  Biz  hər  bir  kafiri  belə  cəzalandırırıq» 
(Fatiri  surəsi,  36-cı  ayə);  «Pis  işlər  görənlərə  isə  pis-
liyin cəzası onun misli qədər verilər. Onları zillət bü-
rüyər. Onları Allahdan qoruya bilən bir kimsə də yox-
dur.  Onların  üzləri  sanki  zülmət  gecənin  parçalarına 
bürünmüşdür. Onlar od sakinləridir və orada əbədi qa-
lacaqdır»  (Yunus  surəsi,  27-ci  ayə);  «Onlar  orada  nə 
bir  sərinlik,  nə  də  içməyə  bir  şey  tapacaqlar.  Qaynar 
sudan  və  irindən  başqa»  (ən-Nəbə  surəsi,  24-25-ci 
ayələr);  «Hələ  qarşıda  Cəhənnəm  vardır.  İrinli-qanlı 
sudan  içirdiləcəkdir.  O,  irinli-qanlı  suyu  qurtum-qur-
tum içər, onu zorla udar. Ona hər tərəfdən ölüm gələr, 
lakin  ölməz»  (İbrahim  surəsi,  16-17-ci  ayələr);  «Cə-
hənnəm alovlandırılacağı zaman; Və Cənnət (mömin-
lərə)  yaxınlaşdırılacağı  zaman;  Hər  kəs  (dünyada  bu-
günkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini bi-
ləcəkdir!» (ət-Təkvir surəsi, 12-14-cü ayələr). 


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
29 
XIII əsr İtalya intibah ədəbiyyatının görkəmli nü-
mayəndəsi olan Aligyeri Dantenin «İlahi komediya»sı 
Ə. Haqverdiyevin  «Xortdanın cəhənnəm  məktubları» 
ilə müqayisə olunsa, bir çox oxşar məqamların şahidi 
olarıq. Dante də Haqverdiyev kimi cəmiyyətdə nifrət 
etdiyi tipləri cəhənnəmə toplayaraq kəskin şəkildə ifşa 
etmişdir.  Çünki  Dantenin  yaratdığı  cəhənnəmdə  də 
bolluca  fırıldaqçı  din  xadimləri,  sələmçilər,  əxlaqsız-
lar  var  idi.  «İlahi  komediya»  orta  əsrlər  ədəbiyyatı 
üçün  səciyyəvi  olan,  o  biri  dünyaya  yuxuda  səyahət 
formasında  yazılmışdır.  Ancaq  Dante  «İlahi  komedi-
ya»sını  xristian  dini  və  mifoloji  əfsanələrinə  əsasən 
yaratmışdır. Xristian dinin əfsanəsinə görə Cəhənnəm 
3  ilahi  qüvvə  tərəfindən  ata  (Allah-ali  qüvvə),  oğul 
(əql-küll),  müqəddəs  ruh  (ilk  məhəbbət)  tərəfindən 
yaradılmışdır.  Dante  bu  əsərdə  xristian  dinin  katolik 
təliminə daha çox riayət etmişdi. Burada cəhənnəm 9 
dairədən  ibarət  olan  yer  kürəsinin  səthindən  mərkə-
zinə tərəf çevrilmiş, getdikcə dairələri kiçilən qıf şək-
lindədir,  cəhənnəmin  hər  bir  dairəsində  isə  müəyyən 
qəbildən  olan  günahlarının  dərəcəsindən  asılı  olaraq 
günahkarlar – təqsiri olanlar saxlanılır. 
Fil.e.d.,  prof.  Yaşar  Qarayev  bu  haqda  yazırdı: 
««Xortdanın  cəhənnəm  məktubları»nın  niyyəti  zahi-


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə