Aynurə paşayeva



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə28/30
tarix11.07.2018
ölçüsü1,03 Mb.
#54796
1   ...   22   23   24   25   26   27   28   29   30

Aynurə  Paşayeva 
 
 
124 
göndərildi.  İlin  axırlarında  cəmiyyətin  nəzdində  top-
lanmış ədəbiyyatdan böyük bir kitabxana yaranmışdır. 
Kursların  açılması,  həm  də  kitabların,  materialların 
toplanması  işi  eyni  zamanda  Azərbaycan  incəsənəti-
nin,  tarixinin,  mədəniyyətinin,  etnoqrafiyasının,  coğ-
rafiyasının, eləcə də milli folklorun toplanıb araşdırıl-
masında xeyli iş gördü» (46, s. 16-17). 
Bu  folklor  nümunələrindən  atalar  sözü,  məsəllər, 
alqış və qarğışlar, andları və s. misal göstərmək olar. 
Ə. Haqverdiyev atalar sözünü, əsasən, iki üsulla işlət-
mişdir: birinci halda tam ciddi məzmunda olur. İkinci 
halda tənqidi gülüşlə müşayiət edilir (69, s. 282). Cid-
di  məzmunlu  atalar  sözlərinin  bəziləri  fars  dilində 
işlənsə də tərcüməsini də, hökmən, oxucuya aydınlaş-
dırır: «Kafər bəcəhənnəm namirəvəd kəşan-kəşan mi-
bərənd»  (Kafir  cəhənnəmə  getməz,  onu  çəkə-çəkə 
apararlar)  (31,  s.  51).  Ya  da  ədib  satirik  atalar  sözlə-
rini yaratdığı satirik obrazların dilindən verir: «Deyir-
lər  çox  oxuyan  çox  bilməz,  çox  gəzən  çox  bilər», 
«Axşamın  xeyrindən  isə  sabahın  şəri»  (31,  s.  44). 
Axırıncı  verilən  nümunə  Mirzə  Qoşunəli  Təbrizlinin 
dilindən verilib. O, iksir düzəldib cəhənnəmə yola sal-
mağı  xeyirli  bir  iş  hesab  edərək  bunu  deyir.  Əslində 
ədib  bu  cür  atalar  sözünü  onun  dilindən  kinayəli  bir 


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
125 
şəkildə vermişdi. Başqa satirik obrazın-Hacının dilin-
dən  deyilən  atalar  sözünə  nəzər  yetirək:  «Keçəl  dər-
man bilsə, öz başına yaxar» (31, s. 88). Keçəl deyəndə 
Dəsturovu  nəzərdə  tuturdu.  Ciddi  məzmunlu  atalar 
sözlərinə  Xortdanın,  Fərmanın  nitqində  rast  gəlmək 
mümkündür.  «Axtaran  tapar»  Xortdanın  dilindən  ve-
rilmiş  atalar  sözüdür.  Fərmanın  əmisi  haqqında  de-
yilən atalar sözü olduqca ciddi məzmunludur: «Kəsil-
sin iki əl ki, bir başı saxlaya bilməyə» (31,  s. 96).  
Ədib işlətdiyi məsəlləri əsil mətləbinə, məqamına 
uyğun  bir  şəkildə  işlədir.  Bəzən  həmin  məsəlləri  ve-
rən  zaman  onun  izahını  da  verərək  oxucuya  qaranlıq 
yer buraxmır. «İmam evini yıxsın» məsəli «Qarahacı-
lı»  deyilən  yerdə  yayılmışdı.  Məşədi  Səfər  haqqında 
verilən  əhvalat  həmin  məsələnin  izahını  açır.  Yaxşı 
qazanc  əldə  eləyən  bu  tacirin  evinə  gəlib  məhərrəm 
ayında yeddi gün ehsan yeyən din xadimləri onu müf-
lisləşdirir.  Belə  ki,  iman  evini  yıxanlardan  da  biri  bu 
tacir olur. Ədib yeri gələndə mübaliğə məzmunlu idi-
omatik  ifadələrdən  də  istifadə  edib:  «Qızıdır  bir-iki 
gün ağlar, sakit olar. Və sonra da süd gölündə üzəndə 
dünya yadından çıxar», «bizim İbrahimin avara oğlu-
nun fikri düşüb başına» (31, s. 96-97). «Xortdanın cə-
hənnəm  məktubları»  satirik  məzmunlu  olduğundan 


Aynurə  Paşayeva 
 
 
126 
burada  alqışlara  az-az  hallarda  rast  gəlinir:  «Gözlərin 
aydın  olsun,  az  çəkməz  Fərman  durar  ayağa»  (31,             
s. 120). 
Gözəl  hiss  və  emosiyalar  aşılayan  alqışların  əksi 
olan qarğışlara da povestdə rast gəlmək mümkündür. 
Bu cür qarğışlar idiomatik ifadələrlə işlənmişdir. Mə-
şədi  Sünbənin  dilindən  deyilən  qarğışlar:  «Acından 
ölür, qoy canı çıxsın, ölsün!», «Di canın çıxsın, yan!» 
(31, s. 77) çox maraqlıdır. Qarğışlarla bərabər andlar 
da özünəməxsus yer tutur. Andlar kimisə inandırmaq 
məqsədi  ilə  deyilsə  də,  müxtəlif  məqsədli  və  məz-
munlu olur. Başqa bir misalda ədib and içərək oxucu-
larını  inandırmağa  çalışmır,  sadəcə  özünün  gördüyü 
həqiqətləri  danışmağa  çalışır:  «Mən  oxucularıma 
özüm  şahid  olduğum  bir  fəqərədən  danışım»  (31,         
s.  74).  «Xortdanın  cəhənnəm  məktubları»nda  işlənən 
andlarda  kin,  nifrət,  qəzəb  dolu  satira  var.  Vinokuro-
vun  içdiyi  andda  diqqət  yetirək:  «And  olsun  Allaha, 
gərək  onların  hamısını  birbaş  Sibirə  itirim»  (31,           
s.  70).  Burada  Vinokurovun  nitqindəki  and  o  qədər 
nifrət doludur ki, qarğışla birgə işlənib.  
Ə.Haqverdiyevin yaradıcılığında xalqımızın azad-
lığı və tərəqqisi uğrunda mübarizəsinin, həyat və mə-
işətinin unudulmaz bədii lövhələri verilmişdir. Yazıçı 


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
127 
bütün  ömrü  öz  doğma  xalqı  ilə  bağlı  olmuş,  bütün 
ömrü boyu öz xalqının mədəni inkişafını və səadətinə 
xidmət etmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Aynurə  Paşayeva 
 
 
128 
 
NƏTİCƏ 
 
Əbdürrəhim bəy Haqverdiyev Mirzə Fətəli Axun-
dov  ədəbi  məktəbini  davam  və  inkişaf  etdirən,  yeni 
realist Azərbaycan ədəbiyyatının ən görkəmli simala-
rından biridir. O, Azərbaycan tarixində dramaturq, na-
sir,  mühərrir,  yüksək  mədəniyyətli  teatr  xadimi  və 
mütərcim kimi tanınmışdır. 
Ə. Haqverdiyev yaşadığı, yazıb yaratdığı dövr elə 
bir dövr idi ki, bu zaman bədii ədəbiyyat ictimai pro-
seslə çox yaxından qaynayıb-qarışır, ona fəal müdaxi-
lə etməyə başlayırdı. Bu dövrdə qabaqcıl, demokratik 
dünyagörüşlü sənətkarların da ən başlıca vəzifəsi xal-
qın  gözünü  açmaqdan  ibarət  idi.  Bu  cəhətdən                 
C.  Məmmədquluzadə,  M.Ə.  Sabir,  Ə.  Haqverdiyev, 
N. Nərimanov kimi xalqın dərdini dərindən bilən, dü-
şünən və  oxuculara  da bu hissləri aşılayan, düşündü-
rən  sənətkarların  vətəndaşlıq  şücaəti  misilsiz  idi.  Bu 
cür ümumi qayə tənqidi realizm yolunu seçən bir sıra 
ədibləri  «Molla  Nəsrəddin»  jurnalının  ətrafına  topla-
mışdı.  Molla  Nəsrəddinçilərin  siyasi-ictimai  baxış-
larındakı  ümumilik  onların  həyatı  inikas  üsullarında, 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə