Aynurə paşayeva



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə27/30
tarix11.07.2018
ölçüsü1,03 Mb.
#54796
1   ...   22   23   24   25   26   27   28   29   30

Aynurə  Paşayeva 
 
 
120 
Rus  mənşəli  sözlərdən  də  ədib  yeri  gələndə  işlə-
dir: «Ərizə gətirsən, yazaram. Povestka gətirsən, oxu-
yub vədəsini deyərəm: axı sən niyə mənim evimi yıx-
dın»;  «Soruşdu:  uçtel  haraya  gedib,  mən  də  dedim: 
gedib dərs gətirməyə»; «Bir gün bir neçə ağsaqqal yı-
ğılıb  getdik  işkolaya  ki,  görək  «dərs  gətirmək»  nəyə 
deyirlər» (31,  s. 96); «Soldatlar şax durub çest verir-
dilər»  (31,  s.  33).  Bəzən  varvarizm  kinayəli  şəkildə 
bir priyom kimi işlənir: «Pojalusta, de görüm o mən-
dən ərizə yazdıranlar hansılardı?» (31, s. 70). 
Ədib varvarizmi öz sözlərimizlə bərabər işlətmiş-
dir: «Siz məni bayqot edibsiniz» (31, s. 71). Bəzən də 
əcnəbi sözləri verən zaman Azərbaycan dilində, bəzən 
də  əksinə,  həmin  sözün  qarşılığını  da  verib,  oxucuya 
aydınlaşdırmağa çalışır: «İblisi cəhənnəm əhli bir növ 
cana  gətirmişdi  ki,  binəva  az  qalmışdı  istefa  (yəni, 
otstavka) verib qulluqdan çıxsın» (31, s. 73). 
Ədib oxucu ilə səmimiyyətini artırmaq üçün xalq 
dilinə yaxın olmağa çalışmışdır. Bunun üçün o dialekt 
sözlərdən  də  yeri  gələndə  işlətmişdir.  Ədib  ən  çox 
Cənub-Şərq  qrupu  dialektinə  meyl  etmişdir.  Qərb  di-
alektini ən çox  Xortdanın dilindən verir. Bəlkə də bu 
onun  Tiflisdən  gəlməsi  ilə  bağlıdır:  «Xəbər  aldım  ki, 
Şuşaya  poezd  nə  vədə  gedəcək»,  «Məni  nə  vədə 


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
121 
Şuşaya yetirərsən?», «Sənin xatırın üçün faytonu qırx 
yeddi manata qoşaram» (31, s. 28); «Həqiqətən bir se-
yid qızı haman günü məşədinin evinə libasız əyləşib-
miş, o da məşədinin öz arvadı imiş» (31, s. 73) nümu-
nələrində  «nə  vədə»,  «xatır»,  «haman»  kimi  sözlər 
Qərb dialektinə məxsusdur. Ədib tipin dilini  fərdiləş-
dirməkdən  ötrü  onun  mənsub  olduğu  məkana  uyğun 
dialekt sözlər verərək dili daha da canlı etmişdi. «Bu 
halda gördüm bir içərişəhərli bakılı camaatdan ayrılıb 
şamaxılılara tərəf qayıdır. Dedim:  
–  Ədə, nöşün qayıtdın? 
–  İçərişəhərli sözümə cavab verib dedi: 
– Bir mənə deyən gərək ay ur... ay şoğərib, ay fi-
lani,  sənə  nə  düşüb  camaatın  ardınca  yüyürürsən?» 
(31, s. 39), «Süz öləsüz, müytüvüzü görüm, Kürdəmir 
tərəfindən  adını  eşidib,  gedib  yüz  altmış  manat  verib 
köpək  alıb  gətirmişəm  ki,  bir  paraxoda  dəyər»  (31,         
s.  73).  Verilən  nümunələrdə  «nöşün»,  «şoğərib», 
«sür»,  «öləsüz»,  «öləsüz»,  «müytüvüzü»  kimi  sözlər 
içərişəhərli  dilindəndir,  həmin  sözlər  Bakı  dialektinə 
məxsusdur. «Odabaşının hekayəsi»ndəki dialektlər isə 
cənub  dialektinə  məxsusdur:  «Doğrudur,  mən  böyü-
yəndən  sonra  əmim  məni  evindən  genitdi»  (31,              
s. 106), «Fərmanın haləti digərgun idi» (31, s. 120). 


Aynurə  Paşayeva 
 
 
122 
Ədib  vulqar  sözlərdən  də  istifadə  etmişdir.  Dili-
mizin  ümumi  lüğət  fonduna  daxil  olan  bu  sözlər  su-
rətlərin  dilində  işlənən  nifrət  xarakterli  kobud  söz-
lərdir. Əlbəttə ki, bu cür sözlər də surətin dilini fərdi-
ləşdirməkdən ötrü işlənir. Əvvəlki nümunələrdə işlət-
diyimiz «şoğərib» vulqar sözdür, sadəcə dialektdə iş-
lənib. 
«Hər  kəs  yerindən  qalxsa,  atamın  oğlu  deyiləm 
cəmdəyini yerdə qoymasam!», «Bunlar hamısı axmaq 
sözlərdir» (31, s. 42). Nümunələrdəki «cəmdəyini yer-
də  qoymasam»,  «axmaq»  sözlər  vulqarizmdir.  Haq-
verdiyev  povestdə  terminlərdən  olduğu  kimi  seçərək 
istifadə  etmişdir.  Bərdə,  Ağdam,  Xocalı  çayı,  Əsgə-
ran, Tiflis və s. yerlərin adlarını çəkmişdi. Bu yerlərin 
adını  çəkən  zaman  belə  onun  tarixi  haqqında  çəkin-
mədən  məlumat  da  vermişdi.  Ancaq  C.  Məmmədqu-
luzadə  kimi  bəzi  terminləri  satirik  məzmunludur: 
«Cındırlı  Piri»,  «Öskürək  Piri»,  «Qocaqurd  mahalı», 
«Güngörməz kəndi». 
«XIX  əsr  Azərbaycan  tənqidi  realizminin  birinci 
mühüm  keyfiyyəti  budur  ki,  ədəbiyyat  öz  tarixində 
heç  vaxt  xalq  həyatı  və  taleyi  ilə  bu  qədər  yaxınlığı 
olmamış, mövcud quruluşu və şəraiti, məişəti, ictimai-
siyasi münasibətləri bu qədər konkret, aydın təhlil və 


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
123 
izah  etməmişdir.  Ədəbiyyat  heç  vaxt  ictimai  münasi-
bətlərə, zehniyyətin çürük, mürtəce və eybəcər cəhət-
lərinə  XIX  əsrdəki  qədər  kəskin  cəbhə  tutmamışdır» 
(62, s. 296). 
Haqverdiyev əsərin həm bədii estetik gözəlliyinə, 
zərifliliyinə və canlılığına diqqət yetirir, həm də fikrin 
son dərəcə aydın, dəqiq və lakonik ifadəsinə nail olur-
du.  O,  xalq  danışıq  üslubundan  istifadə  etdiyi  kimi, 
folklor  nümunələrindən  də  bəhrələnmişdir.  Onun  ya-
radıcılığını  səciyyələndirən  cəhətlərindən  biri  xalqa 
bağlılıqdır.  
«1900-cu ildə Əbdürrəhim bəy Sank-Peterburqda 
təhsilini  başa  vurub  Şuşaya  qayıdandan  sonra  daha 
çox  nağıl  və  əfsanələrin  toplanması  işinə  bağlanmış-
dır.  1923-cü  ildə  Bakıda  təşkil edilmiş  «Azərbaycanı 
tədqiq  və  tətəbbö  cəmiyyəti»  nəzdində  Ə.  Haqver-
diyevin təşəbbüsü ilə ilk diyarşünaslıq kursları – azər-
baycanşünaslıq kursları açıldı. Ə. Haqverdiyev özü bu 
kurslarda Azərbaycan və rus dillərində «Azərbaycanın 
keçmişinin  öyrənilməsi»  mövzusunda  mühazirələr 
oxuyurdu.  1924-cü  ildə  yenə  də  onun  təşəbbüsü  ilə 
dinləyicilərdən  bir  qrupu  Moskva,  Sank-Peterburq  və 
digər  şəhərlərə  Azərbaycana  aid  materialların,  kitab-
ların,  dövri  mətbuatın  toplanılması  üçün  ezamiyyətə 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə