Aynurə paşayeva


Məni nə vədə Şuşaya yetirərsən?



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə18/30
tarix11.07.2018
ölçüsü1,03 Mb.
#54796
1   ...   14   15   16   17   18   19   20   21   ...   30

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
81 
zəminində  təqdim  və  təsviri  burada  aparıcıdır.            
Ə. Haqverdiyevin milli müsəlmanı konkret milli mü-
səlman  cəmiyyətinin  övladıdır,  bütöv  bir  ictimai  mü-
nasibətlər daşıyıcısıdır» (22, s. 83). 
Povestin sonunda Rus qoşunları və onların başın-
da  duran  çar  II  Nikolay  cəhənnəmə  daxil  olanda  cə-
hənnəmdəkilərin bəziləri onların gəlişinə razı olsa da, 
bəziləri  narazı  qalır.  Onların  yolunu  gözləyənlər  isə 
bəylər,  axundlar  və  sair  millətlərin  ruhaniləri,  əyan-
larıdır ki, vaxtilə real dünyada Rus qoşunlarına səda-
qətlə xidmət edirdilər. Ancaq Rus qoşunları, kazaklar 
və  çar  II  Nikolay  cəhənnəmin  əsərdə  adı  çəkilən  sa-
kinlərindən  ən  qorxunc  və  dəhşətlidirlər.  Hətta  Xort-
dan  belə  onların  gəlməyini  eşidəndə  oradan  qaçmaq 
istəyir.  Çünki  Xortdanın  onlara  qədər  qarşılaşdığı 
insanların  heç  biri  ona  zərər  verməmişdir.  Amma  rus 
qoşunlarının  gəldiyini  eşidən  kimi  paşburtsuz  görüb 
əziyyət verəcəyini başa düşür.  
İblislə  cəhənnəmdəkilərin  mübahisəsində  üç  şəxs 
haqqında  nisbətən  dəqiq  və  geniş  məlumat  verilir, 
şikayəti isə daha da kəskinləşir: «Məgər mən istibda-
dın nəticəsi nə olduğunu bilməyirdim? Niyə mənə ge-
cə-gündüz deyirdin ki, rəiyyət eşşək misalı bir şeydir, 
nə qədər döyülsə, bir o qədər də yumşaq olar? Mən də 


Aynurə  Paşayeva 
 
 
82 
sən  tək  kor  məlunun  sözünə  inanıb  rəiyyətin  tamam 
malını,  pulunu,  var-yoxunu  xəfiyyələrə  xas  elədim. 
Axırda  məmləkətim  parça-parça  olub,  əlimdən  getdi, 
özümdə də sən Allahın lənətinə gəlmişin ucundan bu 
əzabı çəkirəm» (31, s. 65).   
Burada Sultan Əbdülhəmidin rəiyyətə azğın, təh-
qiramiz,  münasibəti,  soyğunçu,  rəzil  təbiəti  və  ümu-
mən müstəbid xarakteri onun öz dili ilə kəskin ifşa və 
ittihamında tapmışdır. 
İrəvan müsəlman «cəmiyyəti-xeyriyyəsi»ndə, təx-
minən,  1902-ci  ildə  sədr  olmuş  İrəvan  xanlarından 
birinin  nitqində  onun  camaatdan  yığdığı  on  iki  min 
manat pulu  mənimsəməsi, Cavanşir qəzası  mülkədar-
larından  olan  Adıgözəlovun  şikayətində  isə  onun 
uyezd  naçalniki  Vinokurova  yerli  bəylərdən  xəbərçi-
liyi  haqqındakı  işarələr  çox  güman  ki,  real,  həyati 
faktlara  əsaslanır.  Kütləvi  portretlərdən  yalnız  bu  bə-
yin  xarakteri  ilə  əlaqədar  olaraq,  haşiyəyə  çıxılır  və 
daha  müfəssəl  məlumat  verilir,  süjetlə  əlaqədar  epi-
zodlar  danışılır.  Beləliklə,  ədib  bu  «mötəbər»  müsəl-
manların  həm  cinayətlərini  sayır,  həm  də  onları  «cə-
hənnəm-əhli»  kimi  göstərərək  rüsvay  və  ittiham  edir. 
Qalan on bir günahkarın isə şəxsiyyətini konkret mü-
əyyənləşdirmək  olmur.  Hiss  edilir  ki,  müəllif  özü  də 


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
83 
onların simasında müəyyən bir adamı nəzərdə tutma-
mışdır. Çünki o adamlardan hər birinin özü haqqında 
dediyi  və  şeytanın  boynuna  yıxmaq  istədiyi  günahlar 
bütün  müsəlman  mühitinin  ümumi  qüsurlarından, 
geniş yayılmış çox səciyyəvi eyiblərindən ibarətdir.  
Cəhənnəmdəkilərin  İblisə  şikayətlərində,  həmçi-
nin  qardaşını  öldürüb  arvadına  alan  cahillər,  rüşvətə 
aldanıb vətənini satan xainlər, bir kəllə qənd, bir gir-
vəngə  çay  və  on  manat  pula  birinin  kəbinli  arvadını 
başqasına verən, səkkiz yaşlı qızı yalanla on dörd ya-
şında ərə verərək ölümünə bais olan, camaatın maarif-
lənməsinə hər vəchlə maneçilik törədən, elm oxuyan-
ların kafirliyinə hökm verən mollalar, axundlar və bü-
tün fırıldaqçı din xadimlərini, arvad hamamlarına so-
xulan  hacılar  və  məşədiləri,  bişirib  satdığı  çörəklərin 
buğdasına torpaq qatan tacirlər çox yığcam və lakonik 
detallarla  ifşa  edilmişdir.  Povestin  əvvəllərində  ayrı-
ayrı şikayətlərin eybəcərliklərini səbirlə açıb ifşa edən 
ədibin qəzəbi burada sanki son həddə çatır və müsəl-
man  dünyasının  bu  ümumi  qüsurlarını,  dərdlərini  və 
eybəcərliklərini  böyük  həyəcan  və  nifrətlə,  qeyzlə 
müəllimlə dalaşan hampa, Fərmana kömək edən dost-
ları, atası İbrahim bunlara misal ola bilər. 


Aynurə  Paşayeva 
 
 
84 
Ə. Haqverdiyevin nəsrində psixoloji təhlil üsulları 
çox müxtəlifdir. Burada üç əsas üsulu xüsusi qeyd et-
mək lazımdır: 
1)
 
Birbaşa, müstəqim şəkildə müəllifin surətə ver-
diyi  xasiyyətnamə  detalları,  təfərrüatları.  2)  Bir  surə-
tin  başqası  haqındakı  mülahizələri;  3)  Surətin  özü 
haqqında etirafları. Bu özü də 2 yerə bölünür: a) Özü-
nün    etdiyi  əməlləri  təsdiq  edən;  b)  Özünün    etdiyi 
əməlləri inkar edən etirafları. 
Qeyd etdiyimiz kimi, «Xortdanın cəhənnəm mək-
tubları»  povestində  olduqca  çoxlu  mənfi  tiplər  var. 
Ədib ən çox bədii portret yaradan zaman onun psixo-
loji təhlilini özü verirdi. Əlbəttə ki, onun bu cür psixo-
loji  təhlilində  mənfi  cəhətləri  kinayəli  yolla  ifşa  edir. 
Məsələn: Ağdam, Bərdə bazarından danışanda, ən çox 
müəllifin dili ilə məlumat verilir.  
Müəllif ən çox ikinci üsuldan da istifadə edir. Be-
lə ki, Xortdan cəhənnəmə düşdükdən sonra ona orada-
kı surətlərlə tanış edir. Odabaşının dili bir növ müəl-
lifin dili kimi verilir. Uçtellə hampanın mübahisəsində 
hampanın  dilindən  Mirzə  Səttar  xarakteri  haqqında 
məlumat  verilir.  Cəhənnəmdə  olan  bütün  hacılar,  və-
killər,  rus  dövlət  nümayəndəliləri  haqqında  məlumat-
lar odabaşının dilindən verilmişdir. 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə