Aynurə paşayeva


Məni nə vədə Şuşaya yetirərsən?



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə17/30
tarix11.07.2018
ölçüsü1,03 Mb.
#54796
1   ...   13   14   15   16   17   18   19   20   ...   30

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
77 
rıldaqçı  haqqında  «Dəsturov  sehrkar»  imzası  ilə  ay-
rıca ifşaedici bir elan çap etmişdir. Ə. Haqverdiyevin 
ona  verdiyi  satirik  bədii  səciyyə  həmin  elanla  yaxın-
dan səsləşir. Dəsturovun və bir sələmçi tacirin tamah-
karlıq,  «nəfsi-əmmarə»  azarına  tutulduğunu  göstərən 
ədib,  belə  tipləri  Vaqifin  məşhur  bir  beyti  ilə  bədii 
ümumiləşdirir: 
 
Alimu abid, müridü mürşüdü şagirdü pir
Nəfsi-əmmarə əlində cümləsi  
olmuş əsir (31, s. 82). 
 
Müəllifin hünəri, cəsarəti, qələm qüdrəti təkcə on-
da deyil ki, qara camaatın gözündən pərdə asıb güclü 
nüfuz,  böyük  hörmət  qazanmış  mənsəb  sahiblərini, 
«müqəddəs» cildinə girənləri tənqid və ifşa etməkdən 
qorxub  çəkinmir.  Başlıca  ustalıq  bir  də  ondadır  ki, 
ədib tənqid eləməyin çeşidli formalarını axtarıb tapır, 
orijinal  satirik  ədəbi-bədii  priyomlar,  qənirsiz  müqa-
yisə  və  paralellər,  bənzərsiz  gülüş  yaratmaq  üsulları 
seçə  bilir.  Bircə  oxla  bir  neçə  hədəfi  vurur,  «Molla 
Nəsrəddin»in  əsas  və  ardıcıl  tənqid  obyektlərindən 
olan mənfi tiplərin bostanına daş atmağı da unutmur. 


Aynurə  Paşayeva 
 
 
78 
Ədib Dəsturovu təqdim edən zaman təzadlı kina-
yəli  gülüş  yaradır:  «Əgər  mənə  desəydilər  ki,  Hacı 
Molla  Baba  saqqalını  qırxdırıbdır,  inanardım;  Bakı 
qoçuları  and  içiblər  ki,  adam  öldürməsinlər,  inanar-
dım; cəmi Yaponiya əhalisi dönüb müsəlman olubdur, 
inanardım; yer üzündə bir rüşvətxor çinovnik yoxdur, 
inanardım;  Purişkeviç  bolşevik  olub,  inanardım;  am-
ma min nəfər əhli-iman and içsə idi ki, Dəsturovu cə-
hənnəmə  göndərəcəklər,  inanmazdım.  Gözümlə  gö-
rəndən  sonra  məndə  daha  şəkk  yeri  qalmadı»  (31,       
s. 80).  
İnkari  və  iqrari  hökmlərin  birləşməsi  nəticəsində 
yaranan mürəkkəb, məntiqi sillogizmləri xatırladan bu 
cümlələr həmin insanların xarakterindəki yad və zidd 
olan  əlamətlərdir.  Ancaq  müəllif  Xortdanın  dili  ilə 
bunlara  inanmağın  mümkün  olduğunu  deyərək  kina-
yəni daha da mübaliğələşdirmişdir. 
Guya  ancaq  Dəsturovun  ictimai  həyatda  mötəbər 
adam  kimi  seçilib  sayılmasından  danışan  Xortdan, 
əslində çox mətləblərə toxunur, çoxlarının eybini açır, 
həm  də  söhbəti  mənalı  gülüş  doğuran,  maraqlı  qarşı-
laşdırma  yolu  ilə  ədəbi  manerası  ilə  aparır.  Dəsturov 
cəhənnəmə  düşməsindən  şikayətlənir,  günahını  başa 
düşmür  və  Xortdanla  söhbətində  sağ  ikən  gördüyü 


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
79 
işlərə tam bəraət qazandırmaq niyyəti ilə deyir: «Qar-
daşoğlu, mən özüm də bilməyirəm təqsirim nədir. Bir 
gün  mənim  namazım  keçməyib,  bir  il  orucum  keç-
məyib. Özün məni yaxşı tanıyırsan. Amma bu cəhən-
nəm  müdirləri  deyirlər  ki,  sən  dünyada  xalqı  dolaş-
dırıb.  Pullarını  alıb  yeyirdin.  Mən  nahaq  yerə  kimin 
pulunu  yemişəm?  Almışamsa  da,  öz  haqqımı  almı-
şam,  hamı  bilir  ki,  mən  seyid  və  övladi-peyğəmbə-
rəm. Hər bir müsəlmanın sərvətində, mədaxilində, ye-
rində,  əkinində  mənim  cəddimin  hissəsi  var.  Mən 
görəndə  ki,  hökumət  adamları  gəlib  hər  kəsin  mül-
künə  sərhəd  qoymaq  istəyir,  mən  özümü  haqlı  bilib, 
gedib o mülkün bir hissəsinə özümü malik elan edir-
dim. Mülk  yiyəsi mənə bir qədər pul verəndən sonra 
ixtiyarımdan əl çəkmirdim. Amma belə deyirəm. Am-
ma bunlar deyirlər ki, belə deyil. Xalq sənə pul verib 
yaxalarını  divan  get-gəlindən  qurtarırdı.  Sənə  iyirmi 
manat  verəndə  yüz  manat  xərcdən,  neçə  ilin  avaralı-
ğından  xilas  olurdular.  Sən  də  bunu  hər  bir  mejovoy 
olan yerə gedib ispor qoyurdum» (31, s. 80).  
Maraqlı etirafı ilə, tam özünü müdafiə məqsədi ilə 
söyləmiş  bu  sözlər  surətin  xarakterini  daha  da  möh-
kəm  ifşa  edir.  Dəsturov  bu  sözləri  ilə  bir  seyid  kimi 
xalqın başına açdığı fırıldaqları  tam çılpaqlığı və  ey-


Aynurə  Paşayeva 
 
 
80 
bəcərliyi ilə özü etiraf edir. O, öz əməllərində heç bir 
haqsızlıq  və  əcaiblik  görmür.  Çünki  onun  yaşadığı 
mühit  və  cəmiyyət  bu  fırıldaqlara  tam  ixtiyar  və  bə-
raət  vermişdi.  Digər  tərəfdən,  Dəsturovun  əməllərinə 
görə  «cəhənnəmin  müdirləri»  tərəfindən  ittihamı  da 
verilmişdir. Bu ittiham isə əsaslıdır. Dəsturov həm də 
durbin  (uzaqgörən)  adam  idi.  O,  babası  bəy  olanlar-
dan  pul  alıb  canişin  dəftərxanasına  ərizə  yazırdı.  Bu 
yolla da böyük qazanc əldə edirdi. 
Xortdan  Dəsturovun  bəd  əməllərindən  agahdır. 
Çünki cəhənnəmdə xəsis tacir olan Hacıya rast gələn-
də  Hacı  ondan  ona  az  əziyyət  verilməsini  xahiş  edir. 
Xortdan cavabında deyir: «Ancaq sənə bir tədbir tökə 
bilərəm.  Bu  yaxında  Dəsturov  adında  bir  kişi  var. 
Ərizə  yazmaqda  çox  qoçaqdır.  Ona  deginən  Allaha 
bir  ərizə  yazsın.  Bəlkə,  bir  fayda  verdi»  (31,  s.  88). 
Ədibin «Molla Nəsrəddin» sayağı cəsarəti, söz oxunu 
hədəfə  düzgün  tuşlayıb  onu  sərrast  vurması,  incə  və 
mahir  sənətkarlığı,  dərin  mənalı,  öldürücü  kinayəsi, 
soyuqqanlı,  ancaq  aydın  tendensiyası  göz  qabağında-
dır. 
«Ə. Haqverdiyevin nəsrinin realizmi – dolğun re-
alizmdir.  Realizminin  başlıca  prinsipi  –  xarakterlərin 
sosial  gerçəklərə  uyğun,  həm  də  sosial  determinizm 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə