Aynurə paşayeva



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə13/30
tarix11.07.2018
ölçüsü1,03 Mb.
#54796
1   ...   9   10   11   12   13   14   15   16   ...   30

Aynurə  Paşayeva 
 
 
58 
Əvvəldə  qeyd  etdiyimiz  kimi  Xortdan  nə  mənfi, 
nə də müsbət surətdir, o əsərdə yazıçının bir növ əvəz 
edən  obrazdır.  Əsərdə  mənfi  surətlər  çox  olsa  da, 
müsbət surətlər də vardır.  
Müsbət surətlər, adətən, müəllifin müsbət idealla-
rının  ifadəçisi  olub,  onun  həyat  və  cəmiyyət  haqqın-
dakı arzu və fikirlərini təcəssüm etdirir. Bu surətlərdə 
müəllifin dünyagörüşünün, dövrə, insanlara şəxsi mü-
nasibətinin  müəyyən  əlamətlərini  görmək,  izləmək 
mümkündür. Qeyd etmək lazımdır ki, Haqverdiyevin 
nəsrindəki müsbət surətlərin əksəriyyəti daha çox fər-
di  cəhətləri,  şəxsi  ləyaqətləri  ilə  diqqəti  cəlb  edir. 
Onlar gözəl əxlaqi keyfiyyətləri ilə hüsn-rəğbət qaza-
nırlar.  Müsbət  surətlər  ən  çox  təbiətləri  etibarı  ilə 
qüvvətli  və  orijinal  görünür.  Haqverdiyevin  müsbət 
surətləri ən çox zəhmətkeş xalq içərisindən çıxmış su-
rətlər olur. Bu surətlərdən Fərmanla Gövhərtacın adla-
rını  çəkmək  olar  ki,  onlar  «Odabaşının  hekayəsi»nin 
əsas  qəhrəmanları  olan  əmioğlu-əmiqızıdırlar.  Heka-
yənin süjeti məhəbbət dastanlarımızı, o cümlədən da-
ha çox «Tahir və Zöhrə» dastanını xatırladır. Dastan-
da olduğu kimi hekayədə də sevgililərin vüsalına qarşı 
çıxışlar  olur.  Ancaq  dastanlarda  olan  bəzi  motivlər 


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
59 
(qəhrəmanların  məhəbbətinin  toxunulmaz  qalması, 
yanaşı dəfn olunmamaqları) povestdə yoxdur. 
«Odabaşının  hekayəsi»ndəki  Fərman  ədibin  nəs-
rində  ən  qüvvətli  lirik  qəhrəmandır.  Ədib  Fərmanı 
həm  müsbət  surət  kimi,  həm  də  dövrünün  hacılarının 
ən  çirkin  simalarını  açıb  göstərən  bir  bədii  vasitədir. 
Doğrudur, Haqverdiyev həmişə bədii vasitələrdən mə-
harətlə  istifadə  etmişdir.  Ancaq  bu    dəfə  bədii  vasitə 
surətdir.  
İlk əvvəl  ədib onun bədii portretini, daxili aləmi 
haqqında məlumat verərək yazır: «Fərman, gözəl, qo-
çaq, iş bacaran və şəhərin cavanları arasında sayılan, 
yoldaşlıqda  möhkəm,  dost  yolunda  var-yoxundan  ke-
çən  və  atası  tək  təmiz,  pakqəlb  bir  oğlan  idi»  (31,          
s. 90). 
O,  öz  əmisiqızını  böyük  məhəbbətlə  uşaqlıqdan 
sevir,  onun üçün hər  şeyi etməyə  hazırdır. Doğrudan 
da,  Fərman  əlindən  gələni  də  əsirgəməyir:  «Belə  ki, 
Fərman bir gün Gövhərtacı görməyəndə rahat ola bil-
mirdi.  O  səbəbdən  Fərman  hər  gün  səhərdən  axşa-
madək əmisinin ağır işlərinə məşğul olurdu. Qutulara 
səbzə  doldurmaq,  torbalara  kişmiş  basmaq,  arabaları, 
ulaqları  yükləmək...  Bu  zəhmətlərinin  hamısını  Fər-


Aynurə  Paşayeva 
 
 
60 
man mükafatsız çəkirdi. Onun mükafatı gündə bir ne-
çə dəfə Gövhərtacı görmək idi» (31, s. 91). 
Ancaq  Fərmanın  sevgisi  qarşılıqsız  deyildi.  Əmi-
siqızı  Gövhərtac  da  onu  böyük  məhəbbətlə  sevirdi. 
Fərman  eşidəndə  ki,  əmisi  Gövhərtacı  xana  vermək 
istəyir,  əvvəl  məyus  olur.  Ancaq  çox  təəssüflər  olsun 
ki, Hacı Kamyab kimi zəngin tacirlər mənəviyyat zən-
ginliyi  barədə  deyil,  ancaq  maddi  zənginlik  haqqında 
düşünürlər. Fərmanı hadisələrin gedişatında da müba-
riz  qəhrəman  kimi  görürük.  «İbrahim  oğluna  nəsihət 
elədi: 
– Oğul, belə fikirləri ürəyindən çıxart. Öləcəyəm, 
öldürəcəyəm  nədir?  Əmin  bizim  tək  kasıblarla  ya-
xınlaşmaq  istəmir.  Özü  dövlətlidir,  dövlətli  yerə  də 
yıxılır.  Sən  özün  də  gözəl,  qoçaq  cavanlar  arasında 
sayılan oğlansan. Hansı dövlətlinin qızını istəsən, sə-
nə  verər.  Əmin  qızını  vermədi  nə  olar?  Çıraq  dibinə 
işıq salmaz. 
–  Ata,  mənə  dövlət  lazım  deyil.  Əmim  dövlətini 
kimə  verirsə,  versin.  Mən  çörək  qazanmaqda  aciz 
deyiləm.  Kəsilsin  iki  əl  ki,  bir  başı  saxlaya  bilməyə. 
Mənə  ancaq  istəklim  lazımdır.  Mən  yoldaş  arasına 
çıxa  bilməyirəm.  Mənim  heç  bir  başqa  yolum  yox-
dur» (31, s. 96). 


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
61 
Hadisələr Fərmanın xarakterinin mahiyyətini açıb 
aydınlaşdırır. Fərman bu dəfə ən gözlənilməz  yola əl 
atır.  Həkimbaşına  pul  verib  Gövhərtacı  qaçırdır.  An-
caq Fərman bu dəfə də arzusuna çata bilmir. Yağışdan 
çıxıb yağmura düşür. Hacı Mirzə Əhməd ağa qızın ni-
kahını özünə oxuyur. Bunu bilən Fərman artıq müba-
riz  yox,  aciz  qəhrəmana  çevrilir.  Bundan  sonra  onun 
faciəsi başlayır. 
Ədib qədim təsəvvüf ədəbiyyatından bəhrələnərək 
Fərmanı  Məcnun  kimi  ölkələrə  salır.  Artıq  o,  Dərviş 
Nakam kimi gəzməyə başlayır. Təsəvvüf ədəbiyyatın-
da aşiq sevgilisinə maddi dünyada qovuşa bilməyəndə 
mənəvi  dünyasında  əsl  məhəbbətini  tapır.  Fərman 
müsbət  qəhrəman  kimi  qüvvətli  ifşaçılıq  imkanlarına 
malikdir.  Onun  faciəli  taleyi  öz-özlüyündə  yaşadığı 
cəmiyyətin  ədalətsizliyini  və  fırıldaqçı  din    xadimlə-
rinin riyakarlığını rüsvay edən çox tutarlı və xarakter 
faktıdır: «Ata, bu gecə mən şəhərdən gedəcəyəm. Hər 
bir  yerdən  «Dərviş  nakam»  adı  eşitsən,  bil  ki,  oğlun-
dur.  Mən  bu  adla  dünyanı  səyahət  edəcəyəm.  Bilmə-
yirəm harada öləcəyəm. Ancaq arzu edirəm ki, öləndə 
gözlərim  o  fasiq  Hacı  Mirzə  Əhməd  ağanın  divarına 
baxsın və divarın dalından mənim kimi dərdə mübtəla 
gözəl bir vücudu hiss eləsin. Ata, mən gedirəm. Am-


Aynurə  Paşayeva 
 
 
62 
ma  sənə  vəsiyyətim  budur  ki,  inanma  bunlara!  Onla-
rın  danışıqları  hamısı  riya  və  yalandır:  allahları  və 
şəriətləri  də  yalandır!  Əgər  yalan  olmasaydı,  özləri 
ona itaət edərdilər! Dünyada sərvət  yığmaq, ləziz çö-
rək  yemək,  behiştə  bənzər  otaqlarda,  qəsrlərdə  əylə-
şib, nazənin sənəmlərdən aparmağa çalışmazdılar: hə-
mişə  tərif  etdikləri  axirət  üçün  çalışırlar!  Doğru  ol-
saydı, hamıdan qabaq  ruhanilər, dünyaya fani deyən-
lər, dünya malına cəhənnəm odu deyənlər onu axtarır-
dılar»  (31,  s.  112).  Fərman  hekayənin  sonunda  dərin 
iztirablarla dünyasını dəyişir.  
Gövhərtac da öz sevgisində Fərman kimi bacardı-
ğı qədər mübarizdir. Gövhərtac atasının onu istər Xu-
dayar  xana,  istərsə  də  Hacı  Mirzə  Əhməd  ağaya  ve-
rəndə razılaşmır. Hətta arxasına baxmadan evi də tərk 
edib  sevgilisinin  yanına  qaçır.  Hacı  Mirzə  Əhməd 
ağanın evində üç il olsa da, Fərmanın dərdindən xəstə 
olub yorğan-döşəyə düşür. Ölümünə yaxın Hacı Mir-
zə Əhməd ağaya vəsiyyət edir ki, onu Fərmanın qəbri-
nin yanında basdırsın. Ancaq Hacı Mirzə Əhməd ağa 
onun  vəsiyyətini  əməl  etmir.  Fərmanla  Gövhərtac  nə 
qədər çalışsalar da, dövrünün amansız qanunları qarşı-
sında aciz qalırlar. 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə