Aynurə paşayeva



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə12/30
tarix11.07.2018
ölçüsü1,03 Mb.
#54796
1   ...   8   9   10   11   12   13   14   15   ...   30

Aynurə  Paşayeva 
 
 
54 
barını artırmaq vasitəsi kimi əlverişli və maraqlı görü-
nür. 
«Yeraltı  dünyanın  sakini  olan  Xortdan  bədii 
mətndə obrazını yaradan müəllif onun ənənəvi gedişa-
tını,  yəni  qəbirdən  çıxıb  insanlar  arasında  dolanması 
süjetini əks istiqamətə çevirir. Əsərdə Xortdanın «na-
gah  xəyalıma  cəhənnəm  düşdü»  –  deyə  yaşadığı  bu 
dünyadan  o  biri  dünyaya  getmək  istəyir.  Xristofor 
Kolumb, Magellan, Vasko de-Qamma kimi səyahətçi-
lərin  adlarını  çəkən  müəllif  onların  səfər  etdikləri  o 
biri dünya və ədəbiyyatlarda «yeni dünya» kimi tanı-
nan coğrafi məkanlarla Xortdanın cəhənnəm səyahəti 
arasındakı fərqi göstərərək, bunu İsgəndəri-Zülqərey-
nin qaranlıq dünyaya səyahətinə oxşadır. Belə bir mo-
tivin işləndiyi «İsgəndərnamə» poemasında da Nizami 
Gəncəvinin  qəhrəmanı  qaranlıq  dünyaya  dirilik  suyu 
ardınca gedir. Ə. Haqverdiyevin qəhrəmanı Xortdanın 
isə  səyahəti  konkret  olaraq  cəhənnəmdir.  Və  burada 
əsas məqsəd o biri dünyadan xəbər gətirməkdir. Eyni 
motivə  fərqli  və  bəzi  məqamlarda  ironik  yanaşmanı 
isə Ə. Haqverdiyevin  mənsub olduğu  ədəbi  məktəbin 
təsiri kimi də qəbul edə bilərik» (12, s. 178). 
Yazıçı  əsərdə  hadisələrin  inkişafı  baxımından 
mövcud islam mifoloji təsəvvürlərinə  mümkün qədər 


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
55 
sadiq  qalmışdır.  Əsərə  dini,  mifoloji  baxımından  ya-
naşsaq,  bir  çox  buna  aid  süjetlərin  şahidi  olarıq.  An-
caq  islam  bəni  adəminin  cəhənnəmə  (axirət  dünya-
sına) düşüb geri qayıtmaq imkanı rədd etdiyi üçün ya-
zıçı  qəhrəmanını  daha  qədim  mifoloji  qatlardan  seç-
məli  oldu.  «Xortdan  sırf  Azərbaycan  mifik  təsəvvü-
ründə  ölüb  sonradan  dirilən  «xortdamış»  məxluq  ki-
mi,  səciyyələnir.  Deməli,  cəhənnəm-axirət  səyahəti 
ancaq qəhrəmanın insan deyil, məhz Xortdanın olması 
ilə  həyata  keçirə  bilər.  Əsərin  qəhrəmanının  çox  qə-
dim  mifik  köklərlə  bağlılığı,  birbaşa  onunla  əlaqəli 
məsələlərin  cəhənnəmə  yönəldilənlərin  və  eləcə  də, 
səyahət zamanı ona bələdçilik edən  obrazın da həmin 
zəmində-islamdan əvvəlki mifologizmlərlə bağlılığını 
şərtləndirir» (46, s. 46).  
Xortdan  əsərdə  o  dünyaya  gördüklərini  qayıdıb 
danışa  bilmək,  məlumat  gətirmək  məqsədi  ilə  gedir. 
Belə funksional mövqe Xortdanı eyni zamanda ruhları 
ilə  real  dünya  arasında  əlaqə  yaradan  medium,  digər 
aləmə  düşə  bilən  şamandır.  Adi  insan  axirət  dünya-
sına  gedib  qayıda  bilmədiyi  üçün  əsərin  qəhrəmanı 
buna  icazəsi  olan  cildə  girməlidir.  Yazıçının  təsvi-
rində  isə  qəhrəman  əslində  xarici  görkəmiylə,  davra-
nışıyla  dövrün  ziyalısı  simasına  salınmış  Xortdandır. 


Aynurə  Paşayeva 
 
 
56 
İnsani  və  qeyri-insani  keyfiyyətlər  qəhrəmanın  obra-
zında  incəliklə  birləşdirilir.  «Bəndeyi-həqirü  fəqir, 
əqəlli-küllü-bəndəgan müləqqəb be «Xortdan» bir gü-
nü  kəştiyi  xəyalatda  əyləşib  dəryayi-təfəkkürdə  seyr 
eləyirdim  və  dünyanın  keçmişini  və  gələcək  işlərini 
bir-bir  xəyalımdan  keçirirdim.  Nagah  xəyalıma  cə-
hənnəm düşdü. Və xəyalımdan qulağıma bir nida gəl-
di ki, «Ey qafil xortdan, bu nə xabi qəflətdir ki, uyub-
san?  İnsan  dünyanın  cəmi  yerlərini,  dağlarını,  meşə-
lərini, dəryalarını ayaqları altına alıb gəzdi: yer üzün-
də insan ayağı dəyməmiş bir nöqtə qalmamış. Nə olar, 
sən  də  onların  acığına  gedib  cəhənnəmi  səyahət  elə-
yib, oradan bir xəbər gətirəsən?» (31, s. 26-27) . 
Qəhrəmanın  zahiri  görünüşü  adi  insanlardan  heç 
nəyi  ilə  fərqlənməsə  də,  «xortdanlıq»,  qeyri-bəşərilik 
onun psixologiyasında, şüurunda üstünlük təşkil edir. 
Qəhrəman  dünya  üzərində  gəzən  insanlardan  fərqli 
olaraq,  yeraltı  dünyaya,  cəhənnəmə  düşə  bilmək  im-
kanına malik olduğunu bilir. Qeyri-insanilik əsər boyu 
Xortdanın  ətrafda  baş  verən  hadisələrə  obyektiv,  ya-
xud  subyektiv  iştirakçı  deyil,  neytral  mövqeli  tama-
şaçı münasibətində də duyulur.  
Xortdanın  cəhənnəm  səyahəti  üçün  vasitə  olaraq 
istifadə olunan iksirin atributlarının hər birinin həmin 


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
57 
prosesdə,  yəni  Xortdanın  gələcək  fəaliyyətinin  təmin 
edilməsində özünəməxsus mövqeyi və xidməti dairəsi 
vardır.  Məs:  İksirdə  istifadə  olunan  «qara  xoruz»un 
rəng antaqonizmi,  yəni qara rəng  yeraltı – ölüm dün-
yası ilə bağlıdır. 
Abidədən (Kitabi-Dədə Qorquddan) gətirdiyimiz 
örnəklərdəki  «qara  yer»in  qarğışlardakı  «qara  yer»lə 
eyni  olmasına  şübhə  etmirik.  Bu  da  göstərir  ki,  qara 
rənglə ifadə olunan «qara yer» Oğuz təsəvvüründə üs-
tündə,  üzərində  gəzilən  ev,  otaq  tikilən  dünyanın  alt, 
qaranlıq, yəni qara rəngli qara qatıdır. Məsələ belədir 
ki, qara  yerin alt qatına birbaşa dəxli olan və insanın 
dünyasını dəyişməsini bildirən «ölüm» də «Kitab» da 
elə «qara ölüm» şəklində deyilir (1, s. 67-68). 
Prosesin  məntiqi  davamı  isə  Xortdanın  cəhənnə-
mə  düşməsi  və  onun  bələdçisi  ilə  (odabaşı)  ilə  rast-
laşması, daha doğrusu bələdçinin onu qarşılamasıdır. 
Maraqlıdır ki, islam-mifik təsəvvüründə o dünya-
ya düşən ruhun bələdçisi, yol göstərəni olmur.  
Dantenin  «İlahi  komediyası»nda  da  cəhənnəmə 
düşən  qəhrəmana  şair  Vergili,  əraf  hissəsində  isə 
gənclik  dövrünün  sevgilisi  olan  Beatriçi  bələdçilik 
edir. 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə