Aynurə Paşayeva
94
rinin qovuşuğundan yaranır. «Tədqiqat göstərir ki,
satiraya nisbətən yumorda milli xüsusiyyətlər daha
çoxdur ki, bu da xalqın tarixi məişəti və əhval-ruhiy-
yəsi ilə bağlıdır» (51, s 301).
Ə. Haqverdiyevin gülüşü bəzən yumşaq, bəzən də
aşıb-coşan dəniz ləpələri kimi fırtınalı, acı və sarsıdıcı
olur. Əgər Mirzə Cəlil məzlum insanların ağır kədəri-
ni ifadə edib onlara acıyırdısa, Haqverdiyev öz kəskin
gülüşü ilə mənfi tiplərə, yeri gələndə, ittiham hökmü
oxuyurdu.
Ancaq «Ə. Haqverdiyev surətin keçmişini pərdəli
qoymur. İstehza keçmişlə sonrakı «nailiyyəti» müqa-
yisədə meydana çıxır» (62, s. 273). Ə. Haqverdiyevin
əsərlərindəki tənqidi gülüşün xarakterini və formala-
rını ilk növbədə müəllifin dünyagörüşü, siyasi-ictimai
baxışları, xalq və cəmiyyət haqqındakı şəxsi arzu və
idealları ilə tənqid hədəfinin mahiyyəti, məzmunu ara-
sındakı uçurumun, uyğunsuzluğun dərəcəsi təyin edir.
Daha doğrusu, bu gülüşün məzmunu və dərəcəsi feo-
dal-patriarxal Azərbaycanındakı siyasi-ictimai qüsur-
ların rüsvayçı mahiyyəti ilə vətəndaş ədibin demokra-
tik görüşləri, işıqlı idealları arasındakı ziddiyyətlə
müəyyənləşir.
Məni nə vədə Şuşaya yetirərsən?
95
«Ə. Haqverdiyevin söylədiyi lətifələri yazmış ol-
duğu hekayələrdə, dramlarda, «Molla Nəsrəddin»
məcmuəsində çap etdirdiyi satirik felyetonlarda və ya-
ratdığı surətlərin mükalimələrində görmək olardı»
(79, s. 283).
Haqverdiyevin tənqid edən zaman istifadə etdiyi
üsullardan biri hadisələrin inkişafında surətin xarak-
terini açmaqla, müəllif tendensiyasını gizli saxlamaq-
dır. Hacı haqqında danışan müəllif qısa şəkildə onun
satirik surətinin düşdüyü komik vəziyyətə əsaslanır.
Tənqidi mətləb məhz hadisələrin ümumi məzmunun-
da, xarakterində və nəticəsində bədii emosional həllini
tapır: «Həkim Hacıdan yüz manat istədi. Hacı cava-
bında dedi:
–
Yox, atam, əl verməz. Mən sənə bir kəllə qənd
və bir girvənkə çay verərdim. Sən mənim gözümü sa-
ğaldırsan.
Həkim gülüb dedi:
–
Hacı ağa, belə də sövda olarmı? Sizin tək zən-
gin adama belə danışıqlar yaraşarmı? Yoxsa zarafat
eləyirsiniz?
–
Yox, atam, zarafat-marafat yoxdur. Əsil sözdür
ki, deyirəm» (31, s. 86).
Aynurə Paşayeva
96
Dialoqlarda Hacını bir az yumşaqcasına ifşa et-
məyə çalışan müəllif onun xarakterini daha da dərin-
ləşdirərək həkimin dili ilə onu islah etməyə çalışmış-
dır. Ancaq, Hacı islah olunmaq əvəzinə xəsis xarakte-
ri ilə özünü daha da gülünc, satirik bir vəziyyətə salır.
Ümumiyyətlə, Haqverdiyevin ifşa üsulları rənga-
rəng və müxtəlifdir. Haqverdiyev əsərlərindəki satirik
gülüşün ümumi hədəfi istismarçı təbəqələr, fırıldaqçı
ruhanilər və cəmiyyətin əsas varlı, zəngin nümayən-
dələridir. Ədib aşağı təbəqənin ağır güzəranını, dəh-
şətli geriliyini çox sərrast və amansız ifşa edir. Bu sa-
tiranın təhlil və ifşa üsulları müxtəlifdir. Onlardan iki-
sini xüsusi qeyd etmək lazımdır. Birinci halda tənqid
hədəfinin əsl satirik məzmunu müəllifin təsvir və təh-
kiyələrində, ikinci halda isə əhvalatın inkişafında və
ya satirik surətin düşdüyü vəziyyətdə aydınlaşır. Ədib
Bərdə və Ağdam bazarlarından, cəhənnəmin təsvirin-
dən danışanda satirik gülüş aydın şəkildə özünü göstə-
rir.
Ədib Bərdə, Ağdam bazarına girəndə burada gör-
düyü insanları təqdim etməklə kinayənin tənqid ob-
yektinə çevirmişdir. Daha sonrakı nitqində onların
bir-bir hamısı barədə məlumat verdikdən sonra müəl-
lifin gülüşü daha da dərinləşir. Cəhənnəmin təsvirində
Məni nə vədə Şuşaya yetirərsən?
97
ədibin tənqidi gülüşü hətta sarkazm səviyyəsinə qal-
xır. Çünki ədib əsl əsas tənqid obyektlərini məhz bu-
rada cəmləşdirərək cəhənnəm adlanan məkana salmış,
qruplaşdırmış və cəzalandırmışdır. Əvvəl öz təsvir və
təhkiyəsi ilə mənfi tipləri ifşa edən müəllif, daha son-
ra həmin tipləri qarşılaşdıraraq düşdüyü vəziyyətdə
gülüşün müxtəlif növləri ilə tənqid etmişdir.
Haqverdiyevin cəhənnəm barədə bəhs etdiyi əh-
valatlarda lağ etmək, ələ salmaq intonasiyaları, aşkar
və güclüdür. Burada cəhənnəmin konkret təsvirindən
daha çox cəhənnəm məfhumuna kinayəli münasibət
ifadə olunmuşdur. Eyni zamanda dolayı yollarla bir
sıra sosial məsələlərə də toxunulmuşdur. «Xortdanın
cəhənnəm məktubları»nda tez-tez təsadüf olunan, söz-
arası deyilmiş bu cür mənalı və satirik atmacalarda
ədib öz ürək sözlərini, dərdlərini deməyə fürsət tapır
və nisbətən böyük bir epizodun və ya təfsilatın fonun-
da bu tənqidi fikirlər daha qabarıq, daha aydın nəzərə
çarpır, oxucu diqqətini cəlb edir.
Əsərin sonunda Cəhənnəm səyahətinin Hacı Mir-
zə Əhməd ağa ilə rastlaşdığı hissədə nə cəhənnəm əh-
lindən, nə də onun icraçılarından heç kəs təsvir olu-
nmur. Odur ki, onunla tanışlıqdan başlanan yeni, baş-
qa məzmunlu süjetin əsas qəhrəmanı kənarda, təklik-
Aynurə Paşayeva
98
də başqa bir cəmiyyətin üzvü kimi təcrid olunmuş şə-
kildə təqdim olunur. Bütün cəhənnəmi gəzən Xort-
danın «Fərman və Gövhərtac» əhvalatını eşidəndən
sonra artıq burada qalmaq həvəsi yox olub gedir, geri
qayıtmaq arzusunu bildirir. Yəni Xortdan ayrıldığı cə-
miyyətə düşmək niyyəti ilə geri qayıtmaq «yeni» cə-
miyyətdən uzaqlaşmaq istəyi ilə çıxış edir.
Haqverdiyevin nəsr yaradıcılığı rəngarəng kinayə-
lərlə çox zəngindir. Lakin onun əsərlərində kinayə,
eyni zamanda, tənqidi gülüşün və xüsusən satiranın
qüvvətli tərkib hissəsini təşkil edir. Əslində bu cəhət
ədibin ümumi nasirlik üslubu ilə əlaqədardır. O, öz
tendensiyasını açıq ifadə etmək istəmədiyindən tənqid
hədəfinə şəxsi münasibətini məhz bu yolla daha çox
ifadə edir. Bu cür kinayəli, mürəkkəb gülüş müəllif
tendensiyasını daha emosional, dəqiq və kəsərli ifadə
edir.
Ədibin kinayə və eyhamları olduqca lakonik və
yığcamdır. Məlum olduğu kimi, eyham kinayə məq-
sədi ilə işlənən ikibaşlı söz və incə işarədir. Müəllif
tendensiyasının gizli məqsədinə bu üsul daha çox
uyğun gəlir. Ən sakit, ən təmkinli təsvirlərdə belə
çoxmənalı kinayə və eyhamlar qəfil bir parıltı, sarsı-
dıcı bir effekt kimi bir anda öz işini görür, böyük bir
Dostları ilə paylaş: |