Məni nə vədə Şuşaya yetirərsən?
89
Surətlərin yaşı haqqında xüsusi diqqətlə məlumat ve-
rilir ki, bu da onların ümumi vəziyyəti barədə müəy-
yən təsəvvür yaradır. Ancaq Haqverdiyev heç bir su-
rəti xaraktersiz, psixoloji təhlilsiz yaratmayıb. Surətin
geyiminə gəlincə Haqverdiyev əsas etibarı ilə baş ge-
yiminə diqqət yetirir» (69, s. 223).
Bədii surətlərin fərdi xarakterinin, psixoloji alə-
minin izahında və təhlilində bədii surətlərin müstəsna
əhəmiyyəti vardır. Ə. Haqverdiyevin yaratdığı rəng-
arəng surətlər silsiləsinin böyük əksəriyyəti xarakteri,
fərdi portreti ilə dəqiq səciyyələndirilmişdir. Ədibin
zəngin həyat müşahidəsi və fantaziyasının köməyi ilə
oxucuların nəzərində tam real insan kimi canlandıra
bildiyi surətlər xalqımızın ictimai tarixindən, təfəkkür
tərzindən, etnoqrafik əlvanlığından geniş məlumat ve-
rir, öz zamanları haqqında maraqlı hekayətlər danı-
şırdı.
Aynurə Paşayeva
90
ΙΙΙ FƏSİL
DİL VƏ ÜSLUB XÜSUSİYYƏTLƏRİ
Əbdürrəhim bəy Haqverdiyevin «Xortdanın cə-
hənnəm məktubları» povesti dil və üslub baxımından
olduqca maraqlı və orijinaldır. Bu orijinallıq ədibin
yüksək yazıçılıq professionallığından və sənətkarlıq
məharətindən irəli gəlir. Bu böyük sənətkar qələmə
aldığı ideyaları rəngarəng söz palitrası hesabına əsl
sənət dilinə çevirə bilmiş, bəhs etdiyi obrazlarla, bədii
lövhələrlə onlara yeni həyat nəfəsi vermişdir. Ədib
hətta yeri gələndə ictimai mətləblərə toxunaraq öz
tendensiyasını bəzən üstüörtülü, bəzən də açıq-aşkar
şəkildə, kəskin ifşaedici, kinayəli gülüşlə müşayiət
olunan üslubda da oxucuya çatdırmışdı.
«Ə. Haqverdiyevin təhkiyə üslubu da çox maraq-
lıdır. Ədibin təhkiyəsi ilk növbədə, böyük səmimiyyət
və təbiiliyi ilə diqqəti cəlb edir. O, oxucularla səmimi
ünsiyyət yaradır və çox vaxt söhbətini dostanə, mər-
hamanə bir intonasiyada, aparmağı bacarır. Bu cəhət
həm müəllif təhkiyəsinə şirinlik, təbiilik gətirir, həm
də haqqında bəhs olunan mətləblərin daha inandırıcı,
həqiqi görünməsinə kömək edir. Ədib buna müxtəlif
Məni nə vədə Şuşaya yetirərsən?
91
yollarla nail olur. Çox zaman maraqlı dialoqlar qurur,
canlı söhbət üslubu saxlanılır, surətlərin «ən gizli sir-
ləri» açılır, oxuculara müraciət olunur və s.» (69,
s. 269).
Ə. Haqverdiyevin təhkiyəsindəki canlı danışıq üs-
lubu, şirin ünsiyyət özünü oxuculara daha çox sev-
dirib, dünya ədəbiyyatı miqyasında Çexov, Mopasan,
Ə. Nesin və s. kimi satiriklərlə müqayisə olunacaq də-
rəcəyə gətirib çıxarırdı.
Ədib bəzən mətləbə keçməzdən əvvəl təqdim xa-
rakteri daşıyan sözləri Xortdanın dilindən verir:
«Oxucular məni bağışlasınlar. Kağızın əhvalatını öy-
rənməzdən qabaq istəyirəm onları Qocaqurd bəyləri
ilə bir müxtəsər tanış edim: Qocaqurd mahalında üç
sort bəy var: Pervi sort bəylərə Sarıcalı bəyləri deyir-
lər ki, Nadir şah dövründən bəydirlər» (31, s. 66)
Xortdanın təhkiyəsi müəllifin öz təhkiyəsini xatır-
ladır. «Yazıçının bilavasitə hekayəçi kimi çıxış etməsi
üçün müəllif başqalaşmalı, özünə başqasının gözü ilə
baxmalı, bir sözlə, özünün surətini yaratmalıdır. Belə
olduğu halda yazıçı yox, müəllif obrazı hekayəçi kimi
çıxış etmiş olur» (50, s. 14-15).
Bəzən «Xortdanın cəhənnəm məktubları»nda təh-
kiyə başqa bir obrazın dilindən də verilir. «Odaba-
Aynurə Paşayeva
92
şının hekayəsi» tamamilə – Odabaşının dilindən Hacı
Mirzə Əhməd ağanın cəhənnəmə düşməsi ilə əlaqədar
danışdığı hekayə verilmişdir. Burada əhvalatı oxucu-
ya çatdıran Odabaşının özüdür.
Lakin Ə. Haqverdiyevin təhkiyəsində bəzi qüsur-
lara da rast gəlirik. Məsələn: rus, ərəb və fars sözlərin-
dən istifadə, söz sırasının pozulması, cümlənin baş
üzvlərinin uzlaşmamağı və s.
Ümumiyyətlə, əcnəbi sözlərin, xüsusilə də, ərəb
və fars sözlərinin işlənməsi dili olduqca ağırlaşdırır.
Hələ 1906-cı ildə çap olunan «Xortdanın cəhənnəm
məktubları»na nisbətən, 1930-cu ildə çap olunan hə-
min povestin dilindən çətin anlaşılan söz və ifadələr
götürülmüşdür.
Əsərdə sözlərin yerdəyişməsinə səbəb emosiya ilə
deyilən müxtəlif intonasiyalı cümlələrdir. Xortdan hər
dəfə rastlaşdığı hadisələrlə əlaqədar müxtəlif cümlələr
işlədir: «Aman, xudaya! Molla Ağa Fazili Dərbəndi
qıl körpüdən uçandan sonra bizim tək günahkar bən-
dələrə nə qulaq quşqunu!» (31, s. 60). Bu baxımdan
Ə. Haqverdiyev «Ədəbi dilimiz haqqında» olan mə-
qalədə yazırdı: «Danışıq vaxtında fars ləfzlərinin çox
işlənməsi, indi də savadlılığa dəlil hesab olunur» (31,
s. 376). Ədib bu məqaləsində dövrünün ziyalısı kimi
Məni nə vədə Şuşaya yetirərsən?
93
ədəbi dilin o dövrdə tam öz axarına düşmədiyindən də
bəhs edir: «90-cı illərdə ortalığa atılıb ədəbiyyatla
məşğul olmaq istəyən ziyalılarımız (özümü də, o
cümlədən hesab edirəm) iki tərəfdən də avara olub
məcburən rus ədəbiyyatı təsiri altına düşüb, türk dilin-
də rus cümlələri işlətməyə üz qoydular» (31, s. 377).
Bütün bunlara baxmayaraq Haqverdiyevin yazı
dilinin müsbət xüsusiyyətləri də var. «Realistlərin dili
XΙX əsrin əvvəllərindən gələn dil-üslub meylinin bila-
vasitə davamıdır – «bədii dilin üslubu-semantik geniş-
lənməsində, bədii nitqlə bağlı söz və təşbeh yaradıl-
masında əsas ağırlıq satirik ədəbiyyatın üzərinə düşür.
Obrazlı desək, «Molla Nəsrəddin» xalq dili xəzinə-
sinin qapılarını taybatay ədəbi dilin üzünə açdı... Mol-
lanəsrəddinçilərin və ümumiyyətlə, XX əsr satirik-
lərinin dili üçün səciyyəvi üslubi cizgilər: xalq danışıq
dilinə maksimum yaxınlıq, lüğətdə və sintaksisdə lo-
ruluq, məişət leksikonun ictimai-siyasi yüklənməsi,
satirik çoxmənalılıq, tipin öz dili ilə ifşası, əsas mətlə-
bin kinayə ilə verilməsi»dir» (8, s. 194).
Haqverdiyevin əsərlərində gülüşün özünəməxsus
formalarına rast gəlirik. Gülüş o zaman yaranır ki, sə-
nətkar həyatdakı komik qüsuru düzgün görüb göstərə
bilsin. Müəllifin gülüşünün mayası bütün gülüş tiplə-
Dostları ilə paylaş: |