Məni nə vədə Şuşaya yetirərsən?
129
mövzularında, bədii qəhrəmanlarında, hətta üslubla-
rında belə böyük yaxınlıq yaratmışdı.
Ə. Haqverdiyev xalqının qədim mədəniyyətini,
tarixini, ədəbiyyatını çox gözəl bilən, xalqını sonsuz
məhəbbətlə sevən və bütün qabiliyyətini, istedadını
tükənməz bir qüvvə ilə milli tərəqqi və intibah yolun-
da əsirgəməyən sənətkar idi. O, bir sənətkar kimi həm
də XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbayca-
nın gərgin ictimai-siyasi həyatında istiqamətverən
şəxsiyyətlərdən biri olmuşdur.
Ə. Haqverdiyev həyatda müşahidə etdiyi mənfi
tipləri «cəhənnəm» adlanan məkanda cəmləşdirərək
təsvir etmişdir. Bu mənfi tipləri tənqid etmək isə
əsərin əsas ideyasını təşkil edir. Cəhənnəm barədə da-
nışan zaman yazıçının islam dininə necə yaxından bə-
ləd olması üzə çıxır. Ancaq çox təəssüflər olsun ki,
Sovet dövründə aparılan tədqiqatlarda Ə. Haqverdi-
yevin bu cəhəti tam aydın şəkildə diqqətə çatdırılmır,
hətta təhrif də olunurdu. ««Xortdanın cəhənnəm mək-
tubları» povestində ideya, mövzu, kompozisiya» adlı
fəsildə yazıçının şəxsi arxivindən əldə olunan məlu-
matlar əsasında onun həm islam dinini, həm də mifo-
logiya və folklor sahəsində mükəmməl biliyi əyani
şəkildə sübuta yetirilir. Tədqiqatda əsərin bəzi motiv-
Aynurə Paşayeva
130
ləri A. Dantenin «İlahi komediya», Ə. Nesinin «Tax-
talıköydən məktublar», İ. Muğannanın «Cəhənnəm»
romanı və Ə. Haqverdiyevin digər əsərləri ilə də mü-
qayisə olunmuşdur.
Ə. Haqverdiyev yaradıcılığının ən səciyyəvi xüsu-
siyyəti həqiqətpərəstlik idi. Onun üçün bədii yaradı-
cılıq xalqı ilə dərdləşmək, onu böyük tərəqqiyə, təka-
mülə yetirmək vasitəsidir. Ədibin nəsr yaradıcılığında
məhəbbət mövzusu geniş yer tutmasa da, bütün möv-
zuları xalqın həyatından, məişətindən qaynaqlanırdı.
Həyat həqiqətlərini olduğu kimi əks etdirən bu böyük
sənətkarın mövzuları cəmiyyətdəki zəhmətkeş insan-
ların faciəli taleyindən, yaşamağın ləzzətini nataşa-
ların dizləri üstündə xumarlanmaqda görən məşədi-
lərin əyyaşlığından, dövlət məmurlarının özbaşınalı-
ğından, Azərbaycan qadınlarının haqsızlıqlara məruz
qalmış taleyindən və ən nəhayət, fırıldaqçı, dələduz
din xadimlərindən bəhs edirdi. «Xortdanın cəhənnəm
məktubları» povesti Ə. Haqverdiyevin bir nasir kimi
kamil bədii xarakterlər yaratmaq məharətini də nüma-
yiş etdirir.
Povestin dil və üslub xüsusiyyətlərindən danışan
zaman yazıçı təhkiyəsinin zənginliyi, xalq dilinin də-
rin köklərinə bağlılığı, bədii təsvir və ifadə vasitələ-
Məni nə vədə Şuşaya yetirərsən?
131
rindən, milli folklorumuzdan məharətlə istifadə baca-
rığı özünü göstərir.
«Xortdanın cəhənnəm məktubları» povesti
Ə. Haqverdiyevin ən iri həcmli nəsr əsəridir. Təbii ki,
ədibin nasirlik məharəti də burada daha geniş, daha
müfəssəl nəzərə çarpmaqdadır. Əsər həmçinin Haq-
verdiyevin tənqidi gülüşünün zənginliyi, rəngarəngli-
yi, kəskin satirası, mərhəmətli yumoru, müxtəlif into-
nasiyalı kinayələr ilə də diqqəti cəlb edir.
Bir sözlə, Ə. Haqverdiyev böyük istedadla yarat-
dığı əsərləri ilə ədəbiyyat tariximizdə həmişəyaşar bir
yazıçı kimi qalacaqdır.
Aynurə Paşayeva
132
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
1.
Abdulla B. Kitabi-Dədə Qorqudda rəng sim-
volikası, Bakı, Çaşıoğlu, 2004, 127 s.
2.
Abdulla B. Folklorda say simvolikası, Bakı,
Elm, 2006,
147 s.
3.
Ağayev İ. Molla Nəsrəddin poetikası. Bakı:
Elm, 1985, 168 s.
4.
Axundov A. Azərbaycan dilinin izahlı lüğəti.
Bakı: Elm, 2005, 451 s.
5.
Aligyeri D. İlahi komediya. Bakı: Öndər, 2004,
592 s.
6.
Aristotel. Poetika. Bakı: Şərq-Qərb, 2006,
120 s.
7.
Azərbaycan dilinin izahlı lüğəti. 4 cilddə, II c.,
Bakı: Şərq-Qərb, 2006, 792 s.
8.
Azərbaycan ədəbi dil tarixi. Bakı: Elm, 1991,
282 s.
9.
Azərbaycan xalq cümhuriyyəti ensiklopediyası.
2 cilddə, I c., Bakı: Lider, 2004, 439 s.
10.
Babayev B. Azərbaycan realist nəsrində sa-
tira. Bakı: Elm, 2008, 324 s.
11.
Behbudov Ə. Ə. Haqverdiyevin din və möv-
humat, cəhalətə qarşı mübarizəsi // Azərbaycan dili
və ədəbiyyatı tədrisi metodik məqalələr məcmuəsi,
1970, № 4, s. 81-91.
Məni nə vədə Şuşaya yetirərsən?
133
12.
Bəkirqızı (İsayeva) P. Ə. Haqverdiyevin
«Xortdanın cəhənnəm məktubları» əsərinin mifopo-
etik strukturundan o biri dünyaya səyahət motivi
// AMEA məruzələr, 2009, № 5, s. 176-181.
13.
Bəydili C. Türk mifoloji sözlüyü, Bakı: Elm,
2003, 418 s.
14.
Bualo. Poeziya sənəti. Bakı: Şərq-Qərb,
2006, 112 s.
15.
Cavid H. Seçilmiş əsərləri. 5 cilddə, III c.,
Bakı: Lider, 2005, 304 s.
16.
Cəfərov S. Müasir Azərbaycan dili. Bakı:
Şərq-Qərb, 2007, 191 s.
17.
Əfəndiyev H. Azərbaycan bədii nəsrinin tari-
xindən. Bakı: Azərnəşr, 1963, 236 s.
18.
Əfəndiyev P. Azərbaycan şifahi xalq ədə-
biyyatı. Bakı: Maarif, 1982, 478 s.
19.
Əlimirzəyev X. Ədəbiyyatşünaslığın elmi-nə-
zəri əsasları. Bakı: Nurlan, 2008, 431 s.
20.
Əlimirzəyev X. Klassiklərimizin ideal və po-
etik sənəd dünyası. Bakı: Elm və təhsil, 2009, 668 s.
21.
Əlişanoğlu T. Əsrdən doğan nəsr. Bakı: Elm,
1999, 117 s.
22.
Əlişanoğlu T. XX əsr Azərbaycan nəsrinin
poetikası. Bakı: Elm, 2006, 312 s.
23.
Hacıyev M. Hər şeyi bəyan edən kitab. Bakı:
2000, 87 s.
24.
Haqverdiyev Ə. Xortdanın cəhənnəm mək-
tubları. Bakı: Azərnəşr, 1930, 24 s.
Dostları ilə paylaş: |