Aynurə Paşayeva
124
göndərildi. İlin axırlarında cəmiyyətin nəzdində top-
lanmış ədəbiyyatdan böyük bir kitabxana yaranmışdır.
Kursların açılması, həm də kitabların, materialların
toplanması işi eyni zamanda Azərbaycan incəsənəti-
nin, tarixinin, mədəniyyətinin, etnoqrafiyasının, coğ-
rafiyasının, eləcə də milli folklorun toplanıb araşdırıl-
masında xeyli iş gördü» (46, s. 16-17).
Bu folklor nümunələrindən atalar sözü, məsəllər,
alqış və qarğışlar, andları və s. misal göstərmək olar.
Ə. Haqverdiyev atalar sözünü, əsasən, iki üsulla işlət-
mişdir: birinci halda tam ciddi məzmunda olur. İkinci
halda tənqidi gülüşlə müşayiət edilir (69, s. 282). Cid-
di məzmunlu atalar sözlərinin bəziləri fars dilində
işlənsə də tərcüməsini də, hökmən, oxucuya aydınlaş-
dırır: «Kafər bəcəhənnəm namirəvəd kəşan-kəşan mi-
bərənd» (Kafir cəhənnəmə getməz, onu çəkə-çəkə
apararlar) (31, s. 51). Ya da ədib satirik atalar sözlə-
rini yaratdığı satirik obrazların dilindən verir: «Deyir-
lər çox oxuyan çox bilməz, çox gəzən çox bilər»,
«Axşamın xeyrindən isə sabahın şəri» (31, s. 44).
Axırıncı verilən nümunə Mirzə Qoşunəli Təbrizlinin
dilindən verilib. O, iksir düzəldib cəhənnəmə yola sal-
mağı xeyirli bir iş hesab edərək bunu deyir. Əslində
ədib bu cür atalar sözünü onun dilindən kinayəli bir
Məni nə vədə Şuşaya yetirərsən?
125
şəkildə vermişdi. Başqa satirik obrazın-Hacının dilin-
dən deyilən atalar sözünə nəzər yetirək: «Keçəl dər-
man bilsə, öz başına yaxar» (31, s. 88). Keçəl deyəndə
Dəsturovu nəzərdə tuturdu. Ciddi məzmunlu atalar
sözlərinə Xortdanın, Fərmanın nitqində rast gəlmək
mümkündür. «Axtaran tapar» Xortdanın dilindən ve-
rilmiş atalar sözüdür. Fərmanın əmisi haqqında de-
yilən atalar sözü olduqca ciddi məzmunludur: «Kəsil-
sin iki əl ki, bir başı saxlaya bilməyə» (31, s. 96).
Ədib işlətdiyi məsəlləri əsil mətləbinə, məqamına
uyğun bir şəkildə işlədir. Bəzən həmin məsəlləri ve-
rən zaman onun izahını da verərək oxucuya qaranlıq
yer buraxmır. «İmam evini yıxsın» məsəli «Qarahacı-
lı» deyilən yerdə yayılmışdı. Məşədi Səfər haqqında
verilən əhvalat həmin məsələnin izahını açır. Yaxşı
qazanc əldə eləyən bu tacirin evinə gəlib məhərrəm
ayında yeddi gün ehsan yeyən din xadimləri onu müf-
lisləşdirir. Belə ki, iman evini yıxanlardan da biri bu
tacir olur. Ədib yeri gələndə mübaliğə məzmunlu idi-
omatik ifadələrdən də istifadə edib: «Qızıdır bir-iki
gün ağlar, sakit olar. Və sonra da süd gölündə üzəndə
dünya yadından çıxar», «bizim İbrahimin avara oğlu-
nun fikri düşüb başına» (31, s. 96-97). «Xortdanın cə-
hənnəm məktubları» satirik məzmunlu olduğundan
Aynurə Paşayeva
126
burada alqışlara az-az hallarda rast gəlinir: «Gözlərin
aydın olsun, az çəkməz Fərman durar ayağa» (31,
s. 120).
Gözəl hiss və emosiyalar aşılayan alqışların əksi
olan qarğışlara da povestdə rast gəlmək mümkündür.
Bu cür qarğışlar idiomatik ifadələrlə işlənmişdir. Mə-
şədi Sünbənin dilindən deyilən qarğışlar: «Acından
ölür, qoy canı çıxsın, ölsün!», «Di canın çıxsın, yan!»
(31, s. 77) çox maraqlıdır. Qarğışlarla bərabər andlar
da özünəməxsus yer tutur. Andlar kimisə inandırmaq
məqsədi ilə deyilsə də, müxtəlif məqsədli və məz-
munlu olur. Başqa bir misalda ədib and içərək oxucu-
larını inandırmağa çalışmır, sadəcə özünün gördüyü
həqiqətləri danışmağa çalışır: «Mən oxucularıma
özüm şahid olduğum bir fəqərədən danışım» (31,
s. 74). «Xortdanın cəhənnəm məktubları»nda işlənən
andlarda kin, nifrət, qəzəb dolu satira var. Vinokuro-
vun içdiyi andda diqqət yetirək: «And olsun Allaha,
gərək onların hamısını birbaş Sibirə itirim» (31,
s. 70). Burada Vinokurovun nitqindəki and o qədər
nifrət doludur ki, qarğışla birgə işlənib.
Ə.Haqverdiyevin yaradıcılığında xalqımızın azad-
lığı və tərəqqisi uğrunda mübarizəsinin, həyat və mə-
işətinin unudulmaz bədii lövhələri verilmişdir. Yazıçı
Məni nə vədə Şuşaya yetirərsən?
127
bütün ömrü öz doğma xalqı ilə bağlı olmuş, bütün
ömrü boyu öz xalqının mədəni inkişafını və səadətinə
xidmət etmişdir.
Aynurə Paşayeva
128
NƏTİCƏ
Əbdürrəhim bəy Haqverdiyev Mirzə Fətəli Axun-
dov ədəbi məktəbini davam və inkişaf etdirən, yeni
realist Azərbaycan ədəbiyyatının ən görkəmli simala-
rından biridir. O, Azərbaycan tarixində dramaturq, na-
sir, mühərrir, yüksək mədəniyyətli teatr xadimi və
mütərcim kimi tanınmışdır.
Ə. Haqverdiyev yaşadığı, yazıb yaratdığı dövr elə
bir dövr idi ki, bu zaman bədii ədəbiyyat ictimai pro-
seslə çox yaxından qaynayıb-qarışır, ona fəal müdaxi-
lə etməyə başlayırdı. Bu dövrdə qabaqcıl, demokratik
dünyagörüşlü sənətkarların da ən başlıca vəzifəsi xal-
qın gözünü açmaqdan ibarət idi. Bu cəhətdən
C. Məmmədquluzadə, M.Ə. Sabir, Ə. Haqverdiyev,
N. Nərimanov kimi xalqın dərdini dərindən bilən, dü-
şünən və oxuculara da bu hissləri aşılayan, düşündü-
rən sənətkarların vətəndaşlıq şücaəti misilsiz idi. Bu
cür ümumi qayə tənqidi realizm yolunu seçən bir sıra
ədibləri «Molla Nəsrəddin» jurnalının ətrafına topla-
mışdı. Molla Nəsrəddinçilərin siyasi-ictimai baxış-
larındakı ümumilik onların həyatı inikas üsullarında,
Dostları ilə paylaş: |