Aynurə paşayeva



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə21/30
tarix11.07.2018
ölçüsü1,03 Mb.
#54796
1   ...   17   18   19   20   21   22   23   24   ...   30

Aynurə  Paşayeva 
 
 
94 
rinin  qovuşuğundan  yaranır.  «Tədqiqat  göstərir  ki, 
satiraya  nisbətən  yumorda  milli  xüsusiyyətlər  daha 
çoxdur ki, bu da xalqın tarixi məişəti və əhval-ruhiy-
yəsi ilə bağlıdır» (51, s 301). 
Ə. Haqverdiyevin gülüşü bəzən yumşaq, bəzən də 
aşıb-coşan dəniz ləpələri kimi fırtınalı, acı və sarsıdıcı 
olur. Əgər Mirzə Cəlil məzlum insanların ağır kədəri-
ni ifadə edib onlara acıyırdısa, Haqverdiyev öz kəskin 
gülüşü ilə  mənfi tiplərə,  yeri  gələndə, ittiham hökmü 
oxuyurdu. 
Ancaq «Ə. Haqverdiyev surətin keçmişini pərdəli 
qoymur. İstehza  keçmişlə  sonrakı  «nailiyyəti»  müqa-
yisədə meydana çıxır» (62, s. 273). Ə. Haqverdiyevin 
əsərlərindəki  tənqidi  gülüşün  xarakterini  və  formala-
rını ilk növbədə müəllifin dünyagörüşü, siyasi-ictimai 
baxışları,  xalq  və  cəmiyyət  haqqındakı  şəxsi  arzu  və 
idealları ilə tənqid hədəfinin mahiyyəti, məzmunu ara-
sındakı uçurumun, uyğunsuzluğun dərəcəsi təyin edir. 
Daha doğrusu, bu gülüşün məzmunu və dərəcəsi feo-
dal-patriarxal  Azərbaycanındakı  siyasi-ictimai  qüsur-
ların rüsvayçı mahiyyəti ilə vətəndaş ədibin demokra-
tik  görüşləri,  işıqlı  idealları  arasındakı  ziddiyyətlə 
müəyyənləşir.  


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
95 
«Ə. Haqverdiyevin söylədiyi lətifələri  yazmış ol-
duğu  hekayələrdə,  dramlarda,  «Molla  Nəsrəddin» 
məcmuəsində çap etdirdiyi satirik felyetonlarda və ya-
ratdığı  surətlərin  mükalimələrində  görmək  olardı» 
(79, s. 283). 
Haqverdiyevin  tənqid  edən  zaman  istifadə  etdiyi 
üsullardan  biri  hadisələrin  inkişafında  surətin  xarak-
terini açmaqla, müəllif tendensiyasını gizli saxlamaq-
dır. Hacı  haqqında  danışan  müəllif qısa şəkildə  onun 
satirik  surətinin  düşdüyü  komik  vəziyyətə  əsaslanır. 
Tənqidi  mətləb  məhz  hadisələrin  ümumi  məzmunun-
da, xarakterində və nəticəsində bədii emosional həllini 
tapır:  «Həkim  Hacıdan  yüz  manat  istədi.  Hacı  cava-
bında dedi: 

 
Yox, atam, əl verməz. Mən sənə bir kəllə qənd 
və bir girvənkə çay verərdim. Sən mənim gözümü sa-
ğaldırsan. 
Həkim gülüb dedi: 

 
Hacı ağa, belə də sövda olarmı? Sizin tək zən-
gin  adama  belə  danışıqlar  yaraşarmı?  Yoxsa  zarafat 
eləyirsiniz? 

 
Yox, atam, zarafat-marafat yoxdur. Əsil sözdür 
ki, deyirəm» (31, s. 86). 


Aynurə  Paşayeva 
 
 
96 
Dialoqlarda  Hacını  bir  az  yumşaqcasına  ifşa  et-
məyə  çalışan  müəllif  onun  xarakterini  daha  da  dərin-
ləşdirərək  həkimin  dili  ilə  onu  islah  etməyə  çalışmış-
dır. Ancaq, Hacı islah olunmaq əvəzinə xəsis xarakte-
ri ilə özünü daha da gülünc, satirik bir vəziyyətə salır. 
Ümumiyyətlə,  Haqverdiyevin  ifşa  üsulları  rənga-
rəng və müxtəlifdir. Haqverdiyev əsərlərindəki satirik 
gülüşün  ümumi  hədəfi  istismarçı  təbəqələr,  fırıldaqçı 
ruhanilər  və  cəmiyyətin  əsas  varlı,  zəngin  nümayən-
dələridir.  Ədib  aşağı  təbəqənin  ağır  güzəranını,  dəh-
şətli geriliyini çox sərrast və amansız ifşa edir. Bu sa-
tiranın təhlil və ifşa üsulları müxtəlifdir. Onlardan iki-
sini  xüsusi  qeyd  etmək  lazımdır.  Birinci  halda  tənqid 
hədəfinin əsl satirik məzmunu müəllifin təsvir və təh-
kiyələrində,  ikinci  halda  isə  əhvalatın  inkişafında  və 
ya satirik surətin düşdüyü vəziyyətdə aydınlaşır. Ədib 
Bərdə və Ağdam bazarlarından, cəhənnəmin təsvirin-
dən danışanda satirik gülüş aydın şəkildə özünü göstə-
rir. 
Ədib Bərdə, Ağdam bazarına girəndə burada gör-
düyü  insanları  təqdim  etməklə  kinayənin  tənqid  ob-
yektinə  çevirmişdir.  Daha  sonrakı  nitqində  onların 
bir-bir hamısı barədə məlumat verdikdən sonra müəl-
lifin gülüşü daha da dərinləşir. Cəhənnəmin təsvirində 


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
97 
ədibin  tənqidi  gülüşü  hətta  sarkazm  səviyyəsinə  qal-
xır. Çünki ədib əsl əsas tənqid obyektlərini məhz bu-
rada cəmləşdirərək cəhənnəm adlanan məkana salmış, 
qruplaşdırmış və cəzalandırmışdır. Əvvəl öz təsvir və 
təhkiyəsi ilə mənfi tipləri ifşa edən müəllif, daha son-
ra  həmin  tipləri  qarşılaşdıraraq  düşdüyü  vəziyyətdə 
gülüşün müxtəlif növləri ilə tənqid etmişdir. 
Haqverdiyevin  cəhənnəm  barədə  bəhs  etdiyi  əh-
valatlarda  lağ  etmək,  ələ  salmaq  intonasiyaları,  aşkar 
və  güclüdür.  Burada  cəhənnəmin  konkret  təsvirindən 
daha  çox  cəhənnəm  məfhumuna  kinayəli  münasibət 
ifadə  olunmuşdur.  Eyni  zamanda  dolayı  yollarla  bir 
sıra  sosial  məsələlərə  də  toxunulmuşdur.  «Xortdanın 
cəhənnəm məktubları»nda tez-tez təsadüf olunan, söz-
arası  deyilmiş  bu  cür  mənalı  və  satirik  atmacalarda 
ədib  öz  ürək  sözlərini,  dərdlərini  deməyə  fürsət  tapır 
və nisbətən böyük bir epizodun və ya təfsilatın fonun-
da bu tənqidi fikirlər daha qabarıq, daha aydın nəzərə 
çarpır, oxucu diqqətini cəlb edir. 
Əsərin sonunda Cəhənnəm səyahətinin Hacı Mir-
zə Əhməd ağa ilə rastlaşdığı hissədə nə cəhənnəm əh-
lindən,  nə  də  onun  icraçılarından  heç  kəs  təsvir  olu-
nmur. Odur ki, onunla tanışlıqdan başlanan yeni, baş-
qa  məzmunlu  süjetin  əsas  qəhrəmanı  kənarda,  təklik-


Aynurə  Paşayeva 
 
 
98 
də başqa bir cəmiyyətin üzvü kimi təcrid olunmuş şə-
kildə  təqdim  olunur.  Bütün  cəhənnəmi  gəzən  Xort-
danın  «Fərman  və  Gövhərtac»  əhvalatını  eşidəndən 
sonra artıq burada qalmaq həvəsi yox olub gedir, geri 
qayıtmaq arzusunu bildirir. Yəni Xortdan ayrıldığı cə-
miyyətə  düşmək  niyyəti  ilə  geri  qayıtmaq  «yeni»  cə-
miyyətdən uzaqlaşmaq istəyi ilə çıxış edir.  
Haqverdiyevin nəsr yaradıcılığı rəngarəng kinayə-
lərlə  çox  zəngindir.  Lakin  onun  əsərlərində  kinayə, 
eyni  zamanda,  tənqidi  gülüşün  və  xüsusən  satiranın 
qüvvətli  tərkib  hissəsini  təşkil  edir.  Əslində  bu  cəhət 
ədibin  ümumi  nasirlik  üslubu  ilə  əlaqədardır.  O,  öz 
tendensiyasını açıq ifadə etmək istəmədiyindən tənqid 
hədəfinə  şəxsi  münasibətini  məhz  bu  yolla  daha  çox 
ifadə  edir.  Bu  cür  kinayəli,  mürəkkəb  gülüş  müəllif 
tendensiyasını daha emosional, dəqiq və kəsərli ifadə 
edir. 
Ədibin  kinayə  və  eyhamları  olduqca  lakonik  və 
yığcamdır.  Məlum  olduğu  kimi,  eyham  kinayə  məq-
sədi  ilə  işlənən  ikibaşlı  söz  və  incə  işarədir.  Müəllif 
tendensiyasının  gizli  məqsədinə  bu  üsul  daha  çox 
uyğun  gəlir.  Ən  sakit,  ən  təmkinli  təsvirlərdə  belə 
çoxmənalı  kinayə  və  eyhamlar  qəfil  bir  parıltı,  sarsı-
dıcı bir effekt kimi bir anda öz işini görür, böyük bir 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə