3.4.1.5. Avropa Konvensiyası və məşğulluq konteksti
AİHK birbaşa əmək hüququnu əhatə etməsə də 8-ci Maddənin tövsifi
müəyyən şəraitdə əmək sferasını da əhatə edir. Yuxarıdakı Sidabras və
Džiautas Litvaya qarşı işdə hökümətin keçmiş KQB işçilərinə dövlət sek-
torunda və özəl sektorun müəyyən hissələrində əmək fəaliyyəti göstərmək
üzrə qadağa qoyması, 14-cü Maddə ilə birlikdə götürülməklə 8-ci Maddənin
təsiri altına düşüb, belə ki, bu məsələ “onların kənar mühit ilə əlaqə
yaratmasına çətinliklər yaradaraq, onların yaşayış üçün gəlir əldə etməsi
və şəxsi həyatlarının toxunulmazlığı məsələsinə ziyan vurub.”
112
Eyni ilə
Bigaeva Yunanıstana qarşı işdə müəyyən edilib ki, ixtisasa çatımlılıq
hüququnu da ehtiva edərək 8-ci Maddə Əmək hüququnu da əhatə edir.
113
AİHM həmçinin həmkarlar ittifaqına üzvlüklə bağlı ayrıseçkiliyi də qadağan
edir. Bundan əlavə həmkarlar ittifaqını yaratmaq hüququ AİHK-da ayrıca bir
hüquq kimi nəzərdə tutulub.
114
Misal: Danilenkov və digərləri Rusiyaya qarşı işdə ərizəçilər
həmkarlar ittifaqına üzv olduqları üçün işə götürən tərəfindən qısnama
və az əlverşli münasibət ilə qarşılaşıblar.
115
Onların mülki
məhkəmələlərə müraciəti yerli qanunvericilikdə ayrı-seçkiliyin cinayət
prosesinin tərkib hissəsi olması əsasında qəbul edilməyib. Lakin
dövlət ittihamçısı məsələnin cinayət prosesi çərçivəsində baxılmasını
şirkətin menecerləri tərəfindən nümayiş etdirilən ayrı-seçkilik
münasibətinin “məntiqli şübhədən kənar” olmasını əsas gətirərək rədd
edib. AİHM müəyyən etdi ki, milli qanunvericilikdə birləşmək hüququ
çərçivəsində həmkarlar ittifaqının formalaşması azadlığının
olmaması, 14-cü Maddə ilə birlikdə götürüldükdə 11-ci Maddənin
pozulmasına səbəb olur.
80
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
113. ECtHR, Bigaeva v. Greece (No. 26713/05), 28 May 2009.
114. Məsələn, AİHM, Demir və Baykara Türkiyəyə qarşı (Demir and Baykara v. Turkey) (No. 34503/97),
12 noyabr 2008.
115. AİHM, Danilenkov və Başqaları Rusiyaya qarşı (Danilenkov and Others v. Russia (No. 67336/01),
30 iyul 2009.
3.4.2. Sosial rifah və sosial təminat formalarına
çatımlılıq
Ayrı-seçkilik əleyhinə olan direktivlər içərisində yalnız Cinsi Bərabərlik Di-
rektivi sosial rifah sistemi və sosial sığortanın digər formalarına çatımlılıqla
bağlı ayrı-seçkilik üzrə müdafiəni geniş mənada əhatə edir. Bu Dövlət
tərəfindən “ümumi” imtiyazlar sayılan, özündə ictimai səhiyyəni, təhsil və
sosial sığorta sistemini əhatə edən məsələləri cəmləşdirir. Bununla belə
Sosial Sığorta üzrə Gender Direktivi “sosial təminat ” üzrə dar sahədə cinsi
zəmində bərabər münasibət hüququnu müəyyən edib.
3.4.2.1. Sosial təminat və səhiyyəni də ehtiva edən
sosial müdafiə
Bu sahənin diapazonu İrqi Bərabərlik Direktivində izah edilmədiyindən tam
müəyyənləşməyib və AƏM-in məhkəmə hüququ ilə təfsir olunmalıdır.
Yuxarıda da qeyd edildiyi kimi Sosial Təminat üzrə Gender Direktivi “qa-
nunla müəyyən edilmiş sosial sığorta sxemi üzrə” cinsi zəmində bərabər
münasibətin təminini ehtiva edir.
116
1-ci Maddənin 3-cü bəndi ilə bu sxem
özündə xəstəlik, əlillik, yaşlılıq, iş mühiti üzrə bədbəxt hadisə və işlə əlaqəli
xəstəliklər və işsizlik məsələləri də daxil olmaqla, əvvəlki sxemin
əvəzləyicisi və ya ona əlavə olaraq sosial yardımı da ehtiva edir.
“Sosial müdafiənin” izahı tam məlum deyil. Bu sahədə Komissiyanın İza-
hedici Memarandumunun İrqi Bərabərlik Direktivinə təklifinə və eyni za-
manda Direktivin öz mətninə əsasən, bu “sosial təminat” anlayışından daha
geniş mənanı kəsb edəcək.
117
Geniş yanaşmanı nəzərə alaraq, sosial
sığorta kateqoriyasında olan hallar istisna olmaqla, Hökümət tərəfindən
təqdim edilən istənilən müavinət, yardım, iqtisadi və ya digər yönümlü
olmasından asılı olmayaraq, bu məsələlər sosial müdafiə kateqoriyası kimi
dəyərləndiriləcək. Bu mənada böyük ehtimal ilə İrqi Bərabərlik Direktivinin
xüsusi sahələrinin tətbiqi bir-biri ilə üst-üstə düşəcək.
Səhiyyə sahəsində də ayrı-seçkilikdən müdafiənin əhatə dairəsi qeyri
81
Avropa ayrı-seçkilik əleyhinə hüququnun əhatə dairəsi
_____________________________________
116. Gender Bərabərliyi Direktivinə (Recast) əsasən “ödəmə” kimi səciyyələnən “peşə” sxemlərindən
fərqli olaraq
117. Bərabər rəftar prinspinin irqi və ya etnik mənşəyindən asılı olmadan insanlar araslnda bərabər
tətbiqi ilə bağlı Şura Direktivi üzrə təklif COM(1999) 566 final, 25.11.1999.
müəyyən qalır. Belə görünür ki, bu məsələ bu sahə üzrə çalışan tibbi və
inzibati heyətin dövlət tərəfindən göstərilən səhiyyə xidmətinə çıxışı ilə
əlaqəli ola bilər. Eyni zamanda bu, özəl səhiyyə xidmətləri ilə təmin edilən
xəstələrin ödəmələri məcbüri sığorta sxemi üzrə əvəzin ödənilməsi
məsələlərində də tətbiq ediləcək. Buradan belə görünə bilər ki, irqi və etnik
zəmində şəxsi sığortalamaqdan imtina və artırılmış sığorta haqlarının tətbiq
edilməsi də bu müddəanın əhatə dairəsində olacaq. Alternativ olaraq, bu
məsələ mallar və xidmətlər müddəasının da təsiri altına düşəcək.
3.4.2.2. Sosial güzəştlər
“Sosial imtiyazlar” məsələsinin əhatə dairəsi AƏM-in məhkəmə hüququnda
şəxslərin sərbəst hərəkət etmə azadlığı kontekstində yaxşı inkişaf etdirilmiş
və geniş mənada izah edilir.
Misal: Cristini işində, ərziəçi İtalyan vətəndaşı idi, Fransada yaşayırdı
və onun sonuncu əri Aİ hüququna əsasən “işçi” idi.
118
Fransız dəmir
yolları böyük ailələrə güzəştli səyahət təklif etsələr də xanım Cristiniyə
vətəndaşlığına görə imtina etmişdilər. Bu imtina, “sosial güzəştlər”in
AB hüququ çərçivəsində yalnız əmək müqaviləsi olanlara şamil
edilməsi ilə əsaslandırılmışdı. AƏM dəmir yol gedişində azaldılmış
ödəmələr də daxil olmaqla, bütün güzəştlərin hər hansı bir
müqavilədən asılı olmamasını əsas gətirərək qeyd olunan
əsaslandırma ilə razılaşmamışdı.
Evenin işində AƏM “sosial güzəştləri” aşağıdakı kimi müəyyən etdi:
‘əmək müqaviləsi ilə bağlı olmayan, vətəndaşı olduğu ölkənin
işçilərinə əsasən onların obyektiv işçi statusu ilə əlaqədar və ya
onların milli ərazilərdə yaşama faktına görə verilən və digər Üzv
Dövlətin vətəndaşı olanlara İttifaq hüdudlarında sərbəst hərəkət
etmələrinin təmini məqsədilə verilən güzəştlərdir.
119
Bu şərt Even anlayışına uyğun olan bütün hüquqlara şamil edilir: mütləq
olaraq verilən və ya diskresion əsasla təmin edilən hüquqlar arasında heç
bir fərq yoxdur. Bundan əlavə bu müddəa pensiya hüququ kimi əmək
82
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
118. AƏM, Fiorini (née Cristini) v. SNCF, İş 32/75 [1975] ECR 1085, 30 Sentyabr 1975.
119. AƏM, Evenə qarşı Cinayət Prosesi (Criminal Proceedings against Even), İş 207/78 [1979] ECR
2019, 31 may 1979, para. 22.
Dostları ilə paylaş: |