Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı


  Avropa Konvensiyası və məşğulluq konteksti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   22   23   24   25   26   27   28   29   ...   62

3.4.1.5.  Avropa Konvensiyası və məşğulluq konteksti 
AİHK  birbaşa  əmək  hüququnu  əhatə  etməsə  də  8-ci  Maddənin  tövsifi
müəyyən şəraitdə əmək sferasını da əhatə edir.  Yuxarıdakı Sidabras və
Džiautas Litvaya qarşı işdə hökümətin keçmiş KQB işçilərinə dövlət sek-
torunda və özəl sektorun müəyyən hissələrində əmək fəaliyyəti göstərmək
üzrə qadağa qoyması, 14-cü Maddə ilə birlikdə götürülməklə 8-ci Maddənin
təsiri  altına  düşüb,  belə  ki,  bu  məsələ  “onların  kənar  mühit  ilə  əlaqə
yaratmasına çətinliklər yaradaraq, onların yaşayış üçün gəlir əldə etməsi
və şəxsi həyatlarının toxunulmazlığı məsələsinə ziyan vurub.”
112
Eyni ilə
Bigaeva  Yunanıstana  qarşı  işdə  müəyyən  edilib  ki,  ixtisasa  çatımlılıq
hüququnu da ehtiva edərək 8-ci Maddə Əmək hüququnu da əhatə edir.
113
AİHM həmçinin həmkarlar ittifaqına üzvlüklə bağlı ayrıseçkiliyi də qadağan
edir. Bundan əlavə həmkarlar ittifaqını yaratmaq hüququ AİHK-da ayrıca bir
hüquq kimi nəzərdə tutulub.
114
Misal:  Danilenkov  və  digərləri  Rusiyaya  qarşı  işdə  ərizəçilər
həmkarlar ittifaqına üzv olduqları üçün işə götürən tərəfindən qısnama
və  az  əlverşli  münasibət  ilə  qarşılaşıblar.
115
Onların  mülki
məhkəmələlərə müraciəti yerli qanunvericilikdə ayrı-seçkiliyin cinayət
prosesinin  tərkib  hissəsi  olması  əsasında  qəbul  edilməyib.  Lakin
dövlət ittihamçısı məsələnin cinayət prosesi çərçivəsində baxılmasını
şirkətin  menecerləri  tərəfindən  nümayiş  etdirilən  ayrı-seçkilik
münasibətinin “məntiqli şübhədən kənar” olmasını əsas gətirərək rədd
edib. AİHM müəyyən etdi ki, milli qanunvericilikdə birləşmək hüququ
çərçivəsində  həmkarlar  ittifaqının  formalaşması  azadlığının
olmaması,  14-cü  Maddə  ilə  birlikdə  götürüldükdə  11-ci  Maddənin
pozulmasına səbəb olur. 
80
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
113. ECtHR, Bigaeva v. Greece (No. 26713/05), 28 May 2009.
114. Məsələn, AİHM, Demir və Baykara Türkiyəyə qarşı (Demir and Baykara v. Turkey) (No. 34503/97),
12 noyabr 2008. 
115. AİHM, Danilenkov və Başqaları Rusiyaya qarşı  (Danilenkov and Others v. Russia (No. 67336/01),
30 iyul 2009. 


3.4.2.  Sosial rifah və sosial təminat formalarına  
çatımlılıq 
Ayrı-seçkilik əleyhinə olan direktivlər içərisində yalnız Cinsi Bərabərlik Di-
rektivi sosial rifah sistemi və sosial sığortanın digər formalarına çatımlılıqla
bağlı  ayrı-seçkilik  üzrə  müdafiəni  geniş  mənada  əhatə  edir.  Bu  Dövlət
tərəfindən “ümumi” imtiyazlar sayılan, özündə ictimai səhiyyəni, təhsil və
sosial sığorta sistemini əhatə edən məsələləri cəmləşdirir. Bununla belə
Sosial Sığorta üzrə Gender Direktivi “sosial təminat ” üzrə dar sahədə  cinsi
zəmində bərabər münasibət hüququnu müəyyən edib. 
3.4.2.1. Sosial təminat və səhiyyəni də ehtiva edən 
sosial müdafiə  
Bu sahənin diapazonu İrqi Bərabərlik Direktivində izah edilmədiyindən tam
müəyyənləşməyib  və  AƏM-in  məhkəmə  hüququ  ilə  təfsir  olunmalıdır.
Yuxarıda da qeyd edildiyi kimi Sosial Təminat üzrə Gender Direktivi “qa-
nunla müəyyən edilmiş sosial sığorta sxemi üzrə” cinsi zəmində bərabər
münasibətin təminini ehtiva edir.
116
1-ci Maddənin 3-cü bəndi ilə bu sxem
özündə  xəstəlik, əlillik, yaşlılıq, iş mühiti üzrə bədbəxt hadisə və işlə əlaqəli
xəstəliklər  və  işsizlik  məsələləri  də  daxil  olmaqla,  əvvəlki  sxemin
əvəzləyicisi və ya ona əlavə olaraq  sosial yardımı da ehtiva edir. 
“Sosial müdafiənin” izahı tam məlum deyil. Bu sahədə Komissiyanın İza-
hedici Memarandumunun İrqi Bərabərlik Direktivinə təklifinə və eyni za-
manda Direktivin öz mətninə əsasən, bu “sosial təminat” anlayışından daha
geniş  mənanı  kəsb  edəcək.
117
Geniş  yanaşmanı  nəzərə  alaraq,  sosial
sığorta kateqoriyasında olan hallar istisna olmaqla, Hökümət tərəfindən
təqdim edilən istənilən müavinət, yardım, iqtisadi  və ya digər yönümlü
olmasından asılı olmayaraq, bu məsələlər sosial müdafiə kateqoriyası kimi
dəyərləndiriləcək. Bu mənada böyük ehtimal ilə İrqi Bərabərlik Direktivinin
xüsusi sahələrinin tətbiqi bir-biri ilə üst-üstə düşəcək.
Səhiyyə  sahəsində  də  ayrı-seçkilikdən  müdafiənin  əhatə  dairəsi  qeyri
81
Avropa ayrı-seçkilik əleyhinə hüququnun əhatə dairəsi
_____________________________________
116. Gender Bərabərliyi Direktivinə (Recast) əsasən “ödəmə” kimi səciyyələnən “peşə” sxemlərindən
fərqli olaraq  
117. Bərabər rəftar prinspinin irqi və ya etnik mənşəyindən asılı olmadan insanlar araslnda bərabər
tətbiqi ilə bağlı Şura Direktivi üzrə təklif COM(1999) 566 final, 25.11.1999. 


müəyyən qalır. Belə görünür ki, bu məsələ bu sahə üzrə çalışan tibbi və
inzibati heyətin dövlət tərəfindən göstərilən səhiyyə xidmətinə çıxışı ilə
əlaqəli ola bilər. Eyni zamanda bu, özəl səhiyyə xidmətləri ilə təmin edilən
xəstələrin  ödəmələri  məcbüri  sığorta  sxemi  üzrə  əvəzin  ödənilməsi
məsələlərində də tətbiq ediləcək. Buradan belə görünə bilər ki, irqi və etnik
zəmində şəxsi sığortalamaqdan imtina və artırılmış sığorta haqlarının tətbiq
edilməsi də bu müddəanın əhatə dairəsində olacaq. Alternativ olaraq, bu
məsələ mallar və xidmətlər müddəasının da təsiri altına düşəcək. 
3.4.2.2. Sosial güzəştlər
“Sosial imtiyazlar” məsələsinin əhatə dairəsi AƏM-in məhkəmə hüququnda
şəxslərin sərbəst hərəkət etmə azadlığı kontekstində yaxşı inkişaf etdirilmiş
və geniş mənada izah edilir. 
Misal: Cristini işində, ərziəçi İtalyan vətəndaşı idi, Fransada yaşayırdı
və onun sonuncu əri Aİ hüququna əsasən “işçi” idi.
118
Fransız dəmir
yolları böyük ailələrə güzəştli səyahət təklif etsələr də xanım Cristiniyə
vətəndaşlığına görə imtina etmişdilər. Bu imtina, “sosial güzəştlər”in
AB  hüququ  çərçivəsində  yalnız  əmək  müqaviləsi  olanlara  şamil
edilməsi ilə əsaslandırılmışdı. AƏM dəmir yol gedişində azaldılmış
ödəmələr  də  daxil  olmaqla,  bütün  güzəştlərin  hər  hansı  bir
müqavilədən  asılı  olmamasını  əsas  gətirərək  qeyd  olunan
əsaslandırma ilə razılaşmamışdı. 
Evenin işində AƏM “sosial güzəştləri” aşağıdakı kimi müəyyən etdi: 
‘əmək  müqaviləsi  ilə  bağlı  olmayan,  vətəndaşı  olduğu  ölkənin
işçilərinə  əsasən  onların  obyektiv  işçi  statusu  ilə  əlaqədar  və  ya
onların  milli  ərazilərdə  yaşama  faktına  görə  verilən  və  digər  Üzv
Dövlətin  vətəndaşı  olanlara  İttifaq  hüdudlarında  sərbəst  hərəkət
etmələrinin təmini məqsədilə verilən güzəştlərdir.
119
Bu şərt Even anlayışına uyğun olan bütün hüquqlara şamil edilir: mütləq
olaraq verilən və ya diskresion əsasla təmin edilən hüquqlar arasında heç
bir  fərq  yoxdur.  Bundan  əlavə  bu  müddəa  pensiya  hüququ  kimi  əmək
82
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
118. AƏM, Fiorini (née Cristini) v. SNCF, İş 32/75 [1975] ECR 1085, 30 Sentyabr 1975.
119. AƏM, Evenə qarşı Cinayət Prosesi (Criminal Proceedings against Even), İş 207/78 [1979] ECR
2019, 31 may 1979, para. 22.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə