edib. AİHM eyni zamanda 8-ci Maddə ilə təmin edilən mənzil hüququnu da
genişlənmiş şəkildə tövsif edib. Qeyd edildiyi kimi, bu karvan, daşınar evlər
kimi adi olmayan evləri özündə ehtiva edəcək. Dövlətdə yaşayış üçün
çətinliklər yaradan, pis şəraitli evlərin olması da AİHM tərəfindən qeyri-in-
sani davranış kimi dəyərləndiriləcək.
Misal: Moldovalı və digərləri Rumıniyaya qarşı (N 2) işində ərizəçilər
evlərindən təqib olunaraq çıxarılmışdılar, daha sonra isə ev travma
yaradan bir şəraitdə sökülmüşdü.
140
Onların evlərinin yenidən
qurulması ləng getmiş və aralıq müddətdə onlara verilən müvəqqəti
yaşayış yerinin şəraiti olduqca aşağı keyfiyyətdə olmuşdu. AİHM
bəyan etdi ki:
‘… ərizəçilərin son on ildə yaşayış şəraitindəki keyfiyyətin olduqca
aşağı, sanitariya baxımından problemli, olduqca çox insanın yaşadığı
şəraitə malik olması, eyni zamanda məmurların onlara münasibəti
ərizəçilərin sağlamlığına, psixoloji vəziyyətinə təsir edib, bu isə on-
lara qarşı qeyri insani münasibətin göstərilməsi, şərəf və ləyaqətin
alçaldılması ilə nəticələnib.’
Digər faktorlarla birgə müəyyən olunan bu məqam AİHM-i 3-cü
Maddəyə zidd olaraq alçaldıcı münasibətin olmasını müəyyən etməyə
yönləndirdi, baxmayaraq ki, yuxarıdakı çıxarışda mənzil şəraitini təsvir
edən ifadə tərzinin özü belə bir pozuntunu aşkar etmək üçün kifayət
idi.
141
Misal: Dokic Bosniya və Herseqovinaya qarşı işdə ərizəçi mülkiyyət
hüququna müdaxilə ilə üzləşmişdi.
142
Keçmiş Yuqoslaviyanın
parçalanmasından öncə, ərizəçi həmin ölkənin silahlı qüvvələrinin
üzvü və hərbi məktəbdə mühazirəçi idi. O Sarayevoda mənzil
almışdı, lakin Bosniya və Herseqovinada müharibə olduğu zaman,
onun hərbi məktəbi hazırkı Serbiyaya köçməsi səbəbindən, ərizəçi
də hazırkı Serbiyanın silahlı qüvvələrinə qoşulmuşdu. Münaqişə
zəminində məmurlar ona mülkiyyətinin restitusiyasına (bərpasına)
88
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
140. AİHM, Moldovan və Başqaları Rumıniyaya qarşı (Moldovan and Others v. Romania) (no. 2) (Nos.
41138/98 və 64320/01), 12 iyul 2005
141. AİHM-nin presedent hüququ müəyyən edir ki, müəyyən hallarda ayrı-seçkiliyə yönəlmiş münasibət,
alçaldıcı münasibətlə nəticələnə bilər, məsələn bax, AİHM Smith və Grady Böyük Britaniyaya qarşı Nos.
33985/96 və 33986/96),27 sentyabr 1999.)
142. AİHM, Đokić v. Bosnia and Herzegovina (No. 6518/04), 27 may 2010.
icazə verməmiş və bunu onun xarici dövlətin silahlı qüvvələrinin üzvü
olması ilə əsaslandırmışdılar. Milli səviyyədə, bu addım
əsaslandırılmış hesab edilmişdi, belə ki, ərizəçi Bosniya və Herse-
qovinada hərbi əməliyyatlar keçirmiş xarici ölkənin silahlı qüvvələrinin
üzvü olduğundan “qeyri-loyal” (etibarsız) vətəndaş sayılmışdı.
Ərizəçinin qeyd edilən silahlı qüvvələrin üzvü olmasından başqa,
digər qeyri-loyallıq nümayiş etdirməsi faktının olmamasını nəzərə
alaraq AİHM AİHK-in 14-cü Maddəsinə əsasən mülkiyyət ilə bağlı
qərarın ərizəçinin etnik mənsubiyyəti səbəbindən (belə ki, müəyyən
silahlı qüvvələrdə xidmət şəxsin etnik mənsibiyyəti ilə səciyyələnirdi)
verildiyini müəyyənləşdirmişdi. Restitusiyanın olmaması və alternativ
yerləşmənin, kompensasiyanın təmin edilməməsi şəxsin mülkiyyət
hüququnun pozulması ilə nəticələnmişdi.
3.4.4. Məhkəmə sisteminə çatımlılıq
Məhkəmə sisteminə çatımlılıq mal və xidmətlərin bir hissəsi olaraq birbaşa
şəkildə ayrı-seçkilik əleyhinə direktivlərdə vurğulanmasa da, bunun Dövlət
tərəfindən ictimaiyyətə ödəniş müqabilində göstərilən xidmət olması hesab
olunur. Nəhayət, ayrı-seçkilik əleyhinə olan direktivlər vətəndaşların
direktivlər üzrə pozulmuş hüquqlarının bərpası, müdafiəsi üçün müraciət
etmələrinə şərait yaradacaq məhkəmə və/və ya inzibati prosessual sis-
temin yaradılmasını dövlətlərin üzərinə öhdəlik kimi qoyub.
143
Bundan
əlavə, Aİ hüququnun ən vacib prinsiplərindən biri ondan ibarətdir ki, hər bir
şəxs Aİ hüququndan irəli gələn “səmərəli məhkəmə müdafiəsi
hüququ”ndan bəhrələnməlidir.
144
Beləliklə, hətta məhkəmə sisteminə
çıxışın mal və xidmətlər kateqoriyasına daxil olduğunu söyləmək mümkün
olmasa da, məhkəmə sisteminə çıxışın direktivlərin icrası nöqteyi-
nəzərindən sərbəst bir hüquq kimi (ayrı-seçkiliyi sübuta yetirmək tələbi ol-
madan) mövcud olduğunu söyləmək mümkündür.
89
Avropa ayrı-seçkilik əleyhinə hüququnun əhatə dairəsi
_____________________________________
143. Maddı 9(1), Bərabərlik üzrə Əmək Direktivi; Maddə 17(1), Gender Bərabərliyi Direktivi (Recast);
Maddə 8(1), Mal və Xidmətlər üzrə Gender Direktivi; Maddə 7(1), İqri Bərabərlik Direktivi
144. Bax, məsələn AƏM, Vassilakis and digərləri Dimos Kerkyras qarşı İşi C-364/07 [2008] ECR I-90,
12 İyun 2010; AƏM, Sahlstedt və digərləri Komissiyaya qarşı İşi C-362/06 [2009] ECR I-2903, 23 Aprel
2009; AƏM, Angelidaki və digərləri Organismos Nomarkhiaki Aftodiikisi Rethimnis, qarşı İşi C-378/07
[2009] ECR I-3071, 23 Aprel 2009.
3.4.4.1. Avropa Konvensiyası və məhkəmə sisteminə
çatımlılıq konteksti
AİHK-nın 6-cı Maddəsində məhkəmə sisteminə (ədalət mühakiməsinə)
çatımlılıq ayrıca bir hüquq kimi təsbit edilib. AIHM ədalət mühakiməsinə
çıxış sahəsində ayrı-seçkilik halları ilə bağlı bir sıra işlərə baxıb:
Misal: Paraskeva Todorova Bolqarıstana qarşı işdə yerli məhkəmənin
ərizəçinin məhkumluğunun şərti cəza ilə əvəz edilməsi üzrə
mürəciətindən imtina etməsi və bunun etnik azlıqlar arasında
cəzasızlıq mədəniyyətinin artmasına qarşı tədbir olaraq
əsaslandırılması 14-cü Maddə ilə birlikdə götürüldükdə 6-cı Maddənin
pozulması kimi dəyərləndirilib.
145
Misal: yuxarıda müzakirə olunan Moldovalı və digərləri Rumıniyaya
qarşı (N. 2) işdə mülki və cinayət proseslərinin həddən artıq təxirə
salınması (birinci qərarın verilməsi üçün 7 ilin sərf edilməsi) 6-cı
Maddənin pozulmasına səbəb olub.
146
Ləngimələrin həm çoxsaylı
prosesual səhvlərdən, həm də məmurların romalı (qaraçı) ərizəçilərə
qarşı ayrı-seçkiliyə gətirib çıxaran qərəzli münasibətindən irəli gəldiyi
müəyyən edildi. Bu isə 14-cü Maddə ilə birlikdə götürüldükdə 6-cı
Maddənin pozulması kimi dəyərləndirildi.
Misal: Anakomba Yula Belçikaya qarşı işdə ərizəçinin milli
qanunvericiliyə əsasən məhz Belçika vətəndaşı olmaması
səbəbindən dövlət tərəfindən verilən atalıq müavinətini ala bilməməsi
14-cü Maddə ilə birlikdə götürüldükdə 6-cı Maddənin pozulması kimi
dəyərləndirildi.
147
Burada qeyri vətəndaşların dövlət tərəfindən verilən
tam maddi dəstəyi almaqla bağlı mütləq hüququ olduğu təklif edilmir.
Belə olan şəraitdə AİHM-in belə qərar verməsinə bir neçə faktor təsir
edib. Bu faktorlardan biri də odur ki, hətta baxmayaraq ki, ərizəçi
yaşayış icazəsini yeniləmək prosesində idi, məhz həmin anda yaşayış
icazəsi olmadığına görə ona müavinət verilməsindən imtina edilib.
Əlavə olaraq, AİHM qərarını həm də belə bir faktla əsaslandırdı ki,
90
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
145. AİHM, Paraskeva Todorova Bolqarıstana qarşı (Paraskeva Todorova v. Bulgaria) (No. 37193/07),
25 mart 2010.
146. AİHM Moldovan və Başqaları Rumıniyaya qarşı (Moldovan and Others v. Romania) (no. 2) (N.
41138/98 və 64320/01), 12 iyul 2005.
147. AİHM, Anakomba Yula Belçikaya qarşı (Anakomba Yula v. Belgium) (No. 45413/07), 10 mart 2009,
4.7-ci Fəsildə müzakirə edilmişdir.
Dostları ilə paylaş: |