Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı


Siyasi iştirak: ifadə, sərbəst toplaşma və



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   27   28   29   30   31   32   33   34   ...   62

3.5.2.Siyasi iştirak: ifadə, sərbəst toplaşma və 
birləşmə azadlığı və azad seçkilər  
Avropa Şurasının əsas məqsədlərindən biri demokratiyanın inkişafıdır. Bu
özünü  AİHK-da  təsbit  edilən  və  siyasi  iştirakı  həvəsləndirən  bir  sıra
hüquqlarda büruzə verir. Aİ-nin bu sahədə daha az hüquqları (əsasən Aİ
vətəndaşlarının icra və Aİ parlament seçkilərində iştirak hüququ) əhatə et-
diyi halda, AİHK bu məsələyə geniş yanaşaraq təkcə seçmək və seçilmək
hüququnu  deyil,  həm  də  ifadə,  sərbəst  toplaşmaq  və  birləşmək
azadlıqlarını da əhatə edib. 
Misal: Yuxarıda  müzakirə  edilmiş,  Bączkowski  və  digərləri  Polşaya  qarşı
işində  cinsi  oriyentasiya  zəminində  ayrı-seçkilik  barədə  məlumatlılığın
artırılması  məqsədi  ilə  keçiriləcək  yürüşün  qadağan  edilməsi  və  merin
homoseksuallığa nifrətlə səslənən çıxışları 14-cü Maddə ilə birlikdə sərbəst
toplaşmaq hüququnun (Maddə 11) da pozulması kimi qiymətləndirildi.
157
Sərbəst  toplaşma  və  birləşmə  hüququ  həm  də  siyasi  partiyaların
yaradılması üzrə müdafiəni də ehtiva edir ki, AİHM bu hüquqa müdaxilədən
yüksək səviyyəli müdafiəni müəyyən edir.
158
Eynilə, 4.11-ci Fəsildə qeyd
edildiyi kimi, siyasi debatlar kontekstində ifadə azadlığına edilən hər hansı
bir müdaxilə üzrə ətraflı araşdırma aparılmalıdır.
159
3.5.3. Hüququn tətbiqi
Maddi hüquq olan yaşamaq hüququ (Maddə 2), işgəncə, qeyri insanı və ya
insan ləyaqətini alçaldan rəftar və cəzalara məruz qalmama (Maddə 3) kimi
hüquqların  təmin  edilməsi  ilə  yanaşı  bu  Maddələr    həm  də  dövlətlərin
üzərinə həyatın itirilməsinə səbəb olan halları və ya qeyd edilən törədilməsi
ilə bağlı halları araşdırmaq öhdəliyi qoyur. Nachova və digərləri və Turan
Cakır  işlərində, AİHM  qeyd  etdi  ki,  dövlətin  2-ci  və  3-cü  Maddələrinin
pozulmasında mümkün irqçi motivlərinin olub-olmamasını araşdırmaqla
bağlı spesifik öhdəliyi vardır və bunu etməmək həmin Maddələrin 14-cü
Maddə ilə birlikdə pozulması anlamına gəlir.
160
94
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
157. AİHM, Baqczkovski və Başqaları Polşaya qarşı (Bączkowski and Others v. Poland) (No. 1543/06),
3 may 2007
158. Məsələn, AİHM, Sosialist Partiyası və digərləri Türkiyəyə qarşı  (No. 21237/93), 25 may 1998.
159. AİHM, Kastells İspaniyaya qarşı (Castells v. Spain) (No. 11798/85), 23 aprel 1992.
160. 
AİHM, Naçova və Başqaları Bolqarıstana qarşı (Nachova and Others v. Bulgaria) [GC] (Nos. 43577/98
and 43579/98), 6 iyul 2005; AİHM, Turan Çakır Belçikaya qarşı (Turan Cakir v. Belgium) (No. 44256/06), 10
mart 2009; oxşar olaraq, AİHM, Secic Xorvatiyaya qarşı (Šečić v. Croatia) (No. 40116/02), 31 may 2007.


Misal: Turan Cakir Belçikaya qarşı işdə ərizəçi onun həbsi anında
polisin  kobud  davranışlarının  onun  səhhətinə  vurduğu  ağır
xəsarətlərdən və bu davranışların təhdid və irqçi təhqirlərlə müşayiət
olunduğundan  şikayət  etmişdi.
161
AİHM  bu  pozuntunun  ərizəçinin
qeyri-insani rəftar və insan ləyaqətini alçaldan rəftara məruz qalma-
maq  hüququnu  (AİHK-in  3-cü  Maddəsinə  əsasən)  pozduğunu
müəyyən etdi. Eyni zamanda dövlətin ərizəçinin qeyri-insani rəftarla
bağlı müraciətini dəqiq surətdə  araşdırmamasının həmin maddəyə
müvafiq olaraq prosedur pozuntusu təşkil etdiyi  aşkar edildi. Bundan
əlavə o. müəyyən etdi ki, araşdırma aparılmaması 3-cü Maddənin
ayrı-seçkiliyə məruz qalmama hüququ ilə birlikdə pozulmasını təşkil
edib, belə ki, dövlətin sadəcə pis rəftarla bağlı halları araşdırmaqla
bağlı öhdəliyi deyil, eyni zamanda onların irqi motivli və ayrı-seçkilik
yaradan olub-olmadığını araşdırmaq öhdəliyi var idi. 
Misal: Nachova və digərləri Bolqarıstana qarşı iş iki roma (qaraçı)
milliyyətli  şəxsin icazəsiz çıxdıqları üçün hərbi polis tərəfindən tutul-
maq  istədikdə  güllələnib  öldürülmələri  ilə  əlaqədardır.
162
Hadisə
zamanı qurbanları öldürən polis  “Sizi lənətə gəlmiş qaraçılar” deyə
qonşusuna qışqırmışdı. AİHM müəyyən etdi ki, Dövlət qurbanların
yaşamaq  hüququnu  (AİHK,  Maddə  2-yə  əsasən)  təkcə  mahiyyət
etibarı ilə deyil, həm də prosessual cəhətdən pozub, belə ki, onların
ölümünü adekvat şəkildə araşdırmayıb. Müəyyən edildi ki, araşdırma
aparılmaması 2-ci Maddənin ayrı-seçkiliyə məruz qalmama hüququ
ilə  birlikdə  pozulmasını  təşkil  edib,  belə  ki,  dövlətin  xüsusilə  irqçi
motivlərin olub-olmadığını araşdırmaq öhdəliyi var idi. 
Hər iki iş dövlətin rəsmi nümayəndələri tərəfindən edilən hərəkətləri ehtiva
etdiyindən, Dövlətin öhdəliyi həm cinayət qurbanlarını müdafiə etmək üçün
tədbirlərin görülməsindən, həm də fərdi şəxslər arasında münasibətlərə də
şamil edilən araşdırma  aparma öhdəliyindən ibarət idi.
Misal: Yahova Şahidlərinin Gldani Konqreqasiyası və digərləri Gür-
cüstana  qarşı
163
işində    bir  qrup  Yahova  Şahidləri  qatı  pravoslav 
95
Avropa ayrı-seçkilik əleyhinə hüququnun əhatə dairəsi
_____________________________________
161. AİHM, Turan Çakır Belçikaya qarşı (Turan Cakir v. Belgium) (No. 44256/06), 10 mart 2009) 
162. AİHM, Naçova və Başqaları Bolqarıstana qarşı (Nachova and Others v. Bulgaria) [GC] (Nos.
43577/98 and 43579/98), 6 iyul 2005.
163. AİHM, Yahova Şahidlərinin Gldani Konqreqasiyası və digərləri Gürcüstana qarşı (Members of the
Gldani Congregation of Jehovah’s Witnesses and Others v. Georgia) (No. 71156/01), 3 may 2007.


qrupunun hücumuna məruz qalmışdılar. Qeyd etmək lazımdır ki, polis
qarşıdurmanı  dayandırmaq  üçün  müdaxilə  etməmişdi.  Polis
qiyamçıların  kimliyinin  müəyyənləşdirməsinin  qeyri-mümkün
olduğunu aşkar etdiyi zaman təhqiqatı dayandırdı. AİHM müəyyən
etdi ki, polis lazımi vaxtda müdaxilə etməyib və qurbanları irqçilik
zəminində zorakılıqdan müdafiə etməyib. Daha sonra isə polis lazımi
istintaqı aparmayıb və bununla da, 3-cü Maddə (qeyri-insani rəftar və
insan ləyaqətini alçaldan rəftar və cəzaya məruz qalmama) və dini
əsaslarla olduğu üçün 14-cü Maddə ilə birlikdə götürüldükdə 9-cu
Maddənin pozuntusuna yol verib. 
Belə görünə bilər ki, Aİ hüququ Şuranın Çərçivə Qərarlarının irqi və kseno-
fobiya məsələlərinə qarşı cinayət hüququ vasitəsilə mübarizə kontekstində
eyni vəzifələri nəzərdə tutur (46-cı Fəsildə müzakirə edilib).
164
Bununla belə Çərçivə Qərarları şəxsə qarşı təhqirlər və cinayətlərdə irqi
motivlərin olub-olmamasını araşdırmaq üzrə xüsusi öhdəlik yaratmır. 
3.5.4.  Cinayət hüququ üzrə məsələlər 
3.5.3-də qeyd olunan hüququn tətbiqi ilə bağlı məsələlərə əlavə olaraq,
AİHK  cinayət  hüququna  da  müəyyən  insan  hüquqlarının  müdafiəsi
baxımından  yanaşıb.  Bunlara  əsasən  ədalətli  məhkəmə  araşdırması
hüququ,  əsassız  həbsdən  müdafiə,  cəzanın  geriyə  qüvvə  ilə  tətbiq
edilməməsi hüququ və eyni cinayət əməlinə görə ikinci dəfə mühakimə
edilməmə hüququ, qeyri-insani və alçaldıcı rəftar və cəzaya məruz qal-
mama hüquqları daxildir. 
Misal: Opuz Türkiyəyə qarşı işdə polis və məhkəmə ailə zorakılığı
üzrə qanunvericiliyi düzgün tətbiq etmədiyindən, AİHM dolayı cinsi
ayrı-seçkilik, eləcədə yaşamaq hüququ və qeyri-insani və alçaldıcı 
96
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
164. Cinayət hüququ mexanizmləri çərçivəsində rasizm və ksenofobiya ilə mübarisə üzrə Şuranın
Çərçivə Qərarı 2008/913/JHA of 28 noyabr 2008, OJ L 328, 6.12.2008, s. 55. Qeyd edilməlidir ki, AİHM
AİHK-da qeyd olunan ifadə azadlığı üzrə məhdudiyyətlərin hərhansı bir etnik qrupa qarşı və ya hər
hansı bir qrupun üzvü olmayanlara qarşı qoyulmasını ayrıseçkiliyə təhrikedici hərəkət kimi dəyərləndirir.
Məsələn Bax:: AİHM, Fransaya qarşı (No. 18788/09), 20 aprel 2010; AİHM, Féret Belçikaya qarşı (No.
15615/07), 16 iyul 2009; AİHM, Willem Fransaya qarşı (No. 10883/05), 16 iyul 2009; və AİHM,Balsytė-
Lideikienė Litvaya qarşı (No. 72596/01), 4 noyabr 2008.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə