Sonra mən öz yazdığım “Tamaşaçı”nı əsli ilə müqayisə etdim, bəzi səhvlərimi
tapdım və onları düzəltdim. Lakin aydın oldu ki, məndə ya söz ehtiyatı, ya da
onlardan istifadə eləmək bacarığı çatışmır; sonuncunu, zənn edirdim ki, şeir
yazmağı davam etdirəcəyim təqdirdə mənimsəyə bilərdim; axı qafiyə üçün
eynimənalı, lakin heca ölçüsünə uyğun gələcək müxtəlif uzunluqlu və ya müxtəlif
cür səsləndirilən sözləri daim aramaq məni müxtəliflik axtarışlarına məcbur
etməli idi, bundan başqa isə, bütün bu müxtəliflik mənim beynimdə
möhkəmlənərdi və mən onların üzərində sahib olardım. Onda mən “Tamaşaçı”da
çap olunmuş əhvalatlardan bir neçəsini götürdüm və onları nəzmə çəkdim;
nəsrlə yazılmış orijinal mənim yadımdan yaxşıca çıxandan sonra isə onları
yenidən nəsrdə yazmağa başladım.
Bəzən mən öz konspekt qeydlərimi nizamsız şəkildə qarışdırır və bir neçə
həftədən sonra, tamamlanmış cümlələri tərtib etməzdən və oçerki başa
çatdırmazdan qabaq onları ən yaxşı tərzdə düzməyə çalışırdım. Bu, mənə
düşüncəmin nizama salınmasında kömək etməli idi. Öz yazdığımı sonradan
orijinalla müqayisə edəndə mən çoxsaylı səhvlər tapır və onları düzəldirdim;
lakin hərdən özümə bu fikirlə sığal verirdim ki, bəzi xırda detallarda ifadə tərzini
yaxşılaşdırmağa müvəffəq olmuşam və bu fikir məni belə düşünməyə vadar
edirdi ki, vaxt keçdikcə bir də gördün, heç də pis, hər vəchlə can atdığım yazıçı
oldum”.
Öz qeydlərinizdən pasyanslar düzün
Əvvəlki fəsildə sizə qeydlər aparmaq məsləhət görülürdü. Müxtəlif fikirləri
və nümunələri kağız parçalarında qeyd edərək onlardan pasyans düzün – ayrı-
ayrı məsələləri əhatə edən bir neçə dəst alınacaqdır. Bu dəstlər özündə sizin
çıxışınızın əsas mövzularını təqribən ehtiva edəcəkdir. Sonra hər bir dəsti bir
neçə daha kiçik dəstə bölün. Kəpəyi o vaxta qədər kənara atın ki, əlinizdə yalnız
ən yaxşı dənlər qalmış olsun və hətta dənlərin bir hissəsini də, çox güman,
kənara qoymaq və istifadə edilməmiş saxlamaq lazım gələcəkdir. Əməlli-başlı
işləyən heç bir adam çıxışında topladığı materialın bir neçə faizindən çoxunu
istifadə etməyə qadir deyil.
Toplanan materiala təkrar-təkrar baxmaq və seçib ayırmaq nitq söylənilən
vaxta qədər dayandırılmamalıdır; hətta bundan sonra da həyata keçirilməli olan
düzəlişlər, yaxşılaşdırmalar və əlavə sığal barədə fikirləşmək lazımdır.
Yaxşı natiq çıxışını qurtarandan sonra, adətən, əmin olur ki, nitqini dörd
variantda hazırlaya bilərdi: səsləndirdiyi nitq, qəzetlərdə yerləşdirilən və onun
evə qayıdarkən təsəvvür etdiyi, eləcə də söyləmək istədiyi nitq.
Çıxış edərkən qeydlərdən istifadə etmək lazımdırmı?
Linkoln ekspromtla gözəl danışmağı bacarsa da, o, prezident olduqdan sonra
əvvəlcədən ciddi surətdə hazırladığı yazılı mətnsiz öz kabinetinin üzvləri
qarşısında heç vaxt, hətta qeyri-rəsmi qaydada da çıxış etmirdi. Prezident
vəzifəsinə keçəndə o, çıxışları, aydın məsələdir ki, oxumalı idi. Bu cür xarakterli
tarixi dövlət sənədlərində dəqiq ifadələr həddən artıq mühüm əhəmiyyət kəsb
edir ki, hansı isə improvizəyə yol vermək mümkün olsun. Lakin İllinoysda
Linkoln heç vaxt hətta qeydlərdən də istifadə etməyib. “Onlar dinləyicini həmişə
yorur və dilxor edir”, – deyirdi o.
downloaded from KitabYurdu.org
Kim ona etiraz edə bilər? Kağızdan oxumaq məgər sizin çıxışa marağınızı
təqribən yarıbayarı azaltmır? Məgər o, natiq və onun dinləyiciləri arasında
mövcud olmalı olan bu qədər dəyərli kontaktı, yaxınlığı pozmur, yaxud
çətinləşdirmir? Məgər o, qeyri-təbii atmosfer yaratmır? Məgər dinləyicilər
natiqin özünə inamlı və bilməli olduğu ehtiyat biliklərə malik olmasına
inamlarını itirmirlər?
Təkrar edirəm, qeydləri hazırlığın gedişində edin – təfərrüatlı, geniş. Siz öz
nitqinizi məşq edəndə onlara, ola bilsin ki, müraciət etmək istəyərsiniz. Siz
auditoriya qarşısına çıxanda bunlar sizin cibinizdə olarsa, ola bilsin ki, siz
özünüzü daha yaxşı hiss edəcəksiniz. Bunlar pulmansayaq vaqonda yalnız
qatarların toqquşduğu qəza, ölüm və faciə halında istifadə olunan çəkic, mişar və
balta kimi qəza alətləri olmalıdır.
İşdir, əgər şparqalka sizə mütləq lazımdırsa, qoy o, mümkün qədər qısa
olsun və onu böyük kağızda iri hərflərlə yazın.
Sonra çıxış edəcəyiniz yerə bir qədər erkən gedin və öz qeydlərinizi stolun
üstündə hansı isə kitabların altında gizlədin. Onlara zərurət meydana çıxanda
nəzər salın, lakin özünüzün dinləyici qarşısındakı zəifliyinizi gizlətməyə çalışın.
Lakin bütün bu deyilənlərə baxmayaraq, qeydlərdən ağılla istifadə etmək
lazımdır. Məsələn, bəzi adamlar ilk çıxışlarının gedişində o qədər bərk
həyəcanlanır və özlərini elə itirirlər ki, hazırladıqları nitqi beyinlərində saxlamaq
iqtidarında olmurlar. Onda nə baş verir? Onlar mövzudan yayınırlar, cidd-cəhdlə
məşq etdikləri materialı unudurlar, yəni tapdanmış cığırdan sapırlar və
bataqlıqda ilişirlər. Bax belə adamlara birinci çıxışları zamanı əllərində bir neçə
çox qısa qeyd tutmaq lazımdır. Körpə yeriməyi öyrənəndə mebellərdən yapışır,
lakin bunu uzun müddət eləmir.
Mətni sözbəsöz əzbərləməyin
Nitqi kağızdan oxumaq və onu əzbər öyrənməyə çalışmaq lazım deyil. Bu,
çox vaxt aparacaq və bəlaya gətirə bilər. Bununla belə, bu cür xəbərdarlığa
baxmayaraq, bu sətirləri oxuyanlardan bəziləri bunu etməyə cəhd edəcəklər. Hə,
necə olsun, bəs danışmağa başlayanda onlar nə haqda fikirləşəcəklər? Öz
çıxışlarının mövzusu haqda? Xeyr, onlar cümlələrin hamısını dəqiqliklə yada
salmağa çalışacaqlar. Onlar insan təfəkkürünün vərdiş olunmuş prosesini astar
üzünə çevirərək yazdıqları mətn barədə fikirləşəcəklər. Bütün çıxış dartılmış,
soyuq, rəngsiz olacaq, onda insani heç nə olmayacaqdır. Sizdən xahiş edirəm,
vaxtınızı və enerjinizi bu cür faydasız məşğuliyyətlərə hədər sərf etməyin.
Axı sizi işgüzar xarakterli vacib söhbət gözləyəndə məgər siz əyləşib
deyəcəklərinizi əzbər öyrənməyə girişirsiniz? Əlbəttə, yox. Siz məsələ üzərində o
vaxta qədər düşünüb-daşınırsınız ki, əsas fikirlər sizin üçün tamamilə aydın
olsun. Siz, ola bilsin ki, bir neçə qeyd edəsiniz və bəzi sənədlərə baxasınız. Siz
özünüzə deyəcəksiniz: “Mən filan-filan müddəaları irəli sürəcəyəm. Mən
deyəcəyəm ki, filan-filanı behman-behman səbəblərə görə etmək lazımdır...”
Sonra siz özünüzə dəlilləri sadalayar və onları konkret nümunələrlə izah
edərsiniz. İşgüzar söhbətə siz məgər belə hazırlaşmırsınız?
Elə həmin sağlam təfəkkürə əsaslanan metodu ictimaiyyət qarşısında
ediləcək çıxışın hazırlanması üçün niyə də istifadə etməyəsiniz?
General Qrant Appomattoks qəsəbəsində
downloaded from KitabYurdu.org