Tədqiqatı keçirən komissiya yaşlılar üçün bu profilli savad kurslarının təşkil
olunmasının zəruriliyi qənaətinə gəlir. Lakin bu cür kurslar üçün tədris vəsaiti
qismində məsləhət görülə biləcək kitabın olmaması həmin işi yarımçıq qoyur.
Nəhayət, belə bir kitab işıq üzü gördü və o, kifayət qədər ixtisaslı bir adam
tərəfindən yazıldı. Bu, işgüzar həyatda olduğu kimi, ictimai fəaliyyətdə, eləcə də
gündəlik məişətdə dərhal rəhbər tutulmaq üçün yararlı olan özünəməxsus
yeganə işçi məlumat kitabı idi.
“Dostları qazanmaq və insanlara təsir göstərmək necə olar” kitabı insanlarla
qarşılıqlı münasibətlərdə heyrətamiz dərəcədə müvəffəqiyyətli olan üsuldan
bəhs edir; o üsullar ki, biznesmenlərin və mütəxəssislərin hazırlanmasında
iyirmi illik staj və təcrübə ilə sınaqdan çıxarılmışdır. Müəllifin uzun illər öz insan
münasibətləri laboratoriyasında – dünyada ilk və yeganə özünəməxsus
laboratoriyada qazandığı təcrübələrin bəhrəsi idi bu kitab.
Tanınmış professor, məşhur psixoloq və yazıçı Henri Ceymsin qardaşı
Uilyam Ceyms
1
deyirdi: “Necə olmalı olduğumuzla müqayisədə vur-tut
yarıyadək oyanmışıq. Biz öz fiziki və əqli resurslarımızın yalnız cüzi hissəsini
istifadə edirik. Başqa sözlə, insan individuumu indiyə qədər də öz minimal
imkanları hüdudundan çıxmadan yaşayır. O, çoxlu, adətən, necə istifadə
edəcəyini bilmədiyi qabiliyyətlərə malikdir”.
Bu kitab sizdə olan və tətbiq edə bilmədiyiniz qabiliyyətləri açmaqda və
inkişaf etdirməkdə kömək edəcək. O, həmin mürgüləyən və fayda gətirməyən
aktivlərinizdən xeyir götürməyin necə mümkün olduğunu da sizə öyrədəcək.
Bu kitab satış üçün yazılmamışdı, ancaq maraqlıdır ki, bu gün o, dünyada ən
çox oxunan və sürətlə satılan kitabdır. Deyl Karnegi bu kitabı Deyl Karnegi adına
Natiqlik Sənəti və İnsan Münasibətləri İnstitutuna qəbul olunmuş yaşlı insanlar
üçün yazmışdı. Nəşr olunduğu yalnız ilk səkkiz ayda kitabın yarım milyondan çox
nüsxəsi satılmışdı. Oxuculardan müəllifə təxminən aşağıdakı məzmunda
məlumatlar olan minlərlə məktub gəlmişdi: “Mən iki nüsxə də oğlanlarım üçün
aldım” və ya “Mənə kitabınızın bir düjün nüsxəsini göndərin ki, “məcburi
assortiment” adı ilə ona hansısa tələbat olmayan malları calayıb sata bilim”.
Belə bir kitabı yalnız Deyl Karnegi yaza bilərdi
Deyl Karnegi o kəs idi ki, böyük biznes adamları onun yanına özünənəzarət
sənətini və cəmiyyətdə uğur qazanmağın sirlərini öyrənmək üçün gəlirdilər.
Müəllimlik fəaliyyətinin uzun illəri ərzində o, 15 000 nəfərdən çox mütəxəssis və
biznesmen hazırlayıbdır. Bu 15 000 nəfərin arasında hal-hazırda bir sıra çox
məşhur adamlar da olub. Deyl Karneginin mühazirələrinin işgüzar
münasibətlərdə dəyərli olduğu o qədər aşkar olub ki, hətta mühafizəkarların iri
korporasiyaları da öz kontorlarında hazırlıq kursları tətbiq edib.
“Dostları qazanmaq və insanlara təsir göstərmək necə olar” – bu, Deyl Karne-
ginin unikal təcrübəsinin bilavasitə nəticəsi, insanlara başqa adamlarla qarşılıqlı
münasibətlərdə öz gündəlik problemlərinin həllinə kömək etmək üçün yazılmış
yeganə kitabdır.
Məşhurluğa doğru ən qısa yol
Keçən yanvar ayının şaxtalı qış axşamında hər iki cinsdən olan iki mindən
çox adam Nyu-Yorkdakı “Pensilvaniya” hotelinin böyük bal zalına toplaşmışdı.
Əyləşmək üçün yararlı hər bir oturacaq yeri saat 7.30-dan tutulmuşdu. Axşam
downloaded from KitabYurdu.org
saat 8.00 olmasına baxmayaraq, əhali axını hələ də səngimirdi. Geniş eyvan bəs
deyəcək qədər dolmuşdu; budur, artıq ayaq üstə durmalı yerlər də qapılmağa
başladı və iş günündən sonra yüzlərlə yorğun adam saat yarım ayaq üstə durmalı
olacaqdı ki, hadisənin şahidi olsun...
Möcüzəli tamaşanınmı? Altıgünlük velosiped yarışlarının finalının, yaxud
Qeyblin şəxsən peyda olmasının?..
Xeyr. Bu adamları bura qəzetdə dərc olunan bir elan cəlb etmişdi. İki gün idi
ki, onlar satıcıların əlindən “Nyu-York San” qəzetinin nüsxələrini qapışdırırdılar
ki, bütöv bir səhifəni tutan tək bircə elanı oxusunlar: “Gəlirlərinizi artırın.
Natiqlik sənətini öyrənin. Rəhbər olmağa hazırlaşın”.
Köhnə əmtəədir? Bəli, əlbəttə. Amma istəyirsiniz inanın, istəyirsiniz yox, ən
çox bərkdən-boşdan çıxmış şəhərdə, böyük depressiyanın ən qızğın çağında,
əhalinin 20%-i işsizlik üzrə müavinətlərlə yaşadığı bir vaxtda iki min beş yüz
adam o axşam öz evini tərk edərək “Pensilvaniya” hotelinə tələsirdi.
Elana diqqət yetirin – o, hansısa bir bulvar vərəqəsində yox, şəhərin ən
mühafizəkar axşam qəzeti “Nyu-York San”da peyda olmuşdu. Bu da
diqqətəlayiqdir ki, elana hay verən adamlar cəmiyyətin ali iqtisadi təbəqəsinə
mənsub idilər. Bunlar inzibati işçilər, illik gəlirləri iyirmi min dollardan əlli min
dollar arasında dəyişən yüksək vəzifəli qulluqçu və mütəxəssislərdi.
Bu adamlar gəlmişdilər ki, Deyl Karnegi adına Natiqlik Sənəti və İnsan
Münasibətləri İnstitutunun təşkil etdiyi fövqəlmüasir, fövqəlnəticəli natiqlik
sənəti və biznesdə insanlara təsir göstərmək bacarığı kurslarının məzunlarının
nümayişində iştirak etsinlər.
Həmin tədbirdə iştirak etmək bu iki min yarım kişi və qadının nəyinə gərək
idi? Ona görə deyildimi ki, depressiya ilə əlaqədar onlar gözlənilmədən
savadlarını artırmaq yanğısı hiss etmişdilər? Çox güman ki, xeyr, bu cür çıxışlar
Nyu-Yorkun zallarında artıq iyirmi dörd ildir keçirilir. Bu müddət ərzində cənab
Deyl Karnegi tərəfindən 15 000 nəfərdən çox işgüzar adam və mütəxəssis ha-
zırlanmışdı. Hətta sensasion yenilikçiliyə skeptikcəsinə yanaşan iri, “Vestinhauz
Elektrik və Manifekçerinq”, “Mak-Qrou-Hill Pablişinq Kompani”, “Bruklin
Çaynber off Kommers”, “Ameriken İnstityut off Elektriken Enciners”, “Bruklin
Yunion Qas Kompani” və “Nyu-York Telefon Kompani” kimi mühafizəkar
təşkilatlar da öz idarə heyətlərinin üzvləri və inzibati işçilər üçün bu cür hazırlığı
öz kontorlarında tətbiq etməyin zəruri olduğunu hesab etmişdi.
On və yaxud iyirmi il əvvəl məktəb, institut və ya kolleci bitirən adamların
özlərində çatışmayan bilikləri almaq üçün bu kurslara gəlmələri faktı təhsil
sistemimizin rüsvayçı çatışmazlıqlarının çox aydın və birmənalı şərhidir.
Bu yaşlı adamlarda axı hansı biliklər çatışmır? Bu, fövqəladə dərəcədə
əhəmiyyət kəsb edən sualdır və ona cavab vermək üçün Çikaqo Universiteti,
Amerika Təhsil Assosiasiyası və Xristian Gəncləri Assosiasiyası tərəfindən
birlikdə, iki il vaxt aparan və 25000 dollara başa gələn xüsusi tədqiqat da
keçirilmişdir.
Tədqiqatın nəticəsində müəyyən olunmuşdur ki, yaşlı adamların maraqları
sırasında birinci yerdə sağlamlığın mühafizəsi, ikinci yerdə isə insan müna-
sibətləri məharəti dayanır: onlar ictimai həyatda uğur qazanmağın və insanlara
təsir etməyin “texnikasını” öyrənmək istəyirlər. Onlar heç də peşəkar natiq
downloaded from KitabYurdu.org