sözləri onun dilinə yad idi. Bu kitabda haqqında söhbət gedən prinsipləri
öyrənəndən sonra həmin sahibkar öz həyat fəlsəfəsini kəskin dəyişdi. Onun
müəssisəsinə indi yeni ruh hopmuşdur: loyallıq, entuziazm və işdə qarşılıqlı
anlaşma ruhu. Üç yüz on dörd nəfər düşmən çevrilib 314 nəfər dost oldu. Öz
uğuru ilə fəxr edən bu adam sinifdə danışırdı: “Əvvəllər mən müəssisədən
keçəndə heç kim məni salamlamırdı. İşçilərim yaxınlaşdığımı görən kimi üzlərini
tələsik başqa tərəfə çevirirdilər. İndi isə onların hamısı mənim dostlarımdır və
hətta keşikçi də məni adımla çağırır”.
Bu sahibkar indi daha çox qazanca və boş vaxta malikdir. Ən vacib olanı
budur ki, indi o həm öz işində, həm də öz evində qat-qat xoşbəxtliyə malikdir.
Saysız-hesabsız tacir bu prinsiplərin istifadə olunması sayəsində öz
mallarının satışını kəskin artırdı. Onların bir çoxu bankda yeni hesablar aça bildi
ki, buna keçmişdə əbəs yerə can atırdılar. İnzibati işçilərə bu praktika həm
nüfuzunun, həm də əməkhaqqısının artmasını gətirib çıxartdı. Bizim kursların
dinləyicisi olan inzibati işçilərdən biri axırıncı təhsil mövsümündə danışırdı ki,
onun məvacibi ildə 5000 dollara qədər yüksəldi və bu, əhəmiyyətli dərəcədə
onun kurslarda mənimsədiyi prinsipləri tətbiq etməyə başlaması sayəsində baş
vermişdir. Filadelfiya Qas Uorsk Kompani şirkətində xidmət edən başqa bir
inzibati işçinin xasiyyətinin çox pis olması və insanlara uğurla rəhbərlik etmək
bacarığının olmaması səbəbindən vəzifəsinin aşağı salınacağı artıq müəyyən
olunmuşdu. Bizim kurslarda təhsil alması onu təkcə vəzifəsinin aşağı
salınmasından xilas etmədi, əksinə, 65 yaş həddinə çatdığı bir vaxtda xidmətdə
irəliləməsinə və məvacibinin artırılmasına gətirdi. Dinləyicilərimizin kursların
başa çatması ilə bağlı verilən banketlərdə iştirak edən həyat yoldaşları mənə
danışırdılar ki, onların ərləri bizim məsləhət gördüyümüz treninqləri tətbiq
etməyə başlayandan sonra onların birgə həyatı qat-qat bəxtəvər olub. Adamlar
qazandıqları nəticələrin necə sürətlə baş verdiyinə və onların nə qədər
əhəmiyyətli olduğuna çox vaxt heyran qalırdılar. Bütün bunlar bir sehr kimi
görünürdü. Bəzi hallarda onlar əldə etdikləri heyrətamiz nailiyyətlər barədə
xəbər vermək üçün mənə evə zəng edirdilər, çünki növbəti kurs məşğələləri baş-
lanana qədər qalan 48 saatı gözləmək iqtidarında olmadıqlarını bildirmək
istəyirdilər.
Bir dəfə bizim dinləyicilərimizdən biri mühazirələri dinləyəndən sonra elə
vəcdə gəldi ki, öz sinfinin digər dinləyiciləri ilə diskussiyaya girişdi və bu,
gecəyarısına qədər çəkdi. Səhər saat üçdə hamı evinə dağılışdı. O isə öz
səhvlərini dərk etməkdən sarsılmışdı, qarşısında yeni və qat-qat zəngin insan
münasibətləri dünyasının açılması perspektivindən o qədər ilhamlanmışdı ki,
sadəcə olaraq, yuxusu ərşə çəkilmişdi. Bütün gecəni və növbəti gün düz gecəyə
qədər onun gözünə yuxu getməmişdi.
Onun işinin adı nə idi? Sadəlövh, ona vəhy gələn hansısa bir ideya ilə bağlı
fövqəladə dərəcədə təsirlənməyə hazır olan kəmsavad individuum idimi? Xeyr.
Heç uzaqdan-uzağa da belə deyil. Bu, bərkdən-boşdan çıxmış, incəsənət
əsərlərinin çox təcrübəli taciri, öz şəhərində böyük nüfuza malik olan, üç dildə
sərbəst danışan və xaricdə iki universitet bitirmiş bir adam idi.
Bu kitab yazılan dövrdə mən əcdadları bir neçə nəsil ərzində Qogentsollerlər
sülaləsinə peşəkar hərbiçi qismində qulluq etmiş bir almandan məktub aldım.
downloaded from KitabYurdu.org
Onun transatlantik laynerin bortunda yazılmış məktubu bizim prinsiplərimizin
praktikada tətbiq olunmasından bəhs edir və bununla bağlı müəllif öz
heyranlığının ifadə olunmasında, demək olar ki, dini qəribəliklərə qədər
pərvazlanır.
Nyu-Yorkun digər köklü sakini – Harvardı bitirmiş, adı Sosial Registrdə
əhəmiyyətli yer tutan, var-dövlətli, iri xalça fabrikinin mülkiyyətçisi olan bir
nəfər bildirirdi ki, o, bizim on dörd həftə ərzində davam edən hazırlıq
metodumuz sayəsində insanlara təsir etmək sənətini kollecdə təhsil aldığı dörd
ildə olduğundan daha yaxşı mənimsəmişdir. Absurddur? Fantastikdir?
Gülüncdür? Siz bu bəyanatı özünüzə xoş olan istənilən epitetlə, aydın məsələdir
ki, təchiz edə bilərsiniz. Mən vur-tut öz tərəfimdən heç bir şərhsiz-filansız sizin
diqqətinizə Harvardın mühafizəkar və işləri uğurlu gedən məzununun
ictimaiyyətə – 1933-cü il fevralın 23-ü, həftənin dördüncü günü axşam Nyu-
Yorkun “Yaxt-Klub”unda toplaşan təxminən 600 nəfərə – ünvanlandırdığı
bəyanatını çatdırıram:
Harvard Universitetinin məşhur professoru Uilyam Ceymsin “necə olmalıyıq”
təlimiylə biz vur-tut yarıyadək oyanmışıq. Biz özümüzün fiziki və əqli
resurslarımızın yalnız cüzi hissəsindən istifadə edirik. Başqa sözlə, insan
individuumu indiyə qədər də özünün minimal imkanları hüdudundan çıxmadan
yaşayır. O, müxtəlif, adətən, necə istifadə edəcəyini bilmədiyi qabiliyyətlərə
malikdir”.
Sizin “adətən, tətbiq edə bilmədiyiniz” qabiliyyətlər?! Bu kitabın yeganə
təyinatı – həmin mürgüləyən və fayda gətirməyən aktivlərinizi inkişaf
etdirməyin, onlardan xeyirlə istifadə etməyin yolunu açmaqda sizə kömək
etməkdir.
Savad Prinston Universitetinin keçmiş rektoru Con C.Hibbenin fikrincə, bu,
“həyati situasiyaları qarşılamaq bacarığıdır”.
Bu kitabın birinci üç fəslini oxuduqdan sonra əgər siz yeni həyati situa-
siyalarla qarşılaşmağa daha yaxşı hazırlıqlı olduğunuzu hiss etməsəniz, onda
mən bu işi onun sizə dəxli olduğu üçün tam uğursuzluq kimi
qiymətləndirəcəyəm.
Çünki “savadın ən möhtəşəm məqsədi bilik yox, əməldir” – Herbert Spenser
demişdi.
Və bu kitab əməl kitabıdır.
Giriş çox uzandı. Nəhayət, məsələnin məğzinə keçək.
Dərhal, lütfən, birinci fəsli açın.
Deyl Karnegi, 1936
Deyl Karnegi adına Natiqlik Sənəti və
İnsan Münasibətləri İnstitutunun rektoru
downloaded from KitabYurdu.org