ABŞ-a immiqrasiyasının qadağan edilməsinin zəruriliyi ilə bağlı qəzəbli, böyük
qızğınlıq və jestikulyasiyaların müşayiəti ilə deyilən nitqlə ürkmüş göyərçinlərin
üstünə düşürdü. Lakin hazırlaşmağının bütün ciddiliyinə baxmayaraq, o,
məğlubiyyət dalınca məğlubiyyətə düçar olurdu. O vaxt onun on səkkiz yaşı var
idi və o, qürurlu və hissiyyatlı idi. O, öz uğursuzluqlarından başını elə itirmişdi,
elə dilxor idi ki, ağlına hətta intihar etməklə bağlı fikir də gəlmişdi. Və qəfildən,
hətta özü üçün də tamamilə gözlənilmədən o qalib gəlməyə, kollecdə keçirilən
diskussiyaların, hərfi mənada, hamısında birinci olmağa başladı.
Digər tələbələr onu dilə tutmağa başladılar ki, bunu onlara da öyrətsin. O,
həmin tələbələrlə məşğul olmağa başlayandan sonra onlar da qələbə qazanmağa
müvəffəq olurdular.
Kollecdə təhsilini başa vurandan sonra o, Qərbi Nebraska və Şərqi
Vayominqin qum təpələri arasında səpələnmiş ranço mülkiyyətçiləri üçün qiyabi
hazırlıq kursları təşkil eləməyə cəhd etdi. Amma bütün cəhdlərə, həddi-hüdudu
olmayan enerji sərf etməsinə baxmayaraq, bu işdə o uğur qazana bilmədi. Buna
əmin olduqda o, günlərin birində mehmanxanadakı öz nömrəsinə gəldi
(Nebraska ştatının Alyans şəhərində), çarpayıya yıxılıb hönkür-hönkür ağladı.
İstəyirdi ki, geri, kollecə qayıtsın. O, həyat uğrunda sərt mübarizədən qaçmaq
istəyirdi, lakin bu, mümkün deyildi. Beləliklə, o, Omahaya yollanmağı və nə isə
başqa bir işlə məşğul olmağı qərara aldı. O, dəmir yoluna bilet almağa pulu
olmadığından yük qatarında gedişinin haqqı kimi iki vaqon vəhşi atı yolboyu
sulamağı boynuna götürdü. Omahada ev kirayələyərək, “Armer ənd kompani”
firmasında bekon, sabun və sala satışı üzrə agent qismində işə düzəldi. Onun
satış əməliyyatlarının əsas rayonu Cənubi Dakotanın qərbindəki qeyri-
məhsuldar çöllüklərində, eləcə də ştatın şimalındakı, hindu-tayonlar qəbiləsinin
məskəni də daxil olmaqla, ərazidə bərqərar olmuşdu. O, öz rayonunda yük
qatarlarında, poçt dilicanlarında və atla səyahət edir, nömrələri bir-birindən
yalnız muslindən
3
hazırlanmış arakəsmə ilə ayrılan mehmanxanalarda yatırdı. O,
ticarət üzrə kitabları oxuyur, yarıvəhşi atları minib çapır, hindu qadınlarla ailə
həyatı qurmuş yerli sakinlərlə poker oynayır və pul yığmağı öyrənirdi. Hansısa
bir yerli tacirin sifariş etdiyi bekon və vetçinaya görə haqqı ödəmək iqtidarında
olmayanda Karnegi onun mağazasındakı rəflərdən bir düjün ayaqqabını götürür,
onları dəmir yolu işçilərinə satır və əldə etdiyi pulu Armer ənd Kompaniyə
göndərirdi.
Bəzən o, gün ərzində yük qatarında yüzlərlə mil məsafə qət etməli olurdu.
Qatar yüklərin boşaldılması üçün dayananda o, adətən, şəhərə qaçır, üç-dörd
tacirlə görüşür, onlardan sifariş alır və parovozun fiti səslənəndə başılovlu
stansiyaya tərəf götürülür, qatara gedə-gedə tullanıb minirdi.
Satışa görə ən pis, 25-ci yerdə duran rayonlardan birini götürərək o, iki il
ərzində həmin rayonu Cənubi Dakotada birinci yerə gətirdi. Armer ənd kompani
firması xidmətdə yüksəliş təklif edərək onu çox lütfkarcasına qiymətləndirdi: “Siz
qeyri-mümkün kimi görünənə nail oldunuz”. Lakin Karnegi Armer ənd kompani
firmasında karyeradan imtina etdi. O, özünə çatacaq borcu aldı və Nyu-Yorka
gələrək burada Dramatik İncəsənət Amerika Akademiyasına qəbul olundu. O,
“Sirkdən olan Poli” pyesindəki doktor Hartni rolunu oynaya-oynaya bütün ölkəni
gəzdi.
downloaded from KitabYurdu.org
O, kifayət edəcək qədər sağlam düşüncənin yiyəsi olaraq başa düşdü ki,
ondan heç vaxt nə But, nə də Berrimor çıxmayacaq və geriyə, “Pakkard motorkar
kompani” firmasına yük maşınlarının satışı ilə məşğul olmaq üçün ticarətə
qayıtdı. Onun maşınlardan qətiyyən başı çıxmırdı və baş çıxarmağa heç
çalışmırdı da.
Hər gün özünü bu işlə məşğul olmağa məcbur edirdi. O təhsil almaq üçün
asudə vaxtının olmasına çalışırdı, kitab yazmaq barədə düşünürdü. Bunu hələ
kollecdə təhsil aldığı vaxtlardan ürəyində tutmuşdu. Lakin o, yenə də səhv etdi. O
yaşamaq üçün vəsaiti axşam məktəbində dərs deməklə qazanaraq, vaxtını heka-
yə və roman yazmağa həsr etmək niyyətinə düşdü.
Nəyi tədris edirdi? Geriyə boylanıb və onun kollecdə etdiyi işi qiymət-
ləndirərək mən bu qənaətə gəldim ki, kollecdəki bütün müəllimlik fəaliyyətindən
çox, ictimaiyyət qarşısında çıxış etmək məşqləri onda özünə inam yaratdı,
mətinliyini artırdı və ona işgüzar dünyada insanlarla daha yaxşı münasibət
qurmaq bacarığı verdi. Və bu da onun Nyu-Yorkda Xristian Gənclərinin
Məktəbləri Assosiasiyasında biznesmenlər üçün natiqlik kurslarını aparmaq
ideyasının gerçəkləşəcəyi inamını artırdı.
Nə? Biznesmenləri natiq eləmək? Absurddur. Onlar belə bir kursları artıq
dəfələrlə təşkil etmək istəyiblər və hər dəfə də uğursuzluğa düçar olublar.
Dinləyicilər hər axşam üçün ona iki dollar hesabı ilə məvacib verməkdən im-
tina edəndə o, əməkhaqqı qismində təmiz qazancın – əgər bu qazanc olacaqdısa –
müəyyən faizini almaqla komisyon şərtlərlə tədris etməyə razılaşdı. Və bu
razılığa uyğun olaraq, onlar üç il ərzində ona hər axşam üçün iki dollar əvəzinə
otuz beş dollar ödəyirdilər.
Kurslar böyüyürdü. Onun barəsində söz-söhbətlər tezliklə digər gənclər
təşkilatlarına, daha sonra isə başqa şəhərlərə də gedib çatdı. Deyl Karnegi
tezliklə məşhur adam oldu, onun pedaqoji fəaliyyət dairəsi Nyu-Yorku, Filadelfi-
yanı və Baltimoru, bir müddət sonra isə Paris və Londonu əhatə etdi. Mövcud
olan tədris kitablarının hamısı həddən artıq akademik idi, kurslara axışan biznes
adamları üçün həddən artıq qeyri-praktik idi. O, vəzifənin çətinliyindən azacıq da
olsa çəkinməyərək oturur və “Natiqlik sənəti və onun biznesdə insanlara təsiri”
adlı kitab yazır. İndi bu kitab Amerika Xristian Assosiasiyasının bütün şöbələri,
eləcə də Amerika Bankirlər Assosiasiyası və Milli Kredit Cəmiyyəti üçün rəsmi
qəbul olunmuş tədris vəsaitidir.
Bu gün üçün Deyl Karnegiyə əvvəlki 22 il ərzində kollecdə və Nyu-York
Universitetində olduğu vaxtdan xeyli çox yaşlı tələbəyə natiqlik sənətini
öyrətmək lazım gəlir.
Deyl Karnegi əmindir ki, əgər adamı əməlli-başlı hirsləndirsən, istənilən kəs
ifadəli danışmaq qabiliyyətinə malikdir. O bildirir ki, əgər siz şəhərinizin ən cahil
adamının çənəsinə zərbə ilə vurub yerə sərsəniz, o ayağa qalxacaq və o qədər
qızğınlıqla, o qədər ibarəli danışacaq ki, Uilyam Cenninqs Brayanın özü
şöhrətinin zenitində ona həsəd aparacaqdır. O, əmindir ki, hər kəs (əgər o,
özünəinam hissinə və onu alovlandıracaq ideyaya malikdirsə) elə danışa bilər ki,
istənilən cəmiyyətdə arzulanan və xoşagələn adam olar.
Deylə görə, özünə inamı inkişaf etdirmək üçün məhz eləməyə qorxduğunuz
şeyi etmək və öz təcrübənizdəki ən uğurlu hadisələri diqqətlə araşdırmağınız
downloaded from KitabYurdu.org