deyirdi: “Amerikalı... amerikalı...” Ardınca şlyapasını çıxarır və içəridən
yapışdırılmış gözəl fransız dilində mətni göstərirdi. Evin qadını ürəkdən gülür, o
özü də gülürdü və ona başqa şəkilləri göstərirdi. Bu haqda danışaraq
H.B.Kaltenborn etiraf etdi ki, onun işi heç da yüngül deyildi. Lakin ona bir
keyfiyyəti kömək etdi: öz işini maraqlı etmək qətiyyəti. Hər səhər işə
yollanmazdan qabaq o, güzgüyə baxır və özünü bu sözlərlə ruhlandırırdı:
“Kaltenborn, əgər sən yemək istəyirsənsə, bu işi yerinə yetirməlisən. Sən bu işi
yerinə yetirmək məcburiyyətində olduğundan niyə də onu xoş və maraqlı
eləməyəsən? Sən hər dəfə qapının zəngini vuranda özünü tamaşaçıların baxdığı
aktyor kimi təsəvvür edə bilərsən. Axı sənin elədiyin, əvvəl-axır, səhnədə edilən
hansısa bir hərəkət kimi gülməlidir. Belədirsə, öz oyununu ilham və fəhmlə niyə
də yerinə yetirməyəsən?”
Mister Kaltenborn mənə danışdı ki, hər gün özü ilə bu cür ruhlandırıcı
söhbət etmək ona başlanğıcda nifrət və qorxu doğuran işi xoşuna gələn və çoxlu
gəlir gətirən işə çevirməyə kömək etdi.
Mən cənab Kaltenborndan həyatda uğur qazanmaq yanğısı ilə yaşayan gənc
amerikalılara hansısa məsləhət verə bilib-bilməyəcəyini soruşanda o dedi: “Hər
səhər öz üzərinizdə işləyin. Biz çoxlarının düşüb qaldığı yarıyuxulu vəziyyətdən
çıxaran fiziki məşqlərin vacibliyi barədə çox danışırıq. Amma biz bundan da çox
özümüzü hər səhər fəaliyyətə stimullaşdıran mənəvi və ruhi məşqlərə möhtacıq.
Özünüzə ruhlandırıcı sözlər deməyi unutmayın”.
Öz-özünlə hər gün etdiyin ruhlandırıcı söhbət yüngülxasiyyətlik, axmaqlıq və
uşaqlıq kimi görünür? Xeyr, əksinə, sağlam psixologiyanın mahiyyətinin özü
məhz elə bundadır. “Bizim həyatımız – bizim onun haqda nə düşündüyümüzdür”.
Bu sözlər Mark Avreli onları “Düşüncələr” kitabında yazdığı on səkkiz əsr əvvəl
olduğu kimi, bizim vaxtımızda da doğrudur: “Bizim həyatımız – bizim onun
haqda nə düşündüyümüzdür”.
Günün hər bir saatında özünüzlə danışmaqla siz öz fikirlərinizi idarə etməyi
öyrənə bilərsiniz. Mərdlik və xoşbəxtlik, qüvvə və rahatlıq haqda fikirləşin.
Minnətdar olmalı olduğunuz şeylər haqda özünüzlə danışaraq siz
ruhlanacaqsınız və qəlbiniz mahnı oxuyacaq.
Fikirlərinizi müsbət nota kökləyin və istənilən iş sizə daha az xoşagəlməz
görünəcək. Müdiriniz istəyir ki, siz işinizə maraq göstərəsiniz, çünki onun gəliri
bundan asılıdır. Lakin müdirin nə istədiyini yaddan çıxaraq. Yalnız bu haqda
fikirləşin ki, özünüzdə işinizə maraq yaratmaqla nə əldə edəcəksiniz. Özünüzə
xatırladın ki, siz həyat sevincini ikiqat artıq duyacaqsınız, çünki öz fəal
həyatınızın yarısına qədərini işdə keçirirsiniz. Buna görə də, əgər işiniz sizə
sevinc gətirməsə, onda siz sevinci, ola bilsin, heç vaxt heç yerdə tapmayacaqsınız.
Özünüzə xatırladın ki, işinizə maraq göstərməyiniz sizi narahatlıqdan xilas
edəcək və son nəticədə sizi, çox ola bilsin, vəzifədə yüksəliş və əməkhaqqının
artırılması gözləyir. Hətta əgər bu baş verməsə də, işə olan maraq
yorğunluğunuzu azaldacaq və boş vaxtlarınızdan zövq almaqda sizə kömək
edəcək.
İyirmi yeddinci fəsil
Yuxusuzluğa görə narahatlıqdan
necə yaxa qurtarmalı
downloaded from KitabYurdu.org
Pis yatanda narahat olursunuzmu? Onda sizə bunu bilmək, ola bilsin, maraqlı
olacaqdır ki, bütün dünyada məşhur olan hüquqşünas Semyuel Uentermeyer
ömründə bir dəfə də olsun normal yatmayıb.
Sem Uentermeyer kollecə daxil olanda onu iki azar narahat edirdi: astma və
yuxusuzluq. O, hər şeydən göründüyü kimi, bunlardan heç birini müalicə edə
bilmədi, ona görə də bunu kompensasiya edə biləcək nə isə – oyaq qalmağından
fayda hasil etməyi qərara aldı. Bütün gecəni yataqda bir böyründən o biri böyrü
üstə vurnuxmağın və özünü əsəb pozuntusu halına çatdırmağın yerinə, o ayağa
qalxır və məşğul olurdu. Nəticəsi? O, fənlərin hamısı üzrə parlayırdı və onu Nyu-
York şəhər kollecinin dühalarından biri hesab edirdilər.
Hətta hüquqşünas praktikasına başlayandan sonra da o, yuxusuzluqdan
canını qurtara bilmədi. Lakin Untermeyer ruhdan düşmürdü. “Təbiət, – deyirdi o,
– mənim qeydimə qalacaq”. Təbiət onun qeydinə qalırdı. Yuxunun çatışmazlığına
baxmayaraq, onun sağlamlığı pisləşmirdi və o, Nyu-York advokaturasının
istənilən cavan hüquqşünası kimi inadkarcasına işləyə bilirdi. O hətta onlardan
da çox işləyirdi. Axı onlar yatanda o zəhmət çəkirdi.
İyirmi bir yaşında olanda Sem Untermeyer ildə yetmiş beş min dollar
qazanırdı; digər cavan vəkillər onun metodlarını öyrənmək üçün Semin çıxış
etdiyi məhkəmələrə gəlirdilər. 1931-ci ildə bir işi aparmaq üçün ona bütün tarix
ərzində vəkilə ödənilən ən yüksək qonorar – bir milyon dollar ödəmişdilər, özü
də nağd pulla.
Amma yata bilməmək onda əvvəlki kimi qalırdı. O, adətən, gecənin yarısını
mütaliə edirdi, sonra isə səhər saat beşdə ayağa qalxır və məktubları diktə
etməyə başlayırdı. Adamların əksəriyyəti öz iş gününü yenicə başladığı vaxt onun
gündəlik işinin, demək olar, yarısı yerinə yetirilmiş olurdu. Bu adam səksən bir
yaşına qədər yaşadı, hərçənd heç vaxt normal yatmamışdı. Amma o, yuxuya gedə
bilmədiyinə görə əsəbiləşsə və həyəcan keçirsəydi, onda öz həyatını, ola bilsin,
məhv etmiş olardı.
Biz həyatımızın üçdəbirini yuxuda keçiririk. Lakin yuxunun özü ilə nə
təcəssüm etdirdiyini heç kim bilmir. Biz bilirik ki, bu, vərdiş və dincəlmək halıdır
və bunu da bilirik ki, təbiət bununla qayğıların bizə vurduğu ziyanı
kompensasiya edir. Lakin biz hər bir adama nə qədər yuxu lazım olduğunu
bilmirik. Biz heç bunu da bilmirik ki, ümumiyyətlə, yuxu bizə lazımdırmı?
Fantastikadır? Deməli, baxın, Birinci Dünya müharibəsində güllə macar
əsgəri Paul Kernin alın nahiyəsini zədələmişdi. O yaralanandan sonra yaxşılaşdı,
lakin çox maraqlı olan budur ki, o, heç cür yuxuya gedə bilmirdi. Həkimlər nə
etsələr də – onlar isə sedativ və narkoloji preparatların hamısını və hətta
hipnozu da istifadə etmişdilər – Paul Kerni yuxuya vermək və ya heç olmasa
mürgülü hala salmaq qeyri-mümkün idi.
Həkimlər dedilər ki, onun günləri say hesabı qalıb. Lakin Paul Kern onları
aldatdı. O, işləməyə başladı və uzun illər ərzində özünü əla hiss edirdi. Adətən, o,
yatağa uzanır, gözlərini yumur və dincəlirdi, lakin yatmırdı. Paul Kernlə bağlı bu
hadisə həkimlər üçün eləcə sirr olaraq qaldı.
Bəzi adamlara başqaları ilə müqayisədə çox yatmaq zəruridir. Toskanini
üçün sutkada beş saat yuxu kifayət edirdi, lakin Kelvin Kulidc, demək olar, iki
dəfə çox yatırdı. Kulidc hər iyirmi dörd saatdan on birini yatırdı. Başqa sözlə,
downloaded from KitabYurdu.org
Toskanini öz ömrünün təqribən beşdəbirini, Kulidc isə, demək olar, yarısını
yatıb.
Yuxuya gedə bilməməklə bağlı narahatlıq sizə yuxusuzluğun özündən qat-
qat çox ziyan vurar. Məsələn, mənim dinləyicilərimdən biri – Aira Sendner
xroniki yuxusuzluq üzündən intihar həddinə çatmışdı.
“Mən, həqiqətən də, fikirləşirdim ki, dəli oluram, – deyə Aira Sendner mənə
hekayət edirdi. – Bəla bunda idi ki, lap başlanğıcda mən həddən artıq möhkəm
yatırdım. Zəngli saat zəng çalanda mən oyana bilmirdim və buna görə də səhərlər
işə gecikirdim. Mən buna görə fikir edirdim. Və üstəlik də rəisim mənə işə mütləq
vaxtında gəlməyim barədə xəbərdarlıq etmişdi. Bilirdim ki, əgər əvvəlki kimi
yatıb qalsam, məni işdən çıxaracaqlar.
Bu haqda dostlarıma danışdım və onlardan biri mənə yatmağa uzananda
diqqətimi zəngli saatın üzərində cəmləməyi məsləhət gördü. Bununla da mənim
yuxusuzluğum başlandı! Lənətə gəlmiş zəngli saatın sonsuz çıqqıltısı məni daima
təqib edirdi. Yuxumu itirdim və bütün gecəni yatağımda vurnuxurdum. Səhər isə
özümü, demək olar, xəstə kimi hiss edirdim. Yorğunluq və narahatlıq məni əldən
salırdı. Bu, səkkiz həftə davam elədi. Əzablarımın hamısını sözlərlə ifadə etmək
qeyri-mümkündür. Əmin idim ki, dəli oluram. Hərdən elə olurdu ki, uzun müddət
otaqda dala və qabağa var-gəl edir və bütün bunlardan canımı birdəfəlik
qurtarmaq üçün özümü pəncərədən atmaq barədə tam ciddi surətdə
fikirləşməyə başlayırdım!
Nəhayət, bütün ömrüm boyu tanıdığım bir həkimə müraciət etdim. O dedi:
“Aira, sənə kömək etmək mənim gücüm xaricindədir. Sənə heç kim kömək edə
bilməz, çünki özünü bu hala sən özün gətirib çıxarmısan. Bu gün gecə yatağına
sakitcə uzan, əgər yuxuya gedə bilməsən, bunu yadından çıxart. Sadəcə olaraq,
özünə de: “Əgər mən yuxuya getməsəm, bu, məni azacıq da olsa narahat etmir.
Mən razıyam, səhərə qədər oyaq qalacağam”. Gözlərini yumaraq uzan və de: “Nə
qədər ki sakitcə uzanmışam və əsəbiləşmirəm, mən bu və ya digər şəkildə
dincəlirəm”.
“Mən onun məsləhətinə əməl etdim, – deyir Sendner, – və iki həftədən sonra
yatmağa başladım. Heç bir ay da keçmədi, səkkiz saat yatmağa başladım və
əsəblərim sakitləşdi”.
Aira Sendneri özünü intihar etmək dərəcəsinə gətirib çıxaran yuxusuzluq
yox, yuxunun olmaması ilə bağlı keçirdiyi narahatlıq idi.
Yuxu problemini yer üzərində heç kim Çikaqo Universitetinin professoru,
doktor Nataniel Kleytman qədər dərin öyrənməyib. O, yuxu üzrə dünyada ən
böyük mütəxəssislərdən biridir. O bildirir ki, indiyə qədər hələ heç kim
yuxusuzluqdan ölməyib. Gerçəklikdə isə, adam yuxusuzluğa görə elə narahat ola
bilər ki, onda orqanizmin müqavimət qabiliyyəti azalır və o, mikrobların
qarşısında aciz qalır. Lakin bu ziyanı yuxusuzluq yox, narahatlıq gətirir.
Doktor Kleytman həmçinin bunu da bildirir ki, yuxusuzluqdan şikayət edən
adamlar, adətən, özləri bunu təsəvvür etdiklərindən çox yatırlar. Çox vaxt, ola
bilsin ki, bütün gecəni heç gözünü də yummadığına and içən adam özü də
bundan şübhələnməyərək bir neçə saat yatıb. Məsələn, on doqquzuncu əsrin ən
məşhur fikir dühalarından biri olan Herbert Spenser subay qoca idi və pansionda
yaşayırdı. O, yuxusuzluğu ilə bağlı şikayətlərlə hamını təngə gətirmişdi. O hətta
downloaded from KitabYurdu.org
səs-küydən özünü qorumaq və əsəblərini sakitləşdirmək üçün qulaqlarına
pambıq da tıxayırdı. Hərdən yuxusunun gəlməsi üçün tiryək qəbul edirdi. Bir
dəfə o, Oksfordun professoru Seyslə bir nömrədə gecələməli olmuşdu. Səhər
Spenser bildirirdi ki, bütün gecəni heç gözünü də yummayıb. Əslində isə bütün
gecəni professor Seys gözünü yummamışdı. O yuxuya gedə bilmirdi, çünki
Spenser xoruldayırdı.
Yaxşı yuxu üçün birinci şərt təhlükəsizlik hissidir.
Həm də fiziki tədbirlərin köməyi ilə süstləşməyi öyrənin. “Əsəb
gərginliyindən xilas olmaq” kitabının müəllifi, doktor Devid Harold Fink hesab
edir ki, bunun üçün ən yaxşı üsul – öz bədəninlə söhbət etməkdir. Doktor Finkin
dediyinə görə, sözlər hər növ hipnozun açarıdır və əgər siz sistematik olaraq yata
bilmirsinizsə, deməli, özünüzə təlqin etmisiniz ki, sizdə yuxusuzluq var. Bundan
xilas olmaq üçün özünü dehipnozlaşdırmaq lazımdır və bunu siz bədəninizin
əzələlərinə belə deməklə edə bilərsiniz: “Sakitləşin, sakitləşin – süstləşin və
dincəlin”. Biz artıq bilirik ki, əgər əzələlərimiz gərilmiş vəziyyətdədirsə, onda
beynimiz və əsəblərimiz süstləşə bilmir. Buna görə də, əgər siz yuxuya getmək
istəyirsinizsə, əzələlərinizdən başlayın. Doktor Fink tövsiyə edir ki (və bu,
praktikada kömək edir), ayaqların gərginliyini azaltmaq üçün bir balışı dizlərin
altına və iki balaca balışı eyni səbəbə görə əllərin altına qoymaq lazımdır. Sonra
isə öz çənələrinizə bir-birindən ayrılmalarını, gözlərinizə, əllərinizə və
ayaqlarınıza isə süstləşməli olduqlarını deyə-deyə, heç özünüz də bunu
bilmədən, nəhayət, yuxuya gedəcəksiniz. Əgər yuxunuz pisdirsə, doktor Finkin,
haqqında artıq danışdığım “Əsəb gərginliyindən xilas olmaq” kitabını oxuyun. Bu,
mənim bildiyim yeganə kitabdır ki, özü ilə həm maraqlı mütaliə, həm də
yuxusuzluqdan dərman təcəssüm etdirir.
Yuxusuzluğa qarşı ən yaxşı vasitə bağçada işdən, tennis və qolf oynamaqdan,
xizək sürməkdən və sadəcə olaraq, taqətdən salan fiziki işdən yaranan fiziki
yorğunluqdur. Teodor Drayzer məhz elə bu cür edirdi. O, ədəbiyyata özünə yol
açanda yuxusuzluq ona əziyyət verirdi. Onda o, Nyu-York mərkəzi dəmir yoluna
fəhlə işinə getdi; bütün günü rels mismarlarını vurandan və bellə çınqıl tökəndən
sonra isə o, elə əldən düşmüş olurdu ki, şam yeməyini gözləyənə qədər
yatmamaq üçün bütün gücünü toplayıb yuxu ilə mübarizə aparmalı olurdu.
Əgər biz kifayət qədər yorulmuşuqsa, onda təbiət bizi hətta yeriyə-yeriyə də
yatmağa məcbur edəcək. Mən bunu öz təcrübəmdə sınamışam. On üç yaşım
olanda atam yaxşıca kökəldilmiş donuzları vaqonla Missuri ştatının Sent-Co
şəhərinə göndərirdi. Ona dəmir yolu ilə pulsuz gediş üçün iki talon verildiyindən
məni də özü ilə apardı. Bu səfərə qədər mən sakinlərinin sayı dörd mindən çox
olan şəhərdə heç vaxt olmamışdım. Mən Sent-Coda – altmış min əhalisi olan
şəhərdə olanda çox coşqun hala düşdüm. Mən altımərtəbəli göydələnlər və –
möcüzənin möcüzəsi – tramvay gördüm. Və hətta indinin özündə də gözlərimi
yummağa bəndəm ki, həmin tramvayı həm görür, həm də eşidirəm. Həyatımın ən
möcüzəli və həyəcanlı günündən sonra biz atamla qatarda geri, Reyvenvuda
qayıtdıq. Biz ora səhər saat ikidə çatdıq və fermamıza yetişmək üçün dörd mil
məsafə qət etməli olduq. Və bu əhvalatın məğzi görün nədir. Heydən elə
düşmüşdüm ki, yeriyə-yeriyə məni yuxu apardı və hətta yuxu da gördüm. Atın
downloaded from KitabYurdu.org
belində yatmağım da nadir hal deyildi. Gördüyünüz kimi, mən sağ-salamatam və
sizə bu haqda danışa bilirəm...
Tamamilə əldən düşmüş adamlar topların gurultusu və müharibənin dəhşət
və təhlükələrinə baxmayaraq, yatırlar. Məşhur nevroloq, doktor Foster Kennedi
mənə danışmışdı ki, 1918-ci ildə 5-ci Britaniya ordusu geri çəkilən vaxt o, əldən
düşmüş o qədər əsgər görmüşdü ki, onlar harada dayanırdılarsa, elə oradaca
yerə yıxılır və komaya bənzər surətdə bərk yuxuya gedirdilər. Bu əsgərlər heç
doktor Kennedi onların göz qapaqlarını barmaqları ilə qaldıranda da
oyanmırdılar. O həm də deyirdi ki, onların bəbəkləri həmişə mütləq yuxarı
zillənmiş olurdu. “Bundan sonra, – deyə doktor Kennedi danışırdı, – özümün
yuxum pozulanda göz almacığımı elə hərlədirdim ki, bəbəklərim eyni vəziyyətdə
olsun. Adətən, bir neçə saniyədən sonra əsnəməyə başlayır və yuxuladığımı hiss
edirdim. Məndə avtomatik refleks yaranmışdı ki, onu idarə etmək iqtidarında
deyildim”.
İndiyədək hələ heç kim yuxudan imtina etməklə həyatını intiharla başa
vurmayıb və bunu heç kim etməyəcək də. Təbiət insanı onun iradəsinin nə qədər
güclü olmasına baxmayaraq, yatmağa məcbur edəcək. Təbiət bizə qidasız və
susuz qalmağa yuxusuz qalmaqdan qat-qat çox izin verir.
İntihar barədə danışarkən yadıma doktor Henri S.Linkin “İnsanın ikinci dəfə
kəşf olunması” kitabında təsvir etdiyi hadisə düşdü. Doktor Link Psixoloji
Korporasiyanın vitse-prezidentidir və o, narahatlıqdan və depressiyadan əziyyət
çəkən bir çox adamla söhbət edib. O, “Qorxuların və narahatlığın aradan
qaldırılması haqqında” fəsildə öz həyatını intiharla başa vurmaq istəyən bir
pasient barədə danışır. Doktor Link bilirdi ki, xəstə ilə mübahisə etməyin heç bir
faydası yoxdur, bundan onun halı yalnız pisləşə bilərdi. Və o, öz pasientinə dedi:
“Əgər siz həyatınızı istənilən halda intiharla başa vurmaq istəyirsinizsə, heç
olmasa özünüzü qəhrəmancasına apara bilərdiniz. Canınız çıxıb yıxılana qədər
kvartalın ətrafında qaçın”.
Pasient bunu özü də bir dəfə yox, bir neçə dəfə etməyə cəhd elədi və hər dəfə
də özünü fiziki cəhətdən olmasa da, psixiki cəhətdən nisbətən daha yaxşı hiss
edirdi. Üçüncü axşamda doktor Linkin ilk növbədə nail olmaq istədiyi nəticə əldə
olundu. Xəstə fiziki cəhətdən o qədər yoruldu ki (və fiziki cəhətdən o qədər
süstləşdi ki), ölü kimi yatdı. Sonralar o, atlet klubuna yazıldı və idman
yarışlarında iştirak etməyə başladı. Tezliklə özünü o qədər yaxşı hiss eləməyə
başladı ki, əbədi yaşamaq arzusuna düşdü.
Beləliklə, yuxusuzluqla bağlı narahatlıqdan yaxa qurtarmaq üçün mən sizə
dörd qaydanı təklif edirəm:
1. Əgər siz yata bilmirsinizsə, Semyuel Uentermeyerin nümunəsini təkrar
edin. Qalxın və yuxunuz gəldiyini hiss edənə qədər mütaliə edin.
2. Yadda saxlayın ki, yuxu çatışmazlığından indiyə qədər hələ heç kim
ölməyib. Yuxusuzluğa görə narahatlıq, adətən, yuxusuzluğun özündən çox ziyan
gətirir.
3. Öz bədəninizi süstləşdirin. “Əsəb gərginliyindən azad olmaq” kitabını
oxuyun.
4. Fiziki məşqlər edin. Özünüzü elə bir fiziki yorğunluq vəziyyətinə çatdırın
ki, oyaq qalmağa halınız olmasın.
downloaded from KitabYurdu.org
Xülasə
Qayda 1: Nə vaxt yorulacağınızı gözləmədən dincəlin.
Qayda 2: İşdə özünüzü süstləşdirməyi öyrənin.
Qayda 3: Əgər siz evdar qadınsınızsa, evdə özünüzü süstləşdirməklə
sağlamlığınızı və xarici görkəminizi qoruyun.
Qayda 4: Bu dörd yaxşı əmək vərdişini tətbiq edin:
a. Yazı stolunuzu hazırda həll olunan problemə dəxli olmayan kağızların
hamısından azad edin.
b. İşləri onların vaciblik ardıcıllığı üzrə həll edin.
c. Qarşınızda problem duranda, əgər sərəncamınızda qərar qəbul etmək
üçün zəruri olan faktlar vardırsa, onu dərhal həll edin.
d. İşi təşkil etməyi, vəzifələri, məsuliyyəti başqasının ixtiyarına verməyi və
nəzarəti həyata keçirməyi öyrənin.
Qayda 5: Narahatçılığın və yorğunluğun qarşısını almaq üçün entuziazmla
işləməyə çalışın.
Qayda 6: Yadda saxlayın ki, yuxu çatışmazlığından indiyədək hələ heç kim
ölməyib. Yuxusuzluq üzündən narahatlıq yuxusuzluğun özündən qat-qat çox
ziyanlıdır.
84 Astenopiya (tibb.) – gözlərin tez yorulması
85 İnterlüdiya – bir musiqi əsərinin hissələri arasında çalınan başqa kiçik
musiqi pyesi
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |