Yorğunluğu və narahatlığı
qabaqlamaqda sizə kömək edəcək
dörd yaxşı əmək vərdişi
Yaxşı əmək vərdişi – № 1: Yazı stolunuzun üstünü hazırda həll olunan
problemlə bağlı olanlardan başqa bütün kağızlardan azad edin.
Çikaqo və Şimal-Qərb dəmiryol kompaniyasının prezidenti Roland L.Uilyame
deyir: “Müxtəlif suallar üzrə sənədlərin iş stolunda qalaqlandığı adam yalnız
indicə həllini gözləyən problemlə bağlı kağızları saxlayıb, stolu boşaldarsa, işinin
qat-qat asanlaşdığını və məhsuldar olduğunu hiss edər. Mən bunu yaxşı ev
təsərrüfatçılığı adlandırıram və bu – effektivliyə doğru birinci addımdır”. Əgər siz
Vaşinqtonda Konqresin kitabxanasını ziyarət etmisinizsə, orada tavanda yazılmış
sözlər diqqətinizi cəlb etməlidir. Həmin sözləri şair Pop deyib: “Nizam – göylərin
birinci qanunudur”. Nizam işgüzar fəaliyyətdə də birinci qanun olmalıdır. Amma
bu, belədirmi? Xeyr, orta biznesmenin yazı stolu onun bir həftə ərzində gözdən
keçirməyə eləcə də vaxt ayırmadığı kağızlarla qalaqlanıb. Həqiqətən də, Yeni
Orlean ştatında bir qəzet naşiri, necə oldusa, mənə danışmışdı ki, katibəsi onun
stollarından birinin üstünü qaydaya salırdı və iki il əvvəl itirilmiş çap makinasını
tapdı.
Cavabsız qoyulan məktublarla, məruzələr və yaddaş qeydləriylə qalaqlanan
stolun yalnız təkcə görkəmi başı itirməyə, gərginliyə və narahatlığa səbəb olur.
Amma ən qorxulu olan heç bu da deyildir. Bu, “milyonlarla yerinə yetirilməyən iş
və onları yerinə yetirmək üçün vaxtın yoxluğu” ilə bağlı daimi xarakterli
xatırlatma sizdə təkcə gərginlik və yorğunluq deyil, həm də qan təzyiqinin
yüksəlməsini, ürəyin fəaliyyətinin pozulmasını və mədə xorasını doğura bilər.
Pensilvaniya Universitetinin tibb fakültəsinin professoru, doktor Con
H.Stouks Amerika Səhiyyə Assosiasiyasınin Milli Qurultayında məruzə ilə çıxış
etmişdi. Məruzənin adı belə idi: “Funksional nevrozlar üzvi xəstəliklərin fəsadları
kimi”.
Doktor Stouks həmin məruzədə “Pasientin psixiki vəziyyəti necə ola bilər”
başlığı altında on bir hal sadalamışdı. Həmin siyahının birinci bəndi bu idi:
“İnsanın nəyisə etməli olduğu və ya nəyisə etməyə borclu olduğu ilə bağlı daimi
hiss; etmək zəruri olan işlərin sonsuz silsiləsi”.
Yazı stolunun qaydaya salınması və qərar qəbul edilməsi kimi elementar
prosedura yüksək qan təzyiqindən, insanın nə isə etməyə borclu olduğu ilə bağlı
daimi hissdən, qarşıda duran və etmək, sadəcə olaraq, zəruri olan işlər
silsiləsindən qaçmaqda sizə nə cür kömək edə bilər? Məşhur psixiatr doktor
Uilyam L.Sedler bu adi vəsaiti istifadə etməklə əsəb pozuntusunun qarşısını
almağa müvəffəq olan pasient haqqında danışır. Söhbət Çikaqonun bir iri
firmasının inzibatçısı haqqında gedir. O, doktor Sedlerin kabinetinə daxil olanda
gərginlik içində, əsəbi və narahat halda idi. O bilirdi ki, indicə “üzüaşağı
burulğana düşəcək”, lakin onun öz işini qoyub getmək imkanı yox idi. O, köməyə
möhtac idi.
“Bu adam mənə öz həyatından danışanda, – deyir doktor Sedler, – otağımda
gözlənilmədən telefon zəng çaldı. Xəstəxanadan zəng edirdilər. Məsələni təxirə
salmaq əvəzinə, mən məhz həmin məqamda qərar qəbul etdim. Mən imkan
daxilində məsələləri dərhal həll edirəm. Heç dəstəyi yerinə asmağa macal
downloaded from KitabYurdu.org
tapmamış yenidən zəng gəldi. Bir təcili işi müzakirə etməli idim və buna vaxt
tələb olunurdu. Bizim söhbətimizi üçüncü dəfə, ağır xəstə ilə bağlı məsləhətimə
ehtiyacı olan həmkarım otağıma daxil olanda kəsdilər. Onunla söhbəti
bitirdikdən sonra yanıma gələnə müraciət etdim və onu gözləməyə məcbur
elədiyim üçün üzr istəməyə başladım. Lakin o, qəfildən şənləndi. Onun sifəti
tamamilə dəyişdi”.
“Üzr istəməyin, həkim, – dedi o, Sedlerə. – Son on dəqiqə ərzində məndə
nəyin düzgün olmadığını başa düşdüm.
Mən öz kontoruma qayıdacağam və işimin prinsiplərinə yenidən
baxacağam... Lakin getməzdən əvvəl izin verin yazı stolunuzu gözdən keçirim”.
Doktor Sedler stolun siyirmələrinin hamısını çəkib çıxartdı. Hamısı boşdur –
indicə gələn poçtdan başqa heç nə. “Mənə bircə bunu deyin ki,
– pasient soruşdu, – bəs tamamlanmamış işləri harada saxlayırsınız?”
“Tamamlanmamış iş yoxdur!” – Sedler cavab verdi.
“Bəs cavab verməyə macal tapmadığınız məktubları harada saxlayırsınız?”
“Məktubların hamısına cavab verilib! – dedi ona Sedler. – Mənim qaydam var
– məktublara dərhal cavab verilməlidir. Cavabı dərhal katibimə diktə edirəm”.
Altı həftədən sonra elə həmin inzibatçı doktor Sedleri öz kontoruna dəvət
etdi. O dəyişmişdi. Onun yazı stolunun görkəmi də dəyişmişdi. O, siyirmələri
çəkib çıxartdı və onlarda tamamlanmayan heç bir iş yox idi. “Altı həftə qabaq, –
dedi o, – iki kontorumda üç yazı stolum var idi və onlar topa-topa sənədlərlə
qalaqlanmışdı. Mən işləri heç cür başa çatdıra bilmirdim. Sizinlə söhbət edəndən
sonra bura qayıtdım və bütöv bir vaqon məruzə və köhnə hesabat tulladım. İndi
bir stolun arxasında işləyirəm, məsələləri onların daxil olma ardıcıllığı ilə həll
edirəm və üstümə tökülmüş və məndə əsəbilik və narahatlıq doğuran dağ boyda
tamamlanmamış işdən canımı qurtarmışam. Lakin ən heyrətamiz olanı tamamilə
sağalmağımdır. İndi sağlamlığım tam qaydasındadır”.
Birləşmiş Ştatların keçmiş baş hakimi Çarlz Evans Hyuz demişdi: “İnsanlar
işin çoxluğundan ölmürlər. İnsanlar qüvvələrinin mənasız itirilməsindən və
narahatlıqdan ölürlər”. Bəli, enerjinin mənasız itirilməsindən və öz işlərini heç
vaxt yerinə yetirə bilməyəcəklərini güman etdiklərinə görə.
Yaxşı əmək vərdişi – № 2: İşləri onların vaciblik ardıcıllığı ilə həll edin.
Şəhərlərə xidmət göstərilməsi üzrə ümummilli kompaniyanın əsasını qoyan
Henri L.Dohert demişdi ki, işçiyə hansı məbləğdə məvacib ödəməsindən asılı
olmayaraq, iki qabiliyyəti aşkar etmək onun üçün, demək olar, qeyri-mümkün
olub.
Söhbət iki qiymətsiz qabiliyyətdən gedir: birincisi – fikirləşmək qabiliyyəti.
İkincisi, işləri onların vacibliyi ardıcıllığı ilə həll etmək qabiliyyəti.
Qara günü üçün bir senti də olmadan cavan oğlan, Çarlz Lakman on iki il
ərzində “Pepsodent” kompaniyasının prezidenti vəzifəsinədək yüksəldi, ildə yüz
min dollar almağa başladı və bununla yanaşı, üstəlik də bir milyon dollar qazandı
– deməli, belə, həmin bu cavan oğlan bildirir ki, öz uğurları üçün daha çox
özünün iki – Henri L.Dohertinin sözlərinə görə, demək olar, heç vaxt tapa
bilmədiyi – qabiliyyətinə minnətdardır. Çarlz Lakman deyib: “Səhər saat beşdə
durmaq adətini özümdə artıq çoxdan vərdişə çevirmişəm, çünki bu vaxt günün
istənilən başqa hissəsindən daha yaxşı fikirləşirəm – həmin vaxt daha yaxşı
downloaded from KitabYurdu.org