kəskin surətdə azalar. Və sanatoriyalarımız və havalanmışlar üçün evlərimiz
yorğunluğun və narahatlığın sındırdığı adamlarla bu qədər dolu olmaz.
İyirmi dördüncü fəsil
Evdar qadın yorğunluqdan
canını necə qurtara və
cavan görkəmini saxlaya bilər
Əməkdaşım olan xanım keçən payız bir dəfə Bostona, dünyada ən qeyri-adi
tibb kurslarına yollanırdı. Tibb kursları? Müəyyən mənada, bəli. Kurslarda
məşğələlər həftədə bir dəfə Boston poliklinika xəstəxanasında keçirilir. Bura
təşrif buyuran pasientlər məşğələlərə buraxılmazdan əvvəl mütəmadi olaraq çox
ciddi müayinədən keçirilirlər. Lakin bu kurslar özü ilə faktiki olaraq psixoloji
klinika təcəssüm etdirir, halbuki rəsmi olaraq tətbiqi psixologiya kursları
adlandırılır (keçmişdə bu kursları fikirlər üzərində nəzarət üzrə kurslar
adlandırırdılar – bu adı kursların ilk iştirakçısı təklif etmişdi) və onların əsl
məqsədi – narahatlıqdan xəstələnmiş insanlara kömək etməkdir. Və belə
pasientlərin arasında əhəmiyyətli qədərini emosional pozuntuları olan evdar
qadınlar təşkil edir.
Narahatlığın didib-dağıtdığı insanlar üçün bu kurslar necə təşkil olunmuşdu?
Doktor Cozef H.Prett (yeri gəlmişkən, Uilyam Oslerin şagirdi) 1930-cu ildə diqqət
yetirmişdi ki, Boston xəstəxanasının ambulator xəstələrinin bir çoxu fiziki
cəhətdən xəstə deyil. Amma onların hamısında faktiki olaraq bu və ya digər
xəstəliyin bütün simptomları var idi. Bir qadının əlləri “artritdən” elə bir
dərəcədə burulmuşdu ki, o, əllərindən qətiyyən istifadə edə bilmirdi. Başqa bir
pasient xanım “mədə xərçəngi” simptomlarından tam naümid hala düşmüşdü.
Digər pasient qadınlar kürəklərində ağrıdan, başağrılarından, xroniki
yorğunluqdan və qeyri-aydın ağrı hisslərindən əziyyət çəkirdilər. Onlar,
həqiqətən də, ağrı hiss edirdilər. Lakin ən səhih tibbi müayinələr göstərirdi ki,
pasient xanımların hamısı sağlamdır. Köhnə məktəbin bir çox həkimi deyərdi ki,
bu, sadəcə olaraq, təxəyyüldür – “hər şey ürəkdədir”.
Lakin doktor Prett anlayırdı ki, onlara bunu demək faydasızdır: “Gedin
evinizə və bunu yaddan çıxarın”. O bilirdi ki, bu qadınların əksəriyyəti xəstəlik
həsrətində deyildir; əgər öz azarlarını asanlıqla yaddan çıxara bilsəydilər, onlar
bunu edərdilər. Bəs belə olan halda nə etmək mümkün idi?
Doktor Prett skeptikcəsinə köklənmiş bir çox səhiyyə xadimlərinin
etirazlarına baxmayaraq, öz kurslarını təşkil etdi. Və ona möcüzə törətmək
müyəssər oldu! Açıldığı gündən keçən on səkkiz il ərzində bu kurslara gələn
minlərlə adamın “dərdinə əlac” gətirdi. Onlardan bəziləri məşğələlərə illərdir,
dindar insanların kilsəyə getdikləri mütəmadi dəqiqliklə gəlirdi. Doqquz ildən də
çox müddət ərzində bir məşğələni belə buraxmayan qadınla mənim assistentim
söhbət etmişdi. Qadın demişdi ki, klinikaya birinci dəfə yollananda möhkəm
əmin idi ki, onda səyriyən böyrək və ürəyinin hansısa bir xəstəliyi var. O, elə bir
dərəcədə həyəcanlanmış və gərginləşmişdi ki, bəzən hətta görmə qabiliyyətini
itirir və onda korluq pristupları baş verirdi. Lakin hazırda o, şəndir, özünə
əmindir və özünü əla hiss edir. Görkəmindən ona qırx yaş vermək olar, halbuki
biz onunla görüşəndə dizləri üstündə nəvəsini oturtmuşdu. “Mən öz ailəmizdəki
xoşagəlməz hallara görə o qədər çox narahat olurdum ki, – danışırdı o, –
downloaded from KitabYurdu.org
ölməyimi istəyirdim. Amma bu klinikada mən narahat olmağın mənasızlığını
anladım. Mən onu dayandırmağı öyrəndim. Və indi təmiz ürəklə deyə bilərəm ki,
hazırda həyatım təlatümsüzdür”.
Kursların tibb üzrə konsultantı doktor Roza Hilferdinq demişdir ki,
narahatlığın yüngülləşdirilməsinin, onun rəyinə görə, ən yaxşı vasitələrindən biri
– “problemləriniz haqda etibar etdiyiniz adama danışmaqdır”. “Biz bunu katarsis
adlandırırıq, – demişdi o. – Pasientlər məşğələlərə gələndə özlərini
həyəcanlandıran hər şeyi ətraflı danışa bilərlər – ürəkləri boşalana qədər.
Təklikdə keçirilən həyəcanlar öz problemlərini başqalarından gizlətmək istəyi
çox böyük əsəb gərginliyinə gətirir. Biz hamımız öz həyəcanlarımızı kiminləsə
bölüşmək tələbatını duyuruq. Öz narahatlığını bölüşmək. Biz hiss etməliyik ki,
dünyada bizi dinləməyə hazır olan və bizi başa düşməyi bacaran kimsə var”.
Assistentim bir pasient xanımın öz problemlərini danışandan sonra nə qədər
böyük yüngüllük tapdığının şahidi olmuşdu. Onun evində problem var idi və
hekayətini danışmağa başlayanda o, yay kimi gərilmişdi. Sonra isə o, tədricən,
danışmağını davam etdirdikcə sakitləşməyə başladı. Söhbətinin axırında o hətta
gülümsəyirdi də. Onu narahat edən problem həll olundumu? Xeyr, bu, o qədər də
asan deyildi. Dəyişikliyi kiminləsə danışmaq imkanı hansısa bir məsləhət almaq
və bir qədər insani dərdəşəriklik münasibəti doğurmuşdu. Dəyişikliyin əsl səbəbi
sözlərdə ehtiva olunan, onların sehrli məlhəmedici qüvvəsi idi.
Psixoanalizin əsasında duran da məhz elə sözlərin bu məlhəmedici qüv-
vəsidir. Psixoanaliz üzrə mütəxəssislər hələ Freydin dövründən bilirlər ki,
pasientlər daxili həyəcandan yüngüllük tapa bilərlər, əgər onlara ürəyindəkiləri
deyib boşaltmaq, onlara vur-tut özlərini söndürmək imkanı verilirsə. Niyə belə
baş verir? Ola bilsin ki, hekayət etmək prosesində bizi həyəcanlandıran problemi
daha dərindən dərk edir və onu düzgün işıq altında görürük. Cavabı heç kim tam
dolğunluğu ilə bilmir. Amma biz hamımız bilirik ki, əgər düşündüklərimizi
deyiriksə, ürəyimizi boşaldırıqsa, onda dərhal yüngülləşirik.
Beləliklə, sizdə emosional problem meydana çıxan kimi niyə də kimisə,
bölüşə biləcəyiniz kimisə axtarmayasınız? Mən, sözsüz ki, ətrafdakı hamını öz
gileylərimiz və deyinmələrimizlə bezdirmək haqda danışmıram. Etibar etdiyiniz
bir adamı seçin və ondan sizinlə görüşməyi xahiş edin. Həmin adam qohumunuz,
həkiminiz, hüquqşünas və ya keşiş ola bilər. Ona bu cür müraciət edin: “Mənim
sizin məsləhətinizə ehtiyacım var. Qarşımda problem meydana çıxıb və
istəyərdim ki, siz məni dinləyəsiniz. Ola bilsin ki, siz mənə məsləhət verə
biləcəksiniz. Siz elə aspektləri görə bilərsiniz ki, bunları özüm görə bilmirəm.
Lakin siz problemimi həll edə bilməsəniz də, məni, sadəcə olaraq, dinləməklə çox
böyük kömək etmiş olarsınız”.
Lakin siz, həqiqətən də, hiss edirsinizsə ki, müraciət edə biləcəyiniz heç kim
yoxdur, yenə də ümidsizliyə qapılmayın. Xüsusi olaraq yaradılmış “Həyatın xilas
edilməsi Liqası”, mövcuddur ki, o, sizi bəlada qoymaz. Onun Boston
xəstəxanasına heç bir aidiyyəti yoxdur. “Həyatın xilas edilməsi Liqası” – bu,
dünyada ən qeyri-adi liqalardan biridir. Başlanğıcda o, intiharların qarşısının
alınması məqsədilə yaradılmışdı. Lakin illər keçir və onun fəaliyyət sferası
tədricən genişlənirdi. Liqa bədbəxtliyə düçar olmuş və emosional dəstəyə
möhtac olanlara mənəvi dəstək göstərməyə başladı.
downloaded from KitabYurdu.org