etdiyi kimi, mürgüləməyə, aydın məsələdir, imkan verə bilməzsiniz. Və ya əgər
siz mühasib işləyirsinizsə, kim sizə icazə verər ki, öz rəisinizlə maliyyə hesabatını
müzakirə edərkən taxtın üstündə uzanasınız? Amma siz kiçik şəhərcikdə
yaşayırsınızsa və lençə evə gəlirsinizsə, lençdən sonra on dəqiqə yatmaq, ola
bilsin, sizə müyəssər oldu. General Corc S.Marşall məhz belə edirdi. O, müharibə
dövründə Birləşmiş Ştatlar ordusunun baş qərargah rəisi olarkən elə bir
dərəcədə məşğul adam idi ki, günorta dincəlməyin zəruri olduğunu hesab edirdi.
Əgər yaşınız əllini ötübsə və siz daima tələsirsinizsə və dincəlmək üçün heç bir
dəqiqə də vaxt tapmırsınızsa, onda öz həyatınızı mümkün qədər hər vasitə ilə
sığorta edin. Dəfn mərasimləri baha başa gəlir – və qəfil baş verir – bizim
günlərimizdə; can-ciyər həyat yoldaşınızın isə könlünə, ola bilsin, sığortanız üzrə
pul almaq və daha cavan adama ərə getmək düşmüş olsun.
Əgər günorta mürgüləmək imkanınız yoxdursa, onda heç olmasa şam
yeməyindən qabaq bir saat uzanmağa cəhd edin. Axı bu, su ilə qatılmış viskidən
ucuz başa gələcək sizə və uzunmüddətli hesabda 5476 dəfə daha effektiv olduğu
aydın olacaqdır. Əgər axşam saat beşdən altıya və ya altıdan yeddiyə qədər yata
bilsəniz, onda bu minvalla siz öz aktiv həyatınıza bir saat əlavə edə bilərsiniz.
Niyə? Nə cür? Ona görə ki şam yeməyindən əvvəl bir saat ərzində yuxu və üstəgəl
də altı saatlıq gecə yuxusu – cəm halında yeddi saat – səkkiz saatlıq fasiləsiz
yuxudan faydalıdır.
Fiziki əməklə məşğul olan işçi dincəlməyə daha çox vaxt sərf edərsə, daha
böyük həcmdə işi yerinə yetirə bilər. Frederik Teylor bunu, “Betlehem Stil”
poladtökmə kompaniyasının elmi idarəetmə üzrə mühəndisi vəzifəsində işlədiyi
vaxt nümayiş etdirmişdi. O fikir vermişdi ki, hər bir fəhlə iş günü ərzində yük
maşınına təqribən 12,5 ton çuqun yükləyir və günorta fəhlələrin hamısı
yorğunluqdan artıq ayaq üstə dura bilmir. O, fəhlələrin yorulmasını doğuran
amillərin hamısının elmi təhlilini apardı və bildirdi ki, fəhlələr iş günü ərzində
12,5 ton yox, 47 ton çuqun yükləyə bilər! O, hesablamaları nəticəsində bu
qənaətə gəldi ki, onlar indiki ilə müqayisədə dörd dəfə çox yükləməli və özü də
yorulmamalıdırlar. Deyəcəksiniz: bəs axı sübutlar hanı?
Teylor eksperiment üçün Şmidt adında bir fəhləni seçir və ona saniyəölçən
üzrə işləmək təklif olunur. Şmidt işləyəndə onun yanında əlində saniyəölçən olan
xronometrçi dayanır və komandalar verirdi: “İndi külçəni qaldırın və gedin... İndi
isə oturun və dincəlin... İndi gedin... İndi dincəlin”.
Axı nə baş verirdi? Şmidt hər gün 47 ton çuqun yüklədiyi halda, başqa
fəhlələrə cəmi 12,5 ton yükün öhdəsindən gəlmək müyəssər olurdu. Şmidt bu
ritmdə faktiki olaraq üç il, Frederik Teylor həmin kompaniyada xidmət etdiyi
vaxt ərzində işlədi. Şmidt bu nəticəyə ona görə müvəffəq olurdu ki, o,
yorulduğunu hiss etməzdən əvvəl dincəlirdi. O, bir saat ərzində təqribən 26
dəqiqə işləyir, 34 dəqiqə isə dincəlirdi. O, işlədiyindən çox dincəlirdi – amma
onun işinin məhsuldarlığı başqa fəhlələrlə müqayisədə dörd dəfə yüksək idi. Bu,
vur-tut söz-söhbətlərdir? Xeyr, siz Frederik Uinslou Teylorun “Elmi idarəetmənin
prinsipləri” kitabında göstərilən məlumatlarla özünüz də tanış ola bilərsiniz.
İzin verin təkrar edim: Amerika ordusunun əsgərindən nümunə götürün, tez-
tez dincəlin. Siz də ürəyiniz edən kimi davranın – yorulduğunuzu hiss etməzdən
əvvəl dincəlin və onda hər gün öz aktiv həyatınıza bir saat əlavə etmiş olarsınız.
downloaded from KitabYurdu.org
İyirmi üçüncü fəsil
Siz niyə yorulursunuz və yorğunluğu necə aradan qaldırmaq olar
Budur, heyrətamiz və çox mühüm fakt: əqli fəaliyyət öz-özlüyündə sizi yora
bilməz. Absurd kimi səslənir. Lakin bir neçə il əvvəl alimlər insan beyninin “aşağı
iş qabiliyyəti” (bu, beyin yorğunluğunun elmi adıdır) səviyyəsinə düşməyənədək
nə qədər uzun müddət fəaliyyət göstərə bildiyini aydınlaşdırmağa cəhd etdilər.
Həmin alimlərin heyrətinə rəğmən, demə, beyin aktiv halda olarkən ondan keçən
qan beynin yorulduğunu qətiyyən əks etdirmir. Əgər siz iş vaxtı günəmuzd
fəhlənin venasından qan götürərsinizsə, onda qanda böyük miqdarda yorğunluq
toksinləri və yorğunluğun digər məhsullarının olduğunu aşkar edəcəksiniz. Am-
ma siz, deyək ki, Albert Eynşteynin beynindən bir damla qan alsaydınız, günün
axırında onda heç bir yorğunluq toksinin olmadığı aşkar olardı.
Beləliklə, bizim beynimiz “səkkiz saatlıq və ya hətta on iki saatlıq iş gününün
axırında iş gününün əvvəlində olduğu qədər yaxşı” işləyə bilər. Beyin qətiyyən
yorulmur... Bəs onda siz niyə yorulursunuz?
Psixiatrlar bildirirlər ki, yorğunluq əksər hallarda psixiki və emosional
əhvalın nəticəsi kimi meydana çıxır. İngiltərənin ən görkəmli psixiatrlarından
biri olan C.E.Hedfild “Qüvvənin psixologiyası” kitabında yazır: “Biz, bir qayda
olaraq, psixiki mənşəli olan yorğunluqdan əziyyət çəkirik; sırf fiziki xarakterli
taqətdən düşmə nadir hallarda rast gəlinir”.
Amerikanın ən görkəmli psixiatrlarından biri, doktor A.A.Brill bir qədər də
uzağa gedir. O bildirir: “Əqli əməklə məşğul olan sağlam işçinin yorğunluğunun
yüz faizi psixoloji faktorlardan və ya başqa sözlə, emosional faktorlardan irəli
gəlir”.
Stolun arxasında əyləşən işçinin yorulmasını hansı emosional faktorlar
şərtləndirir? Sevinc? Məmnunluq? Xeyr! Heç vaxt! Darıxma, inciklik, öz əməyinin
qiymətləndirilməməsi hissi, tələskənlik, həyəcan, narahatlıq – kabinet işçisinin
qüvvəsini eşib heçə endirən, onun soyuqdəyməyə meyilli olmasına şərait
yaradan, onun iş qabiliyyətini aşağı salan və onun evə başağrısı ilə getməsini
şərtləndirən məhz bu emosional faktorlardır. Həqiqətən də, mənfi
emosiyalarımız orqanizmimizin əsəbi gərginliyini doğurduğuna görə biz
yoruluruq.
“Metropoliten Layf” sığorta kompaniyası yorğunluq haqda broşüra buraxıb.
“Ağır iş öz-özlüyündə, – deyilir həmin broşürada, – yaxşı yuxu və dincəlməklə
aradan qaldırıla bilməyən yorğunluğu nadir hallarda doğurur... Narahatlıq,
gərginlik və emosional sarsıntılar – yorğunluğun üç əsas səbəbi bunlardır.
Səbəbin fiziki və ya əqli iş olduğu təsəvvür olunanda günahkar çox vaxt məhz
bunlar olur. Yadda saxlayın ki, gərgin vəziyyətdə olan əzələ heç vaxt dincəlmir.
Dincəlin! Öz enerjinizi mühüm işlər üçün qoruyub saxlayın”.
İndi isə nə etsəniz də, dayanın və öz halınızın yoxlanışını həyata keçirin. Siz
bu sətirləri oxuyarkən qaşqabaqlısınızmı? Gözlərinizin arasında gərginlik hiss
edirsinizmi? Kreslonuzda oturaraq dincəlirsinizmi? Yoxsa belinizi bükmüsünüz?
Sifətinizin əzələləri gərilmişdirmi? Əgər bədəniniz sözə baxmırsa və köhnə əsgi
oyuncaq kimisinizsə, onda siz həmin bu məqamda özünüzdə əsəbi və əzələ
gərginliyi yaradırsınız. Özünüzdə əsəb gərginliyini və əsəb yorğunluğunu özünüz
meydana çıxarırsınız.
downloaded from KitabYurdu.org