Əqli iş prosesində bu gərəksiz gərginlikləri biz nə üçün yaradırıq? Coselin
yazır: “Məncə, əsas maneə... demək olar, ümumun əminliyidir ki, guya ağır iş
gərginlik tələb edir, əks-təqdirdə, bu iş müvəffəqiyyətlə yerinə yetirilə bilməz”.
Buna görə də biz diqqətimizi cəmləyəndə qaşqabaqlıyıq. Biz belimizi bükərək
otururuq. Biz öz əzələlərimizi güc tətbiq etməyə məcbur edirik ki, bu, beynimizin
fəaliyyətində ona heç bir köməklik göstərmir.
Sarsıdıcı və faciəvi həqiqəti etiraf etmək lazım gəlir: dollarlarını boş yerə
xərcləməkdən qorxan milyonlarla adam Sinqapurda yeddi dənizçinin ağılsızlığı
ilə mübarizəyə öz enerjisini boş yerə israf edir.
Belə əsəb yorğunluğu ilə necə mübarizə etməli? Süstləşin! Süstləşin!
Süstləşin! Siz öz işinizi yerinə yetirəndə süstləşməyi öyrənin.
Bu, asandırmı? Xeyr. Siz bütün ömrünüz ərzində formalaşan vərdişlərinizi,
çox güman, dəyişməli olacaqsınız. Amma cəhd etməyinə dəyər, çünki bu, sizin
bütün həyatınızda inqilab həyata keçirə bilər. Uilyam Cess bu barədə yazır:
“Amerikalılara xas olan fövqəlgərginlik, əsəbilik, tələsmək, fövqəlenerjiylə
fəaliyyət göstərmək və özünüifadə etməyə əzablı tələbat... bu, pis vərdişlərdir, nə
az, nə də çox”. Pis vərdişlərdən yaxa qurtarmaq mümkündür, yaxşı vərdişlər isə
yaradıla bilər.
Siz nə cür dincəlirsiniz? Əvvəl beyninizdir dincələn, yoxsa əsəbləriniz? Nə bu,
nə də o birisi. Hər şeydən əvvəl, əzələləriniz dincəlir.
İndi isə bunu etməyə cəhd edək. Biz bu proseduranı, yaxşı olar ki, göz-
lərimizdən başlayaq. Bu abzası axıradək oxuyun, sonra isə arxaya söykənin,
gözlərinizi yumun və fikrinizdə gözlərinizə deyin: “Sakitcə dincəlin, sakitcə
dincəlin, özünüzü gücə salmayın, acıqlı olmayın. Dincəlin, sakitcə dincəlin”. Çox
aramla bu sözləri bir dəqiqə ərzində təkrar edin...
Siz, yəqin, fikir verdiniz ki, bir neçə saniyədən sonra gözlərin əzələləri sizə
tabe olmağa başladı? Hiss elədiniz ki, elə bil kiminsə qayğıkeş əli sizi
gərginlikdən azad etdi? Bu, sizə ağlasığmaz görünəcək, amma siz bir dəqiqə
ərzində süstləşmək sənətinin universal açarını və sirrini tapdınız. Eyni şeyi
çənənizlə, sifətinizin, boynunuzun, çiyinlərinizin və bütün bədəninizin əzələləri
ilə edə bilərsiniz. Lakin hamısından vacib orqan gözdür. Çikaqo Universitetindən
doktor Edmund Cekobson hətta bu fikri söyləməyə cürət etmişdir ki, əgər siz
gözlərinizin əzələlərini tamamilə süstləşdirməyi bacarırsınızsa, onda özünüzün
bütün dərdi-sərinizi unuda bilərsiniz. Əsəb gərginliyinin aradan qaldırılmasında
gözlərin rolu ona görə vacibdir ki, gözlər orqanizmimizin özünə hopdurduğu
enerjinin dörddəbirinə qədərini sərf edir. Məhz buna görədir ki, tamamilə
normal görmə qabiliyyəti olan belə çox adam astenopiyadan
84
əziyyət çəkir.
Onlar özləri gözlərini həddən artıq gücə salırlar.
Məşhur roman yazıçısı xanım Vikki Baum uşaq vaxtlarında ona həyatının ən
vacib dərslərindən birini vermiş qoca ilə necə rastlaşdığını danışır. Bir dəfə o
yıxılmışdı, dizləri əzilmişdi və biləyi zədələnmişdi. Qoca onu ayağa qaldırdı. Bir
vaxtlar o, sirkdə kloun idi və onun paltarını çırpa-çırpa dedi: “Sən ona görə ziyan
çəkdin ki, özünü süstləşdirməyi bacarmırsan. Təsəvvür elə ki, sənin bədənin
corab, köhnə geyilmiş corab kimidir. Gedək, bunları necə etmək lazım olduğunu
sənə göstərim”.
downloaded from KitabYurdu.org
Qoca Vikki Bauma və başqa uşaqlara necə yıxılmaq, salto-mortale etmək və
dombalaq aşmaq lazım olduğunu göstərdi. Və o, hər dəfə təkrar edirdi: “Təsəvvür
et ki, sən köhnə geyilmiş corabsan. Onda sən mütləq dincəlməlisən!”
Siz iş arasında, demək olar, həmişə, harada olmağınızdan asılı olmayaraq,
mütləq dincəlməlisiniz. Dincəlmək – hər cür gərginliyin yoxluğu və özünü
qətiyyən gücə salmamaq deməkdir. Nə isə xoş bir şey və bir də dincəlmək
haqqında fikirləşin. Əvvəl qoy gözlərinizin və sifətinizin əzələləri süstləşsin.
“Sakitcə dincəlin... Sakitcə dincəlin... Sakitcə dincəlin və süstləşin”. Enerjinin sifə-
tinizin əzələlərindən bədəninizin mərkəzinə doğru necə yönəldiyini hiss edin.
Özünüzü hər cür gərginlikdən körpə kimi azad təsəvvür edin.
Möhtəşəm müğənni-soprano xanım Qalli-Kurçi özünü məhz belə aparırdı.
Xanım Elen Cepson mənə danışırdı ki, ona Qalli-Kurçini tamaşadan əvvəl görmək
dəfələrlə nəsib olmuşdu. O, stulda oturub bütün əzələlərini tamamilə
süstləşdirirdi. Alt çənə elə bir dərəcədə süstləşirdi ki, hərfi mənada, sallanırdı. Bu
çox gözəl vərdiş ona səhnəyə çıxmazdan əvvəl həddən artıq əsəbiləşməməyə
imkan verirdi; o, yorğunluğunu qabaqlayırdı.
Budur, sizə süstləşməyə kömək edəcək beş məsləhət:
1. Bu predmet üzrə yazılmış ən yaxşı kitablardan birini oxuyun: “Əsəb
gərginliyindən azad olmaq”. Müəllifi doktor Devid Harold Finkdir.
2. Nə vaxt mümkündürsə, süstləşin. Qoy bədəniniz köhnə corab kimi
sözəbaxan olsun. İşləməyə başlayarkən mən stolun üstünə tünd-qırmızı rəngli
köhnə corab qoyuram. Bu corab nə qədər süst olmalı olduğumu yadıma salır.
Əgər sizdə corab yoxdursa, pişik də yarayar. Siz günəşin altında mürgüləyən
pişik balasını nə vaxtsa əlinizə götürmüsünüz? Yəqin, diqqət yetirmisiniz ki,
onun başı və quyruğu islanmış qəzet kimi sallanır. Hindistanda hətta yoqalar da
süstləşmək sənətini mənimsəmək istəyənlərə pişiyi təqlid etməyi məsləhət
görürlər. Mən heç vaxt yorulmuş pişik, əsəb pozuntusu olan pişik və ya
yuxusuzluqdan əziyyət çəkən pişik görməmişəm. Pişiyi həyəcanlar didib
dağıtmır və mədə xorası onu hədələmir. Siz də əgər pişik kimi özünüzü
süstləşdirməyi öyrənsəniz, özünüzü bu bəlalardan hifz edə bilərsiniz.
3. Var gücünüzlə işləyin, lakin bircə rahat vəziyyət tapın. Yadda saxlayın ki,
bədənin gərginliyi çiyinlərdə ağrı və əsəbi yorğunluq doğurur.
4. Özünüzə gündə dörd və ya beş dəfə nəzarət edin və özünüzə deyin: “Mən
işimi yerinə yetirərkən həddən artıq güc sərf etmirəmmi? İşimə heç bir aidiyyəti
olmayan əzələlərimi gücə salmırammı?” Bu, süstləşmək vərdişini yaratmağa sizə
kömək edər. Devid Harold Finkin yazdığı kimi: “Psixologiyanı hər şeydən yaxşı
bilən adamların arasında bu vərdiş geniş yayılmışdır”.
5. Özünüzə bu sualı verməklə günün axırında özünüzü bir daha yoxlayın:
“Mən nə qədər yorulmuşam? Əgər mən yorulmuşamsa, bu, əqli işdən yox, onun
yerinə yetirilməsi üsuluna görədir”. “Mən gün ərzində nə dərəcədə məhsuldar
işlədiyimi, – Deniel U.Cosselin yazır, – nə qədər yorulduğum ilə yox, nə qədər az
yorulduğum əsasında qiymətləndirirəm”. Ardınca o deyir: “Özümü günün
axırında xüsusilə yorğun hiss edəndə və ya hər şeydən hirslənməyim əsəblərimin
yorulduğuna dəlalət edəndə mən heç bir şübhə etmədən bilirəm ki, həmin gün
həm kəmiyyət, həm də keyfiyyət baxımından qeyri-effektiv işləmişəm”. Əgər hər
bir adam bu dərsi mənimsəmiş olarsa, onda hipertoniyadan ölənlərin sayı dərhal
downloaded from KitabYurdu.org