Pasientlərin öz həyəcanları barədə hekayətləri – Boston xəstəxanası
nəzdindəki kurslarda tətbiq edilən əsas terapevtik metodlardan biridir. Lakin
bəzi ideyalar da var ki, biz onları bu kurslardan əxz etmişik və əgər siz evdar
qadınsınızsa, bunları öz evinizdə tətbiq edə bilərsiniz.
1. “Ruhlandırıcı” mütaliə üçün dəftər və ya qeyd kitabı aparın. Bura
zövqünüzü oxşayan və əhvali-ruhiyyənizi yaxşılaşdıran şeirlərin və sitatların
hamısını yapışdıra bilərsiniz. Əgər bir yağışlı gündə sizi qəm-qüssə bürüyərsə
siz, ola bilsin, bu dəftərdə tutqun fikirləri dağıtmaq üçün resept tapa biləcəksiniz.
Boston xəstəxanasının pasient xanımlarının bir çoxu bu cür dəftərləri illərlə
aparır. Onlar deyirlər ki, bu, onların psixi halına “tonuslaşdırıcı iynə” kimi təsir
göstərir.
2. Başqalarının çatışmazlıqları barədə çox fikirləşməyin! Ərinizin
çatışmazlıqları, sözsüz ki, vardır. Əgər o, müqəddəs olsaydı, onda heç vaxt sizinlə
evlənməzdi. Belədir? Tədricən qəzəbli deyingənə çevrilmiş, sifətində əldən
düşdüyü ifadə olunmuş bir xanım dinləyicinin kurslarda sözünü bir dəfə qəfildən
bu sualla kəsirlər: “Əriniz ölsəydi, nə edərdiniz?” Bu fikir onu elə sarsıtdı ki,
yerinə oturdu və dərhal ərinin üstün cəhətlərindən ibarət siyahı tutdu. Bəlli oldu
ki, bunlar heç də az deyilmiş. Əgər birdən ağlınıza gələrsə ki, simic tirana ərə
getmisiniz, niyə də bu qadının nümunəsini təkrar etməyəsiniz? Ərinizin üstün
cəhətlərinin siyahısını oxuyarkən, ola bilsin, aşkar edəcəksiniz ki, o elə sizin
görüşmək istədiyiniz adamdır!
3. Öz qonşularınıza maraq göstərin! Sizinlə eyni bir küçədə yaşayan
adamlara münasibətdə özünüzdə dostcanlı, sağlam maraq formalaşdırın.
Kurslarda özünü elə bir dərəcədə “istisnasız” hesab edən xanım pasient var idi ki,
onun dostları yox idi. Məşğələlərdə ona rastlaşdığı birinci adam barədə hekayə
yazmaq təklif olundu. Tramvayda getdiyi zaman o, gördüyü adamların
tərcümeyi-hallarını və həyat şəraitləriylə əlaqədar hekayələr fikirləşməyə
başladı. O, onların həyatının necə cərəyan etdiyini təsəvvür eləməyə çalışırdı.
İndi həmin qadın harada olsa belə, insanlarla söhbətə başlayır və artıq xoşbəxt,
ünsiyyətcil və mehriban, öz “əzablarından” canını qurtarmış adam olub.
4. Yatmağa getməzdən əvvəl növbəti gün üçün plan tərtib edin. Kurslarda
keçirilən məşğələlərdə aşkar olundu ki, həyat yoldaşlarının bir çoxu – özlərini ev
işlərinin və boynuna düşən vəzifələrin sonu olmayan dairəsində duyduqlarına
görə – özlərini küncə qısnanmış və əsəbləri pozulmuş kimi hiss edirlər. Onlar
evin işlərini heç vaxt görüb qurtara bilmirlər. Onların vaxtı həmişə çatışmır.
Daim tələsmək və narahat olmaqdan yaxa qurtarmaq üçün onlara hər axşam
növbəti gün üçün plan tərtib etmək məsləhət görülürdü.
Və nə baş verdi? Onlar daha çox iş görə bilir, daha az yorulurdular. Onlar öz
əməklərinə görə qürur və məmnunluq hissi qazandılar. Onların dincəlmək və
özlərinə qulluq etmək üçün vaxtları peyda oldu.
(Hər bir qadın öz görkəmiylə məşğul olmaq üçün gün ərzində vaxt tap-
malıdır. Şəxsən mənə belə gəlir ki, qadın gözəl göründüyünü biləndə o
əsəbiləşməyə də son qoyur).
5. Və nəhayət, gərginlikdən və yorğunluqdan qaçın. Özünüzü süstləşdirin!
Özünüzü süstləşdirin! Gərginlik və yorğunluq qədər başqa heç nə insanı
vaxtından əvvəl qocaltmır. Cavanlığınızı və gözəlliyinizi yorğunluq qədər başqa
downloaded from KitabYurdu.org
heç nə dağıtmır! Boston xəstəxanasında fikirlər üzərində nəzarət üzrə kursların
məşğələlərində kursların rəhbəri professor Pol E.Conson bir çox prinsiplər, bizim
əvvəlki fəsildə haqqında artıq danışdığımız – özünü süstləşdirmək qaydaları
haqda danışanda assistentim bütöv bir saat sinifdə oturmuşdu. Assistentim
həmin süstləşdirici məşqləri başqaları ilə birlikdə on dəqiqə yerinə yetirəndən
sonra öz stulunda dik oturduğu vəziyyətdə, demək olar, yuxuya getmişdi. Fiziki
süstləşməyə niyə belə böyük diqqət ayrılır? Ona görə ki Boston xəstəxanasının
həkimləri – elə başqa həkimlər kimi – bilirlər ki, pasientləri narahatlıq pris-
tupundan müalicə etmək üçün onlara özlərini süstləşdirməyi öyrətmək lazımdır.
Gerçəklikdə də, əgər siz evdar qadınsınızsa, süstləşməlisiniz. Sizin bir böyük
üstünlüyünüz var: siz istənilən məqamda uzana bilərsiniz. Siz hətta döşəmənin
üstündə də uzana bilərsiniz! Nə qədər qəribə olsa da, yaxşı möhkəm döşəmə
süstləşdirici məşqlər üçün yaylı döşəkli çarpayıdan qat-qat çox yarayır. Döşəmə
daha çox müqavimət göstərir. Bu, fəqərə sütunu üçün faydalıdır. İndi isə, budur,
sizin evdə yerinə yetirə biləcəyiniz bir neçə məşq. Onları heç olmasa bir həftə
yerinə yetirməyə cəhd edin və əhvali-ruhiyyənizin və xarici görüşünüzün necə
yaxşılaşacağını görəcəksiniz.
a. Yorğunluq hiss edən kimi üzü üstə döşəməyə uzanın. Bütün gücünüzlə
dartının, əgər istəyirsinizsə, bir böyrünüzdən o birinə yumalanın. Bunu gündə iki
dəfə edin.
b. Gözlərinizi yumun. Siz professor Consonun məsləhət elədiyi kimi, nə isə
buna oxşar sözlər deyə bilərsiniz: “Göydə günəş gur işıq saçır. Mənim üzərimdə
parıltılı mavi göydür. Təbiət sakitdir və o, dünyanı idarə edir. Mən isə təbiətin
övladı olaraq kainatla harmoniya halındayam”.
c. Bəlkə sobada ət qızartdığınıza görə uzanmaq imkanınız yoxdur? Nə etmək,
stula əyləşsəniz də, demək olar, eyni effekt əldə oluna bilər. Düz söykənəcəyi
olan bərk stul süstləşmək üçün hər şeydən yaxşı yarayır. Oturan halda yonulmuş
qədim Misir heykəli kimi dik oturun, əllərinizi isə ovucları aşağı vəziyyətdə
ombanızın üst hissəsinə söykəyin.
d. İndi ayaq barmaqlarınızı yavaş-yavaş gərin – sonra onları boşaldın.
Ayaqların əzələlərini gərin – sonra onları boşaldın. Bunu yavaş-yavaş yuxarı
qalxaraq, boynunuza çatana qədər bədəninizin bütün əzələləri ilə edin. Ardınca
yavaş-yavaş başınızla fırlanma hərəkətini edin, sanki o, futbol topudur. Öz
əzələlərinizə təkrar-təkrar deyin (əvvəlki fəsildə olduğu kimi) “Sakitcə dincəlin...
Sakitcə dincəlin...”
e. Öz əsəblərinizi aramlı rəvan nəfəs almaqla sakitləşdirin. Dərindən nəfəs
alın. Hindistan yoqaları haqlı idilər: ritmik tənəffüs – əsəbləri sakitləşdirmək
üçün nə vaxtsa kəşf olunmuş ən yaxşı metodlardan biridir.
f. Sifətinizdəki qırışlar və büküklər haqda fikirləşin və onların hamısını
hamarlayın. Qaşqabaq tökəndə qaşlarınızın arasında yaranan bükükləri,
həmçinin də ağzınızın künclərindəki bükükləri hamarlayın. Bunu gündə iki dəfə
etsəniz, masaj almaq üçün gözəllik salonuna getməyinizə ehtiyac olmayacaq.
Ruhi vəziyyətinizin yaxşılaşması, ola bilsin, görkəminizi də yaxşılaşdıracaqdır.
İyirmi beşinci fəsil
downloaded from KitabYurdu.org