fikirləşir və öz günümü daha yaxşı planlaşdırıram, elə planlaşdırıram ki, işləri
onların vacibliyi ardıcıllığı ilə görüm”.
Amerikanın ən çox uğur qazanan sığorta agentlərindən biri, Franklin Bettcer
öz gününü planlaşdırmaq üçün səhər saat beşə qədər gözləmir. O, bunu sabahkı
gündən əvvəl axşam vaxtında edir: öz qarşısına müəyyən məqsəd qoyur –
növbəti gün müəyyən sayda sığorta polisi satmaq. Planını tam şəkildə yerinə
yetirmək ona müyəssər olmursa, satılmayan polisləri növbəti gün satmalı olduğu
polislərin üzərinə əlavə edir və ilaxir.
Çoxillik təcrübəm əsasında bilirəm ki, işləri onların vacibliyi ardıcıllığı ilə
həll etmək həmişə müyəssər olmur, lakin həm də bunu bilirəm ki, işləri görə-
görə improvizə etməklə müqayisədə işlərin növbəliliyinin heç olmasa təqribi
planlaşdırılması sonsuz qədər daha faydalıdır.
Əgər Corc Bernard Şou möhkəm qaydaya – ilk növbədə ən vacib işləri
görmək qaydasına əməl etməsəydi, o, ola bilsin, yazıçı ola bilməz və ömürlük
bank xəzinədarı qalardı. Onun planına uyğun olaraq, hər gün beş səhifə yazmaq
tələb olunurdu. Bu plan və qarşısına qoyduğu vəzifənin yerinə yetirilməsində
inadkarlığı onu xilas etdi. Bu plan onu ruhlandırdı: işıq ucu görünməyən doqquz
il ərzində hər gün, heç nəyə baxmayaraq, beş səhifə yazmaq. Hərçənd o, bu
doqquz il ərzində cəmi otuz dollar qazanmışdı – hər gününə təqribən bir penni.
Yaxşı əmək vərdişi – № 3: Qarşınızda problem meydana çıxanda, əgər qərar
qəbul etmək üçün sərəncamınızda zəruri faktlar varsa, onu dərhal həll edin. Həlli
təxirə salmayın.
Keçmiş dinləyicilərimdən biri, mərhum H.P.Hauell mənə danışmışdı ki, o,
“Y.S.Stil” poladtökmə kompaniyasının idarə heyətinin üzvü olanda idarə
heyətinin iclasları tez-tez uzanırdı. İclaslarda çoxlu problem müzakirə olunur və
az qərar qəbul edilirdi. Nəticədə idarə heyətinin üzvləri hər gün evə bir qalaq
sənəd aparmalı olurdular ki, onları öyrənə bilsinlər.
Əvvəl-axır cənab Hauell idarə heyətinin üzvlərini hər dəfə yalnız bir
problemi nəzərdən keçirməyə və onu həll etməyə inandıra bildi. Hər hansı bir
problemlə bağlı həll əlavə faktların axtarışından asılı ola bilərdi; hansısa
hərəkətlər nəzərdə tutula və ya ümumiyyətlə, heç bir tədbir görülməyə bilərdi.
Lakin növbəti problem ondan əvvəlki həll olunmadan nəzərdən keçirilmirdi.
cənab Houell danışırdı ki, nəticələr heyrətamiz və məhsuldar idi: iclasın
gündəliyi baxılıb başa çatdırılırdı. Yubadılmış işlər yox idi. İdarə heyətinin üzvləri
evə qucaq-qucaq sənəd aparmırdılar. Və idarə heyətinin üzvləri həll olunmayan
problemlərə görə onları təqib edən narahatlıq hissindən azad oldular.
Bu yalnız “Y.S.Stil” kompaniyasının idarə heyəti üçün yox, həm də sizin və
mənim üçün yaxşı qaydadır.
Yaxşı əmək vərdişi – № 4: İşi təşkil etməyi, məsuliyyəti başqasına ötürməyi
və nəzarəti həyata keçirməyi öyrənin.
İşgüzar adamların bir çoxu özlərini vaxtından əvvəl məzara ona görə çatdırır
ki, vəzifələri başqalarına ötürməyi eləcə öyrənə bilməyib, özləri hər şeyi etməyə
can atırlar. Nəticə? Adam xırdalıqların içində itib-batır, dolaşıqlıq yaranır. Onu
daima tələsmək hissi, narahatlıq, həyəcan və gərginlik bürüyür. Vəzifələri və
məsuliyyəti ötürmək çətindir, mən bunu bilirəm. Mənim üçün bu, açıq-aşkar
çətindir, dəhşətli dərəcədə çətindir. Öz təcrübəmdən həm də bunu bilirəm ki,
downloaded from KitabYurdu.org
məsuliyyəti bu iş üçün yaramayan adama ötürməklə nə kimi fəlakətlər baş verə
bilər. Lakin məsuliyyəti başqa adama ötürmək nə qədər çətin olsa da, inzibatçı
bunu etməlidir, əgər o, narahatlıqdan, gərginlikdən və yorğunluqdan qaçmaq
istəyirsə.
İri müəssisə yaradan və onun fəaliyyətini təşkil etməyi, məsuliyyəti ötürməyi
və nəzarəti həyata keçirməyi öyrənməyən adam əlli-altmış beş yaşlarında
gərginlik və narahatlığın doğurduğu hansısa ürək xəstəliyi qazanır, adətən.
Konkret nümunə lazımdır? Yerli qəzetinizdə verilən başsağlıqlarını oxuyun.
İyirmi altıncı fəsil
Yorğunluq, narahatlıq və
incikliyi doğuran darıxmaq hissini
necə aradan qaldırmalı
Yorğunluğun əsas səbəblərindən biri darıxmaqdır. Bunu sizin küçənizdə
yaşayan Alisanın nümunəsində aydınlaşdırmaq olar. Alisa bir dəfə işdən evə
tamamilə əldən düşmüş halda qayıtmışdı. Belə görünürdü ki, o, yorğunluqdan
heç ayaq üstə dayana bilmir. Və Alisa, həqiqətən də, yorğun idi. Onun başı
ağrıyırdı. Beli ağrıyırdı. Onun bircə arzusu var idi: şam yeməyini gözləmədən
uzanıb yatmaq. Anası ona yalvarırdı... Alisa stolun arxasına əyləşdi. Birdən
telefon zəng çaldı. Zəng edən onun dostu idi. Rəqs meydançasına getməyə dəvət
edirdi. Alisanın gözləri parladı. Onun əhvali-ruhiyyəsi dərhal yüksəldi. O qaçaraq
yuxarı, öz otağına qalxdı, ecazkar mavi paltarını geyindi və səhər saat üçə qədər
rəqs etdi; o, evə qayıdanda isə qətiyyən əldən düşmüş kimi görünmürdü. O,
sevincdən elə cuşa gəlmişdi ki, heç yuxuya da gedə bilmirdi. Səkkiz saat əvvəl
Alisa əldən düşmüş kimi görünəndə və özünü müvafiq surətdə aparanda o,
həqiqətənmi, yorğun idi? Şübhəsiz. Alisa ona görə həqiqətən əldən düşmüşdü ki,
iş, ola da bilsin, həyat onu darıxdırıb. Belə Alisalar milyonlarladır. Ola bilsin, siz
də onlardan birisiniz.
Hamı bilir ki, bizim emosional əhvali-ruhiyyəmizi fiziki gərginlikdən çox
yorğunluq doğurur. Bir neçə il əvvəl Cozef E.Barmak “Psixoloji arxivlər”
jurnalında özünün keçirdiyi, darıxmanın yorğunluğu necə doğurduğunu göstərən
bəzi eksperimentləriylə bağlı hesabat dərc etdirmişdi. Doktor Barmak bir qrup
tələbəyə bir sıra testi yerinə yetirməyi təklif etmişdi ki, həmin testlər tələbələri
maraqlandıra bilməzdi – bunu doktor Barmak özü də bilirdi. Nəticə? Tələbələr
yorğunluq və yuxusuzluqdan, başağrısından və gözlərinin yorulduğundan
şikayət etməyə başladılar, əsəbi oldular. Bəzilərində hətta mədə pozuntusu da
müşahidə olunurdu. Bütün bunlar “təxəyyülün işi” idi? Xeyr. Həmin tələbələrin
metabolizmi tədqiq olunmuşdu. Nəticələr göstərdi ki, adam darıxanda
orqanizmdə qanın təzyiqi və qanın oksigen təminatı, həqiqətən də, aşağı düşür.
Lakin adam işə maraq hiss edən və ondan həzz almağa başlayan kimi orqanizm-
də bütün maddələr mübadiləsi ani olaraq yaxşılaşır.
Maraqlı və əyləncəli nə iləsə məşğul olanda biz nadir hallarda yoruluruq.
Məsələn, bu yaxınlarda mən Kanadada, Qayalıq Dağlarda Luiz gölünün
yaxınlığında dincəlirdim. Bir neçə gün Korral-Krik bulağında alabalıq (forel)
tuturdum. Boyumdan hündür kol-kosluqdan keçməli, yıxılmış ağacların
gövdələrini adlamalı olurdum və bununla belə, səkkiz saatlıq səyahətdən sonra
yorulmurdum. Nə üçün? Ona görə ki yaxşı əhvali-ruhiyyədə idim, günümü yaxşı
downloaded from KitabYurdu.org