mənimlə əlaqədar heç bir plan qurmur, çünki bilir ki, mən hər şənbə günü
axşamın bir hissəsini özünüanalizə, həftə ərzində etdiklərimin icmalına və
qiymətləndirilməsinə həsr edirəm. Nahar yeməyindən sonra öz otağıma
çəkilirəm, öz kitabımı açıram və ötən həftə ərzində baş vermiş görüşlərin,
diskussiyaların, iclasların hamısı üzərində düşünürəm.
Öz-özümdən soruşuram: “Bu müddət ərzində mən hansı səhvlərə yol
vermişəm? Mənim etdiklərimdən hansı düzgündür? Nəyi daha yaxşı və nə cür
etmək olar? Mən bundan nə kimi dərs hasil edə bilərəm?”
Hər həftə edilən bu icmal məni tez-tez naümid hala salırdı. Necə kobud
səhvlərə yol verdiyim məni neçə dəfə sarsıntı keçirməyə vadar etmişdi. Əlbəttə,
illər ötdükcə səhvlərə daha az rast gəlirdim. İndi də bəzən bu cür icmaldan sonra
mən özümü kötəkləməyə meyilli oluram. Bu, illər uzunu həyata keçirdiyim
özünüanaliz və özünütərbiyə sistemi mənə sınaqdan çıxardığım digər hər hansı
metoddan qat-qat çox fayda verib. O, mənim qabiliyyətlərimin inkişaf etməsinə
və düzgün qərarlar qəbul etməyimə şərait yaratdı, mənim insanlarla ünsiyyət
qurmağıma fövqəladə dərəcədə köməklik göstərdi.
“Mən onu nə qədər yüksək qiymətləndirmiş olsam da, həmin qiymət onun
üçün çox da yüksək olmayacaqdır”.
Kitabda müzakirə olunan, özünüzün tətbiq etdiyiniz prinsiplərin sınaqdan
çıxarılması üçün bu sistemdən niyə də istifadə etməyəsiniz? Bu cür hərəkət
etməklə siz iki dəfə udmuş olardınız.
Birincisi, siz aşkar edəcəksiniz ki, maraqlı olduğu kimi, həm də faydalı olan
özünütərbiyə prosesinə aludə olmusunuz.
İkincisi, siz əmin olacaqsınız ki, insanlarla münasibət qurmaq və onu davam
etdirmək qabiliyyətiniz həmişəyaşıl dəfnə ağacı kimi sürətlə böyüməyə və inkişaf
etməyə başlayır.
9. Bu kitabın axırında siz gündəlik tapacaqsınız ki, həmin prinsiplərin tətbiq
olunmasında öz triumflarınızı bura qeyd etmək lazımdır. Konkret olun, adları,
tarixləri, nəticələri göstərin. Bu cür qeydlərin aparılması sizi daha işgüzar olmağa
ruhlandıracaqdır. Üstündən illər ötəndən sonra siz təsadüfən onlarla rastlaşanda
həmin qeydlər sizə nə qədər kövrək görünəcək!
Beləliklə, bu kitabdan fayda qazanmaq üçün:
1. İnsanlarla münasibət qurmaq prinsiplərinə yiyələnməyə özünüzdə dərin
kök salmış əməli istəyi inkişaf etdirin.
2. Hər bir fəsli növbətisinə keçməzdən əvvəl təkrarən oxuyun.
3. Verilən məsləhətlərin hər birini necə tətbiq edə biləcəyinizi özünüzdən
soruşmaq üçün mütaliə prosesində fasilə verin.
4. Əhəmiyyətli görünən hər bir fikrin altından xətt çəkin.
5. Hər ay bu kitabı yenidən nəzərdən keçirin.
6. Bu prinsipləri hər bir əlverişli halda tətbiq edin. Kitabdan öz
problemlərinizin həll edilməsi üçün işçi məlumat kitabçası kimi istifadə edin.
7. Yaxınlarınızdan kiməsə, sizi bu prinsiplərin pozulmasında da, siz ona kiçik
pul mükafatı təklif etməklə, özünüzü öyrətmək prosesini canlı oyuna çevirin.
8. Müvəffəq olduğunuz nailiyyətləri hər həftə yazın. Hansı səhvlərə yol
verdiyinizi, nədə tərəqqiyə nail olduğunuzu, bundan gələcək üçün nə kimi dərs
ala biləcəyinizi özünüzdən soruşun.
downloaded from KitabYurdu.org
9. Haqqında danışılan prinsipləri necə və nə vaxt tətbiq etdiyinizi
göstərməklə gündəlik aparın.
4 Poqonda dörd ulduz – bu, ABŞ ordusunda generalın fərqlənmə nişanıdır.
I Hissə
ADAMLARLA YAXINLAŞMANIN ƏSAS FƏNDLƏRİ
Birinci fəsil
Əgər siz balı çıxarmaq istəyirsinizsə, pətəyi yıxmayın
1931-ci il mayın 7-də mən Nyu-Yorkda qoca şəhərin nə vaxtsa gördüyü ən
sensasion adam ovunun şahidi oldum. Bir neçə həftə çəkən təqiblərdən sonra
qanqster və qatil (yeri gəlmişkən, nə içən, nə də çəkən) Kroulinin – “İki naqan”ın
izinə düşmək mümkün olmuş və o, öz məşuqəsinin mənzilində “qamarlanmışdı”.
Yüz əlli polis və detektiv onun üst mərtəbədəki sığınacağını mühasirəyə
almışdı. Onlar damda deşik açaraq “kopnilleri” gözyaşardıcı qazla boğub
çıxarmağa cəhd etdilər. Sonra isə qonşuluqdakı binaların damında pulemyotlar
qoydular və Nyu-Yorkun ən gözəl kvartallarından birində bir saatdan çox
tapança və pulemyot səsindən qulaq tutulurdu. Krouli çevrilmiş kreslonun
arxasında büzüşərək fasiləsiz cavab atəşi yağdırırdı. On min həyəcanlı tamaşaçı
ovun gedişini izləyirdi. Nyu-Yorkun küçələri əvvəllər buna tay olan “tamaşa”
görməmişdi.
Krouli ələ keçiriləndə polis komissarı Melnuey mətbuat nümayəndələrinə
bildirdi ki, dəlisov “İki naqan” Nyu-Yorkun ən təhlükəli cinayətkarı idi. Komissar
deyirdi: “O, bir burum tütünə görə də adam öldürər”.
Bəs Krouli özünü necə qiymətləndirirdi? Polis onun sığınacağını gülləbaran
etdiyi vaxt o, “bunun kimlərə dəxli varsa, onlara” ünvanlanan məktub yazırdı. Və
onun yarasından axan qan kağızın üzərində al iz qoymuşdu.
Həmin məktubda Krouli yazırdı: “Mənim pencəyimin altında yorğun, ancaq
mərhəmətli, heç kimə pislik etməyəcək bir ürək vardır”.
Bundan bir müddət əvvəl Krouliyə Lonq-Aylenddən gələn qəsəbə yolunun
üstündə sevgi görüşü təyin olunmuşdu. Gözlənilmədən onun maşınına bir
polismen yaxınlaşdı və dedi: “Sürücülük vəsiqənizi göstərin”. Heç bir söz
demədən Krouli naqanı çıxartdı və polisi güllə yağışı ilə yerə sərdi. O yıxılandan
sonra Krouli maşından atılıb çıxdı və can verən polisin revolverini qaparaq
sərələnmiş bədənə bir güllə də vurdu. Və budur, həmin qatil deyir: “Mənim
pencəyimin altında yorğun, ancaq mərhəmətli, heç kimə pislik etməyəcək bir
ürək vardır”.
downloaded from KitabYurdu.org
Krouli elektrik stulunda ölüm cəzasına məhkum olundu. O, Sinq-Sinq
həbsxanasının ölüm hökmü kəsilmişlər üçün kamerasına daxil olanda
deməmişdi: “Adamları öldürdüyümə görə aldığım bax bu oldu”. Xeyr, o dedi:
“Adamları müdafiə etdiyimə görə aldığım bax bu oldu”.
Bu əhvalatda əlamətdar olan odur ki, “İki naqan” – Krouli özünü günahsız
adam hesab edirdi. Bu cür özünəqiymət cinayətkarlar arasında qeyri-adidirmi?
Əgər siz bunun məhz belə olduğunu hesab etməyə meyillisinizsə, bir aşağıda
göstərilən faktlarla da tanış olun:
“Mən həyatımın ən yaxşı illərini insanlara alovlandırıcı ləzzətlər verməyə və
onların öz vaxtlarını xoş keçirmələrinə kömək etməyə sərf etdim; bunun
müqabilində aldığım nə varsa – bu, küncə qısnanmış adamın məruz qaldığı
təhqirlərdir”. Bunu deyən Al-Kaponedir. Bəli, həmin o Al-Kapone, nə vaxtsa
Çikaqonu terror etmiş ən qatı cinayətkar, Amerika cəmiyyətinin 1 nömrəli
düşməni
5
. O, özünü mühakimə etmir. O, həqiqətən də, özünə xeyirxah –
cəmiyyətin düzgün qiymətləndirilməyən və başa düşülməyən xeyirxahı kimi
baxır.
Eyni şeyləri Nyu-Yorkda qanqsterlərin güllələri altında büküləndən bir
müddət əvvəl “Alman” – Şults da demişdi. “Alman” – Şults (Nyu-Yorkun ən
məşhur “siçovullarından” biri) qəzet üçün verdiyi müsahibədə birbaşa bəyan
edirdi ki, o, cəmiyyətin xeyirxahıdır. Və o, buna inanırdı.
Mənim Sinq-Sinq həbsxanasının rəisi ilə bu mövzuda maraqlı yazışmam
olmuşdu. O bildirirdi ki, Sinq-Sinqdəki cinayətkarların çox azı özünü pis adam
hesab edir. Onlar – eynilə bizim və sizin kimi adamlardır və eynilə bu cür də
mülahizə yürüdür və öz hərəkətlərini izah edirlər. Onlar seyfi nə üçün qırmalı və
ya tətiyi sıxmalı olduqlarını sizə müsbət izah edə bilərlər. Onların əksəriyyəti
dolaşıq və ya məntiqli arqumentlərin köməyi ilə öz antiictimai hərəkətlərinə
hətta öz gözlərində də haqq qazandıra, bu minvalla da möhkəm əminlik
qənaətinə gələ bilərlər ki, onları, ümumiyyətlə, heç həbsxanaya salmaq da lazım
deyilmiş.
Əgər Al-Kapone, “İki naqan” – Krouli, “Alman” – Şults və həbsxana divarları
arxasında olan digər mahnısı oxunmuş centlmenlər özlərini heç nədə mühakimə
etmirlərsə, onda hər gün ünsiyyətdə olduğumuz adamlar haqqında nə demək
olar?!
Mərhum Con Uenmayker bir dəfə etiraf etmişdi: “Otuz il əvvəl mən başa
düşdüm ki, söz güləşdirmək, ən azı, axmaqlıqdır. Başa düşdüm ki, Tanrının
zəkanı hamı arasında bərabər bölüşdürməyi lazım bilmədiyi ilə əlaqədar narahat
olmaqdansa, öz məhdudluğumun adlanması ilə bağlı narahat olmaq lazımdır”.
Uenmayker bu dərsi erkən dərk etmişdi. Şəxsən mən özüm Uenmaykerin nə
dərəcədə haqlı və ya haqsız olduğundan asılı olmayaraq, insanın yüz hadisədən
99-da özünü heç nədə günahkar bilmədiyi həqiqəti qarşımda açılana qədər, bu
dünyanın cəngəlliyində axtara-axtara bütöv bir qərinə ərzində getməli oldum.
Tənqid faydasızdır, çünki insanı müdafiə olunan mövqeyinə gətirir və onu
özünə haqq qazandıran yollar axtarmağa sövq edir. Tənqid təhlükəlidir, çünki o,
insan üçün qiymətli olan şəxsi ləyaqət hissini yaralayır, insanın öz əhəmiyyəti
haqqında təsəvvürlərinə zərbə endirir, onda inciklik və narazılıq hissini
qıcıqlandırır.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |