Köhnə alman ordusunda əsgərə şikayətə səbəb olan hadisədən dərhal sonra
şikayət etməyə icazə verilmirdi. O, ilk inciklik hissini cilovlamalı, onu “yatırtmalı”
və ya “soyutmalı” idi. Əgər o, şikayəti dərhal, hadisə baş verən gün verərdisə, onu
cəzalandırırdılar. Gündəlik həyatda da deyingən valideynlər, giley-güzarlı həyat
yoldaşları, söyüşkən sahibkarlar və başqalarının səhvlərini axtarmağın aşiqi
olan, tab gətirmək mümkün olmayan həvəskarların bütöv ordusu üçün də bu cür
qanun olmalıdır.
Tarixin səhifələrində siz həddən ziyadə ciddi tənqidin faydasız olduğuna
minlərlə nümunə taparsınız. Məsələn, götürün Teodor Ruzvelt və prezident Taft
arasındakı incikliyi. O incikliyi ki, ona görə Respublikaçılar Partiyasında
parçalanma baş verdi və Ağ Evə Vudro Vilson daxil oldu, Dünya müharibəsinə isə
tarixin axarını dəyişmiş olan parlaq mərdlik səhifəsi yazıldı. Hadisələrə ötəri bir
nəzər salaq.
Teodor Ruzvelt 1908-ci ildə Ağ Evi tərk edərkən Taftı prezident etdi, özü isə
Afrikaya şir ovuna yollandı. O qayıdanda isə onun qəzəbinin sərhədi yox idi. O,
Taftı mühafizəkarlıqda ittiham elədi və öz namizədliyini (üçüncü müddətə)
təmin etməyə çalışdı. T.Ruzvelt Öküzlər və Sığınlar Partiyasını
6
yaratdı və
bununla da Respublikaçılar Partiyasını, demək olar, dağıtdı. Nəticədə axırıncı
seçkilərdə Uilyam Qodfri Taft və Respublikaçılar Partiyası yalnız iki: Vermont və
Yuta ştatlarında irəli çıxa bildilər. Bu, qoca partiyanın öz tarixi ərzində ən
sarsıdıcı məğlubiyyəti idi.
Teodor Ruzvelt Taftı ittiham etdi, bəs prezident Taft özünü ittiham etdimi?
Əlbəttə, yox. Gözləri yaşla dolu Taft deyirdi: “Mən təsəvvür etmirəm ki, etdiyimi
yox, başqa cür necə hərəkət edə bilərdim”. Bəs günahkar kimdir? Ruzvelt, yoxsa
Taft? Düzünü desəm, bilmirəm və bilməyə də heç çalışmıram. Mənim can atdığım
əsas şey – bunu göstərməkdir ki, Ruzvelt tərəfdən edilən tənqid Taftı
məğlubiyyətdə məhz özünün günahkar olduğuna inandıra bilmədi. Tənqidin
yeganə nəticəsi bu oldu ki, Taft özünə haqq qazandırmağa çalışır və gözüyaşlı
təkrar edirdi: “Mən təsəvvür etmirəm ki, başqa cür necə hərəkət edə bilərdim”.
Yaxud “Tipot Doum Oyl” ilə bağlı qalmaqalı götürək
7
. Bu, yadınızdadırmı?
Həmin məsələ ətrafında qəzetlərin səs-küyü bir neçə il sakitləşmirdi. Bütün ölkə
lərzəyə gəlmişdi. Amerika cəmiyyətində hazırda yaşayan nəslin yaddaşında buna
bənzər hələ heç nə baş verməmişdi. Məsələnin sırf faktiki tərəfi belə idi: Albert
Folla – Qardinqin kabinetində Daxili İşlər nazirinə əvvəllər ABŞ Hərbi Dəniz
Donanmasının gələcəkdə istifadə etməsi üçün müəyyən olunmuş Elk-Hill və
Tipot Doum neft rezervasiyalarını özəl firmalara icarəyə vermək tapşırılmışdı.
Siz zənn edirsiniz ki, nazir Foll hərracdan satış təyin etmişdi? Xeyr. O, dadlı
tikəni utanıb-qızarmadan öz dostu Edvard L.Dogenə təqdim elədi. Bəs Dogen nə
etdi? O, nazir Folla lütfkarcasına ssuda adlandıraraq yüz min dollar verdi. Sonra
nazir Foll rezervasiyanın qonşuluğunda yerləşən istehsalatlar Elk-Hillin neft
ehtiyatlarını tükəndirməsin deyə konkurentləri qovdurmaq üçün Birləşmiş
Ştatların dəniz piyadalarını öz hökmü ilə rezervasiya rayonuna göndərdi. Öz
sahələrindən süngülərlə qovulan konkurentlər məhkəməyə şığıdılar və
içərisində yüz milyon dollarlıq “qalmaqallı “dəm” olan qarınlı Çaynikin
8
qapağı
düşdü”. Elə bir üfunət qalxdı ki, bütün ölkəni ürəkbulanması tutdu. Qardinqin
administrasiyası aşırıldı, Respublikaçılar Partiyası tam dağılma təhlükəsi altında
downloaded from KitabYurdu.org
idi; Albert Foll isə həbsxana barmaqlıqları arxasına düşdü. Foll çox sərt, nə
vaxtlarsa cəzaya məruz edilmiş ictimai xadimlərdən çox azının məhkum
olunduğu sərt cəza aldı. O peşman oldumu? Heç bir halda. Üstündən bir neçə il
ötəndən sonra Quver Herbert ictimaiyyət qarşısında çıxışında xatırlatdı ki,
prezident Qardinqin ölümü ruhi sarsıntıların və əzabların nəticəsi idi, çünki ona
öz dostu xəyanət etmişdi. Bunu eşitcək xanım Foll öz kreslosundan sıçrayaraq
qalxdı və yumruqlarını yellədə-yellədə hönkürtülü səslə qışqırdı: “Foll? Nə?
Qardinqə Foll xəyanət etmişdi? Yox! Mənim ərim heç vaxt xəyanət etməyib.
Bütün bu bina qızıl ilə dolu olardısa belə, mənim ərimi ədalətsiz hərəkət etməyə
sövq edə bilməzdi. Xəyanət olunmuş, bıçaq altına, çarmıxa göndərilmiş yeganə
adam varsa – bu, Folldur”.
Sizin qarşınızda – əməli işdə insan təbiətidir: günahkar kim olursa olsun,
ittiham edər, bircə özünü etməz. Biz hamımız bu cürük. Beləliklə, əgər sabah biz
sizinlə kimi isə tənqid eləmək tamahına aldansaq, Al-Kaponeni, “İki naqan” –
Kroulini, Albert Follu xatırlayaq.
Bu faktı etiraf edək ki, tənqid ev göyərçinləri kimidir, o, həmişə geri qayıdır.
Bu faktı etiraf edək ki, nöqsan tutmaq və ya mühakimə etmək niyyətində
olduğunuz persona, çox güman ki, özünə haqq qazandıracaq və sizi ittiham
edəcək, yaxud da yaxşı tərbiyə almış Taft kimi deyəcək: “Təsəvvür etmirəm ki,
etdiyimdən başqa hərəkəti mən nə cür edə bilərdim”.
1865-ci il aprelin 15-i şənbə günü səhər çağında Avraam Linkoln Butun ona
atəş açdığı Fordo-Teatrla üzbəüzdəki ucuz gəlir evinin
9
xırda otaqcığazında can
verirdi.
Linkolnun iri gövdəsi onun üçün çox qısa olan əyilmiş çarpayıda diaqonal
üzrə yayxanmışdı. Çarpayının üzərində Rouz Bernarın “Gözəl at” rəsminin ucuz
reproduksiyası asılmışdı. Qaz lampası isə qüssəli sarı işıqla bərq vururdu. Can
verənin çarpayısı önündə dayanan hərbi nazir Stenton dedi: “Burada dünyanın
nə vaxtsa gördüyü ən böyük hökmdarlardan biri uzanıbdır”.
Linkolnun insanlarla münasibətlərdə uğurunun sirri nədən ibarət idi? Mən
Avraam Linkolnun həyatını on il ərzində öyrənmişəm və bütöv üç ili sərasər
“İnsanların tanımadığı Linkoln” adlandırdığım kitab üzərində işləmişəm.
Düşünürdüm ki, Linkolnun şəxsiyyətini və onun şəxsi həyatını, ümumiyyətlə,
insanın imkanları daxilində olan dərəcədə dəqiq və qənaətləndirici şəkildə
öyrənməliyəm. Mən Linkolnun insanlarla münasibəti metodunu xüsusi olaraq
tədqiq etmişəm. O özünə başqalarını tənqid etmək həzzini rəva görürdümü? Bəs
necə, əlbəttə! Hələ cavan olanda İndiana ştatının Nidcin Qrik Veley qəsəbəsində
yaşayanda o təkcə tənqid etmir, hətta adamları məsxərəyə qoyan məktublar və
şeirlər yazırdı. Onları qəsəbə yollarında və elə yerlərdə qoyurdu ki, həmin yerdə
onu mütləq tapırdılar. Bu cür məktublardan biri bütöv həyat boyu uzanan acı
incikliyin səbəbi oldu.
Linkoln İllinoys ştatının Sprinqfild şəhərində vəkil işləyəndə də qəzetlərdə
dərc etdirdiyi məktublarda öz opponentlərinə açıq hücumlar etməkdə davam
edirdi. Bir dəfə o, bunu həddindən artıq təhqiramiz şəkildə etdi. 1842-ci ilin
payızında o, Ceyms Şilds adlı, əslən irland olan bir şöhrətpərəst, aqressiv
hərəkətlərə meyilli siyasətbazı nahaq yerə məsxərəyə tutdu. Linkolnun yazdığı
həcv “Sprinqfild djornel” qəzetində anonim məktub kimi dərc olundu. Bütün
downloaded from KitabYurdu.org