şəhər bunu oxuyaraq gülməkdən uğunub gedirdi. Hissiyyatlı və qürurlu Şilds
hirsindən qaynayırdı. O, məktubu kimin yazdığını öyrəndi, sıçrayıb atını minərək,
çaparaq Linkolnun yanına gəldi və onu duelə çağırdı. Linkoln döyüşmək
istəmirdi. O, ümumiyyətlə, duellərin əleyhinə idi, lakin bu dəfə o, döyüşdən öz
şərəfinə xələl gətirməmək üçün imtina edə bilməzdi. Silah seçmək hüququ ona
verildi. Onun qolları çox uzun olduğundan və Vest-Loyatda təhsil aldığı illərdə
qılınc oynatmaq dərsləri aldığından o, silah qismində süvari qəməsini seçdi.
Növbəti gün onlar ölüm döyüşünə çıxmaqdan ötrü Xanımipi çayının sahilindəki
qumsal təpədə görüşdülər. Son anda sekundantlar duelin qarşısını almağa
müvəffəq oldular.
Bu, Linkolnun üzləşdiyi ən ağır şəxsi insidentlərindən biri idi. Lakin bu, onun
üçün insanlarla münasibət qurmaq sənətində dəyərsiz bir dərs oldu. Bundan
sonra o daha heç vaxt insanların ləyaqətini alçaldan məktublar yazmırdı. Və o
vaxtdan, demək olar, heç vaxt heç kimi məsxərəyə qoymur və heç nəyə görə
tənqid etmirdi.
Vətəndaş müharibəsi ərzində Linkoln Potomak ordusunun başında duran
generalları – Mak-Klelanı, Peki, Bernsaydı, Hukeri, Midi – bir-birinin ardınca
dəyişirdi və onların hər biri öz növbəsində Linkolnu naümid hala gətirən kobud
faciəvi səhvə yol vermişdi. Millətin yarısı (şimallılar nəzərdə tutulur)
qabiliyyətsiz generalları ittiham edirdi, lakin Linkoln “kimə isə kin saxlamadan,
hamıya qarşı xoş niyyətlə” təmkinini saxlayırdı. Onun ən sevimli ifadələrindən
biri budur: “Mühakimə etməyin ki, mühakimə olunmayasınız”.
Xanım Linkoln və başqaları cənubluları sərt mühakimə edəndə Linkoln
cavab verirdi: “Onları mühakimə etməyin, o cür şəraitdə biz də eynilə onlar kimi
olardıq”.
Mühakimə etməyə kiminsə haqqı vardısa da, bu, əlbəttə, Linkoln idi. Tək
bircə illüstrasiya gətirək.
Gettisberq yaxınlığındakı döyüş 1863-cü il iyul ayının ilk üç günü ərzində baş
vermişdi. İyulun 4-ü gecə bütün ətrafı selə-suya qərq edən leysan yağışda
general Li cənub istiqamətdə geri çəkilməyə başladı. Darmadağın edilmiş ordusu
ilə Potomaka çatanda Li qarşısında adlayıb keçilməsi barədə heç fikirləşmək belə
mümkün olmayan çayı və öz arxasında İttifaqın (şimal ştatlarının) ordusunu
gördü
10
. Li tələdə idi. O qaçıb canını qurtara bilmirdi. Və Linkoln bunu görürdü.
Bu, dəyəri olmayan, Göylərin özü tərəfindən göndərilmiş vəziyyət idi – bir zərbə
ilə Linin ordusunu əsir etmək və müharibəni başa çatdırmaq. Belə bir uğura
ümiddən həyəcanlanmış Linkoln general Midə hərbi şura çağırmadan dərhal
Linin üzərinə hücum etməyi əmr elədi. Linkoln öz əmrini teleqrafla göndərdi və
daha təsirli olmaq üçün vaxt itirmədən hərbi əməliyyatlara başlamaq tələbi ilə
Midin yanına xüsusi kuryer göndərdi.
Bəs general Mid nə etdi? Ona əmr edilənə tamamilə əks olanı. O, Linkolnun
əmrinə zidd olaraq Hərbi Şura çağırdı. O tərəddüd edirdi. O, Linin üzərinə
hücuma keçməkdən qəti şəkildə imtina etdi. Əvvəl-axır su çəkildi və Li öz
ordusunu Potomakın o tayına keçirdi.
Linkoln qəzəblənmişdi. “Bu nə deməkdir? – deyə o, öz oğlu Robertə müraciət
edərək hiddətlənirdi. – Qüdrətli Tanrı! Bu axı nə deməkdir! O artıq bizim
hökmümüzdə idi. Bircə əlimizi uzatmaq qalırdı və onlar bizim idilər. Ancaq mən
downloaded from KitabYurdu.org
bizim ordumuzu heç bir vəchlə yerindən tərpədə bilmədim. Yaranmış vəziyyətdə
Lini istənilən general darmadağın edə bilərdi. Əgər mən özüm ora getmiş
olsaydım, onu ələ keçirə bilərdim”.
Dəhşətli dərəcədə məyus olan Linkoln əyləşir və Midə aşağıdakı məktubu
yazır. Unutmayın ki, həyatının bu mərhələsində Linkoln ifadələrində son dərəcə
mülayim və təmkinli idi. 1863-cü ildə Linkolnun qələmi altından çıxan həmin
məktub çox ciddi töhmətə bərabərdir:
“Mənim əziz generalım, inanmıram ki, siz Linin qaçması ilə bağlı bədbəxtliyin
bütün miqyasını qiymətləndirmək iqtidarında deyilsiniz. O, bizim hökmümüzdə
idi və biz onu elə bir müqaviləyə məcbur etməli idik ki, bununla bizim digər
uğurlarımız nəzərə alınmaqla müharibə başa çata bilərdi.
İndi isə müharibə illərlə uzana bilər. Əgər siz Linin üzərinə ötən bazar ertəsi,
bunda heç bir risk olmayan bir şəraitdə hücuma qərar verə bilmədinizsə, bunu
çayın o tayında, özünüzlə sərəncamınızda olan qüvvələrin üçdə ikisindən çoxunu
apara bilməyəcəyiniz şəraitdə necə edəcəksiniz? Bunu gözləmək mənasız olardı
və mən sizdən hansısa bir əhəmiyyətli uğur heç gözləmirəm də. Sizin qızıl
imkanınız əldən qaçırıldı və mən bundan ölçüyəgəlməz dərəcədə kədərlənirəm”.
Siz necə zənn edirsiniz, bu məktubu oxuyandan sonra general Mid nə edərdi?
Mid isə bu məktubu heç görməmişdi də. Çünki Linkoln onu heç gön-
dərməmişdi. Məktub Linkoln öləndən sonra onun kağızları arasında tapılmışdı.
Zənn edirəm ki, bu, vur-tut mənim ehtimalımdır, başqa heç nə. Linkoln
pəncərədən baxıb və özlüyündə demişdi: “Bir dəqiqə. Bəlkə tələsməyə dəyməz.
Ağ Evin bir guşəsində oturaraq Midə ordunu hücuma atmaq əmrini vermək
asandır, ancaq əgər mən Gettisberq yaxınlığında olsaydım, Midin axırıncı həftə
ərzində gördüyü qədər qan görsəydim, yaralıların və can verənlərin iniltilərini,
qışqırıqlarını onun eşitdiyi qədər eşitmiş olsaydım, ola bilsin ki, mən də hücuma
bu qədər can atmazdım. Əgər məndə Middə olduğu kimi qətiyyətsiz xarakter
olsaydı, ola bilsin ki, mən də eynilə onun kimi hərəkət edərdim. Necə olmuş olsa
da, vaxt artıq əldən buraxılmışdır. Bu məktubu göndərməklə mən ürəyimi
boşaldacağam, lakin bu, Midi özünə haqq qazandırmaq üçün səbəblər axtarmağa
sövq edəcək, onu məni mühakimə etməyə vadar edəcək. Məktub onda ağır
hisslər oyadacaq, onun komandan kimi bundan sonra da istifadəsinə mane
olacaq və nəticədə onu ordudan istefa verməyə məcbur edəcəkdir”.
Beləliklə, artıq dediyim kimi, Linkoln məktubu bir kənara qoyur, çünki acı
təcrübəsindən bilirdi ki, kəskin tənqid, tənbeh, demək olar, həmişə heç nə ilə
qurtarır.
Teodor Ruzvelt deyirdi ki, o, prezident olaraq hansısa dolaşıq problemlə
üzləşəndə, adətən, kreslonun söykənəcəyinə yayxanır və Ağ Evdə onun
kabinetindəki iş stolunun üzərində asılmış Linkolnun böyük portretinə baxa-
baxa özündən soruşurdu: “Mənim yerimdə Linkoln nə edərdi? Bu problemi o,
necə həll edərdi?”
Siz növbəti dəfə kimisə möhkəm danlamaq qərarına gəlsəniz, cibinizdən beş
dollarlıq əsginaz çıxarıb Linkolnun təsvirinə baxın və özünüzdən soruşun: “Bu
vəziyyətdə bəs Linkoln necə hərəkət edərdi?”
Siz elə bir adam tanıyırsınızmı ki, onu dəyişmək, düzəltmək, daha yaxşı
etmək istəyərdiniz? Əgər belədirsə, bu çox gözəldir. Mən buna tamamilə valeh
downloaded from KitabYurdu.org