düşdü və onun qoca anası on il ərzində məcməyilərlə ona yemək daşıyaraq
üçüncü mərtəbəyə və aşağıya səyahət edirdi. Lakin əldən düşmüş qoca qadın bir
gün xəstələnir və ölür. “Xəstə” bir neçə gün aclıqdan əzab çəkir, lakin sonra
qalxır, geyinir və yenidən normal həyata qayıdır.
Bəzi nüfuzlu mütəxəssislər bildirirlər ki, insanlar gerçəkliyin qəddar
aləmində onlara münasibətdə etiraf edilməyən özlərinin əhəmiyyət kəsb etməsi
hissinə dəlilik dumanında yiyələnmək üçün, həqiqətən də, havalana bilərlər. ABŞ
xəstəxanalarında psixi pozuntularla yatan xəstələrin sayı bütün başqa
xəstəliklərə mübtəla olmuş xəstələrin sayından çoxdur. Əgər yaşınız on beşdən
çoxdursa və Nyu-York ştatında yaşayırsınızsa, iyirmidən bir şansınız var ki,
həyatınızın yaxın yeddi ili ərzində siz psixiatrik xəstəxanaya düşə bilərsiz.
Havalanmanın səbəbi nədədir?
Bu cür geniş suallara heç kim cavab verə bilməz. Biz bilirik ki, bəzi, məsələn,
sifilis kimi xəstəliklər beyin hüceyrələrini məhv edir və dəliliyə gətirir. Psixi
xəstəliklərin yarısına qədəri bu cür, beyin zədələnməsi, alkoqol, toksinlər və
yaralanmalar kimi fiziki təsirlərin nəticəsi ola bilər. Lakin ikinci yarısı –
məsələnin dəhşətli tərəfi də məhz elə bundadır – dəli olmalarla bağlı halların
beyin hüceyrələrinin üzvi zədələnməsiylə heç cür bağlı deyildir: ölümdən sonra
keçirilən ekspertizalarda, onların beyin hüceyrələri mikroskopun altında öyrə-
niləndə bu hüceyrələri bizimlə sizdə olduğu kimi sağlam tapırlar.
Bu adamlar axı niyə dəli olurlar?
Mən bu sualı ən iri psixiatriya xəstəxanalardan birinin baş həkiminə
vermişəm. Psixi xəstəliklərin tədqiqatına görə ən yüksək fəxri adlar və
mükafatlar almış həmin alim mənə birbaşa dedi ki, insanların bir çoxu dəli
olaraq, havalanmış halda özlərinin gerçək aləmdə qazanmaq iqtidarında
olmadıqları əhəmiyyət kəsb etmək hissini əldə ediblər. Sonra o, mənə bu əhvalatı
danışdı:
“Məndə hazırda bir pasient xanım var ki, ərə getməsi onun üçün əsl faciəyə
çevrilmişdi. O, sevgi, seksual məmnunluq, övladlar və sosial hörmət istəyirdi.
Lakin həyat onun gözləntilərini aldatdı, əri onu sevmirdi.
Əri hətta onunla birlikdə bir süfrə arxasında oturmaqdan da imtina etmişdi
və yeməyini yuxarı mərtəbəyə gətizdirirdi. Onun uşaqları yox idi, cəmiyyətdə
mövqeyi yox idi. O havalandı. Öz təxəyyülündə o, ərindən boşanmışdı və yenidən
qızlıq familiyasını götürmüşdü. İndi o, əmin idi ki, bir ingiltərəli aristokrata ərə
gedib və onu xanım Smit çağırmağımızı təkid edirdi. Uşaqlara gəlincə isə, ona
belə gəlirdi ki, hər gecə bir uşaq doğur. Mən onu hər dəfə yanıma çağırtdıranda o,
mənə deyir: “Həkim, bu gecə mənim qız bebbim doğulub”.
Günlərin bir günü həyat onun ümid gəmisini gerçəkliyin iti qayalarına çırpıb
dağıtdı; dəliliyin günəşli, fantastik adalarında onun barkentinin yelkənlərini
açaraq arzularda oxunan küləyin musiqisi altında sağ-salamat diləklər limanına
yetirdi.
Faciəvidir? Düzü, heç bilmirəm. Onun həkimi mənə demişdi: “Mən ona
kömək əlimi uzada və sağlamlığını qaytara bilsəydim; əmin deyiləm ki, bunu edə
biləm... O, özünün indiki halında daha xoşbəxtdir”.
Havalananlar əsas etibarilə bizdən bəxtəvərdirlər. Onlar öz problemlərinin
hamısını həll ediblər. Onlar bir milyon dollarlıq çeki sizin üçün böyük həvəslə
downloaded from KitabYurdu.org
imzalayar və ya Ağa Xana
11
təqdim etmək üçün zəmanət məktubu verərlər.
Yaratdıqları fantastik dünyada onlar özlərinin bu qədər ehtirasla arzuladıqları,
əhəmiyyət kəsb etdikləri hissini tapıblar.
Əgər bəzi insanlar özlərinin əhəmiyyət kəsb etməsi hissinə o qədər
hərisdirlər ki, bunu əldə etmək üçün, həqiqətən də, dəli olurlar, onda onların
əhəmiyyət kəsb etdiklərini səmimi olaraq etiraf etməklə insan münasibətlərində
nə qədər möcüzəvi nəticələrə nail ola biləcəyimizi təsəvvür edin.
Mən tarixi bildiyim qədər, yalnız iki nəfər bir milyon dollar məbləğində illik
məvacibə malik olub: Uolter Kraysler və Çarlz Şvab.
Endrü Karnegi Şvaba ildə bir milyon dollar və ya gündə üç min dollardan çox
nəyə görə ödəyirdi? Nəyə görə? Bəlkə ona görə ki Şvab dahi idi? Xeyr. Bəlkə ona
görə ki o, poladın istehsalı ilə bağlı başqalarından çox bilirdi? Cəfəngiyatdır. Çarlz
Şvab özü mənə danışmışdı ki, onun işçilərinin bir çoxu polad istehsalı ilə bağlı
ondan xeyli çox bilir. Şvab demişdi ki, ona belə yüksək əməkhaqqını insanlara
rəhbərlik etmək bacarığına görə ödəyirdilər. Mən ondan bunu necə etdiyini
soruşdum. Budur onun sirri, onun özünün dediyi, bürüncdə əbədiləşdirilməli və
ölkənin hər bir evində və məktəbində, hər bir mağazasında və idarəsində
asılmalı olan sözlər. O sözlər ki, uşaqlar latın fellərinin qoşmalarını və ya Brazili-
yada yağıntıların illik miqdarını yadda saxlamaq əvəzinə, bunu yadda saxlama-
lıdırlar; o sözlər ki, bizim həyatımızı və şüurumuzu tamamilə dəyişəcək, əgər siz
onları rəhbər tutaraq yaşayacaqsınızsa:
“Malik olduğum ən dəyərli keyfiyyətin insanlarda entuziazm doğurmaq
bacarığının olduğunu hesab edirəm, – deyirdi Şvab, – və zənn edirəm ki, insanda
olan ən yaxşını inkişaf etdirməyə kömək edən üsul – bu, onun dəyərli olduğunun
etiraf olunması və mükafatlandırılmasıdır.
İnsanın özünəhörmət hissini yüksək vəzifədə olan tərəfindən tənqidə məruz
qalmaq kimi öldürən başqa heç nə yoxdur. Mən heç vaxt heç kimi tənqid
etmirəm. Adama işləmək üçün təkanverici motiv aşılamağa çox böyük əhəmiyyət
verirəm. Buna görə də insanda tərifə layiq olanı tapmağın qayğısına qalıram və
səhvlər axtarılmasına nifrət edirəm, nə isə mənim xoşuma gələndə, mən bunu
təqdir edəndə və tərif söyləyəndə səmimiyəm”.
Şvab məhz elə bu cür də hərəkət edirdi. Bəs orta statistik adam necə hərəkət
edir? Məhz onun əksinə. Nə isə onun xoşuna gəlməyəndə o, yerin altında və
üstündə söymədiyi heç nə qoymur, xoşuna gələndə isə susur.
“Dünyanın müxtəlif yerlərində bir çox nüfuzlu adamlarla bütün geniş
əlaqələrim və tanışlıqlarımla belə, – bildirirdi Şvab, – mənə belə adamı axtarmaq
lazım gələrdi ki, o, nə qədər qüdrətli və öz mövqeyindən nə dərəcədə razı olsa da,
tənqidlə müqayisədə tərifin təsiri altında işi daha yaxşı görməsin və daha çox səy
göstərməsin”.
Onun gizlətmədən açıb dedikləri Endrü Karneginin fenomenal uğurunun
əsas səbəblərindən biri idi. Karnegi onun həm ictimai, həm də şəxsi əlaqələrini
yüksək qiymətləndirirdi.
Və hətta başdaşısında da Karnegi köməkçilərini vəsf etməyi arzulamışdı. O,
özü üçün aşağıda göstərilmiş epitafiyanı qoşmuşdu: “Burada özündən ağıllı olan
insanları özünə tabe etdirməyi bacaran adam uyuyur”.
downloaded from KitabYurdu.org