Adamları səmimi surətdə və yüksək qiymətləndirmək Rokfellerin rəhbər
kimi uğurunun sirlərindən biri idi. Məsələn, onun tərəf-müqabillərindən biri
Edvard T.Bedford Cənubi Amerikada daşınmaz əmlak almaqla bağlı uğursuz
sövdada sadəlövhlük edəndə və firmaya iki milyon dollar məbləğində ziyan
vuranda D.Rokfellerin onu tənqid etməyə tam haqqı var idi; lakin o bilirdi ki,
Bedford əlindən gələn hər şeyi etmişdi və insidentin davamı olmadı. Ancaq
Rokfellerin əlinə Bedfordu onun investisiya edilmiş pullarının altmış faizini xilas
etdiyinə görə tərifləmək üçün imkan düşəndə o, partnyorunu səmimi surətdə
təbrik etdi. “Bu, möhtəşəmdir, – demişdi Rokfeller, – biz hələ heç vaxt yaxamızı
belə asan qurtara bilməmişdik”.
Ziqfeld – Brodveyin publikasını öz tamaşalarının parıltısı ilə nə vaxtsa
heyran qoymuş ən uğurlu antreprener öz reputasiyasını amerikalı qızı məlahət
çələngi ilə əhatə etmək kimi incə bacarığı sayəsində əldə etmişdi. O, bir neçə dəfə
olmuşdu ki, solğun, heç kimin ikinci dəfə baxmaq üçün özünə əziyyət belə
verməyəcəyi, balaca varlığı seçir və səhnədə onu ovsunlayıcı, sirlərlə və təhriklə
dolu varlığa çevirirdi. O, etirafın və özünəinamın qüvvəsini bilərək həmin
qadınlara münasibətdə tək bircə öz ədəb-ərkanı və diqqətli olması ilə onları öz
gözəlliklərini hiss eləməyə məcbur edirdi. O, praktik adam idi: xorda iştirak
edənlərin əməkhaqqısını həftədə otuz dollardan yüz yetmiş beş dollaradək
qaldırmışdı. O eyni zamanda da cəngavərlik xüsusiyyətlərinə malik idi. Felidə
birinci çıxışı ərəfəsində o, truppanın ulduzlarına teleqram göndərdi və şouda
iştirak edən hər bir xor ifaçısını Amerikadan göndərilmiş qızılgülləriylə, hərfi
mənada, basdırdı.
Bir dəfə mən pəhrizin xeyri ilə bağlı dəbdə olan nəzəriyyənin təsiri altına
düşərək altı gün ərzində qida qəbul etməkdən özümü saxlayırdım. Bu, çətin
deyildi. Altıncı günün sonu üçün mən aclığı ikinci günün sonu ilə müqayisədə
nisbətən az hiss edirdim. Lakin həm mən, həm də siz belə adamları tanıyırsınız
ki, onlar ailəsinin üzvlərini və yaxud öz işçilərini altı gün ərzində ac saxlamış
olsaydılar, özlərini cinayətkar hesab edərdilər. Eyni zamanda da həmin adamlar
onları altı gün, həftə və hətta il ərzində səmimi diqqətdən və qəlbən etiraf
etməkdən məhrum edirlər, halbuki onlar buna, demək olar, qidaya olan qədər
güclü ehtiyac duyurlar.
Alfred Lant “Vienadan olan Riyunon”da birinci rolu oynadığı dövrlərdə bir
dəfə demişdi: “Özünəhörmət hissi üçün qidaya möhtac olduğum qədər heç nəyə
möhtac deyiləm”.
Biz öz uşaqlarımıza, dostlarımıza və işçilərimizə yemək veririk, lakin onların
özünəhörmət hisslərinə nadir hallarda qida veririk. Biz onları enerji istehsalı
üçün rostbiflərlə və kartofla təmin edirik, lakin öz diqqətsizliyimiz üzündən biz
onların yüksək insani dəyər kəsb etdikləriylə bağlı xoş, onların yaddaşında uzun
illər səhər ulduzlarının musiqisi kimi səslənəcək sözü verməyi unuduruq.
Oxucuların bəzisi bu sətirləri oxuyarkən, ola bilsin ki, ədalətli olaraq qeyd
etsinlər: “Köhnə mahnıdır! Yaltaqlanmaq! Yağlamaq! Mədhiyyəçilik! Bu hoqqalar
bizə çoxdan məlumdur. Ağıllı adamlarla iş görəndə bunlar təsir göstərmir”.
Riyakarlıq diqqətli insanlara, əlbəttə, nadir hallarda təsir göstərir. Bu,
yüngüllükdür, saxta və qeyri-səmimidir. Bunu etmək lazım deyil və bu, adətən
edilir. Doğrudur, bəziləri etiraf olunmalarına o qədər həris və yanğılıdırlar ki,
downloaded from KitabYurdu.org
onlar acından ölən və otu, soxulcanı yeməyə hazır olan adam kimi aza da qane
olurlar.
Niyə, məsələn, İdivaninin çoxarvadlıları nikah bazarında belə böyük tələbata
malik idilər? Niyə bu, necə deyərlər, “şahzadələr” ekranın çox məşhur ulduzu
olan iki gözəlçəni, bütün dünyada tanınmış bir primadonnanı və milyonları olan
Barbara Qattonu öz torlarına sala bilmişdilər? Niyə? Onlar buna necə nail
olmuşdular?
“İdivani qardaşlarının qadınlar üçün qarşısıalınmaz məftunediciliyi,
– Adelina Rocers Sent-Coys deyirdi “Liberti” jurnalı üçün yazdığı məqaləsində, –
əsrin ən sirli müəmmalarından biri idi”.
Dünyanın birinci xanımı, kişilərin bilicisi və ən görkəmli aktrisa Pola Neqri
bunu bir dəfə mənə izah etmişdi. O demişdi: “Onlar mədhiyyəçilik sənətinə rast
gəldiyim kişilərdən heç biri kimi yüksək dərəcədə yiyələnməmişdilər. Bizim
realistik və skeptik dövrümüzdə isə bu sənət, demək olar ki, itirilmişdir. Sizi
inandırıram ki, İdivanilərin məftunediciliyinin sirri məhz bunda gizlənir. Mən
bunu bilirəm”.
Hətta kraliça Viktoriya da mədhiyyəyə həssas idi.
Dizraeli etiraf edirdi ki, kraliça ilə ünsiyyətdə o “zilə qalxırdı”. Onun öz
sözlərinə görə, o, “kraliçanı kobud mədhiyyə ilə bolluca tərifləyirdi”. Lakin
Dizraeli nəhəng Britaniya imperiyasını nə vaxtsa idarə etmiş ən incə, fəndgir və
fərasətli adam idi. Öz sferasında o, dahi idi. Onun üçün xoşagəlməz, lakin zəruri
olan iş bizimlə sizin üçün əsla zəruri deyildir. Uzun müddət istifadə olunarsa,
mədhiyyəçilik sizə faydadan çox ziyan gətirmiş olacaq. Mədhiyyə – bu, saxtadır
və əgər siz ondan qəlp pullar kimi çox hallarda istifadə etsəniz, o, sizi nə vaxtsa
mütləq bəlaya salacaqdır.
Yüksək qiymətlə mədhiyyə arasında fərq axı nədədir? Bu, qətiyyən
mürəkkəb deyil. Birinci səmimidir, ikinci yox. Birinci ürəkdən gəlir, ikinci
dilucudur. Birinci həqiqidir, ikinci qəlpdir. Birinci ümumun heyranlığını doğurur,
ikinci ümumun nifrətini.
Bu yaxınlarda mənə Mexiko-Sitidə Çapultepek sarayında general Obreqonun
büstünü görmək nəsib oldu. Büstün altında generalın dünyagörüşünü
səciyyələndirən müdrik sözlər həkk olunmuşdur: “Sizə hücum edən
düşmənlərdən qorxmayın, sizə mədhiyyə deyən dostlardan qorxun”.
Yox! Yox! Və yenə də yox! Mən heç də mədhiyyəçilik etməyi öyrətmirəm.
Mən bundan uzağam. Mən sizə yeni həyat tərzi barədə danışıram və bunu təkrar
eləmək istəyirəm.
Bukengem sarayında Kral V Henrixin kabinetinin divarlarını altı müdriklik
bəzəyirdi. Onlardan birində deyilirdi: “Mənə ucuz tərifləri səpələməməyi və
qəbul etməməyi öyrət”. Mədhiyyəçiliyin mahiyyəti bundadır – ucuz tərif. Bir dəfə
mən mədhiyyəçiliyin tərifini oxumuşdum ki, onu burada qələmə almağa dəyər:
“Mədhiyyəçilik – bu, başqasına onun özü haqqında düşündüyünü deməkdir”.
“Siz hansı dildə danışmış olsanız da, – demişdi Ralf Uold Emerson, – heç vaxt
özünüzün kim olduğunuzdan başqa heç nə deyə bilməyəcəksiniz”.
Hansısa konkret problemlərlə bağlı fikirlər istisna olmaqla, düşüncələrə
dalmaqla məşğul olduğumuz vaxtın 95%-ni biz, adətən, özümüzə həsr edirik.
Beləliklə, müəyyən vaxt ərzində biz özümüz haqqında düşünməyə fasilə verək və
downloaded from KitabYurdu.org