məndən nə qədər ala biləcəyi idi. Nəticədə o, heç nə almadı. Mən klinikadan ona
qarşı nifrət hissiylə çıxdım.
Dünyada nə qədər tamahkar və təmənnalı insan var! Və başqalarına faydalı
olmağa can atan nadir adam çox böyük üstünlüyə malikdir. Onun konkurenti
azdır.
Ouen D.Yanq deyib: “Özünü başqasının yerinə qoymağı bacaran, onun
düşüncə tərzini başa düşmək qabiliyyəti olan adam özünü gözləyən gələcək
barədə narahat olmaya bilər”.
Əgər bu kitabı oxuyandan sonra siz ən çox lazım olanı – həmişə başqasının
baxış nöqtəsində dayanmaq, şeylərə onun baxış bucağı altında baxmaq meylini
əldə edərsinizsə, bu, sizin karyeranızda mühüm mərhələ ola bilər.
Bir çoxları kollecləri bitirir, Vergilini oxumaq bacarığına və saymağın
sirlərinə yiyələnirlər, lakin özlərinin nə cür düşündükləri barədə azacıq da olsa
təsəvvürləri olmur. Məsələn, bir dəfə mən Nyu-Cersi ştatının Nyu-Ark şəhərinin
Nəqliyyat korporasiyasında işə götürülən kollec məzunları üçün natiqlik sənəti
kurslarını aparırdım. Onlardan biri başqalarını basketbol oynamağa inandırmaq
istəyirdi. O vaxt onun dedikləri bunlar idi: “Sizi əsl adam eləmək və basketbol
oynamağı öyrətmək istəyirəm, ancaq axır vaxtlar idman zalında adam çatışmır ki,
biz oynaya bilək. Bu günlərdə bizdən ikisi-üçü top uğrunda mübarizədə toqquşdu
və gözlərinin altında əməlli-başlı qançır qazandılar. Çox istəyərdim ki, siz,
uşaqlar sabah axşam gələsiniz”.
O, sizin istəkləriniz barədə nə isə dedimi? Siz heç kimin getmədiyi idman
zalına getmək istəyirsinizmi? Onun istəkləri sizi çox bərk narahat edirmi? Bəlkə
gözünüzün altında qançır qazanmaq istəyirsiniz?
Bəs o, idman zalına getməyin cəlbedici tərəflərini sizə göstərə bilərdimi?
Şübhəsiz. Enerjiniz artır. İştahanız yaxşılaşır. Fikir daha aydınlaşır. Şən əhvali-
ruhiyyə. Oyunlar və sair və ilaxir.
Professor Overstritin müdrik məsləhətini təkrar edək: “Hər şeydən əvvəl,
həmin kəsdə (başqa adamda) hansı isə bir güclü arzu oyadın. Kimin bunu etməyə
qabiliyyəti varsa, o kəslə – bütün dünya birlikdədir. Kimin qabiliyyəti yoxdursa,
o, təklikdə gedir”.
Tələbələrdən biri mənimsədiyi bilikləri məişət həyatında autotreninq
qaydasında tətbiq eləməyi qərara almışdı. Öz balaca oğlunun tərbiyəsi ilə bağlı
bəzi problemlər ona rahatlıq vermirdi. Oğlan arıq-cılız uşaq idi və özü yeməkdən
imtina edirdi. Valideynləri belə hallarda adi olan metodlara əl atırdılar. Onlar
uşağı “təngə gətirir” və “beynini xarab edirdilər”. “Anan istəyir ki, sən bax bunu
və bir də bunu yeyəsən”. “Atan istəyir ki, sən böyüyəsən və böyük kişi olasan”.
Uşaq bu istəklərə heç azacıq da olsa diqqət yetirirdimi? Siz qumlu çimərlikdə
gəzəndə qum dənəsinə nə qədər diqqət yetirirsinizsə, uşaq da düz o qədər diqqət
yetirirdi.
Zərrəcə də olsa sağlam təfəkkürlü adam ümidlərini buna bağlamaz ki, üçyaşlı
uşaq otuzyaşlı atasının nöqteyi-nəzərini diqqətə almış olsun. Bununla belə, bu
məhz həmin hal idi ki, ata ümid eləməkdə davam edirdi. Bu, absurd idi. O, əvvəl-
axır bunu gördü. Və onda o, özünə dedi: “Uşaqda yemək istəyinin əmələ gəlməsi
üçün axı mən nə edim? Mən özümün istədiyimi onun istədiyi ilə axı necə
bağlayım?”
downloaded from KitabYurdu.org
O, azacıq düşünəndə bunun elə də müşkül iş olmadığı bəlli oldu. Onun
oğlunun üçtəkərli velosipedi var idi və uşaq Bruklindəki evlərinin qabağında onu
sürməyi xoşlayırdı. Həmin küçədən bir neçə ev aralıda, Hollivudda deyildiyi kimi,
“təhlükə” yaşayırdı – həmin uşaqdan bir az böyük oğlan velosipedi ondan güclə
alır və özü sürüdü.
Təbii ki, uşaq ağlaya-ağlaya anasının yanına qaçırdı; anası küçəyə çıxmalı,
“təhlükəni” velosipeddən düşürməli və oğlunu yenidən velosipedə oturtmalı
olurdu. Bu, demək olar, hər gün baş verirdi.
Balaca oğlan uşağı axı nə istəyirdi? Cavabı tapmaq üçün Şerlok Holms olmaq
lazım deyil. Onun qüruru, onun kini, onun özünün əhəmiyyət kəsb etməsi hissi –
bir sözlə, ən güclü emosiyalarının hamısı onu qisasa, “təhlükənin” burnunu
sındırmağa can atmağa sövq edirdi. Atası ona dedi ki, o yalnız anası ona verdiyi
hər şeyi yesə, həmin yekə “sırtığa” elə ilişdirə bilər ki, gözləri qaralar. Atası onu
buna ümidləndirəndə dietik problemlər tezliklə yox oldu.
Bu uşaq ispanaq, turş kələm, duzlu balıq – bir sözlə, onu belə tez-tez alçaldan
həyasızı çırpmaq üçün kifayət qədər böyük olmaq məqsədilə hər şey yeməyə
başladı.
Bu problem həll olunandan sonra atası başqasından yapışdı – uşağın yuxuda
yatağını islatmaq kimi axmaq bir vərdişi vardı. Uşaq öz nənəsi ilə yatırdı. Səhər
yuxudan oyananda nənəsi, adətən, mələfəni yoxlayır və deyirdi: “Bir bax, Conni,
gecə yenə nə eləmisən?” Uşaq isə, adətən, cavab verirdi: “Yox, bunu mən
eləməmişəm. Bunu sən eləmisən”.
Onu danlayır, şapalaqlayır, utandırır və hər dəfə yenə və yenə təkrar
edirdilər ki, anan istəmir ki, sən bunu eləyəsən – ancaq bu tədbirlərin heç biri
yatağın quru qalmasını təmin edə bilmirdi. Nəhayət, onun valideynləri özlərinə
sual verdilər: “Biz necə edək ki, o, yatağı islatmaq istəməsin? O, ümumiyyətlə, nə
istəyir?”
Birincisi, o yatanda əyninə nənəsi kimi gecə köynəyi yox, atası kimi pijama
geyinmək istəyir. Nənəsi gecə vurnuxmalarından boğaza yığılmışdı. Razılaşdı ki,
bəlkə pijama cütlüyü alınandan sonra uşağın düzəlmək niyyəti ola.
İkincisi, o, özünün şəxsi yatağının olmasını istəyirdi. Nənə etiraz eləmirdi.
Anası uşağı universal mağazaya apardı, satıcı qıza göz vurdu və dedi: “Bax bu
balaca centlmen bir-iki şey almaq istəyir”.
Satıcı qız uşağa özünün əhəmiyyət kəsb etdiyini hiss eləməyə imkan verərək
soruşdu: “Sizə nə göstərməyi əmr edərsiniz, cavan oğlan?”
Bu sözlərdən uşağın boyu iki düym uzandı və cavab verdi: “Mən özümə çarpayı
almaq istəyirəm”.
Satıcı qız ona anasının xoşuna gələn uşaq çarpayısını göstərəndə uşağı məhz
bunu almaq lazım olduğuna inandırdılar.
Növbəti gün çarpayı evə çatdırıldı. Atası axşam evə qayıdanda uşaq onun
qabağına qışqırıqla qaçdı: “Ata! Ata! Bura, yuxarıya gəl, gəl bir MƏNİM çarpayıma
bax! ÖZÜM almışam!” Atası çarpayıya baxdı və Çarlz Şvabın tövsiyəsinə riayət
edərək, “razı qaldığını ürəkdən bildirərək tərifdə səxavətli oldu”. “Bu çarpayını
sən daha islatmayacaqsan? Elə deyil?” – o soruşdu. “Ah, yox! Yox! Mən bu
çarpayını islatmayacağam!” Uşaq öz vədinə əməl etdi. Burada onun qüruru
ortaya qoyulmuşdu. Bu, onun çarpayısı idi. O və yalnız o özü onu alıb. Və indi o
downloaded from KitabYurdu.org