138
“Yağış, qar yağırdısa, şamı əlində necə tutmuşdu?”
“Axşam duasından sonraydı, dərhal sonra, qar hələ yağmırdı, daha sonra yağmağa başladı...
Yadımdadır, məzarlıqdan qaçarkən çovğun başladı. Mən yataqxanaya doğru qaçırdım, kabus isə əks tərəfə
getdi... Bundan artıq heç nə bilmirəm, yalvarıram, əgər tövbəmi qəbul etmək istəmirsinizsə, məni daha
sorğu-suala çəkməyin!”
“Yaxşı, - Vilhelm dedi, - indi get, xora get, insanlarla danışmaq istəmirsənsə, Tanrıyla danış, ya da get
tövbəni qəbul etməyə razı olacaq bir rahib tap özünə; zira indiyə kimi öz əməllərinə görə tövbə
etməmisənsə və bununla belə müqəddəs şeylərə yaxınlaşırsansa, sən - günahkarsan! Tələs! Biz səni
taparıq”.
Berenqar qaçaraq gözdən itdi. Vilhelm isə əllərini ovuşdurdu - məmnun olduğu zamanlarda həmişə
belə edərdi.
“Gözəl, - o dedi. - İndi çox şey aydınlaşdı”.
“Nə aydınlaşdı, ustadım, - deyə təəccübləndim, - üstəlik Adelmonun kabusu da işə qarışmış oldu!”
“Əziz Adso, - Vilhelm vüqarla dedi, - bu kabus, mənim fikrimcə, kabus kimi deyil, hər halda Berenqar,
hansı moizələr toplusundasa yazılmış, hansı olduğu yadımda deyil, mətni təkrarlayırdı. Bu rahiblər həddən
artıq çox oxuyurlar və kitabda oxuduqlarını həyəcanlandıqları zaman gözləri ilə görməyə meylli olurlar.
Adelmonun bu sözləri doğrudanmı dediyi, yoxsa Berenqarın bu sözləri eşitməyə hazır olduğu üçünmü
onları eşitdiyi məlum deyildir. Amma nə olursa olsun, bu əhvalat mənim bəzi təxminlərimi təsdiqləyir.
Məsələn, Adelmo özünü öldürmüşdür. Bax Berenqar da şahidlik edir ki, Adelmo əvvəllər törətdiyi hansısa
hərəkətlərdən peşmanlıq çəkərək, ölümündən qabaq monastırın həyətində dəli kimi dolaşırmış. O,
qorxmuşdu, daha doğrusu, onu kimsə qorxutmuşdu və görünür, cəhənnəm səhnələrini onun bəsirət gözləri
qarşısında elə ustalıqla açmışdı ki, sonradan o da xəstə bir coşqunluqla Berenqara bu əzabları anlatmışdı.
Xordan gəldiyi üçün yolu məzarlıqdan düşmüşdü; öz sirrini kiməsə açmış, ya da günahlarını etiraf etmişdi.
O kimsə də onu qorxu və peşmanlıq girdabına yuvarlatmışdı.
139
Berenqarm dediyinə görə məzarlıqdan sonra o, yataqxananın əks tərəfinə, yəni Binaya doğru getmişdi.
Həmçinin pəyələrin arxasındakı alçaq divar da bu tərəfdə yerləşdiyindən, onun həmin divara doğru
getməsi həqiqətə daha çox uyğundur. Güman edirəm ki, buradan da özünü uçuruma atmışdır. Fırtına
başlamazdan əvvəl özünü aşağı atmış, divarın dibinə düşüb ölmüş, sonra isə, torpaq sürüşməsi onun
cəsədini uzağa, şərq və şimal qüllələrinin altına aparmışdır.
“Bəs odlu tər damlası nədir?”
“Odlu tər Adelmonun eşitdiyi və təkrar etdiyi hekayənin bir parçasıdır. Ya da təlaş və peşmanlıq içində
olan Berenqar bu təri özündən əlavə etmişdir. Zira sən də anlayırsan ki, Adelmonun peşmanlığına bənzər
Berenqarm da bir peşmanlığı var. Adelmo xordan gəlirdi və onun əlində, əlbəttə ki, şam vardı və dostunun
əlinə düşən də mum damcısı idi - yalnız mum damcısı... Lakin Adelmo tamamilə haqlı olaraq onu “əziz
ustadım” deyə çağıranda, Berenqar bu yanığı daha dərindən hiss etmişdi. Beləcə, Adelmo indi Berenqarı
ümidsiz peşmanlığa düşməsinə səbəb olan bir şeyi öyrətdiyi üçün məzəmmət edirdi. Və Berenqar hə-
yəcandan əsməyə başladı, indi də iztirab çəkdiyi üçün tir-tir titrəyir, zira gözəl bilir ki, məhz o, Adelmoya
yolverilməz şeyləri öyrətməklə, onu ölümə doğru sürükləmişdir. Mənim fağır Adsom, kitabxana
köməkçisi haqqında eşitdiklərimizdən sonra bu yolverilməz şeyin nə olduğunu anlamaq çətin deyildir “.
“Zənnimcə, onların arasında nə olduğunu anlayıram, - deyə xəbərdar olduğum üçün xəcalət çəkdim. -
Amma hamımız Tanrının mərhəmətinə inanmırıqmı? Deyirsiniz ki, Adelmo ölümündən əvvəl tövbə
etmişdi. Belə isə ilk günahından təmizlənmək üçün nəyə görə daha böyük, ya da ən azı, eyni ağırlıqda bir
günah işlədi?”
“Çünki kimdənsə amansız sözlər eşitmişdi. Bayaq dedim ki, kiminsə Adelmonu, sonra isə Adelmonun
Berenqarı ölümcül qorxutmasma səbəb olan sözlərin mənbəyi - müasir moizələr toplusunun hansısa
səhifəsidir. Son illərdə vaizlər xalq arasında dinə bağlılığı və Tanrıya itaəti (eyni zamanda çalışqanlığı,
dini və dünyəvi qanunlara hörməti) yaymaq üçün heç zaman olmadığı qədər, qorxunc, amansız və qaranlıq
sözlərdən istifadə edirlər. Tövbə edib özünü qamçılayan insanlann başı üstündə İsanın və müqəddəs
Məryəmin əzablarını tərif edən mədhiyyələr heç bir zaman indiki qədər eşidilməyib; ruhanilər adi insan-
ların inancını möhkəmləndirmək üçün cəhənnəm əzablarından heç zaman indiki qədər bəhs etməmişlər”.
“Bu, tövbəyə olan ehtiyac üzündəndir”, - dedim.
“Adso, mən heç zaman indiki qədər tövbə çağırışları eşitmədim; nə vaizlər, nə yepiskoplar, nə də
spiritual qardaşlarım artıq həqiqi tövbəkarlıq etməyə qabil deyillər”.
“Amma üçüncü dövr, mələk papa, Peruca Ruhani Məclisi...” - mən çaşqın-çaşqın dedim.
“Hər şey keçmişdə qaldı. Böyük tövbə əsri sona çatdı, buna görə də tövbə haqqında hətta ordenin ali
məclisində də danışmaq mümkündür. Yüz, ya da iki yüz il bundan əvvəl, doğrudan da, yenilənməyə meyil
vardı. Övliya, ya da kafir olsun, kim yenilənməyə can atırdısa, tonqalda yandırılırdı. İndi hamı tövbədən
danışır. Müəyyən mənada... hətta papa da. Ruhani məclisin və sarayın yenilənmə haqqındakı sözlərinə
inanma”.
140
“Bəs rahib Dolçino...” - bir gün öncə adını bir neçə dəfə eşitdiyim bu sirli adam haqqında yeni bir şey
eşidəcəyimə ümid edərək cəsarətlə dedim.
“Dolçino öldü, həm də yaşadığı kimi iyrənc şəkildə; çünki, o da çox gec gəlmişdi. Bir də sən onun
haqqında nə bilirsən?”
“Heç nə, buna görə də soruşuram...”
“Bu mövzuya toxunmayaq. Həm indi, həm də gələcəkdə. Mən özlərini həvarilər adlandıranlarm bir
neçəsini yaxından tanıdım. Qəmli hekayədir. Sən çox məyus olardın. Ən azından, öz dövrümdə mən çox
kədərlənmişdim. Lakin mənim, sənin ustadının bu hadisədə kimin haqlı, kiminsə müqəssir olduğunu
müəyyən edə bilməməsi səni daha çox məyus edərdi. Müqəddəslərin nəsihətlərinə əməl etmək üçün
əclaflığa əl atan bir insanın hekayəsidir bu... Elə an oldu ki, günahın kimdə olduğu-