154
olduğunu, amma ehtiraslandırıcı və qətiyyən gülməli olmamasını miniatürçülərə dönə-dönə məsləhət
edirdi.
Bir dəfə təfsirçilərdən birinə donatist' küfründən qaçmaq üçünTikoniusun mətnlərində yer alan
Müqəddəs Avqustinə aid olan fikirlərin şərh olunmasına necə kömək etdiyini eşitmişdim. Başqa bir vaxt,
bidətçiləri təfriqəçilərdən fərqləndirən əlamətlərin siyahısını şərhçilərə söylədiyini görmüşdüm. Sonra
dalana dirənmiş araşdırmaçıya kitabxananın kataloqunda hansı kitabı axtarmalı olduğunu və zəruri
məlumatın təxminən hansı səhifədə yerləşdiyini demiş və əlavə etmişdi ki, kitabxanaçı bu kitabı mütləq
ona verəcəkdir, çünki bu kitab Tanrı vergisi ilə yazılmış kitablar arasında yer tutur. Başqa bir kitabın isə
sifariş edilməsinin mənasız olduğunu, çünki kataloqa salınsa da, bu kitabın yarım əsr əvvəl siçovullar
tərəfindən gəmirildiyini və indi ona toxunulsa, barmaqların arasında un kimi ovulacağını ətrafdakılara
dediyini eşitmişdim. Qısası, Xorxe - kitabxananın canlı yaddaşı, yazı zalının ruhu idi. Bəzən bir-biri ilə
danışmaq istəyən rahiblərin sözünü kəsir, Dəccalın gəlişini xatırladaraq xəbərdarlıq edirdi: “Sakit olun və
həqiqətə şahidlik etməyə tələsin, zira vaxt yaxınlaşır!”
Xorxe eyni sərtliklə bizim də söhbətimizi kəsdi. “Kitabxana həm həqiqətə, həm də yalana şahidlik
edər”, - ucadan dedi.
“Hə, əlbəttə ki, Apuleylə Lukian yalan fikirlər söyləməkdə günahkardırlar, - Vilhelm dilləndi. - Lakin
onların fikirləri özüdə saxta örtüklər altında ibrət dərsləri də ehtiva edir, zira buraxdığımız səhvlərin bizə
necə baha başa gəldiyini öyrədir. Eyni zamanda, düşünürəm ki, eşşəyə çevrilmiş insanın hekayəsi günaha
batan ruhun eybəcərləşməsini anladır”.
“Ola bilər”, - Xorxe cavab verdi.
89
89
Donatistlər (IV-V əsrlər) - fıravanlığın təminatı kimi ruhanilərin şəxsən kamilləşməsini təkid edən Karfagen yepiskopu Donatın
tərəfdarları; Donat ruhanilərin hər hansı qəbahəti ilə barışmırdı, hətta donatistlər icmasına gəlməzdən qabaq kamilləşmiş ruhanilərin
də təqsirindən keçmirdi.
155
“Venansionun, dünən haqqında danışdığı həmin söhbət zamanı məzhəkəyə aid suallarla nə üçün
maraqlandığını indi anlayıram. Doğrudan da, belə nağıllar qədim məzhəkələrə bənzədilə bilər. Həm bu
nağıllarda, həm də o məzhəkələrdə, faciələrdəki kimi, həqiqətən yaşamış insanlardan deyil, uydurma
qəhrəmanlardan bəhs edilir; İsidor da onların yalan olduğunu bildirir: ‘Mənzum nağıllar düşünülmədən,
necə gəldi qoşulur, buna görə də olanlardan yox, yalanlardan bəhs edir”.
“Söhbət məzhəkələrdən deyil, gülüşün caiz olub-olmadığından gedirdi”, - Xorxe alnını qırışdıraraq
dedi. Amma yaxşı yadımda idi ki, həmin gün Venansio bu söhbət haqqında danışarkən, Xorxe bunu
unutduğunu demişdi.
“Eh, - Vilhelm laqeydcə dedi, - mənsə elə düşünmüşdüm ki, siz yanlış bədii düşüncələrdən və məzəli
tapmacalardan söhbət açmısınız”.
“Biz gülüş haqqında danışırdıq, - Xorxe quru səslə dedi. - Məzhəkələr bütpərəstlər tərəfindən
tamaşaçıları güldürmək üçün yazılmışdır; bu isə çox qəbahətli işdir. İsa Məsih heç zaman təmsil, ya da
gülməcə danışmadı, yalnız cənnəti necə qazana biləcəyimizi məcazi yolla öyrədən aydın ibrətamiz heka-
yələr söylədi. Qoy dünyanın sonuna qədər belə olsun, amin”.
“Bilmək istəyirəm, - Vilhelm dedi, - İsanın, heç olmasa, çox nadir hallarda güldüyü düşüncəsinə nə
üçün bu qədər qarşı çıxırsınız? Mən gülüşün, yaralar və bəzi cismani xəstəliklərin sağaldılmasında istifadə
olunan müalicəvi sular kimi, xüsusən də səbəbsiz qəmginliyin aradan qaldırılması üçün yaxşı bir dərman
olduğuna inanıram”.
“Müalicəvi sular gözəl şeydir, - Xorxe cavab verdi, - Akvinolu' da kədərdən qurtulmaq üçün müalicəvi
suları məsləhət görür. Kədər - şəri amansız bir mübarizə ilə ortadan qaldırmağa yönəldilmirsə, qəbahətli
hissdir. Müalicəvi sularla yuyunmaq -
90
90
Akvinolu Tommaso (1225-1274) - elmləri sistemləşdirən məşhur dominikan tədqiqatçısı, “mocmuələr”in müəllifi: “Bütpərəsətlər
əleyhinə məcmuə” (1258) və “Teologiya haqqında məcmuə” (1261)
156
bədəndəki mayelərin nisbətini tarazlaşdırar. Gülüş isə - bədəni sarsıdar, üz cizgilərini pozar və insanı
meymuna bənzədər”.
“Meymunlar gülmür, gülüş yalnız insana məxsusdur, onun şüurlu olduğunun əlamətidir”, - Vilhelm
cavab verdi.
“Nitq də insan ağlının əlamətidir, amma nitqlə Tanrıya küfr etmək də olar. İnsana xas olan hər şey
ədəbli deyildir. Gülüş axmaqlıq əlamətidir. İnsan - güldüyü şeyə ehtiram göstərməz, amma ona nifrət də
etməz. Beləcə, şərə gülmək - onunla mübarizəyə hazır olmamaq deməkdir, xeyirə gülmək isə - onu yayan
qüdrətə hörmət etməməkdir. Bu barədə bizim Qaydalarda da yazılmışdır: “İtaətkarlığın onuncu dərəcəsi -
gülmək istəyinə təslim olmamaqdır, zira belə deyilmişdir: “Axmaqlann gülüşü - ocaqda yanan çör-çöpün
çatırtısı kimidir”.
“Kvintilian, - deyə ustadım onun sözünü kəsdi, - deyir ki, mədhiyyələr əzəmətli olsun deyə, gülməli
sözləri çıxarmaq lazımdır, amma başqa hallarda - bunlar xoş qarşılanmalıdır. Tasit Kalpumi Pisonun
istehzasını bəyənir; Kiçik Plini yazır: “Bəzən gülər, şənlənər, oynayaram, mən insanam”.
“Onların hamısı bütpərəstlərdir, - Xorxe cavab verdi. - Qaydalarda deyilmişdir: “Rişxənd etmək,
cəfəngiyat danışmaq və gülmək qarşısında sonsuzadək sədd çəkilməlidir, bir müridin belə sözlər üçün
ağzını açmasına izn verilməməlidir”.
“Amma Məsihin təlimi yer üzünə hakim olunca Kirenli Sinesi dedi ki, İlahi ədalət tərəfindən gülünclük
və faciəvilik həmahəng olaraq birləşdirilmişdir. Heliy Spasian yüksək əxlaqa malik və təbiətcə xristian
olan imperator Adriandan şən anlarla ciddi anları birləşdirməyi bacaran bir insan kimi bəhs edir. Nəhayət,
Avsoni də ciddiliklə əyləncəni ağıllı şəkildə əlaqələndirməyi məsləhət görür”.
“Lakin Nolanlı Paulin və İskəndəriyyəli Kliment bizi belə səfehlikdən çəkindirirdilər, Sulpisi Sever
isə deyir ki, Müqəddəs Martinin heç zaman heç kimlə nə hirsli, nə də şən danışdığını görən olmamışdır”.
Dostları ilə paylaş: |