ABŞ-da gender m
əsələləri
47
Liberal feminizm. Liberal feminizmə o feminist cərəyan
aid
edilir ki, qadınlar öz qabiliyyətləri və gücləri hesabına bərabərlik
əldə edirlər, bunu öz fəaliyyət və seçimləri ilə həyata keçirirlər.
Liberal feministlərə görə cəmiyyətdə qadınlar haqqında yanlış fi-
kir formalaşmışdır, guya onlar təbiətləri etibarilə intellektual sə-
viyyələri aşağı, fiziki cəhətdən zəif olan məxluqdurlar. Bunları
əllərində əsas tutan kişilər onlara qarşı diskriminativ münasibət
bəsləyirdilər, özlərinin daha dominant olduğu sahələrdə akademi-
ya, iqtisadiyyat və cəmiyyət üçün önəmli olan digər qurumlarda
qadınları sıxışdırırdılar.
Feminizmin ilk dalğasına aid edilən “liberal feminizm”in
mübarizə fəaliyyəti dövrü, qadınların səsvermə, təhsil, mülkiy-
yət tələbləri ilə gündəmə gələn dövrdür. Liberal feminizm gender
bərabərsizliyin kökünün patriarxal quruluşdan qaynaqlandığını
iddia edir və bu strukturu qadına haqq və azadlığın verilmədiyi
bir sistem kimi qiymətləndirir. Liberal feministlərin barışa bilmə-
dikləri ən əsas məsələlərdən biri də qadınlara kişilər qədər təhsil
imkanın verilməməsi idi.
Liberal feministlər qadınların səsvermə hüququnun olmama-
sı problemini XIX əsrin sonu və XX əsrin əvvəllərində dünyanın
müxtəlif yerlərində müxtəlif şəkildə gündəmə gətirirdilər. Avro-
panın çox az bölgələrində müəyyən qədər mülkə sahib olan qa-
dınlardan başqa digər qadınların səsvermə hüququ yox idi. Bəzi
yerlərdə evli olan, bəzi yerlərdə həm evli, həm də əri mülk sahibi
olan ağdərili qadınlar səsvermə hüququna malik idilər, lakin bü-
tövlükdə, əksər qadınların səsvermə hüququ yox idi. Amerikada
da qaradərili vətəndaşların səsvermə hüququ yox idi. Ümumiy-
yətlə, Amerika qadınlarının siyasi sferada iştirakı da az qala yox
səviyyəsində idi. Amerikada səsvermə hüququ uğrunda mübarizə
qaradərili qadınların ağdərili qadınlarla mübarizəsi ilə eyni za-
manda başlandı.
Liberal feministlər inanırlar ki, “qadınların tabeçilik status-
da olmasının kökü bir çox ənənəvi və leqal adətlərə söykənir ki,
Ki̇fayət Ağayeva
48
bu da qadının bir çox sahələrə daxil olmasına çətinliklər yaradır
və onların ictimai sferada uğur qazanmalarına mane olur”. Onlar
gender bərabərliyini siyasi və leqal islahatların vasitəsilə əldə et-
məyə cəhd göstərirlər (Ferguson, A. & Hennessy, R., 2010).
Liberal feministlərin fikrincə, əgər qadınlar 1800-ci illərin
sonu və 1900-cu illərin əvvəllərində səsvermə hüququ
əldə etsəy-
dilər, bu daha sonra onların fərdi azadlığına gətirib çıxara bilərdi.
Onlar ümid edirdilər ki, bərabərlik adı altında əldə edilən azadlıq
nəticəsində kişilərin qadınlar üzərindəki qəddarlığına son qoyula-
caq və azadlıq imkanı onlara tam şəxsiyyət olma şansını verəcək-
dir. Bundan sonra heç bir dövlət və ya adət-ənənə onların şəxsi
azadlığına mane ola bilməzdi. İlk liberal feministlərə görə, təkcə
ağ kişilər tam hüquqlu vətəndaş hesab oluna bilərdilər. Feminist-
lərdən Meri Volstonkraft, Cudit Sargent Murre və Franses Vrayt
qadınların tam siyası azadlığı üçün qadınlara vəkillik edirdilər.
1920-ci ildə, ABŞ-dakı fəal qadınların təxminən 50 illik səyi nə-
ticəsində, qadınlara səsvermə hüququ və həmçinin onların dövlət
sektorunda işləməsinə icazə verildi.
Liberal feministlər səsvermə hüququnu qazandıqdan sonra
düz dörd onillik səssiz qaldılar. 1960-cı illərdə vətəndaş hüquq-
ları hərəkatı dövründə liberal feministlər irqi diskriminasiya və
cinsi diskriminasiya qarşı paralel mübarizə aparırdılar. Onlar qa-
dın hüquqları uğrunda Qadınlar üçün Milli Təşkilat və Qadınla-
rın Bərabərlik Aksiyası Liqası adı altında qrup şəklində mübarizə
aparırdılar. ABŞ-da bu qruplar Bərabər Hüquqlara görə düzəlişin
ratifikasiyası və ya “Konstitusiyada Bərabərliklə bağlı düzəliş”
üçün birgə işləyirdilər və ümid edirdilər ki, bunu həyata keçirə
bilsələr, demokratik qanunlar çərçivəsində qadın və kişilərin bə-
rabərliyi öz-özünə təmin olunar (Ferguson, A. & Hennessy, R.,
2010). Bu da öz növbəsində qadınların həyatının mühüm sahələ-
rinə (reproduktiv funksiya, əmək və bərabər maaş da daxil olmaq-
la) yaxşı təsir edər. Liberal feministlər başqa sahələri də önəmli
hesab edirdilər, məsələn, aborta icazə, səsvermə, təhsil, uşaqlara