Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə16/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   12   13   14   15   16   17   18   19   ...   95

ABŞ-da gender m
əsələləri
47
Liberal feminizm. Liberal feminizmə o feminist cərəyan aid 
edilir ki, qadınlar öz qabiliyyətləri və gücləri hesabına bərabərlik 
əldə edirlər, bunu öz fəaliyyət və seçimləri ilə həyata keçirirlər. 
Liberal feministlərə görə cəmiyyətdə qadınlar haqqında yanlış fi-
kir formalaşmışdır, guya onlar təbiətləri etibarilə intellektual sə-
viyyələri aşağı, fiziki cəhətdən zəif olan məxluqdurlar. Bunları 
əllərində əsas tutan kişilər onlara qarşı diskriminativ münasibət 
bəsləyirdilər, özlərinin daha dominant olduğu sahələrdə akademi-
ya, iqtisadiyyat və cəmiyyət üçün önəmli olan digər qurumlarda 
qadınları sıxışdırırdılar.   
Feminizmin  ilk  dalğasına  aid  edilən  “liberal  feminizm”in 
mübarizə  fəaliyyəti  dövrü,  qadınların  səsvermə,  təhsil,  mülkiy-
yət tələbləri ilə gündəmə gələn dövrdür. Liberal feminizm gender 
bərabərsizliyin  kökünün  patriarxal  quruluşdan  qaynaqlandığını 
iddia edir və bu strukturu qadına haqq və azadlığın verilmədiyi 
bir sistem kimi qiymətləndirir. Liberal feministlərin barışa bilmə-
dikləri ən əsas məsələlərdən biri də qadınlara kişilər qədər təhsil 
imkanın verilməməsi idi. 
Liberal feministlər qadınların səsvermə hüququnun olmama-
sı problemini XIX əsrin sonu və XX əsrin əvvəllərində dünyanın 
müxtəlif yerlərində müxtəlif şəkildə gündəmə gətirirdilər. Avro-
panın çox az bölgələrində müəyyən qədər mülkə sahib olan qa-
dınlardan başqa digər qadınların səsvermə hüququ yox idi. Bəzi 
yerlərdə evli olan, bəzi yerlərdə həm evli, həm də əri mülk sahibi 
olan ağdərili qadınlar səsvermə  hüququna malik idilər, lakin bü-
tövlükdə, əksər qadınların səsvermə hüququ yox idi. Amerikada 
da qaradərili vətəndaşların səsvermə hüququ yox idi. Ümumiy-
yətlə, Amerika qadınlarının siyasi sferada iştirakı da az qala yox 
səviyyəsində idi. Amerikada səsvermə hüququ uğrunda mübarizə 
qaradərili  qadınların  ağdərili  qadınlarla  mübarizəsi  ilə  eyni  za-
manda başlandı. 
Liberal feministlər inanırlar ki, “qadınların tabeçilik status-
da olmasının kökü bir çox ənənəvi və leqal adətlərə söykənir ki, 


Ki̇fayət  Ağayeva
48
bu da qadının bir çox sahələrə daxil olmasına çətinliklər yaradır 
və onların ictimai sferada uğur qazanmalarına mane olur”. Onlar 
gender bərabərliyini siyasi və leqal islahatların vasitəsilə əldə et-
məyə cəhd göstərirlər (Ferguson, A. & Hennessy, R., 2010).  
Liberal  feministlərin  fikrincə,  əgər  qadınlar  1800-ci  illərin 
sonu və 1900-cu illərin əvvəllərində səsvermə hüququ əldə etsəy-
dilər, bu daha sonra onların fərdi azadlığına gətirib çıxara bilərdi. 
Onlar ümid edirdilər ki, bərabərlik adı altında əldə edilən azadlıq 
nəticəsində kişilərin qadınlar üzərindəki qəddarlığına son qoyula-
caq və azadlıq imkanı onlara tam şəxsiyyət olma şansını verəcək-
dir. Bundan sonra heç bir dövlət və ya adət-ənənə onların şəxsi 
azadlığına mane ola bilməzdi. İlk liberal feministlərə görə, təkcə 
ağ kişilər tam hüquqlu vətəndaş hesab oluna bilərdilər. Feminist-
lərdən Meri Volstonkraft, Cudit Sargent Murre və Franses Vrayt 
qadınların  tam  siyası  azadlığı  üçün  qadınlara  vəkillik  edirdilər. 
1920-ci ildə, ABŞ-dakı fəal qadınların təxminən 50 illik səyi nə-
ticəsində, qadınlara səsvermə hüququ və həmçinin onların dövlət 
sektorunda işləməsinə icazə verildi.  
Liberal  feministlər  səsvermə  hüququnu  qazandıqdan  sonra 
düz dörd onillik səssiz qaldılar. 1960-cı illərdə vətəndaş hüquq-
ları hərəkatı dövründə liberal feministlər irqi diskriminasiya və 
cinsi diskriminasiya qarşı paralel mübarizə aparırdılar. Onlar qa-
dın hüquqları uğrunda Qadınlar üçün Milli Təşkilat və Qadınla-
rın Bərabərlik Aksiyası Liqası adı altında qrup şəklində mübarizə 
aparırdılar. ABŞ-da bu qruplar Bərabər Hüquqlara görə düzəlişin 
ratifikasiyası və ya “Konstitusiyada Bərabərliklə bağlı düzəliş” 
üçün birgə işləyirdilər və ümid edirdilər ki, bunu həyata keçirə 
bilsələr, demokratik qanunlar çərçivəsində qadın və kişilərin bə-
rabərliyi öz-özünə təmin olunar (Ferguson, A. & Hennessy, R., 
2010). Bu da öz növbəsində qadınların həyatının mühüm sahələ-
rinə (reproduktiv funksiya, əmək və bərabər maaş da daxil olmaq-
la) yaxşı təsir edər. Liberal feministlər başqa sahələri də önəmli 
hesab edirdilər, məsələn, aborta icazə, səsvermə, təhsil, uşaqlara 


ABŞ-da gender m
əsələləri
49
qayğı, qadınlara qarşı məişət zorakılığı ilə mübarizə və s (Mauri-
ce Dobb, 1979).  
Marksist feminizm. Marksist feministlər iddia edirlər ki, qa-
dınlar kapitalizm quruluşuna və xüsusi mülkiyyətə görə təzyiqə 
məruz qalırlar. Marksist feministlərə görə, qadınlar o zaman azad 
ola bilərlər ki, kapitalist iqtisadiyyatında radikal islahatlar apa-
rılsın, çünki qadınların iqtisadiyyatdakı statusu kişilərlə eyni de-
yildir. Buna görə qadınlara maliyyə kompensasiyası olunmalıdır 
(Yenə orada).
Marksist feministlər qadın və kişilər arasında mövcud olan 
diskriminasiyanın kökündə sosial, sinfi bərabərsizliyin və bu bə-
rabərsizliyin  kökündə  isə  qadınların  kişilərdən  iqtisadi  asılı  ol-
ması faktorunun durduğunu iddia edirlər. Bir sözlə, marksizmə 
görə, bütün mövcud problemlərin kökündə qadınların kişilərdən 
iqtisadi asılı olması amili durur. Ümumiyyətlə, marksizmə görə, 
əksəriyyət problemlərin kökündə kapitalizm rejimi durur, rejim 
aradan götürülərsə və bu, sosialist rejimi ilə əvəz olunarsa, bütün 
problemlər avtomatik aradan qalxar.
Karl  Marks  və  Fridrix  Engelsin  “Kommunist  Manifesti” 
(1848)  adlı  əsərində  onlar  kapitalizmlə  insanlara  olan  istismar 
arasındakı əlaqədən yazır və bunu bir diskurs səviyyəsinə gətirib 
çıxarır. Marks bunu daha da inkişaf etdirərək (1859), tarixi mate-
rializmin nəzəriyyə və metodlarını hazırlayaraq iddia edir ki, cə-
miyyəti bütövlükdə quran iqtisadi sistemlərdir və bunlar gündəlik 
həyat və təcrübəyə təsir göstərir. Tarixi materializm iqtisadi və 
texniki amillərin əvəzedilməz rolunu qeyd edir və onlar cəmiyyə-
tin əsas strukturunu müəyyənləşdirir. Baza strukturu fəhlə sinfi-
nin istismara məruz qalmasını, hakimiyyətin maraqlarını inkişaf 
etdirmək məqsədini güdür. Marks (1859) qeyd edir ki, bu sistem 
hakim sinif tərəfindən öz maraqlarına uyğun tənzimlənir və ha-
kim  sinfin  iqtidarda  qalması  üçün  siniflər  arasında  münaqişəni 
qoruyub saxlayır (Marx, K. & Engels, F., 1848).  


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə