Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə13/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   9   10   11   12   13   14   15   16   ...   95

Ki̇fayət  Ağayeva
38
Bəzi ölkələrdə hələ də qadınların səsvermə hüquqları yoxdur. 
Yəmən,  Livan,  Hindistanın  bəzi  bölgələri  (səbəb  kimi  bu  böl-
gələrdə yolların təhlükəli olduğu göstərilir), Vatikan Siti və s.
İngiltərə və ABŞ-da burjua cəmiyyətin hüquq sisteminin for-
malaşması tarixi ənənələrə təkan verdi. Əvvəllər ər və arvad ara-
sında oturuşmuş qanunlar mövcud idi: Ərə gedəndən sonra qadın 
nəinki əri ilə bərabər siyasi hüquqa iddia edə bilməzdi, o hətta 
öz vətəndaşlıq hüququnun saxlanılmasını (əgər onun vətəndaşlığı 
ərininkindən fərqli idisə), mülkiyyətini və ödənişli işdə çalışmaq 
haqqını itirirdi. Məhz bu səbəblər qadın hərəkatın bir sıra ölkələr-
də baş qaldırmasına təkan oldu.
Siyasi  bərabərlik  uğrunda  mübarizə.  Feminizmə  görə, 
gender bərabərsizliyinin kökündəki haqsızlıq ondan ibarətdir ki, 
qadın və kişilərin mülki hüquqlara, yəni müəyyən sosial resurs-
lara, təhsilə, iqtisadiyyata, siyasətə, iş yerlərinə olan əlyetərliyi 
qeyri-bərabərdir.
Qadın  hərəkatının  təkanverici  qüvvələrindən  hesab  olunan 
Meri Votistonkraft  “Qadınların hüquqlarının müdafiəsi” (1792) 
adlı  kitabında  hüquqsuz  qadınların  vəziyyətini  dərindən  təhlil 
edir, onların zəifliyinin və az inkişafının səbəbini müasir tərbiyə 
sistemində görür. Müəllif bunu aşağıdakı kimi tənqid edir: “Erkən 
uşaqlıq dövründən qadınlara özlərini necə aparmaq öyrədilir və 
qızlar bütün bunları anaların timsallarında görürlər; onların sözə-
baxan, yumşaq xarakterli görünmələri və bicliyi uğurlu tətbiq edə 
bilmə bacarıqları sonda kişilərin onlara boyun əymələri ilə nəti-
cələnir”. Yəni qadınların ikili standartlarla yaşamalarına əslində 
kişilər rəvac verirlər.
Elə həmin dövrlərdə Fransada Olimpiya de Quj “Qadınlar və 
qadın vətəndaşlar haqqında deklarasiya” (1791) adlı əsərini yazır. 
Müəllif öz əsərində göstərir ki, qadınların vətəndaş azadlıqların-
dan istifadə edə bilmə və ölkə idarəetmə bacarıqları heç də ki-
şilərinkindən az deyil. Buna reaksiya müəllif üçün faciəvi olur və 
sonda  Fransa kral ailəsi onun üçün ölüm hokmü verir.


ABŞ-da gender m
əsələləri
39
XIX əsrin sonu və XX əsrin əvvəli feminizmin birinci dal-
ğası dövrü adlanır. Bunların ən bariz nümayəndələri sufrajistlər 
idilər (“suffrage” ingilis sözüdür, mənası səsvermə deməkdir) və 
onlar  bütün  mübarizələrini  qadınların  səsvermə  hüququ  qazan-
maları istiqamətində aparırdılar. Bu hərəkatın aktivləri İngiltərə-
də  Harriet Teylor,  Marqaret  Fuller,  Harriet  Martini, Amerikada 
Elizabet Kedi Stanton, Susan Bronel Antoni və Lukresiya Mott 
idilər. Onlar iddia edirdilər ki, əgər qadınların da hüquqları kişilər 
qədər olsa, o zaman qadınlar kişilərdən daha az asılı olarlar və 
bu asılılıq tədricən aradan qalxar. Bu da bütünlükdə cəmiyyətə 
böyük fayda verər.  
Feministlər ilk sənəd kimi 1848-ci ildə Seneka-Folzda (Nyu-
York) öz proqramlarını qəbul etdilər və ona “Hisslərin deklarasi-
yası” adını verdilər. Bu proqramda, o dövrdə ABŞ-dakı ədalətsiz 
vəziyyət xüsusi qeyd edilirdi, qadınların ağır vəziyyətə düşməsi 
gündəmə gətirilirdi. Bir növ ailə quran qadınlar üçün vətəndaşlıq 
anlayışı yoxa çıxırdı, öz əmək haqqını alma hüququ qalmırdı, təh-
sil alma imkanları olmurdu, çünki ailə quran qadınların üzünə bü-
tün kollec və universitetlərin qapısı bağlanırdı. Deklarasiya Ame-
rika  Konstitusiyasının  mətnini  apelyasiyaya  verdi,  bununla  da 
bəyan etdi ki, vətəndaşların hüququ təkcə kişilərin hüququndan 
ibarət deyil, ora qadın hüquqları da daxil edilməlidir (Попкова 
Л., 1999). 
Feminizm. Yeni ictimai təzahürün - qadınların siyasi hüquq-
larının müdafiəsi hərəkatının baniləri fransalı Olimpiya de Quj, 
ingiltərəli Meri Volstonkraft, amerikalı Abiqay Adamzdır. Femi-
nizmin ilk sənədi 1790-cı ildə Olimpiya de Quj tərəfindən yazı-
lan “Qadınlar və qadın vətəndaşlar haqqında deklarasiya” əsəri 
olmuşdur.  
Hər  şeydən  əvvəl  feminizmin  mahiyyətini  aydınlaşdırmaq 
lazımdır.  Feminizm qlobal ideya kimi o  deməkdir ki,  qadın və 
kişilər eyni cür imkana, hörmətə və sosial hüquqlara malikdirlər. 
Feminizm qadın-kişi ayrı-seçkiliyinə qarşı çıxaraq cinslər arasın-


Ki̇fayət  Ağayeva
40
dakı siyasi, iqtisadi və ictimai bərabərliyi müdafiə edən bir ya-
naşmaya sahib olmaqdır. Onlar gender bərabərliyi zəminində qa-
dınların vəkilidirlər. Ümumilikdə isə, feministlər o insanlardır ki, 
genderinə görə hər növ diskriminasiyanın əleyhinədirlər və buna 
son qoymağı tələb edirlər. Feministlərə görə, tarix boyu əksər cə-
miyyətlərdə kişilər qadınlardan daha çox hüquqa malik olmuşlar. 
Feminizmin əsas tənqid hədəfi, qadının cəmiyyət tərəfindən 
kişidən  az    qiymətləndirilməsi  məsələsi  olmuşdur.  Sinfindən, 
irqindən, millətindən və dinindən asılı olmayaraq, dünyanın hər 
bir yerində qadınlar az, ya çox bu problemlərlə qarşılaşırlar. Ta-
rixin daha əvvəlki dövrlərində az qala insan kimi qəbul olunma-
yan  qadınlar,  ilk  dəfə  XVII  əsrdə  İngiltərədə  öz  haqq  səslərini 
yüksəltməyə başladılar. Feminizmdən bəhs edən ilk sanballı əsər 
Meri  Volstonkraftın  XVIII  əsrdə  yazdığı  “Qadın  hüquqlarının 
müdafiəsi”  adlı  kitabdır  və  həmin  əsərdə  müəllif  qadınların  da 
təhsil, hüquq və siyasət sahələrində kişilərlə eyni hüquqlara sahib 
ola bilmə fikrini irəli sürür. Volstonkraftın yazdığı bu kitab bir çox 
inqilabi hərəkatlara təkan verdi. Müəllif əsərdə qızlarla oğlanla-
rın bərabər təhsil almaq imkanlarına mane olan burjualara qarşı 
mübarizə aparan fransız inqilabçılardan bəhs edir. Ona görə, qa-
dınların ev işinə məhkum edilməsi, qadın potensialından istifadə 
edilməməsi onlara qarşı işlədilən ən böyük günah idi. Volstonk-
raftın o illərdə bəhs etdiyi fikirlərin bir yarım əsr sonra yenidən 
gündəmə gəlməsi qadın hüququ uğrunda mübarizəni reallaşdırdı.
    Bəzən  “feminist”  sözünün  mənasını  yanlış  anlayırlar  və 
bəzilərinə görə feministlər çox acıqlı, kişiləri gözü götürməyən, 
onları sevməyən qadınlar kimi qiymətləndirirlər. Lakin bu stereo-
tipləşmiş məna ilə reallıq arasında çox böyük fərq vardır. Bunları 
daha aydın dərk etməkdən ötrü ilk növbədə dünyada çox yayılmış 
feminizm növlərindən bəhs etmək yerinə düşərdi.  
ABŞ-da  səsvermə  uğrunda  mübarizə  -  feminizmin  ilk 
dalğasıReal qadın hərəkatı yalnız XVIII əsrdə Fransada Böyük 
Fransa İnqilabı (1789), Şimali Amerikada isə müstəqillik uğrun-


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə