Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə9/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   5   6   7   8   9   10   11   12   ...   95

Ki̇fayət  Ağayeva
26
ideologiyaya, yəni insanların düşüncələrinə söykənir. Qadınların 
kişilərdən olan iqtisadi asılılığı kişilərə qadınların üzərində nə-
zarət etmə imkanına zəmin yaradır. Bəzi yerlərdə mədəni amillər 
kişilərin  qadınlar  üzərində  nəzarətini  dəstəkləyir  və  hətta  buna 
qadınları məcbur edir. Ola bilsin ki, bu, şəhər və kənd yerlərində 
fərqli həyata keçirilir, lakin əksər hallarda bu hər yerdə oxşardır.  
Güc kontekstində gender ayrı-seçkiliyi. Bütün yeni elmlər 
kimi Gender araşdırmaları da elmə çoxsaylı yeni terminlər gətir-
mişdir. Bu terminlər təkcə Gender araşdırmalarında deyil, bir çox 
humanitar elmlərin terminologiyasında da müntəzəm istifadə edi-
lir. Lakin Gender araşdırmaları bir elm olaraq bu terminlərə yeni 
məna verir. Məsələn, ümumişlək söz kimi güc dedikdə, adətən, 
canlıların fiziki işgörmə qabiliyyəti nəzərdə tutulur: Fizikada güc 
- işin onun görüldüyü zamana nisbəti ilə ölçülən kəmiyyətdir və 
N” hərfi ilə işarə olunur. Gender araşdırmalarında isə güc birinin 
istəyini digərinə qəbul etdirə bilmək qabiliyyətidir. Cəmiyyətin 
güclü üzvləri, yəni kişilər sosial resurslara (pul, mülkiyyət, təbii 
resurslar və s.) nəzarət etdiklərinə görə güclüdürlər.
Material,  insan,  intellektual  və  maliyyə  resursları  üzərində 
nəzarətin dərəcəsi müəyyən bir insanlar/qurumlar/təşkilatlar tərə-
findən  müəyyənləşdirilir.  Beləliklə  də,  bu  resursların  üzərində 
olan nəzarət gücün mənbəyinə çevrilir. Bu dinamika sosial, iqti-
sadi və siyası əlaqə şəklində fərdlər və qruplar arasında müşahidə 
olunur. Bu fərdlərin, qrupların təbii resurslar üzərindəki nəzarəti 
qeyri-bərabər paylanmışdır. Bu əlyetərlik və nəzarət fərdin sahib 
olduğu  güclə  təyin  olunur.  Gücün  dayanıqlılıq  dərəcəsi  sosial 
stratifikasiyadan (gender, sinif, kasta və s.) asılı olur.   
Güc səlahiyyətdən asılı olaraq müxtəlif cür anlaşıla bilər: bu 
ali və ya aşağı dərəcəli (dominantlıq/tabeçilik statusuna uyğun) 
ola bilər. Gücün dərəcəsi fərdin qərar qəbul etmə səlahiyyətinə, 
problem həll etmə qabiliyyətinə görə dəyişə bilər.    
Bu güc kollektiv məqsədlərə çatmaq üçün ümumi məqsəd və 
anlaşmanı nəzarətdə saxlayır. Güc fərdlərdə özünə inamı, qətiy-


ABŞ-da gender m
əsələləri
27
yəti və məqsədyönlülüyü təlqin edir. Fərdlərin təcrübələrini təhlil 
etmələrində, qətiyyətli olmalarında güc önəmli amildir. 
Patriarxallıq.  Patriarxal  sözünün  mənası  ‘ata  qaydası’ 
deməkdir. Gender araşdırmaları fənni daxilində bu elə bir sosial 
sistemə aiddir ki, orada kişilər qadınların üzərində dominantlıq 
edir. Kişi dominantlığı bir neçə yolla ifadə olunur – məsələn, ailə 
qurumu daxilində hüquqların çoxu kişilərə verilir, sahibkarlıq və 
resurslara nəzarətdə də kişilər daha çox dominantlıq edirlər.    
Sosial və tarixi kontekstdə patriarxallığın müxtəlif formala-
rı mövcuddur, çünki patriarxallıq elə bir sistemdir ki, o həm cə-
miyyət tərəfindən formalaşır, həm də cəmiyyət onun tərəfindən 
formalaşır.  Patriarxallıq  müxtəlif  icma,  iqtisadi  sistem  şəklində 
fəaliyyət  göstərir.     
Patriarxal cəmiyyət elə bir cəmiyyətdir ki, bu cəmiyyət kişilər 
tərəfindən nəzarətə götürülür və yönəldilir. Qanunları kişilər təsbit 
edir, böyük qərarları onlar verir və ev, icma, biznes və dövlətdə öz 
dominant mövqelərini qoruyub saxlayırlar. Kişilərin qanunların qə-
bul olunmasındakı rolu böyükdür və onlar həm ailə daxilində, həm 
də ailədənkənar sferalarda dominantlıq edirlər. Belə cəmiyyətlərdə 
qadınlar kişilərin nəzarəti altında icraçı və köməkçi qismində (hər 
bir uğurlu kişinin arxasında bir güclü qadın var) fəaliyyət göstərir-
lər, uşaq dünyaya gətirirlər və ev işlərini yerinə yetirirlər. Əsrlərdir 
ki, əksəriyyət mədəniyyətlərdə bu, qeyd etdiyimiz şəkildədir.   
XX əsrin əvvəllərində feministlər kişilərin qadınlar üzərində 
dominantlığın sosial təşkilini aydınlaşdırmaqdan ötrü patriarxal-
lıq konsepsiyasından istifadə etmişlər. Patriarxal cəmiyyətin əsas 
ideologiyası bütün üstünlükləri kişilərə  verməkdir. Patriarxal cə-
miyyətə  xas  olan  xüsusiyyətlər  ondan  ibarətdir  ki,  kişilər  qüd-
rətli, azad fikirli, zəkalı, nə edəcəyini yaxşı bilən, ailənin qanuni 
mirasının sahibi, dominant, zorakı, qüdrətli, sirr saxlayandırlar və 
digər üstün keyfiyyətlərə sahibdirlər.  
Beləliklə, patriarxal strukturda kişilər dominant statusdadırlar 
və birmənalı olaraq onların qərar verməyə absolyut əlyetərlikləri 


Ki̇fayət  Ağayeva
28
vardır. Kişilər belə cəmiyyətlərdə yüksək gəlirlərə mənsubdurlar və 
bütün iqtisadiyyat üzərində nəzarətləri mövcuddur. Belə cəmiyyət-
lərdə kişilər zorakılıq, fiziki və ya mental gücləri sayəsində verdik-
ləri qərarı həyata keçirə bilirlər. Belə cəmiyyətlərdə qadınlar kişilər 
tərəfindən yaradılan dünyanın kişi interpretasiyası vasitəsilə təqdim 
olunurlar.  Əksər  tarix  kitablarında  müharibə  haqqında  məlumat 
veriləndə,  kişi  qəhrəmanlardan  bəhs  edilir  və  qadınlar  haqqında 
məlumat qıtlığı müşahidə olunur. Qadınların bu şəkildə təqdimatı 
onlar haqqında az məlumat almağımıza səbəb olur və bu onların 
rol model olmasına əngəl yaradır. Əslində matriarxal cəmiyyətlərdə 
qərarları qadınlar verir, icma liderləri qadınlar olur, ailə, icma və 
cəmiyyətin mərkəzində duran fiqur qadın olur. Nə patriarxal, nə də 
matriarxal cəmiyyətlər bəşəriyyətin tərəqqisi üçün adekvat hesab 
olunmur. İdeal cəmiyyət o cəmiyyət hesab olunur ki, burada gende-
rinə görə fərdlər diskriminasiyaya məruz qalmırlar, insanlar bilik, 
bacarıq  və  səriştələrinə  görə  bir-birilərindən  üstün  ola  bilirlər  və 
verilən qərarlar paritetliyə söykənir. Belə cəmiyyətlərdə bərabərlik 
hökm sürür və qadın və kişilər bərabər hüquq və imkanlara sahib 
olurlar. Bu kimi cəmiyyətlər eqalitar cəmiyyət adlanır.  
Zəif cins? Qadınlar uzun əsrlərdir ki, təbiətən kişilərdən zəif 
məxluq hesab olunurlar. Kişilər hesab edirlər ki, qadınların həm 
fiziki gücü, həm də intellektual səviyyəsi kişilərdən azdır və on-
lar heç bir zaman kişilər kimi ola bilməzlər və onlarin görgükləri 
işləri görə bilməzlər. Bir çox preindustrial cəmiyyətlərdə ev və 
məişət qayğıları qadınlara, daha “ağır” işlər, məsələn, ov etmək, 
kotan və xışla tarlada işləmək kimi tapşırıqlar isə kişilərə həvalə 
olunmuşdur. Onlar uşaq qayğısına qalmağı, ailənin xəstə və yaşlı 
üzvlərinə qulluq etməyi, ev yığışdırmağı, inək sağmağı və sairə 
işləri ağır iş hesab etmirdilər. Qadınları zəif məxluq hesab edən-
lərə  bugünkü  testlərlə  yaxşı  cavab  vermək  olar. Aparılan  tibbi 
tədqiqatlara görə qadınlar kəskin bədən ağrılarına daha dözümlü-
dürlər, ağır xəstəliklərə müqavimət qabiliyyətləri daha yüksəkdir 
və daha uzun ömürlüdürlər.  


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə