Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə7/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   2   3   4   5   6   7   8   9   10   ...   95

Ki̇fayət  Ağayeva
20
Məsələn, az yaşlı qıza gəlinciklə oynamaq, bir az böyük qıza isə 
ev işləri ilə əlaqəli oyunlar oynamaq  tövsiyə olunur. Bununla da 
onlar özlərinə uyğun davranış  kodlarını öyrənirlər və davranış 
normalarına  uyğun  yaşayırlar. 
Qısası,  cinsi  xüsusiyyətlər  biolojidir,  zamana  və  cəmiyyətə 
görə dəyişmir. Gender xüsusiyyətləri isə sosial münasibətlərin tə-
siri ilə formalaşır, zamanla dəyişir, müxtəlif cəmiyyətlərdə fərq-
li xarakter daşıya bilər. Genderə aid təsəvvürlər təkcə zaman və 
məkanla  dəyişmir.  Eyni  cəmiyyətdə  insanların  “femininlik”  və 
“maskulinlik” xüsusiyyətləri haqqında təsəvvürləri insanın yaşı, 
sosial mövqeyi, etnik qrupu, dini, ailə statusu və başqa amillərdən 
asılı olaraq fərqlənir.
Gender araşdırmaları fənnin paradiqmasıGender araş-
dırmaları fənninin predmeti mövcud cəmiyyətdə, kişi və qadın 
keyfiyyətləri  haqqında  təsəvvürlər  və  onları  fərqləndirən  xüsu-
siyyətlərdir. Qısası, bu təsəvvürlər maskulinlik və femininlik ter-
minləri ilə bağlı bütün məqamları özündə tam cəmləşdirir. Gen-
der araşdırmaları aşağıdakı xüsusiyyətləri – ictimai şüurun faktı 
kimi (bu sosioloji tədqiqat predmetidir) neytral və obyektiv şə-
kildə, siyasi pozitiv-demokratik tendensiya kimi (məsələn, sek-
sual azlıqdan bəhs edilərkən), tənqidi şəkildə (söhbət reklamda 
ənənəvi maskulinlik və femininlikdən gedərsə) nəzərdən keçirə 
bilər. Gender araşdırmaları insanların qəbul etdiyi şəkildə təyin 
edilmiş  stereotiplər  və  insanlararası  münasibətlər,  davranış  və 
qiymətləndirmənin şəxsi ekpressiv modelindən bəhs edir.
Paradiqma  nədir?  Ümümi  anlamda  fənnin  bəhs  etdiyi 
məsələləri elmi çərçivədə ortaya qoyan fundamental imicə para-
diqma deyilir. Lakin elmi ədəbiyyatlarda paradiqmanın müxtəlif 
formalarda izahına təsadüf olunur. Paradiqma elmdə problemin 
qoyuluşu və həlli üçün nümunə sayılacaq model, amillər, bilik-
lər məcmusudur və ya elmi ictimaiyyətin əksəriyyəti tərəfindən 
qəbul edilən nəzəri müddəalar, anlayışlar və terminlərdir. Para-
diqma  müəyyən  tarixi  dövr  ərzində  elmdə  mövcud  konseptual 


ABŞ-da gender m
əsələləri
21
sxem, problemin qoyuluşu, həlli və öyrənilmə modeli, tədqiqat 
metodunu bildirən əsas elmi baxış, cərəyandır. Paradiqma müəy-
yən bir sahədə fəaliyyət göstərən alimlərin, tədqiqatçıların sahib 
olduqları ortaq dəyər, paylaşdıqları düşüncə tərzidir və problemin 
tədqiqində istifadə olunan ortaq modeldir.
Paradiqma tədqiqatçı alimə öyrəniləcək problemləri qabart-
mağa, bundan ötrü zəruri olan metodları seçməyə və izah etməyə 
yardım edir. Paradiqmanın üstün cəhəti odur ki, o, tədqiqatçının 
diqqətini birmənalı olaraq aktual hesab edilən məsələlərin üzərinə 
çəkir,  məhdud  cəhəti  də  odur  ki,  digər  az  əhəmiyyəti  olmayan 
məsələlərdən onların diqqətini yayındırır. Digər fənlərdə olduğu 
kimi, Gender araşdırmalarında da elmi tədqiqata yanaşma həm 
obyektiv, həm də subyektiv ola bilir.
Gender araşdırmaları fənni nəyi öyrənir? Məlumdur ki, iq-
tisadiyyat fənninin tədrisi zamanı iqtisadi məsələlər, siyasi elm-
lərin tədrisində isə siyasi məsələlər öyrənilir. Gender araşdırıl-
malarını öyrənəndə, çox güman ki, femininlik  maskulinlikdən 
bəhs  edilməlidir.
Gender araşdırmaları fənninin məqsədi təkcə qadın və ya ki-
şilərin təcrübələrini gözdən keçirmək deyil, burada həmçinin eyni 
işi həyata keçirən genderlərin müxtəlif cür dəyərləndirilmələrinə 
diqqət yetirməkdir. Eyni fəaliyyət kişilər üçün bir cür (çox vaxt 
müsbət anlamda), qadınlar üçün isə başqa cür (çox vaxt mənfi 
anlamda) qiymətləndirilir.
Bu günə qədər Qadın araşdırmalarının mərkəzində, əsasən, 
ailə  məsələləri,  qadının  əmək  fəaliyyəti,  abort,  ailə  planlaşdır-
ması,  uşaqla  əlaqəli  məsələlər  dururdu.  Toxunulan  məsələlərin 
bilavasitə kişilərə də aid olmasına baxmayaraq, nədənsə kişilər 
bu  məsələlərdən  kənarda  qalırdılar.  Gender  araşdırmaları  bir 
elm olaraq qadın-kişilərin həyat və təcrübələrinin fərqliliyini öy-
rənməyə və bu kontekstdə bir çox niyələrin cavabını açıqlamağa 
çalışır. Düzdür, bu yeni elm, əsasən, qadınlarla bağlı məsələlərə 
aydınlıq  gətirir,  amma  cəmiyyəti  yarı-yarı  öyrənməyin  özü  də 


Ki̇fayət  Ağayeva
22
absurddur.  Qadın  məsələlərinin  öyrənilməsinə  verilən  üstünlük 
tarixən qadın məsələlərinin tədqiqatdan kənar qalması səbəbin-
dəndir. Elə o səbəbdən də bu tədqiqatın əsasını qadın məsələləri 
təşkil etsə də, bunlara digər genderin fikirləri, davranışı, rolları 
ilə müqayisə edərkən aydınlıq gətirilməlidir. Qadınla kişi arasın-
da əlaqəni təhlil edərkən onların bir-biri haqqında düşüncələrini 
və onların bir-birilərinə təsirini də nəzərdən keçirmək önəmlidir. 
Yalnız hər iki genderin həyatını hərtərəfli öyrənməklə, cəmiyyəti 
tam anlamaq olar. Gender, erkək və dişinin mədəni konstruksi-
yası, yəni sosial strukturun ən vacib hissəsidir. Heç vaxt genderi 
dərk etmədən cəmiyyətin nə strukturunu, nə də fəaliyyətini an-
laya bilmərik. Ola bilsin ki, Gender araşdırmalarının qadınlarla 
bağlı digər fənlərdən ən mühüm fərqi bu fənnin təbiəti, onun bu-
günkü həyatla bağlılığında olan skeptisizmdir.
Beləliklə, Gender araşdırmalarının məqsədi təkcə informa-
siyaların ziddiyyətliliyini deyil, həmçinin əldə etdiyimiz informa-
siyaları yeni baxış bucağından qiymətləndirmədir. Əsas məsələ 
nəyi bilməyin vacibliyidir.
Gender  araşdırmaları  həm  bizim,  həm  də  digər  insanların 
qadın/kişi haqqında düşüncələrini, qadınlara olan tənqidi reaksi-
yanın qiymətləndirilməsini özündə ehtiva edir. Həm qadın, həm 
də kişilər anlayırlar ki, Gender araşdırmaları – qadın və kişilər-
lə bağlı məsələləri akademik çərçivədə öyrənməyi və öyrətmə-
yi  nəzərdə  tutur.  Qadın  hərəkatının  liderləri  anlayırlar  ki,  əsas 
məsələ  insanların  bugünkü  həyatlarını  formalaşdıran  sosial  qü-
vvələrin öyrənilməsidir. Müxtəlif feminist alimlər eyni ideya və 
münasibətləri müxtəlif perspektivdən öyrənə bilərlər, amma on-
ların hamısını bir istək birləşdirir: Qadınlar öz həyatlarına özləri 
nəzarət etsin, cəmiyyətdə təkcə iştirakçı qismində deyil, həm də 
lider olaraq fəaliyyət göstərməyə qabil olsunlar.
Feminist paradiqma həm kişilər, həm də qadınlar üçün tətbiq 
oluna biləndir. Düzdür, feministlər cəmiyyətdə daha çox qadının 
tərəfində dururlar. Bu da səbəbsiz deyil, çünki tarix boyu qadın 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə