Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə3/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   2   3   4   5   6   7   8   9   ...   95

Ki̇fayət  Ağayeva
8
mənbələrdə onlar hər zaman kişilərdən intellektual səviyyəcə aşa-
ğı və həmçinin şər və pis nəfsin əsas mənbəyi hesab olunmuşlar. 
Yunan mifologiyasına görə, Pandora adlı qadın qadağan olunmuş 
qutunu icazəsiz açdığına görə bəşəriyyət vəba xəstəliyinə tutul-
muş  və  bədbəxtliyə  düçar  olmuşdur.  Qədim  Roma  qanununda 
qadınlar kişilərdən daha aşağı məxluq kimi, uşaqlarla bir sırada 
təqdim olunurdular.  
Qədim  xristian  teologiyasında  da  belə  fikirlərə  tez-tez  rast 
gəlirik. XX əsrdə xristian kilsəsində müqəddəs ata Cerom belə 
deyir: “Qadın cəhənnəmə açılan qapı,  əxlaqsızlığa aparan yol, 
ilan xislətli, bir sözlə, çox qorxulu məxluqdur”. XIII əsrin xris-
tian  ilahiyyatçısı Tomas Akvinas  qadınlar  haqqında  belə  deyir: 
“Düzdür, Tanrı qadını kişiyə köməkçi qismində yaratmışdır, la-
kin qadınların həyatdakı başlıca rolu dünyaya uşaq gətirməkdən 
ibarətdir. Başqa məsələlərdə kişilərə elə kişilər kömək etməlidir”.  
Şərqdə qədim zamanlarda qadına olan münasibət pis deyildi. 
Məsələn, qədim Hindistanda qadınlar evləndikdən sonra öz mül-
kiyyət və fərdi azadlıqlarından məhrum olmurdular, lakin sonra-
dan din qadınları kişilərə tabe olmağı tələb etdi. Qadına mülkiyyət 
hüququ verilmirdi, qadın bir dəfədən çox ərə gedə bilməzdi. Həm 
Qərb, həm də Şərqdə oğlan övladlarına üstünlük verilirdi. Bütün 
bunlara baxmayaraq, qadınlar sonda dünyanın əksər ölkələrində 
azadlıq əldə edə bildilər.   
Gender nədir? İnsan anadan olduğu andan gender sistemi-
nin  təsir  obyekti  olur.  Ənənəvi  cəmiyyətlərdə  uşağın  dünyaya 
gəlməsi ilə əlaqədar simvolik adətlər mövcuddur, bəzən isə heç 
dünyaya  gəlməmiş  uşağa  cinsinə  uyğun  rəngdə  geyimlər  seçi-
lir, oyuncaqlar alınır və hətta körpə uşağın cinsini bilmədən bu 
əlamətlərə görə onu təyin etmək mümkün olur. Bəzən dünyaya 
yeni gəlmiş uşaqlarla cinsinə uyğun rəftar edirlər; məsələn, vali-
deynlər çox vaxt yeni dünyaya gəlmiş oğlan uşaqlarını çox yediz-
dirdikləri halda, qız uşaqlarını daha çox danışdırırlar.
Gender sözü ilk dəfə Ann Oukli tərəfindən qadın və kişilərin 


ABŞ-da gender m
əsələləri
9
bioloji və sosial xarakterlərini təsvir etmək üçün istifadə edilmiş-
dir. Genderin ən sadə təsnifatı Ann Oukli tərəfindən belə verilmiş-
dir: İnsanlar dişi və erkək doğulurlar, qız və oğlan kimi böyüməyi 
öyrənirlər, qadın və kişi kimi yetişirlər (Ann Oakley,1972). On-
lara cinslərinə uyğun davranış, inam, münasibət, rollar, fəaliyyət 
və başqaları ilə necə rəftar etmək təlqin  olunur. Bu öyrədilmiş 
davranışlar gender identikliyini yaradır və gender rollarını təyin 
edir. Qadın və kişilərin cəmiyyətdə oynadıqları həm bioloji, həm 
də sosial rollar çox önəmlidir, lakin sosial rollar bioloji rollardan 
daha çox əhəmiyyət kəsb edir. Həm bioloji, həm sosioloji rollar – 
mədəniyyətə, dinə, çoğrafi şəraitə görə dəyişə bilər.
Gender normaları ailədə uşaq tərbiyə etmə prosesində (vali-
deyn və ya qohum qismində), təhsil sistemində (uşaq təşkilatla-
rında  tərbiyəçi  və  ya  müəllim  qismində),  bütünlükdə  mədəniy-
yətdə (kitablar və ya KİV vasitəsilə) uşaqların şüuruna yeridilir, 
bəzı əxlaq qaydaları formalaşdırılır və əsl kişi və əsl qadın necə 
olmalıdır təsəvvürü yaradır. 
Biz  özümüzü  müxtəlif    yollarla  təsvir  edirik.  Bunu  ən  çox 
mən qadınam və ya mən kişiyəm kimi bioloji əsaslara kökləyi-
rik. Bu sözlərlə heç vaxt üzünü görmədiyiniz qeyriləri haqqında 
nəticə  çıxarırıq.  Bu  şəkildə  verilən  təsvir  insan  anatomiyasının 
sadə təsvirindən kənara çıxır. Bu məlumat insanın təkcə cinsin-
dən  deyil,  həmçinin  şəxsi  keyfiyyət  və  davranışından  da  xəbər 
verir. Yuxarıdakı ifadələri işlətməklə insanlar sizin nə geyinəcə-
yinizdən, özünüzü necə ifadə edəcəyinizdən, hətta həyat fəaliy-
yətinizdən də danışa bilirlər.
Əgər qadınsınızsa, onlar sizi donda təsəvvür edəcək, amma 
şalvarda da görsələr, təəccüb etməyəcəklər. Çoxlarına elə gəlir ki, 
qadınsınızsa, siz nisbətən passiv, qeyri-müstəqil fikirli, emosio-
nal və tez ağlayan olmalısınız. Siz digərlərinə qulluq etməkdən, 
uşaqların qayğısına qalmaqdan, bir sözlə, fədakarlıqdan zövq al-
malısınız. Xarici görünüşünüz sizin üçün çox önəm kəsb etdiyinə 
görə, onunla hədsiz məşğulsunuz, biznes məsələləri, dünyada ge-


Ki̇fayət  Ağayeva
10
dən proseslərlə o qədər də maraqlanmırsınız, texnikadan isə heç 
bir məlumatınız yoxdur. Əgər siz kişisinizsə, onlar sizi şalvarda 
təsəvvür  edəcəklər,  birdən  sizi  donda  görsələr,  təşfişə  düşərlər, 
lap qorxa da bilərlər. Onlara elə gəlir ki, siz kişisinizsə, demə-
li, hədsiz inadkar, müstəqil və öz emosiyalarına nəzarət etməyi 
bacaran adamsınız. Onlara görə, siz öz işinizlə çox ciddi məşğul 
olan,  ambisiyalı,  işinizə  vurğun,  elmdən,  idmandan,  biznesdən 
yaxşı  xəbərdar  və  dünyada  baş  verən  hadisələrdən,  texnikadan 
kifayət qədər məlumatlısınız. Beləliklə, cəmiyyət öz inamlarına 
uyğun  kişi  və  qadınlarla  fərqli  rəftar  edir  və  bəzən  onları  qar-
şı-qarşıya  qoyur.
Başqa sözlə, bioloji verilmiş cins (yəni erkəklik və ya dişilik) 
sosial kateqoriyanın konstruksiyasını əmələ gətirmək üçün əsas 
baza kimi istifadə olunur və biz bunu gender - maskulinlik və ya 
femininlik adlandırırıq. Bu, o deməkdir ki, sizin bioloji cinsinizə 
uyğun təsvirinizdənsə, genderə uyğun sosial təyin olunmuş xa-
rakterinizin təsviri haqqınızda daha aydın təsəvvür yarada bilər.
Əhəmiyyətlisi  odur  ki,  bu  diferensiasiya  təkcə  fərdlərarası 
səviyyədə deyil, cəmiyyətdə struktur səviyyədə də baş verir. Cə-
miyyət özü üçün bu ştrixləri, davranışları və sosial qarşılıqlı tə-
siri cins üzərində cızır. Bu xüsusiyyətlər cəmiyyət institutlarında 
təsdiq olunur, yəni iqtisadiyyat, siyasət, təhsil sistemi, din, ailə və 
digər qurumlarda öz əksini tapır. Bu institutlaşdırılmış gender di-
ferensiasiya modeli cəmiyyətdə cins-gender sisteminə aid edilir.
Cins-gender  sistemi  tarixən  istər  qarışıq  mədəniyyətlərdə, 
istərsə  də  digər  mədəniyyətlərdə  müxtəlif  cür  təzahür  etmişdir. 
Buna  baxmayaraq,  bu  sistemdə  ən  azı  üç  qarşılıqlı  komponent 
mütləq  mövcuddur: 
a) bioloji cins əsasında gender kateqoriyaların sosial konst-
ruksiyası;
b)  əməyin  cinsə  görə  bölünməsi,  xüsusi  tapşırıqlar  cinsə 
əsasən  bölünür  və  yerinə  yetirilir; 
c) seksuallığın sosial tənzimlənməsi, seksual ifadənin xüsusi 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə