Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə6/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   2   3   4   5   6   7   8   9   ...   95

ABŞ-da gender m
əsələləri
17
kitabında bu haqda belə yazır: “Insanın özünü kimlə – kişi və ya 
qadınla identifikasiya etməyə başlaması onun xarakterinin əsas 
qismini təşkil edir, ideya və istəklər ilk növbədə onun uşaqlıq-
da özünü hansı cinslə identifikasiya etməsi ilə əlaqəlidir. Normal 
inkişaf zamanı qazandığı cins onun xromosomlar, hormonlar və 
morfologiyasındakı  bioloji  fərqlərə  uyğun  gəlir”  (Lewontin  R., 
1982:142).  Məhz  buna  əsaslanan  cinsi  fərqlər  anlamına  uyğun 
genderin müasir konsepsiyası meydana gəlmişdir.
E.Qross genderə təyinat və identifikasiya kimi deyil, seksual 
diferensiasiyanın metaforu kimi baxır. T. de Lauretis isə M.Fu-
konun ideyalarına istinad edərək özünün “Genderin texnologiya-
sı” adlı əsərində yazır ki, gender sadəcə, anatomik-bioloji cinsin 
törəməsi deyil, onun sosial konstruksiyasıdır, reprezentasiyasıdır, 
daha doğrusu, diskursiv və vizual reprezentasiyanın əsas effekti-
dir. Mən də Fuko kimi  hesab edirəm ki, gender müxtəlif ictimai 
qurumların məhsuludur: Təkcə ailə, təhsil sistemi, KIV, tibb və ya 
hüquq deyil, o həmçinin dil, ədəbiyyat, kino və elmi nəzəriyyədir 
(Лауъетис де, Т. 1998: 136).  
Gendərə  insan  mədəniyyətinin  məhsulu  kimi  baxılmalıdır. 
Bu  bizim  zəmanəmizdə  ona  görə  aktualdır  ki,  cinsin,  genderin 
mədəniyyəti  bəşər  cəmiyyətinin  mühüm  hissəsidir.  Beləliklə, 
gender nəzəriyyəsi bu və ya digər mədəniyyətdə cinsi dimorfizm 
(morfo-fizioloji: morfoloji - insan bədənin forma və strukturunun 
xüsusiyyətlərinə görə mövcud olan fərqlər) və münasibətə uyğun 
meydana  gələn  özünəməxsus  metamədəni  nəzəriyyədir.
Çox  uzun  illər  biodetermistlər  cinslə  gender  terminini  ey-
niləşdirməyə  çalışmışlar.  “Gender”in  sosial  konstruksiyasını 
anlamaqla  bunları  fərqləndirmək  olar,  çünki  genderlə  cinsi  ey-
niləşdirməklə əksər cəmiyyətlərdə qadınların tabeçilik, kişilərin 
dominant statuslarına bəraət qazandırmış oluruq. “Cins” isə bio-
loji və fiziolji xarakter hesab olunur və fərdin erkək və dişiliyinin 
göstəricisidir.    
Cəmiyyətdə qadın və kişilər üçün fərqli rollar nəzərdə tutul-


Ki̇fayət  Ağayeva
18
muşdur və onların fərqli öhdəlikləri vardır. Bu, nəyə görə belədir? 
Bu, təbiətdən gələn xarakterlərdir, yoxsa bu qaydaları cəmiyyət 
nizamlamışdır?  Qeyd  etdiyimiz  kimi  “gender”  qadın  və  kişilər 
üçün  nəzərdə  tutulan  sosial  konstruksiyalı  rolu,  davranışı,  fəa-
liyyəti  və  atributları  ehtiva  edir.  Gender  aksenti  sosial,  mədəni 
və psixoloji amillərin məhsulu olan femininlik və maskulinliyin 
üzərinə qoyur və fərd tərəfindən qadın və kişi olma prosesində 
qazanılır. “Gender” təbiətin faktı kimi yenidən formalaşır, çünki 
bioloji cins yenidən təyin edilir, təqdim edilir, dəyərləndirilir və 
bir-birindən asılı və fərqli rollar qismində yönləndirilir.    
Cins anatomik-fizioloji xarakterə malikdir və bioloji dişi və 
erkəklik xüsusiyyətləri özündə cəmləşdirdiyi halda, gender sosi-
al konstruksiya olub femininlik və maskulinlik xüsusiyyətlərini 
özündə ehtiva edir. Beləliklə, gender fərdin sosializasiyası pro-
sesində əldə edilmiş sosial, mədəni və psixoloji amillərdən ibarət 
faktdır.   “Gender” konsepsiyasının əhəmiyyəti nədir? Genderdən 
yəni femininlik və maskulinliyin sosial və mədəni konstruksiya-
sından bəhs etdikdə, insanın təbii amillərə deyil, sosial amillərə 
əsaslanan rol və şəxsiyyətinin meyarları anlaşılır. Buna görə də, 
genderlə əlaqəli bəhs etdiyimiz subordinasiya və diskriminasiya 
dəyişə bilər.    Elə bu səbəbdən də, femininlik və maskulinlik də-
yişkən xarakterə malik olduğu üçün cins və genderin mahiyyəti 
cəmiyyət və mədəniyyətlərə görə fərqlənə bilər.  
Bu terminləri fərqləndirən əsas əlamətlər: 
CİNS
GENDER
Təbiidir
Sosial konstruksiyadır
Biolojidir 
Vizual  olaraq  fərqlənir  və  müx -
təlif reproduktiv funksiya daşıyır   
Sosio-mədəni konstruksiyaya ma-
likdir və femininlik və maskulin-
liyin  xüsusiyyətlərini,  davranış 
nü munələrini, uyğun rollarını, öh-
dəliklərini və s. özündə ehtiva edir.


ABŞ-da gender m
əsələləri
19
 Universaldır
Zamanın, coğrafi və sosio-mə də-
ni parametrlərin təsirindən dəyişə 
bilər. 
Gender  sosial  konstruksiya  kimi.  İnsanlar  böyüdüklə-
ri  zaman  cəmiyyətdə  mövcud  olan  gender  rollarını  təkcə  mə-
nimsəməklə kifayətlənmirlər, həmçinin ona uyğun  davranırlar. 
Beləliklə, genderləşmiş feminin və maskulin identifikasiyalarına 
uyğun rollarını oynayırlar. Uşaqlar bunları müşahidə edirlər və 
tədricən müxtəlif mühit və mənbələrdən mənimsədikləri gender-
ləşmiş davranışlara sahib olurlar. Uşaqların gender - differensi-
yalaşdırılmış  fəaliyyətləri  onların  davranışlarına  elə  bir  şəkildə 
bərkidilir ki, sonradan davranışlarındakı gender fərqi özünü dişi 
və erkək davranışlarında büruzə verir. Gender əslində elə cəmiy-
yətdə mədəni konstruksiyalı rolların qadın və kişilər tərəfindən 
oynanılmasıdır. Gender zaman və məkan arasında vahid olaraq 
görülür,  həyatın  fərqli  aspektlərində  (məişət,  əmək  bazarı,  təh-
sil və siyasi qurumlarda) qadın və kişilər arasında mövcud olan 
bərabərsizliyin struktur əlaqələrini təhlil etmək üçün konseptual 
vasitədir. Cins isə zaman və məkan arasında uniforma kimi gö-
rünən dişi ilə erkək arasında bioloji fərqləri əks etdirən konseptu-
al vasitədir. Buna görə gender cinslər arasındakı fərqlərin ictimai 
və ideoloji quruluşu və təqdimatı kimi başa düşülən bir anlayış 
qismində təsbit edilə bilər.
Gender çox mürəkkəb bir proses keçərək sosial və mədəni 
konstruksiyaya sahib olur. Fərd sosializasiya prosesində öz gen-
derini  mənimsəyir,  yəni  şəxs  olaraq  sosial  inkişaf  kursunda  ya 
feminin, ya da maskulin bədənə sahib olur. Femininliyin və mas-
kulinliyin konstruksiyası müxtəlif qurumların, xüsusilə də ailənin 
formalaşmasında mühüm rol oynayır. Genderin cəmiyyətə olan 
münasibətinin anlaşılması qadın və kişilər arasında movcud güc 
münasibətlərinin əks olunmasına aparıb çıxarır. Uşaqlar cəmiy-
yət  və  dövrün  tələbinə  uyğun  gender  rollarını  yerinə  yetirirlər. 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə