Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə5/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   2   3   4   5   6   7   8   9   ...   95

Ki̇fayət  Ağayeva
14
tırmaq, ağlını inkişaf etdirmək lazımdır və qoy qadınlar da özləri-
ni ləyaqətli hiss etsinlər, qoy onlar təkcə Tanrıdan asılı olsunlar… 
Ola bilsin, bunlara utopik arzular kimi baxsınlar. O insanlara du-
alar ediləcək ki, o məni həvəsləndirsin, o, mənim ağlıma inamımı 
artırsın  ki,  mən  ona  bütün  işlərimin  dəstəkləyicisi  kimi  baxım, 
öz fikirlərimi deməkdə cəsarət tapım, mənim bütün həmcinsləri-
min buna ehtiyacı vardır” (Wotistonecraft M., 1994: 6).   Müəllif 
mən” dedikdə, qadınları, “o” dedikdə kişiləri nəzərdə tutur.
Bütün bunlara baxmayaraq, eqalitar cəmiyyət hələ də utopiya 
olaraq qalmaqdadır və bunların həyata keçirilməsi hələ ki, kişilə-
rin, güclü cinsin ürək yumşaqlığından asılı vəziyyət kimi görü-
nür. Lakin bunu heç də utopiya hesab etməyən Simona de Bovuar 
(1949) “Ikinci cins” adlı kitabında qadının özünüqiymətləndirmə 
və özünüdərketmə keyfiyyətlərinə əsaslanaraq belə yazır: “Mənə 
etiraz edə bilərlər ki, bütün bu deyilənlər utopiyadır, cünki qadını 
yenidən dəyişdirmək üçün cəmiyyətdə kişi və qadınlara eyni cür 
real şərait yaratmaq lazımdır, qadınları kişilərlə bərabərləşdirmək 
əsas şərtlərdəndir. Mühafizakarlar hər zaman qapalı çevrələrə üz 
tuturlar.  Əlbəttə,  cəmiyyətin  bir  hissəsini  alçaldıcı  vəziyyətdə 
saxlamaqla, cəmiyyəti natamam edə bilməzsən. Sözsüz, belə qa-
palı çevrələri devirməyə azadlığın gücü çatar; zəncilərə səsvermə 
hüququ versəniz, onlar səs verməyə layiq ola biləcəklər; qadınlara 
cəmiyyətin məsuliyyətini həvalə etsəniz, onlar bunun öhdəsindən 
gələcəklər,  lakin  bunun  könüllü  verilməsinə  inanmaq    əbəsdir. 
Yeri gəlmişkən, hər zaman əzilənlərin üsyanı imtiyazlı silklərin 
daxilində yeni situasiyalar, dəyişikliklər meydana gəlməsi ilə nə-
ticələnmişdir. Kişilər öz maraqlarından, qismən də olsa, imtina 
etməlidirlər, qadınlara emansipasiya verilməlidir: Qadınların isə 
oyanışı davamlı olmalıdır, bunlar dəstəklənsə, uğur əldə ediləcək; 
onsuz da bir neçə vaxtdan sonra iqtisadi və sosial bərabərlik qa-
çılmazdır, ən əsası bundan sonra onların daxilində gedən dəyişik-
liklərdir” (Бовуаğ де, С, 1997).  
XX əsrin əvvəllərində struktural antropologiya və sosiologi-


ABŞ-da gender m
əsələləri
15
ya  cəmiyyətdə  cinslərarası  sosial  münasibətlərin  təhlilini  yeni 
perspektivdən  təqdim  etdi.  Marqaret  Mid  (1935)  etnoqrafik  tə-
dqiqatlarında göstərir ki, sivilizasiya tarixində cəmiyyətdəki gen-
der rollarının başqa ifaları, başqa təqdimatları da mövcuddur. Bu 
gün qadınlara “sırınan” bütün bu gender rolların təbiətlə heç bir 
əlaqəsi yoxdur. Marqaret Mid Cənubi Amerika və Afrika cəmiy-
yətlərindəki  preindustrial  tayfaların  yaşayış  tərzlərini  müşahidə 
etmiş və bu nəticəyə gəlmişdi ki, gender rollarının bugünkü şə-
kildə bölünməsinin təbiiliyinin tarixlə əsaslandırılması Qərb pat-
riarxal cəmiyyətinin uydurmasından başqa bir şey deyil. Marqa-
ret  Midin  müşahidələrinə  görə,  cinsə  əsaslanan  iş  bölgüsünün, 
həqiqətən, təbiətlə heç bir əlaqəsi yoxdur, çünki hətta bu gün də 
bizim ulu əcdadlarımızın həyat tərzinə bənzər yaşayışa malik bəzi 
tayfalarda kişi işi, qadın işi və ya kişi dominantlığı yoxdur, bütün 
işlərin icrasında hər iki cins iştirak edir və istədikləri işi görür. 
Kimsə cinsinə uyğun fəaliyyət göstərib-göstərməməsinə görə nə 
mükafatlandırılır, nə də cəzalandırılır (Margaret Mead, 1935).  
XX yüzillikdə formalaşan cins problemi və digər fəlsəfi prob-
lemlər üçün xarakterik olan iki əsas yanaşmadan (essensialist və 
konstruktivist) söz açmaq olar. Gender fəlsəfəsində klassik təfək-
kür  müasir,  postklassik  təfəkkürlə  əvəz  olundu.  Birinci  tip  fəl-
səfədə obyektiv reallığın təbiətinə dair, ruh ilə materiyanı üz-üzə 
qoymaqla, subyektivlik və obyektivlik, daxili və xarici, kişi və 
qadın və s. məsələlər müzakirəyə qoyulur. Ikinci tip yanaşmanın 
dərinliyində Kant fəlsəfəsi durur (nikah qadını avtomotik olaraq 
ərinin xidmətçisi edir və qadın avtomatik olaraq nikahdan sonra 
aktiv vətəndaşlıqdan çıxarılır), həyat fəlsəfəsi XX əsrin linqvis-
tik inqilabından bəhs edir, subyektiv şəkildə ifadə edilən dünya 
təqdim  olunur.  Əsas  tədqiqat  məsələsi  bu  təsəvvürün  necə  for-
malaşması, bunun necə ifadə və mübadilə olunmasıdır. Ənənəvi 
cins nəzəriyyəsindən fərqli olaraq gender tədqiqatının qarşısında 
duran məsələnin əsas spesifikası da elə budur; sosial struktur, fər-
di-şəxsiyyətlərarası münasibətlər səviyyəsində gender simvolla-


Ki̇fayət  Ağayeva
16
rının funksiyası və formalaşması.
Genderin  necə  təyin  edilməsinə  dair  başqa  yanaşmalar  da 
mövcuddur. Məsələn, O.A.Voronina genderin anlaşılması və gen-
der araşdırılması ilə bağlı üç istiqamət təqdim edir:
a) gender sosial analizin instrumenti kimi;
b) genderin qadın araşdırmaları çərçivəsində anlaşılması;
c) gender kulturoloji interpretasiya kimi.
Birinci  istiqamət  sosial-demoqrafik  kateqoriya  və  sosial 
konstruksiya kimi səciyyələndirilir, ikinci istiqamət gender sub-
yektivlik, gender ideoloji konstrukt, gender şəbəkə, gender texno-
logiyası kimi təyin edilir” (Воронина О. А., 1997:31) 
Əvvəllər Qərbdə Qadın araşdırmaları adı altında tədris olu-
nan gender məsələləri yalnız 1980-ci illərdə Gender araşdırma-
ları ilə əvəz olundu və bununla da, Qadın araşdırmaları Gender 
araşdırmalarından ayrıldı. Bunun bir çox səbəbləri mövcuddur. 
Birincisi, gender termini müasir dünya ilə sıx bağlıdır. Ikincisi, 
tədqiqatçıların  təkcə  qadın  problematikası  ilə  deyil,  daha  geniş 
mövzuları tədqiq etmə zərurətini hiss etmələri, gender anlayışı-
nın  daha  əhatəli  şərhə  ehtiyacı  olması  səbəbi  bu  addıma  təkan 
verdi. Genderin tədqiqat predmeti daha genişdir, o, öz formula-
sında gender feminist stereotipindən daha azaddır. Tədricən gen-
der termini simvolik konstruktiv konsepsiyanın əsasını təşkil et-
məyə başladı. Üçüncüsü, gender bioloji cinsin sosial ifadəsidir. 
Belə təyinat o sosioloji tədqiqatlara geniş şəkildə daxil olmağa 
başladı ki, orada gender təhlili cinsi kateqoriya kimi anlaşılmır. 
Sosial strukturun müxtəlif kateqoriyalarının meydana gəlməsi və 
törəmə  səbəblərini  izah  etmə  cəhdi,  məhz  prosesin  özünə  olan 
maraq müasir yanaşmalar üçün xarakterikdir.
XX əsrin ortalarında psixoanalitik Lkan, fransız poststruktu-
ralistləri və onların Amerikada olan davamçıları iddia edirdilər ki, 
özünüidentifikasiya və sosial rolun seçilməsində simvolika, dil, 
mədəni amillər mühüm rol oynayır. Bioloji amillər burada sadə-
cə təxribat xarakteri daşıyır. Qiddenzə istinad edən Levontin öz 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə