Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə14/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   10   11   12   13   14   15   16   17   ...   95

ABŞ-da gender m
əsələləri
41
da  mübarizə  (1775-1783)  zamanı  başlanır.  Feminizm  hərəkatı 
ilk dəfə ABŞ-da (feminist hərəkatı ilə eyni vaxtda) hələ Amerika 
inqilabı dövründə, qadınlara tam vətəndaşlıq hüquqları verilməsi 
tələbləri irəli sürülmüşdü (1775).   1824-cü ildə Frensis Rayt İn-
giltərədən Amerikaya gəlir və burada qadın hüquqları və köləliyi-
nin ləğvi uğrunda mübarizə kampaniyası aparır. 
Beləliklə,  ilk  dalğa  “liberal  feminizm”  şüarı  ətrafında  top-
lanan səsvermə, təhsil, mülkiyyət huququ tələblərini əhatə edən 
dövrdə başlayır. Liberal feministlərə görə, məhz patriarxal quru-
luş qadına haqq və azadlıqlarını hüquqi çərçivədə vermir. Liberal 
feminist  yazıçılarından  hesab  olunan  Votistonkraft  qadınla  kişi 
arasında elə də böyük bir fərqin olmadığını və mövcud patriarxal 
quruluşun  onların  arasında  bərabərsizlik  yaratdığını  qeyd  edir. 
Ona görə, cəmiyyətdə əsl bərabərsizlik yaradan səbəb elə qadın-
ların mükəmməl təhsilə əlyetərliklərinin az olmasıdır.   
Avropanın bəzi yerlərində az da olsa, mülk sahibi olan qadın-
ların səsvermə hüququ var idi, qalan qadınların səsvermə hüququ 
yox idi. Bəzi yerlərdə qadın səsvermə hüququna sahib olmaqdan 
ötrü mütləq ərdə olmalı, bəzən ərdə olmaq da kifayət etmirdi, qa-
dının əri mal-mülk sahibi olmalı idi. Əslində, yalnız ağdərili qa-
dınlar səs verə bilərdi, lakin məlum olduğu kimi hətta əksər ağdə-
rili qadınların da səsvermə hüququ yox idi. Amerikada isə yalnız 
qaradərililərin və qadınların səsverməsi qadağan idi. Sonralar, bu 
vəziyyət dəyişdi, qullar azad oldular və qaradərili kişilərə səsver-
mə hüququ verildi. Qadınların parlamentə seçilmə şansı, demək 
olar ki, yox səviyyəsində idi.
 İlk qadın hüquqları konvensiyası 1848-ci ilin iyulunda Sene-
ka Folzda (Nyu-York) baş tutdu. Müstəqillik Deklarasiyasından 
sonra Elizabet Kedi Stanton tərəfindən yazılmış yeni deklarasi-
ya cəmiyyətə təqdim olundu. Deklarasiyada qeyd  olunurdu ki, 
“bütün kişi və qadınlar Tanrı tərəfindən bərabər yaradılmışdır” və 
“bəşəriyyət tarixi ədalətsizlik və zorakılıqla doludur ki, bunlar da 
əsasən qadınların payına düşmüşdür.” Bir çox narazılıqlarla dolu 


Ki̇fayət  Ağayeva
42
olan siyahıda sonda bərabər hüquq, bərabər təhsil, əmək sahəsin-
də bərabər imkan və səsvermə hüququ  yer almışdı.    
ABŞ-da qaradərililərə verilən azadlıqdan sonra qadınlar dü-
şünürdülər ki, növbəti qanun qadınlara verilən səsvermə hüququ 
olacaqdır, təəssüf ki, 1868-1870-ci illərdə Konstitusiyanın düzə-
lişində yalnız qaradərililərə vətəndaşlıq hüququ verildi. Bundan 
narazı qalan qadınlar 1869-cu ildə qadın hüquqları uğrunda hərə-
kata  başladılar.  Qul  hərəkatında  vəkil  qismində  olan  Ellizabet 
Kedi Stanton və Susan Antoni Nyu-Yorkda Milli Qadın Sufrajist 
Assosiasiyasını  yaratdılar.
Eyni zamanda Lusi Ston da Bostonda Amerika Qadın Suf-
rajist  Assosiasiyasını  (AQSA)  yaratdı.  Lusi  Stonun  yaratdığı 
təşkilat  qadın-sufrajist  hərəkatının  qəbul  etdiyi  düzəlişin  Fede-
ral Konstitusiyaya əlavə olunmasını təkid edirdi və AQSA bunu 
bütün  ştatlarda  təbliğ  etməyi  öz  öhdəsinə  götürmüşdü.  1890-cı 
ildə ayrı-ayrılıqda eyni missiyanı yerinə yetirən iki təşkilat - Milli 
Qadın Sufrajist Assosiasiyası (MQSA) və AQSA - Milli Amerika 
Qadın Sufrajist Assosiasiyası adı altında birləşdi. Lusi Ston icraçı 
komitənin  sədri,  Elizabet  Keidi  Stanton  bu  təşkilatın  ilk  prezi-
denti oldu. Daha sonra Keri Çepman Katt və Anna Houard Şo 
təşkilatın  prezidentləri  seçildilər.   
Qadın  bərabərliyi  uğrunda  azadlıq  mübarizəsinin  sələfləri 
Elizabet Stanton və Susan Antonidir. 1851-ci ildə Stanton məş-
hur abolişinist (qul olmağa qarşı mübarizə aparanlar) Susan B. 
Antoni ilə əməkdaşlıq etməyə başlamışdır. Yaradılanda iki nəfər-
dən ibarət olmalarına baxmayaraq, sonradan böyük bir komanda 
şəklində fəalliyyət göstərdilər. Qadın hərəkatının təşkilatçılığında 
və  biznes  işlərində  daha  bacarıqlı Antoninin  fəaliyyətini  səliqə 
ilə  qələmə  alan  Stanton,  mübarizə  dövründə  sənədləşmə  işləri 
ilə məşğul olurdu. Onlar birlikdə 1868-ci ildən 1870-ci ilə qədər 
“Revolution” adlı qadın qəzetini də nəşr edirdilər. Bu iki qadın 
ABŞ-ın bütün ştatlarını qarış-qarış gəzir və qadın hərəkatını güc-
ləndirmək istiqamətində işlər görürdülər.   


ABŞ-da gender m
əsələləri
43
Uzun illər fasiləsiz fəaliyyətlərinə rəğmən, Bərabər Hüquqlar 
haqda düzəliş ratifikasiya olunmadı. Əsası 1848-ci ildə Seneka 
Falzda qoyulan, çoxu qadınlardan ibarət abolişinist fəallar qrupu-
nun qarşısında duran əsas vəzifə qadın hüquqları uğrunda müba-
rizə idi. Düzəlişin ratifikasiya olmasında çətinliyin səbəbini sıra-
larındakı savadlı qadınların az olmasında görən abolişinist fəallar 
qrupu daha sonrakı dövrdə qadın sufrajist hərəkatının uğuru üçün 
dəstəyi gücləndirmək qərarına gəldilər və bu istiqamətdə ABŞ-ın 
bütün ştatlarında təbliğat aparmağa başladılar.  
Səsvermə uğrunda başlayan mübarizə yolu uzun və məşəqqət-
li idi. 1869-cu ildə Vayominq ərazisində, 1870-ci ildə Yutah əra-
zisində,  1893-cü  ildə  Kolorado  ştatında,  1896-cı  ildə  Aydaho 
ştatında  qadınlara  səsvermə  hüququ  verilsə  də, ABŞ-ın  Cənub 
ştatlarında qadınlara səsvermə hüququna qarşı ciddi müqavimət 
var idi. 1878-ci ilə qədər qadın-sufrajist hərəkatının təklif etdiyi 
düzəliş dəfələrlə Federal Konstitusiyaya, Konqresə təqdim olun-
du və hər dəfə də bu qanun qəbul olunmadı.   
Amerika qadınlarına bu hüququ qazanma şansı yalnız ABŞ-
ın o illərdəki prezidenti Vudru Vilsonun dəstəyi ilə mümkün oldu. 
Nyu-York  1917-ci  ildə  qadınların  səsvermə  hüququnu  tanıdı, 
ABŞ prezidenti Vudru Vilson bu hüququ dəstəklədi və vəziyyət 
qadınların xeyrinə dəyişməyə başladı. 1919-cu il 21 mayda, düzə-
liş Nümayəndələr Palatası tərəfindən qəbul olundu və iki həftə 
sonra Senatlıqda da bu istiqamətdə proses başladı. 1920-ci il 18 
avqustda  ratifikasiya  olunmuş  Amerika  qadınlarına  səsvermə 
hüququ ABŞ Konstitusiyası tərəfindən qəbul olundu. Nəhayət ki, 
ABŞ-da dövlətin kişilərə verdiyi bütün hüquqlardan qadınlar da 
bəhrələnə  bildi. 
Qərbdə feminist siyasi ideyalar - II dalğa. İkinci dalğa XX 
əsr 60-cı illərin əvvəllərindən 70-ci illərin sonlarına qədər davam 
etmişdir. Bu dalganın başlamasında və ideologiyasının yayılma-
sında  Simone  de  Bovuarın  çox  böyük  təsiri  olmuşdu.  Müəllif 
“İkinci cins” adlı üç cildlik əsərində yazır: “qadınların qurtulu-


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə